2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
bunların burda nə işi var, minməyin, günahdı, ruhlarını
incitməyin... atmı yoxdu, minməyə, eşşəkmi yoxdu.
Çobanın dediyini də axıracan heç kəs anlayammadı.
Sonra da söz yayıldı ki, bu heykəllərin içində qızıl var, bir
erməni, dedilər, nə vaxtsa bir qoçun başını sındırıb
içindən beş kilo qızıl çıxardıb. Ondan sonra özümüz
daraşıb qırıb dağıtdıq...
Maşını saxlayıb düşdüm, heç gözümü açıb ətrafa
baxmaq istəmirəm. Birdən-birə hiss elədim ki, ən doğru,
ən gerçək olanı elə bu, tarixini bilmədiyimiz, bilmədiyimiz
üçün də anlamadığımız şeylərdi. Gerçək olan bir də qoç
heykəllərindən
yuxarıda
ermənilərin
uçurduqları
xarabalıqları görükən abidələrin qalıqlarıdı, kəndin-
kəsəyin adının ucdan tutma ermənicəyə dəyişdirilməsidi,
qalan nə var, yalandı... Dönüb bacıoğluna baxdım, nə
deyim ona, dibçək çiçəyi kimi harda varsa, ancaq ora aid
olan, yaraşıqlı, şumal, bütün düşündükləri dilinin ucunda
bir yenyetmə...Yəqin ki, heç bilməz milliyə nədi, millətçilik
nədi. O gün anası telefonda deyir, bacın oğluna nə
demisən ki, yapışıb yaxamnan ki, məni niyə rus
məktəbinə qoymusuz, niyə rusca oxutmusuz məni. Mən
də deyirəm, həə, doğrudan da səhv eləmişəm, rusca yox,
gərək ermənicə oxudaydım, erməni axçikini də
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
tapmısan... -telefonda uğunub getsə də hirsini gizlədə
bimədiyi aydınca hiss olunurdu. Həmin anda da, yəni
gülməyinin içində də kövrəlib ağlamsınır.- Getdi kimə
oxşadı, bilmirəm, -deyir, hıçqıra-hıçqıra.
-İndinin uşaqları, -deyirəm, - daha çox içində yaşadğı
vaxta oxşayırlar...!
Nə demək istədiyimi o qədər də yaxşı anlamır.
-Gəl, deyir, -səni gözləyirəm, gəl, onu başa sal, sənin
sözünnən çıxmaz.
İndi dayanıb yaraşıqlı boy-buxunuyla kababxanaya
sarı boylanır, ordan bura gəlmişəm, heç nə deyə
bilmirəm, daha doğrusu, demək istədiklərimdən o qədər
uzaqdı ki, söz tapa bilmirəm. Gərək vaxtında deyiləydi,
atası deyəydi, anası deyəydi, vaxtında deyilmədiyi üçün
artıq çox gecdi...İndi özünün düşündükləri var, elə şeylər
deyir ki, donub qalıram...Rayon bazarından gələn
kəndçilərimizi göstərib:
-Bu qədər paltar olar ki, -deyir, -dayı...bu camaat
geyinib. Belə papaq olar?! İnanmıram ki, əvvəllər də belə
geyinmişik. Deyirlər ki, biz belə döyüşkən olmuşuq,
babalarımız dövlətlər yıxıb, dövlətlər qurub! Hanı? Bu
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
geyimnən neynəmək olar, döyüşmək olar? Ona bax, -
deyir, - nolsun molladı, ərəb mollası deyil ki, Azərbaycan
mollasıdı, niyə ərəb kimi geyinir.? Milli-milli deyirsən, qoy
bizim öz milli paltarımızı geyinsin, “Quran”da deyilməyib
ki, hamı ərəb kimi geyinməlidi... Müsəlman olmaq ərəb
olmaqdı, bəyəm?!
Heç nə demirəm, altdan-altdan gülürəm sakitcə,
amma fikirlərinin dəqiqliyinə tüklərim ürpəşir:
-Vaxtın oğlusuz, daa... -deyirəm. -Görünür, vaxtın da
öz dili var, o dili siz bilirsiz.
-Həə,-deyir,-hərə öz vaxtının oğludu...
Doğru deyir. Vaxtın öz dili var, amma gərək vaxtı düz
anlaya biləsən, yalanını, gerçəyini başa düşəsən, vaxt
aldada bilir adamı; al diliylə aldadıb aparır, o yerlərə
aparır ki, bir də qayıda bilmirsən...
Biz də aldandıq, hər şey əlimizdən çıxdı, heç nəyə
yiyə durmadıq. Axsaq Gevorq da dörd yanını yiyəsiz
gördüyü üçün hər tərəfə traktor saldırdı, abidə qarışıq,
şumlatdırdı. Elə dağıdanların, yıxanların çoxu da
özümüzkülərdi...biri elə Teymurun atasıydı: “Əə, yıx,
dağıt, məscid döyül ki, Allahdan qorxasan, kafır
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
tikilisidi...” Beləcə, axsaq Gevorqa işlədik hamımız, çünki
Vaxt axsaq Gevorqa dil vermişdi; barmağını hara tuşladı
yıxdıq...Bəs heç yanda, tarixin heç bir dönəmində
olmayan qədim Ermənistanı niyə axtarırılar? Dünya
tarixçiləri bilə-bilə ki, heç bir dənizdən heç bir dənizə
böyük Ermənistan olmayıb niyə dizin-dizin sürünürlər?
Ermənilərin
məktəblərdə
oxuyub
öyrəndikləri
Ermənistanı bulmadıqca niyə qışqırıb ağlaşırlar? Buna
səbəb nədi? Buna səbəb tarixin yalanlarıdı, tarix
saxtakarlıqlardı...
Axsaq Gevorq da ona görə min illərdən qalma
abidələrin üstünə düşmən üstə gedirmiş kimi getdi,
Teymurun atasını da inandırdı. Teymurun atası da ona
görə bir vaxt, əlini yelləyib:
-Gəlin...! -dedi, yanındakılara, -hərəniz bir yannan
düşün, uçuraq...
Amma hardan biləydi ki, min il qabaq elə burdaca
ikinci babası Alıca Günə bu dikə çıxıb həmin səslə, həmin
dillə abidənin daşlarını qaldıranları haylayırdı:
-Ha, qaldırın, başınıza dönüm, gerçəyin daşlarıdı,
gerçəyə qaldırın!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Teymurun atası bütün bunları bilmirdi, bimədiyi
üçün də o vaxtlar yol briqadiri işləyən axsaq Gevorqun bir
barmağının işarəsiyllə tay-tuşlarını başına yığıb babasının
tikdirdiyini min il sonra iştahla, həvəslə dağıdırdı.
İnidi də traktor işlədirdi, indi də dağıtmağındaydı,
hara buyrurdular ora gedirdi, dağıda-dağıda... istər tik,
istər sök, onunçün bir şeydi, axşama heç nə qazanmasa
da bir arağı olmalıydı...Oturub oğluna, oğlu olmasa da
evinə-eşiyinə göz vura-vura arağını içirdi:
-Axsaq Gevorqun qızı nə təhərdi, əə? Yaxşıdımı?!-
Oğlundan soruşurdu, oğlu olmasa da evindən-eşiyindən
soruşurdu.
Əslində bütün bunlar arvadına eşitdirmək üçün idi.
-Nolar, ata-oğul ikiniz də birləşib sataşın mənə,
erməni qızı da gəlib qulluq eləyər, erməniyə oxşadar sizi,
onsuz da oxşuyursuz yavaş-yavaş. -Arvadı ağlaya- ağlaya
evi-eşiyi qatıb –qarışdırardı. Sonra da götürüb qardaşına,
yəni mənə, zəng edərdi. -Gəl, gör neynirsən, bunlar
mənim axırıma çıxacaq...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Beləcə, dindən- dinə, donnan-dona keçə-keçə gəlib
bu vaxta çıxmışıq... Budu, biri də bu yandan böyüyür,
bacıoğlu Teymur...
Üzdən-gözdən aydın, başa düşülən olsa da ədəbiyyat
müəllimi demiş, nə məssəbə qulluq elədyi bilinmir.
Bilmək olmur, xristiyandı, yoxsa müsəlman... Ona görə də
istədiyimi deyə bilmirəm yanında, istəyirəm milli olsun,
qışqır-bağırnan yox, ürəkdən millətini istəyən olsun...
baxma, bir nəfərnən də millət güclü ola bilir... Amma bu,
tərsinə, millətdən danışanda heç eşitmək istəmir. Oturub-
durub fikirləşirəm ki, milləti onun gözündən kim salıb
görəsən... Səbəbini yaxşı bilsəm də fikrimdən çıxmır...
-Dayı, - deyir, - sən milli məsələdən danışanda pis
görünürsən. İndi də qoç daşlara baxa-baxa gözlərin
yaşarıb...Niyə belə eləyirsən?- Gördü fikir vermirəm,
qolumdan tutub dartdı.-Nə var orda, daşa dönmüş
qoyunlardı daa... Gedək, odu eey, qapıdadılar! -Üzünü
Gevorqun kababxanasına tutub əllərini yelləyə-yelləyə
səslədi,-Süsəəən...!
Əvvəl bir qızla bir qadın kababxanadan aralanıb dikə
sarı çıxdı, sonra da... həə, Gevorq, axsaya-axsaya bir iki
addım qabağa yeridi...Nəsə dedi, ordan bura anlaşılmadı,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
qadın qızı saxlamaq istədi, qız əldən çıxıb Teymura tərəf
yüyürdü...Heç nə, onsuz da gördüyüm nə var, ruhuma
kədər gətirib, bayaqdan ürəyimə sıxıntı çöküb...
Teymura nəsə demək, yol göstərmək onsuz da gecdi,
üz-göz olmaqdan başqa bir şey deyil. Teymur getdi artıq,
Teymur artıq onlarındı...ermənilərin də yox, gözə kim
görünürsə onundu Teymur; o belə böyüyüb...Şəhərə
qayıdanda Bioloq Teymura deyəcəyim sözlərdi bunlar,
özümdən asılı olmadan fikrimdən keçir.
“Axsaq
Gevorq
buralardakı
abidələri,
qoç
heykəllərini, bir sözlə tariximizi mənimsədiyi kimi
Teymuru da mənimsədi...” çatan kimi belə deyəcəm
bioloqa. Bilirəm zarafata salacaq, “Uşağın xətrinə
dəyməyin, qoyun kef eləsin”, “Gevorqun qızını bildik,
arvadı nə təhər şeydi bəs?!” “Bəlkə qoç qəbrüstülərinin,
at heykəllərinin içində doğrudan da qızıl var?!”. Bu cür
atmacalarla
məsələni
həll
eliyəcək,
bioloq,
vəssalam...Əslində Teymurun indinin özündə üzü aşağı,-
Süsə-əəən!-deyə-deyə yüyürdüyü yol da qaranlıqdı. Nə
zamansa ayılıb özünə gəlmiş olsa ölümündən başqa heç
nə görməyəcək. Ona görə ki, bunun özü də özünə qəsd
deməkdi... Mən bunu duyduğuma görə ürəyim sıxıldı,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
üzüntü içində Moskva ətrafındakı Fryazino şəhərində
keçirdiyim sıxıntılı anlarımı xatırladım.
Bayaq maşında olanda deyirdi:
-Mən Süsənlə Amerikaya gedəcəm, Süsəngilin orda
qohumları çoxdu...
Süsən də ona doğru qaçır, qucaqlaşıb öpüşürlər, o
yanda ata-anası, bu yanda mən...bir anın içində qulaq
batırıcı səssizlik yaranır, heç quşların da səsi
gəlmir...Burdan ora Gevorqun arvadının gülümsədiyini
hiss eləyirəm. Teymur da başını qaldırıb mənə baxıb
gülümsəyir, sonra da əl-ələ tutub gözümüz görə-görə
yaşıllığa qərq olurlar...
Bacımın yanına tək qayıtdım.
-Teymur hanı?
Çiyinlərimi çəkdim...Heç bilmədim nə deyim,
Süsənlə bir yerdə meşənin bir qulağından yaşıllığa nece
qərq olduqları gözümün önünə gəldi, suya batırıldılar elə
bil, Moskva yaxınlığındakı Fryazino şəhərində rus qızıyla
mən də o cür yaşıllığa batmaq istəyirdim, bir vaxtlar:
-Süsənlə getdi, -dedim, başımı qaldırmadan.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bacım elə həyətdəcə, harda dayanmışdı elə orda,
yerə çökdü:
-Görürsən?...Başıma gələni görürsən?!
Mən onun indicə üz-gözünə, saçına əl atacağını hiss
edib:
-Çı ğı r-bağı r salma...! Çı ğı r-bağı rla bir şey
eləmək olmaz,- dedim.- Fikirləşmək lazı mdı . Əslində
nolub, dünya yı xı lmayı b ki, o qədər erməni qı zı
alan var...
Başı nı qaldı rı b dinməz-söyləməz üzümə baxdı .
Gözləri göm-göydü, uşaqlı ğı mı zı xatı rlayı b özümə
gəlməkdəydim ki, bacı mı n qı şqı rtı sı evləri-eşı kləri
bürüyüb kəndi başı na götürdü. Hələlik elə belə,
qarası na qı şqı rı rdı ... sonra da üz-gözünü cı rı b
saçları nı yolacaqdı . Ona görə də mən onun əllərini
tutub bağrı ma basdı m.
-Heç kəsi belə tərbiyə etmək, belə yola gətirmək
olmaz,- dedim, sakitcə, -Niyə qaraçı lı q eləyirsən.
Ö
zünü ələ al!-Aralanı b həyətdəki kötüyün üstündə
oturdum...
“...Teymuru olduğu kimi heç kəs tanımır, nə atası
tanıyır, nə anası; sadəcə tanımağa gücləri çatmır, düzü
budu...Ona görə ki, yan-yörədəkilər kimi deyil, Teymur.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
İndicə keçib gəldiyimiz rayon mərkəzində nə qədər adam
yaşayırsa, adam da yox, nə qədər millət yaşayırsa Teymur
da o qədərdi: yəni bir az malağan ruslarındandı, bir az
erməni dığalarından, bir az gürcü qacçolarından, bir az da
malağanların tatar, ermənilərin turk, gürcülərin tatrebi,
dedikləri insanlardan öyrənib, görüb-götürüb, onlara
oxşaya-oxşaya böyüyüb oxşadığı kimi də yaşayır...
Dünyanın bütün repçilərini, estrada ulduzlarını əzbərdən
tanıyır; günlərinə, aylarına, anlarına qədər bələddi...Rus,
erməni uşaqlarına qarışıb rayon mərkəzindəki kinoteatrın
qabağında çırt ata-ata böyüdü... Ara-sıra özünün də rep
deməyi vardı...
Erməni, hay erməni,
Dağda döyər xırmanı,
Öküzünə hiş, deyər,
Arvadina şiş, deyər...
Türkün tükün yoldular,
Yerinə tikan əkdilər,
Tikanları yağlıdı,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Soyqırıma bağlıdı...
Soyqırım dəlmə deşik,
İçində meymun yaşar,
Meymunu yerə vurdum,
Yer mənə yemlik verdi,
Yemliyi nə sənə verdim,
Nə yolu kəsənə verdim,
Nə evdən küsənə verdim,
Nə ipi kəsənə verdim.
Darını Süsənə verdim...
Beləcə, hara gəldi oxuyurdu... Ona görə də indi nə
oralıqdı, nə buralıq... O gün deyir, “... dayı, inanırsanmı,
mən hələ at minməmişəm. Öz atımız da olub, amma yaxın
durmamışam... Deyirəm, niyə? Qorxursan atda-aan? Yox,
deyir, qorxmuram, elə belə zəhləm gedir. Gördü, mat-
məətəl dayanıb ona baxıram. Bilirsənmi, dedi, at bir az
bizim kəndin adamlarına oxşayır...”
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Kötüyün üstə oturub fikirləşirəm...Bütün bunlar
onun tərbiyəsinə niyə təsir elədi? Onu niyə bu qədər
dəyişə bildi? Ona görə ki, Teymurun böyüməyi öz başına
qaldı... Yox, düz olmadı, mən hər halda ayrı şeyi demək
istəyirəm; heç olmasa bizi kimi təbiətə böyümədi,
apardılar qoydular, rus məktəbinə, dedilər ki, bax, rus
məktəbində oxuyacaqsan, amma rus olmayacaqsan, rus,
erməni qızını sevsən də evlənməyəcəksən... Amma evin
tək uşağıdı, rus məktəbində oxusa yaxşı olar, rus dilini
bilər, irəli çəkilər, bir vəzifə alar, rus dilini bilməyəni
vəzfəyə qoyan kimdi, işləyər, adam olar, bizimkilər kimi
dana-buzov qovlamaz... Beləcə, bir tərəfi boş qaldı, daha
döğrusu, bilmədi niyə doğulub, bilmədi adı niyə
Teymurdu, bu nə dildi ki, yalnız məktəbdən qıraqda
danışılır, atası-anası danışır, bu qədər maraqsız olan
kənddə niyə yaşayır camaat, ata, itə, toyuq-cücəyə
qarışıb böyüyənlər niyə böyüyürlər...
Atasının gündüz traktor səsindən, axşam araq
içməkdən ayıq vaxtı olmadı...Anası da “bir belə”
vaxtından rusca danışmasına az qalırdı bayılsın. Bağrına
basıb, - ay qıı-ız, gör, rusca nece danışır, - deyə-deyə
qapıları gəzdirirdi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
O gün deyir, dayı, elə bilirsən tək mən beləyəm,
yoox, Susana da elədi, o da ermənləri bəyənmir.
Mən təəccüb elədim:
-Doğru deyirsən?
-Hə, bilirsən nə deyir? Deyir bizimkilərin də türkdən
başqa söhbətləri yoxdu ki, türk belə gəldi, türk belə
getdi...Mən də həmişə ayağa qalxıb deyirəm, türk
hamıdan yaxşıdı!
“Hardandı, bütün bunlar? ...hamı öz kökü üstündə...
ailələr, məktəblər...” Birdən -birə öz fikirlərimdən cana
doyuram... Vaxt güclüdü, deyirəm, öz-özümə, Vaxt,
Vaxt...!
...Vaxt nədi, bəs? Vaxtı nece anlayaq?...demək
istəyirəm ki, vaxt əslində elə Teymurun özüdü, Mənəm,
bioloq Teymurdu, rus Teymurdu, o, ekiz oğlu olan,
şahmatçı...bütün insanlardı, Vaxt...
Bu fikir-xəyal içində şəhərə qayıdıram. Birdən-birə
ucqar dağ kəndlərinəcən gedib çıxmış çanaq antennalar
yadıma düşür...Həəə, çanaq antennası, Teymurun da
Teymur kimilərin də eli, obası, bir sözlə Vətəni elə o
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
antennalardı...Ötükən yaylaları nədi, a kişi, dil nədi,
məssəb nədi, millilik nədi, əslində Qaf dağlarının özü nədi,
yaxşı, bioloq Teymur, bacarırsansa de görüm, Qaf
dağlarına yapışmış qaz-qas-kas söz sonluğy, nəyi ifadə
edir? Boş yerə, Qafqaz söz birləşməsi yaranardımı, min
illərin mənasını saxlamasaydı, bu çağacan yaşayardımı?
İkimin beş yüz il bundan qabaq Balkan yarımadasıyla üzü
yuxarı qalxan yersiz-yurdsuz qaraçı hay tayfası nədi, bu
antennalar olan yerdə...?!
Beləcə, düşündüklərimi də axıracan düzəməlli
anlamadan
bu
cür
fikir-xəyal
içində
şəhərə
qayıdıram...Heç nə...yenə ən güclüsü cavanlardı, vaxta-
zamana bənzətdiyim gənclik; içində də Teymur...
...bir az keçəcək Teymurdan salamsız-kəlamsız
məktub alacam. “Dayı, sən həmişə, hər yerdə özünü
göstərmək istəmisən, çalışmısan ki, yazıçılıq eləyəsən, elə
arada bir də eləyirsən, xəbərim var...onun bunun
xahişiylə qıza-gəlinə şeir yazırsan. Ona görə də sənin öz
başına gələnlər yoxdu, yox dərəcəsindədi. Onun-bunun
başına gələnlərdən yazma, mənnən yaz. Ən yazılası
mənim başıma gələnlərdi. İndi eşit...! Sən gedən kimi gör
noldu? Həmin gün bildiyin kimi Süsənlə görüşdük, sənin
az qala gözü yaşara-yaşara inandırmağa çalışdığın ki, bu
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
at, qoyun heykəlləri Şumerlərin qəbristanlığıdı, Sumerlər
də ki, dediyin kimi bizik, amma xəbərimiz yoxmuş...
Süsənlə bir yerdə bax, həmin o, Şumer qəbrstanlığından
da keçdik, Boğazkəsən meşəsini tanıyırsan də, o qədər
odun gətirmisən ordan, ulağın belində... (Həə, bunu
bilməyim də sən demə, mənim tərbiyəm üçün çox
lazımmış, yəni tənbəlliyim, laqeydliyim, ən əsası,
ruslaşmağıma qarşı...) Nə isə, əl-ələ tutduq, Boğazkəsən
meşəliyinə getdik. (Açığını deyim, bizdə olan bu cür yer
adlarından xoşum gəlir: Boğazkəsən, Dəllər, Bəzəkli,
Hamamlı, Alget, Ərimgəldi və sair) Dayı, inan ki, heç
qayıtmaq istəmirdik, amma neyniyək, insanıq, heyvan
deyildik ki, qalaydıq. (Dayı, sən yazıçı olmaq istədiyin
üçün məktubumu belə, yazıçı kimi yazıram) Nə isə evə
çox gec qayıtdım... İndi gör kənd mənim başıma nə oyun
gətirdi. Sən bilirsən də, mən harda yatıram, ikinci
mərtəbədəki balaca otaqda. Otağa qalxanda gördüm
anam əlində də bir qab nöyüt düz qapımın ağzında
oturub.
-Nolub, -dedim, - nədi, bu? Atamın əlində araq, sənin
əlində nöyüt...
-Dedi, keç yerinə deyəcəm.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Otağıma keçən kimi qapı bağlandı. Gördüm,
yatdığım taxtın üstündə bəzəkli-düzəkli bir qız oturub. Elə
bil bir qırmızı yanaq almanı şala bükmüsən. Belə hesab
elə... Yup-yumru bir qızdı, bükülüb oturub... Anamın
səsini eşitdim, qapının o tərəfindən.
-Bax, o, arvadın, o da sən, üzümü qara eləsən,
özümü yandıracam, əlimdəki nöyütnən. Sən erməni
qızıynan kef eliyəndə biz yığışdıq evləndirdik səni.
Qonşumuz Tamaşanın qızıdı. Heç olmasa, mənim xətrimə,
dediyimi elə, bu işi eləməsən, çıxanda meyidimi
görəcəksən.
Dayı, vallah, bilmirəm nə deyim, yerin məlum,
deyim, nə deyim, Oğuz türkcəsiylə belə durumda nə
deyirlər, çox düşündüm bulamadım. Hun türkləri demiş,
buğdanın qarnı yarıqdı, Sir-Şir-Şor türkləri demiş, gözün
oğlan görsün, dayı, almaya oxşatdığım qızın şalını yavaşca
araladım, heç inanmazsan ki, kənddə, özü də bizim
kənddə,
qoyunun-quzunun,
atın-eşşəyin,
toyuğun-
cücənin arasında belə qız böyüyürmüş. Avropada Parisin
küçələrini, Amerika qitəsində Manhattan adasını, Mayya
hindu tayfasını, Türkiyədə İstanbul Çarşısını qarış-qarış
gəzəsən, anam demiş, ay tova, (yəni ay tövbə) beləsini
tapammazsan...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |