Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə31/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   27   28   29   30   31   32   33   34   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bilirdilər ki, harda daha güclü olarıq, bizim gücümüz har-

da daha da çoxdur. Onlar bizim gücümüzü almaq üçün bir 

başa  varlığımıza  bağlı  olan  Novruz  bayramını  sıradan 

çıxartmaq,  daha  doğrusu,  bununla  da  bizim  özümüzü 

sıradan çıxartmaq istəyirdilər. 

Hər halda biz öz doğma dilimizdə İlin-Ayın axır (son) 

bayramı,  qısaca  olaraq  İl-Ay  bayramı  dediyimiz  Novruz 

bayramını  ürəklərimizdə,  evimizdə-köşəmizdə  gizlədə-

gizlədə  də  olsa  yaşatdıq.  Çox  Şükür!  Eli  var  olsun!  Xalqı 

çox yaşasın! Beləliklə... 

 

 

 

 

 

Su çərşənbəsi... 

 

Su  çərşənbəsində  deyərlər:  “su  damar  gətirdi”,  “su 



haqdan  gəlir”.  İslam  dinini  qəbul  edəndən  sonra  onu  da 

dedi  ki,  bu  günün  suyu  “zəmzəm  suyudu”.  İnamını 

dəyişmədi,  ifadəsini  dəyişdi.  İlin-Ayın  sonu  olduğunu 

bilirdi...  Bütün  zamanlarda  Son,  daha  doğrusu, 



qurtaracaqlar özündə həm də başlanğıcları yaşadır. Xalq 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bilirdi  ki,  hər  şeyin  yenidən  doğulan,  -başlanğıc  çağıdır: 



“Su  ilkdi,  -dedi  -  hər  şeyi  suya  çəkin”.  Hər  şey  suya,  -

başlanğıca  çəkildi,  yuyulub  yaxandı.  Qocalar,  yaşlılar 

dirçəlib  canlandılar,  soyuq  suya  girə  bilməsələr  də  “çilək 

altdan”  keçdilər,  yəni  üstlərinə  başlarına  su  çilədilər. 

Qundaqda  olanların  qundağına  su  çiləndi.  Hansı  qundaq 



çilək altda gülümsədisə: “ Suyun əli dəydi uşağa, su uşağa 

toxundu”  dedilər,  sevindilər,  güldülər.    Qapı-bacalar 

süpürülüb  sulandı.  Bacalar  təmizləndi,  pəncərələr  silindi. 

El  diliylə  desək:  “Evlərin  içi  eşiyə  töküldü”.  “Olanlar 



olmalıdır  yenə,  amma  olanların-qalanların  ağırlığını-

yağırlığını  yuyun”,  dedilər.  Belə  də  deyim  var:  “Suyu 

çıxacaqdan  qoy  (axıt),  odu  girəcəkdən  (qala)”.  Yəni,  pis 

niyyətlə  yurda  ayaq  basan  olursa  Od  yusun,  pis  niyyətlə 

çıxan varsa su yusun...    

Yalnız  su  çərşənbəsində  işlənən  belə  bir  deyim  də 

var: “Suyun  bu  gün  qapısı  açıqdı,  məni  yu,  deməsən  də 

yuyacaq”.  

Yadımdadı, nənəm deyərdi ki, sudan izin almasan su 

səni yumaz. Deyərdi, su duaların getdiyi yerə axır. De, ey 

su,  məni  yu.  Su  səni  yuyub  ruhuna  damacaq,  təmizlik, 

sərinlik,  sağlamlıq  gətirəcək.    Hər  şeyin  doğrudan  da 

yenidən  doğulduğunu  bilirdilər,  dedilər,:  “Su  açıqdı,  sən 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

də  açıq  ol,  qapanıb  basaratını  bağlama.”  (“Basarat” 

sözü  burda  qapı-yurd-ərazi  mənasındadır.  Gəncəbasar, 

Basarkeçər  yer  adları  da  bu  mənada  yaranıb).  İl  də 

yenidən  doğulur,  başlanğıcda  pis  söz  danışma,  könülə 

dəymə,  “göz  namərddi,  əl  comərd”,  əlini  boş  saxlama, 

həmişə  bir  işin  qulpundan  yapış,  çünki  əl  boş  olanda 

küyə gedər, ayaq boş olanda iyə gedər. Bil ki, hər şeyin, 

daha  doğrusu,  hərəkətdə  olan  hər  nə  varsa  hamısının 

başlanğıcı,  yəni ilk  addımı,  ikinci  addımı, ortası  və  sonu 

var...” 

 Demək  istədiyim  odur  ki,  elə  bu  gündən,-  İlin-  Ayın 

son  günündən  sabahını  sahmana  sal,  nə  eləyəcəyini  bil, 

birinci  addımı  atmamış  ikincini  düşün.  Bunu  özün  daha 

yaxşı  demisən:  “Çay  gəlməmiş  çırmanma”,  “Son  sözünü 

üzə  demə”...  Bil  ki,  Yeni  ilin  gəlməsi  hər  şeyin 

yeniləşməsi,  yenidən  qurulması,  yalanın,  yanlışın,  səhvin 

doğrulması deməkdir. Biz də səhvmizi doğruldaq, bilək və 

düşünək ki, yerini səhv salsaq da keçirtdiyimiz bu bayram 

çərşənbələri  yalnız  çalıb-oynamaq  üçün  yox,  həm  də 

düşünmək üçündür: işlədiyimiz  günahları səmimi qəlbdən 



anlayıb heç olmasa özümüz özümüzlə üz-üzə durub etiraf 

etməyi  bacaraq  ki,  il  boyu  dinc,  rahat  yaşaya  bilək.  Belə 

olmasaydı  bu  bayramımız,  indi  baş-ayaq  da  olsa 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

keçirtdiyimiz,    hətta  bəzi  tele-kanalarımızda  ələ  salıb, 

düşmənin belə etmədiyi tərzdə sataşdığımız bu çərşənbə 

axşamları  istilalara,  qadağalara,  yasaqlara  dözüb  minil-

liklərlə içimizdə-çölümüzdə yaşamazdı. Hər şeydən öncə 

ona  görədir  ki,  İlin-Ayın  son  gecəsində  baş  verən  bu 

böyük  Doğuş-Yaranış  bayramı  daha  çox  elmi  əsaslara 

söykənən,  yaşadığımız  fəsillərin-mövsümlərin  gəlib 

getməyi kimi, gecənin –gündüzün açılmağı kimi var olan, 

öz  dəqiqliyi,  düzəni-sahmanıyla  yaşayan,  yerindən 

tərpənmədiyi  üçün  minillik  ərəb  əlyazmalarının  “topal 

bayram”    dediyi  bir  təbii  proses,  Varlığın  bir  doğal 

gedişatıdır. 

İl-Ay  gecələrinin,  yəni  ilin-ayın  son  çərşənbələrinin,-

bütövlükdə  Novruz  bayramının  dərk  edilən  elmi 

əsaslarıyla  yanaşı  anlaşılmaz,  sirrli,  daha  çox  yuxulara 



yaxın  məqamları,  anları  da  çoxdur.  Dediyim  kimi 

yarandığı  gündən  dini  -siyasi  istilalara,  qadağalara, 

yasaqlara  baxmadan  bu  bayramı  qeyd  edən  Xalq  bu 

məqamları,  sirrləri    dərindən  anlamasa  da  bilir;  nağıla, 

yuxuya  bənzəsə  də  bilir  ki,  bu  ərəfədə  hərəkətdə-ya-

şamaqda  olan  hər  şeydə  talelərimiz  haqda  qeydə  rast 

gəlmək  mümkündür;  bilir  ki,  “qapı  pusmağa”  gələn  də 

ona  görə  o  qapıya  gəlir  ki,  o  qapıda  onun  haqqında  söz 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

var,  hər  an  rastına  çıxa  bilər.  “Tanrı  rastına  çıxartsın” 



ifadəsi demək istədiyim fikri daha yaxşı anladır. Inanır  ki, 

“su çərşənbəsi”ndə axar sular damar gətirir, yəni daha da 

canlanır,  duaların  olduğu  yerə  can  atır.  Bir  qab  su  bəlkə 

də  başına  yığışıb  qaba  üzük  atan,  iynə  atan  qızların 

duyğularına  çevrilir.  Bəlkə  də...bu  hər  halda  bizlik  deyil, 

müasir  dünya  elminin  də  əlinin  çatmadığı  yerdi.  Amma 

gerçəklərlə  doludu.  Minlərlə  insandan  soruş,  doğru 

olduğunu söyləyəcək... 

 

*** 


 

Kəndimiz  irili-xırdalı  dağ  çaylarının  arasında  “dəvə 

beli”  iki  dağın  üstündə  yerləşirdi.  Bütün  qeydlərimdə  o 

kənddə  gördüklərimə,  yaşadıqlarıma    əsaslanıram...Su 

çərşənbəsində  “o  başdan”,  yəni  dan  sökülməmişdən 

demək olar ki, böyüklü- kiçikli hamını su üstündə görmək 

olardı.  Hamı  alaqaranlıqda  çığırışa-çığırışa  yuyunub 

yaxanmaqda olardı. Hər bayram ərəfəsində  çay yanı, yəni 

suya  yaxın  torpaqda  “Dəlmə  keçid”  deyilən  keçid 

düzəldərdilər, hər ev həyətinə gedən yolun girəcəyində öz 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

od-tonqalını 



qalayardı, 

suda 


yuyunub, 

ağırlanıb-

uğurlananlar:  “Sudan  keçdim,  ağırlandım-uğurlandım, 

anam  torpaq,  sənnən  də  keçirəm,  sən  də  ağırlığımı-

yağırlığımı  al,  ağırla-uğurla  məni!”  deyib  həmin  “dəlmə 

keçid”dən,  deşmədən  keçərdilər,  keçib  də  hərə  öz 

tonqalına tərəf qaçardı, tonqalın üstündən atdanıb özünü 

oda  verərdi.  Istər  qar  olsun,  istər  yağış  olsun,  mənim 

təmsil olunduğum nəsil ilin-ayın son (axır) bayramını belə 

keçirən görmüşük, belə keçirmişik... 

Bir  çox  elm  adamları  fikrini,  -  su  çərşənbəsindən 

sonra od çərşənbəsinin gəldiyini sübut etmək üçün ustad 

aşıq  Ələsgərin  məşhur  şeirindən  misal  çəkir:  “abı,  atəş, 

xaki,  bad”...  Gəlin,  ustad  Ələsgəri,  özü  demiş,  “qannı 

tutmayaq”,  bədahətən  deyilən  şeirin  düzəni-sahmanı 

bunu tələb edib. Hecanın, bölgünün, vəznin pozulmaması 

üçün  belə  lazım  olub.  Özü  də  farsca,  heç  nəyə  də 

əsaslanmadan  deyilib...  Belə  olmasaydı,  dava-dalaş  salan 

adamlara,  ailələrə  deyilən  “biriniz  od  olanda,  biriniz  su 

olun” kimi ifadələr yaranmazdı. 

 

 



 

 

 



*** 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

Yeddi-səkkiz  yaşımız  vardı.  İlin-Ayın  son  çərşənbə 

gecəsində  bizim  evə  yığışdıq,  analarımız  bizə  “duzlu 

kömbə”  yedirtdi.  Kömbənin,  dedilər,  duzunu  öz  əllərinizlə 

tökün.  Biz  nə  qədər  un  vardısa  o  qədər  də  duz  tökdük, 

analarımız  demiş,  kömbə  oldu  duzbora. Yəni  hədən  artıq 

duzlu.  Biz  gözlərimiz  yaşara-yaşara  duzlu  kömbəni 

axıracan  yeyib  yatdıq...Su  istəsəydik  də  içə  bilməzdik. 

Otaqdan  su  yığışdırılmışdı...Suyu  yalnız  yuxuda  görə 

bilərdik.  Mən  doğrudan  da  suyu  yuxuda  gördüm. 

Həyətimizdə iri söyüd ağacları vardı,  ağacların  arasından 

bulaq  qaynayırdı.  Gördüm,  bir  qız  həmin  bulaqdan  su 

doldurub mənə sarı gəldi. Suyu öz bulağımızdan doldursa 

da  niyəsə  uzaqdan  gəlməyə  başladı.  Mən  gözləyirdim, 

bilirdim ki , mənə su gətirəcək, gətirdi, suyu mənə uzadıb 

gülümsədi.  Şəvə  kimi  qara  saçları,  yoğun,  tək  hörüyü 

vardı,  arxaya  atmışdı,  gümüşü  rəngdə  saç  bağıyla  da 

bağlamışdı.  Gözümü  açanda  başımın  üstündə  anamı 

gördüm:-Su  içdinmi  yuxuda?  -hə,  -dedim,  -  Bir  qız  qarşı 

dağdan enib mənə su gətirdi.  

Özüm  də  dikəlib  pəncərədən  qonşu  kəndin  yoluna 

baxdım.  Anam  gülüb:  -Boy,  -  dedi,  -  uzaqdan 

evlənəcəksən. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Elə  də  oldu,  iyirmi  ildən  sonra  Bakı  Dövlət 

Universitetinə  snədlərimi  verəndə  qızı  tanıdım,  növbəyə 

durmuşduq,  yuxuda  gördüyüm  gümüşü  rəngdə  saç  bağı 

da hörüyündə, iyirmi ildən sonra  öz növbəsini yox,  məni 

gözləyirdi... 

 

   

 

 

*** 

Orta  məktəbi  qonşu  kənddə  bitirmişik,  o  vaxtlar 

məktəbin  yataqxanası  olmadığı  üçün  məktəbin  özü  bizə 

kənd  evlərindən  otaq  kirələmişdi.  Biz  ağır  daşlardan 

“ştanq” düzəltmişdik, elə torpaq döşəməli evin içində vaxt 

tapan  kimi  daş  qaldırırdıq...  Hansı  çərşənbə  axşamıydısa 

ev  yiyəsi  dedi:  -Bala,  daşı  evdə  saxlamayın,  ağırlıqdı,il 

boyu  ağırlığınnan  çıxa  bilmərik,  üstümüzdə  qalar,  atın 

bayıra...  

Daşı  bayıra  daşıdıq,  qaranlıq  çökmüşdü.  Qızlar, 

qadınlar  qulaq  falına  çıxıblarmış.  Mən  qucağımda  qara 

daş  qapını  açdım,  qapımızı  pusmağa  gəımiş  qonşu  qızla 

üz-üzə çıxdım...  Aradan  əlli  il  keçib  o  gözəl  yaraşıqlı  qızın 

daşa  dönmüş  üzünü  hələ  də  unuda  bilmirəm.  Ağlaya-


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

ağlaya  dediyi  sözlər  də  qulaqlarımdan  getmir:-Bəxtimə 

gəlmişdim, üzümə daş çıxdı...   

 

*** 

 

Ola  bilsin,  çox  şeylər  təsadüflərə  bağlıdır,  çox  ola 



bilər,  amma  xalq  yaratdıqlarını  yaşadır,  yaşadıqlarını  da 

təsadüfi  hesab  etmir...Bu  məqamları,  sirrləri  yaşamağa 

can  atması    da  ona  görədi.  Xalqın  bu  sirrlər  haqda 

düşündüklərini  bir-iki  kəlməylə  belə  ifadə  edə  bilərəm:  



“bizlik olmayan yerin elmi...”    

*** 


   

 

 



Torpaq çərşənbəsi... 

 

Həmişə suyla bir yerdədir, heç kəs torpağı sudan ayrı 

bilməz. Təsəvvürə belə gələn deyil. Təsəvvürdə, yaddaşda 

yəni,  ancaq  bir  şey  var;  sudan  torpağa  çıxmaq,  torpağa, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yəni  yaşamağa...Sudan  Oda  çıxış  yoxdu,  ola  da  bilməz. 



Sudan  Oda  gedən  yol  məhvə,  yox  olmağa  aparar.  Suyla 

torpaq  bir  yerdə  bətn  kimidir,  ana  bətni  kimi...Var  olan 

hər  şey  bir-birinə  bağlıdır,  hər  şey,  əgər  hərəkətdədirsə, 

öz  yerini,-nədən  sonra  nəyin  gəldiyini    bilir.  Bununla  da 

Yaranışın  əbədi  hərəkəti  alınır.  Bax,  od  indi  gəlir,  yalnız 

indi  bu  əbədi  hərəkətə  qatılır:  ilıq-ilıq,  gülümsəyə-

gülümsəyə  suyla  torpağı-ana  bətnini  isitməyə,  cücərt-

məyə  gəlir...Bu  cücərmə,  yəni  yerin,   el  diliylə desək,  cü-



cük  çağı  əslində  suyla  torpağın  qovuşduğu  vaxta  deyilir. 

Bu  vaxt  ana  bətnində  olduğu  kimi,  torpağa  düşən toxum 

zamanı  gələndə  suyla  torpağın  tərkibindəki  istiliklə-odla 

mayalanır,  cücərir  və  Günəşi  içir...  “Günəşi  içənlərin 

şərqisi...” Mənim düşüncəmə görə insanların bu bayramla 

bağlı  bildikləri  də  dediyim  həmin  əbədi  hərəkətin,  -  bu 



əbədi  düzənin  içindədir.  Xalq  bu  əbədi  düzənin  içində 

olduğuna  görə  də  bildiklərini  hardan  bildiyini  anlamır, 

anlamaq da lazım olmur, təbiətə qarışıb yaşayır. Ona görə 

də  təbiətin  qanunauyğunluğu  kimi  insanlarımızın  da 

bildikləri  belə  dəqiqdi,  gözlə  görünə  biləcək,  əllə 

toxunulacaq qədər gerçəkdir. Gecəylə Gündüzün bərabər 



olmağından  böyük  gerçəklik  təsəvvür  eləmək  mümkün-

dürmü?!  Əgər  bu  Xalq  bu  böyük  həqiqəti  bilibsə  və 

bildiklərini  xırdalıqlarınacan  qoruyub  yadında  saxlayıbsa, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bununla 


da 

əhatəsində 

olduğu 

xalqlardan 



öz 

möhtəşəmliyiylə  seçilib  (bəlkə  də  qorxudub  decək  düz 

olar)  bayramını  keçirirsə  elmi  tədqiqatlar,-araşdırmalar 

adına alimlik edib ona mane olmağımız nəyə lazım?! İndi 

qalxıb  hərə  bir  söz  deyir;  biri  deyir,  dörd  ünsürlə  bağlı 

çərşənbələr  olmayıb.  Ola  bilsin,  elə  bölgəmiz  var  ki,  bu 

adətləri  çoxdan  unudub...Amma  bütün  hallarda  Xalq 

elliklə  suyun   ilk  və  sayalı-sınaqlı olduğunu  bilib;  torpağı, 



odu,  havanı  da  eləcə.  Bu  dörd  ünsürün  üstündə 

inanclarını  yaşadıb,  özü  demiş:  oğrun-doğrun  bayramını 

keçirdib.  

Dediyim  kimi  torpaq  çərşənbəsində  əsas  olan 

“Deşmə keçid”dir. Torpağın elə vaxtıdır ki, el diliylə desək 

elə  bil  “dincə  qoyulub”,  indi  gərnəşəcək,  yəni  torpağın 

suya  açılan  vaxtıdı,  suyu  içib  üzünü  Oda  çevirəcək,  isinib 

nəfəsini  dərəcək...Bu  ara  həm  də  səməninin  cücüyə 



qoyulması 

çağıdı. 

Ən 

çox 

da 

“Deyin 

səmənisi”...Yeniyetmə (ərlik) qızlar  bu vaxtlar bəxtlərinə 

səməni göyərdirlər. 

Bu  cür  deyin  səmənisi  cücərdənlər  əllərində  də 

səməni  “deşmə  keçid”dən  bu  alxışlarla  keçirlər:  “Anam 



torpaq  ağırla-uğurla  məni,  suçumu-günahımı  al, 

ağırlığımı-yağırlığımı  götür,  dilək  səmənisi  böyütdüm, 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bax, bağrıma basmışam, səməni kimi oğul böyüdüm, qız 

böyüdüm.  Anam  torpaq,  ayağım  üstündə,  əlim 

ətəyindədi. Yeməyimi verdin, diləyimi də ver! 

Böyük  bacılarımın,  böyük  bibilərimin  yeniyetmə 

çağlarında 

hərənin 


öz 

səmənisi 

olardı; 

deyin 


səmənisi...Deyin-niyyət  eləyib  səməni  böyüdərdilər.  Üç-

dörd  yaşım  olardı,  az-çox  yadımdadı,  dili  dualı,  alxışlı 

“Deşmə  keçid”dən  keçərdilər.  Sonrakı  nəsillərdə  artıq 

bunları  görmədim,  beş-on  ilin  içində  çox  şey  dəyişmişdi; 

“Deşmə  keçid”i  də  su  yuyub  aparmışdı.  Kolxoz  işindən 

başı  ayılan  yox  idi  ki,  yeni  “deşmə”  açsınlar.  Amma 

evimizin  yanından  axan  çay  öz  əbədi  yürüşüylə  hələ  də 

axıb  getməyindəydi;  İlin  Ayın  son  gecələrində  bizi  yenə 

ağırlayır-uğurlayır, 

vaxtını 


keçirdib 

solub-saralmış 

səməniləri axıdıb aparırdı... 

1970-ci  illərin  əvvəllərində  “Bulaq”  radio  verilişinə 

gələn  məktubların  arasında  “Deşmə  keçid”  haqda    bir 

məktub  vardı.  Elə  həmin  vaxtlarda  da  işləyib  verilişdə 

səsləndirdim.  Amma  bu  keçidin    Novruz  bayramıyla  heç 

bir  əlaqəsi,  bağlılığı  yox  idi...Keçid  bir  təpə  ətəyində 

qazılır,  əyrim-üyrüm  yollarla  gedib  təpənin  başqa  bir 

yanından  çıxır;  bu  keçidə  el  arasında  “yenidən  doğulma” 

keçidi də deyilirmiş... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

El  arasında  bağışlanmaz  suçu  olanlar,  günah 



işləyənlər;  namusa  toxunanlar,  yurd  satanlar,  yurd 

batıranlar, kasıbdan, sahibsiz qadından oğurluq eləyənlər  

“eldən  dışarı”  edilərdi,  yəni  bu  cür  adamaları  elliklə 

genəşiyə  yığışıb  verdikləri    qərarla  kənddən  qovardılar. 

Indi də tez-tez işlədilən belə bir ifadə var: “filankəs eldən 



dışqarı  adamdı”.  “Kəndə  qoyulası  adam  deyil”  Eldən 

getməyi  istəməyənlər,  bağışlanmağını  istəyənlər  o  şərtlə 

bağışlanardı  ki,  “Deşmə  keçid”dən  keçsin,  yəni  yenidən 

doğulsun.  “Deşmə  keçid”dən  keçənlər  adını  keçiddə 

qoyub  çıxırdı,  çoxunun  paltarları  da  keçiddə  qalırdı.  Ona 

görə  də  çıxacaqda  bürüncəklə  gözləyirdilər  ki,  onu  çağa 

kimi doğuzdursunlar, qundaq kimi də bələyib büksünlər... 

Əllərindən  tutub  dartıb  çıxardırdılar,  sonra  da:  -Ay 

camaat,  -deyirdilər,  -Əli  (adlar  təxminidir)  yenidən 

doğuldu,  indi  adı  Lətifdi,  Əli  kimi  yaşayammadı,  indən 

belə  Lətif kimi yaşayacaq... 

Yaddaşımıza  qayıtsaq  belə  maraqlı  etnoqrafik  qay-

naqlardan  yəqin  ki,  çox  tapa  bilərik.  Yuxarıda  dedim  ki, 

ola  bilsin,  bu  adətin  Novruz  bayramıyla  sıx  bağlılığı 

yoxdur, amma torpağın ciddi səhvlər etmiş insanı yenidən 

doğmağı, yenidən həyata gətirməyi mənasında məncə bu 

günün özündə də çox xarakterikdir.       


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

   

   

 

Od çərşənbəsi... 

 

İlin-Ayın son çərşənbələrində Su, Torpaq kimi Od da 

adi  od  kimi,  yəni  yalnız  qaladığımız  ocaq  kimi,  əlimizi 

yandıran, yaxan istilik kimi xatırlanmır, sayalı, müqəddəs, 

duyğularla  anılır.  Böyük  alimimiz  mərhum  prof. 

Məmmədhüseyn  Təhmasibin  dediyi  kimi  Xalq  odu 

atəşpərəstlikdən, zərdüşdlükdən də öncələrdə  qoruduğu, 

sirlərini, alxışlarını ifadə etdiyi, ən əsası dualarını tapındığı 

vasitə  kimi  yaşadır...  İl-Ay  bayramında  Od  daha  çox 

təmizlik vasitəsi kimi lazım olur. Bayram tonqalını həyətin 

girəcəyində  qalayır  ki,  həyətə  keçən  özüylə  ağırlıq  gətir-

məsin, pis niyətsiz, ağırlıqsız-yağırlıqsız keçsin. Xalqın özü 

məsəl çəkir: “Od yuduğunu su yumaz” Ona görə də deyir, 

heç  olmasa  ildə  bir  kərə  özünü  təmizlə,  canını  oddan 

keçirt,  atıl  tonqalın  üstündən...  “Qara  yerdən  üstünə 

qonan  görünməzlər  var,  oda  ver,  yandır”.  Doğrudan  da 

oddan sonra adam özündə yüngüllük hiss edir. Ola bilsin 

ki,  sudan  çıxdıqlarına  görə  də  bayram  tonqalının  alovu 

hamıya rahatlıq, dinclik gətirir... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin