Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə24/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   20   21   22   23   24   25   26   27   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Hasarın o üzündə tappıltı eşidildi. Aram 



Xaçaturyan da Seda da maşının qapısından güllə kimi 

çıxdılar. Mənim fikrimdəki Sedanın səsidi, “...Tyotya 

Asmik...” yəqin ki, rusca danışmağından xəbəri yoxdu, 

özündən asılı deyil, bu onun yaşadığı dildi; Qələyə 

kəndində ermənilərin yaşamağı da belədi, tamamilə 

yad bir dildə adlanan yurdda yaşamaq... Balacahun-

lunu xatırladım. “...Dil də vətəndi, yurd yeri kimidi dil 

də, sənin deyilsə, heç vaxt da sənin olmur, sən onun 

olursan... müəllim Qələyə kəndinin adı...” 

Həyət qapısının açıldığını da biməmişəm, Aram 

mən qarışıq maşını içəri salanda elə bildim yuxu 

görürəm...ağlayıb yorulmuş yorğun qadın səsini lap 

yaxından eşitdim. Akademik Balacahunlunun həmişə 

qədim əlyazmalara oxşatdığım üzü didilib töküldü 

fikrimdə... 

Qadın üstümə əyilmişdi deyəsən, nəfəsi üzümə 

dəyirdi, yatmışam, gözlərimi açıb gülümsədim. Qırx 

beş- əlli yaşlarında yaraşıqlı qadındı: 

-Pərdənin arasınnan baxırdım, - deyir, 

barmaqlarının ucuyla üzümdəki yara yerlərini 

sığallayır. - Elə bilirdim döydükləri ermənidi, sən demə, 

türkmüş, caan... - dönüb Sedaya baxdı, - budu sənin 

sevdiyin oğlan?! Sizi qorudu, hə? 

-Hə, - dedi, Seda. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qadın təzədən əyilib üzümdəki vurulan yerdən 



yüngülcə öpdü: 

-Gözəldi...gəl qaldıraq... 

Hərəsi bir qolumnan tutmuşdu, amma mənim 

özüm qalxdım... ağrılarımı gizlətsəm də üz-gözümdən 

bilinir yəqin. Arvadların arasında özümü düzəldə-

düzəldə qapıdan keçdim. Başımı qaldıran kimi həyətdə 

yalan olmasın, yüzəcən adam gördüm, dinməz-

tərpənməz dayanıb baxırdılar. Həyət genişdi, qar 

kürünüb səliqəylə ağacların dibinə yığılıb. Hasarın dibi 

boyu qar gülü-qış gülü də var, ağappaq görünüşüylə 

daha çox havanın soyuq olduğunu xatladır. Burdakı 

adamlar da səliqəlidi, bayrama yığışmış kimi 

görünsələr də ətrafa qara-qorxu yayılır, elə bil silah 

üstə dayanıblar, duruşları əzik deyil, şaxdı. Aram 

Xaçaturyan nəsə deyir, onu dinləyirlər...O boyda 

adamdan heç kəs mənə tərəf gəlmədi. Arada masa var, 

üstündəki xəritədi deyəsən, baş-başa verib nəyisə 

göstərirlər.. .gələn-gələn masanın üstündıki kağıza 

baxıb dikəlir, başqası gəlir, elə bil su içirlər... Seda 

donub qaldığımı görüb məni pilləkənə tərəf aparır... 

-Mənə niyə deməmisən ki, burda bu qədər adam 

var? 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Mən də bilməmişəm. Erməninin çoxu qaçıb 



gedib, qalan bunlardı... sən bu yana bax, - Seda belə 

deyib eyvana vurulmuş böyük kişi portretini göstərir. 

-Kimdi? - soruşuram. 

-Bəhram əmidi... xalamın əri, - qolunu Asmik 

xalasının  boynuna salır. - Otuz il bu kəndin kolxoz 

sədri olub. 

Üçümüz də pilləkənin ayağında dayanıb kolxoz 

sədrinin portretinə baxırıq...Burnunun altında 

bapbalaca bığı var, boynunu döndərib yanakı düz 

gözümüzün içinə baxır, gülümsər üzü sığallı, baxışları 

ötkəmdi, kitablarda, qəzetlərdə görməyə adət etdiyimiz 

kommunist obrazı, bolşevik. 

-Səhər qapıdan asmışdıq, indi bura gətirdik, ona 

görə bizə  toxunmurlar... -deyir, Asmik, kövrələ-

kövrələ. 

Həyətlə bir olmuş bu yad millətin arasında dilim 

gəlmədi soruşum ki, “...nə millətdi bu, kolxoz sədri...?” 

Böynumu Sedaya sarı uzadıb pərt- pərt başımı 

silkələdim. Seda da elə başıyla cavab verdi, yəni, 

“...sizlərdəndi...”  

Mən dönüb təzədən həyətdəki adamlara baxdım, 

nə etdikləri bilinməsə də nəsə eləyirlər; elə dayanıblar 

ki, elə bil hamı bir-birinə tapşırıq verir. Həyətin o 

başında əskərlər də varmış, sapsarı rus əskərləri... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bayaq özlərini göstərməyiblər, səhv etmirəmsə güllə 



qutuları daşıyırlar, yığışırlar harasa, fikirləşirəm... 

Kimsə telefonla danışır, özü görünmür, səsi həyəti 

başına götürüb. 

-Yes kez lısumem...ba, du çes lısum?

66

 Alo, alo...! 



Sevortyan... alo, Baku, yes kezi lav lısumem.

67

 



Düşüncəmdə öz yerişləri, görünüşləri, 

hayqırtlarıyla Sovetlər Birliyini, daha doğrusu, Rus 

imperatorluğunu bölüb keçən izdihamı, o aradaca 

təpiklər altına düşməyimi, Sedayla Aramın qorxularını 

mənasız eləyən  bu təntənəli erməni səsi bir başa 

dizlərimə dəyirdi; “çök...!” Hər şeyi unudub ağılsız 

yaşadığımı fikirləşirəm...Az qala iyirmi il bundan 

qabaq dəriyığan Apedin  sualını xatırlayıram... 

“...Bir dəstə uşaq rayona komsomola keçməyə 

gəlmişik. Aped Qaraca müəllimin oğlunnan soruşur: 

“-Nə millətsən, sən? 

-Musurmanam... 

Dəriyığan Aped onun qulağından yapışır az qalır 

qopartsın: 

-Ay heyvan, - deyir, dəriyığan Aped, əyilib uşağın 

gözlərinin içinə baxır, - mən sənin dinini soruşmuram, 

millətini soruşuram... 

                                                           

66

 Mən səni eşidirəm, bə sən, eşitmirsən? (ermənicə) 



67

 Mən səni yaxşı  eşidirəm. (ermənicə) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qraca müəllimin oğlu məətəl qalıb, “...yaxşı, mən 



musurman deyiləmsə nəyəm bə...?” 

Mən də məətəl qalmışam, aradan otuz il keçsə də 

heç nəyə cavab tapa bilmirəm... sən demə, aldığımız 

dərslər, keçdiyimiz yollar, inandığımız hər nə var 

mənasız şeylərmiş. 

-Alo, alo, Sevortyan, yes kezi lısumem... inçes 

uzum? Alo, Baku... 

 Seda öz soyadını eşidib səsə tərəf gedir, mən 

pilləkənin birinci qatındayam. Gözümün qabağında 

yaşanan bu həyatın heç bir dəqiqəsinə, bir anına belə 

hazır deyiləm, heç bilmirəm dünyanın harasıdı... İndicə 

qarlı yollarla haykıra-haykıra gələn, səsini başına almış 

qatara oxşatdığım Xalq hanı bəs? Gördüyüm nəydi 

mənim?! 


-Ne xoçu ya... - Seda  onların arasından çıxmaq 

istəyir, qarşısını kəsirlər. 

Həyətin o başından biri qalxıb yaxınlaşır, qapqara 

gur saqqalı var, yəqin elədim ki, telefonla danışan da 

odu, çünki görünüşüylə bayaqkı yoğun, xırıltılı səs 

arasında oxşarlıq vardı, əlindəki iri telefonu göstərib: 

-Atanla danışırdım, -dedi, - istəyirsən bir də 

danışaq, deyir qızı da götür. 

-Mən getmək istəmirəm, xalamla qalacam. 

-Xalan da gedir, heç kəs qalmır burda... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bir saqqallı yenə gəldi: 



-Kimdi bu? 

-“Qrunk”un Bakı təmsilçisi Sevortyanın qızıdı. 

Saqqallı ermənilərin ikisi də bir birinə oxşaya-

oxşaya gülümsədilər... 

Mən onların ikisini bir yerdə görəndə Sumikyan 

Siranuşun şagirdlərini xatırladım; elə onlardı, 

avtobusda Ermənistan, Gürcüstan boyu deyinə-deyinə 

türk kəndlərinin adını qeyd eləyirdilər... “Hanı bəs 

Ermənistan? Hardadı, tarix kitablarının yazdığı 

Hayastan? Deyin, görək, bizi niyə aldatmısınız? Niyə 

aldatmısınız bizim nəsli? ”... Avtobusun içində də-

riyığan Apedlə qırğına çıxmışdılar.” 

- O kimdi, bəs? 

Heç kəs dinmədi, həyətdə kim vardısa çevrilib 

mənə baxdı. Saqqallıların ikisi də yaxınlaşdılar, birinin 

əlində avtomat silah, birinin əlində telefon. Doğrudan 

da avtobusda gördüyüm gənc ermənilərdisə çox 

dəyişiblər, qocalıblar əməlli başlı... Aram Xaçaturyan 

onları dayandırdı: 

-Sedanın əridi, Seda türkə ərə gedib. 

-Bəs sən kimsən? 

-Mən Sevortyanın qohumuyam. 

 -Sevortyan elə demədi, axı... 

Asmik də gəlib arada dayandı: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Bunları ölümnən qurtardı, yaxşı oğlandı. 



“...Yaxşı oğlandı...?! Yaxşı oğlan” - Əli avtomatlı 

belə deyə-deyə mənə bir-iki addım qalmış dayandı. -

Yaxşı oğlan, Sevortyanın qızını almağın nə demək 

olduğunu bilirsən yəqin?- dedi, tikanlı-tikanlı 

gülümsədi, mənimçün gülümsəyirdi.- Sevortyanın qızını 

almaq erməni olmaq deməkdi. Elə deyil? 

Seda nə hiss elədisə aralarından keçib gəlib 

yanımda dayandı. 

-Ola bilsin elədi, - dedim, mən də onun üzünə 

gülümsədim, - amma mən dönüb erməni olsaydım, 

Seda məni sevməzdi. 

Saqqallı bir anlığa donub qaldı, bozarmış saqqalı 

biz-biz olmuşdu, qanrılıb yanındakına baxdı, 

şaqqıltıyla avtomatın çaxmağını çəkdi: 

-Olmaz, indi yeri deyil!- Əlində telefon olan belə 

dedi də tələsik yaxınlaşdı. - Bizi yola salmağa 

gələcəklər, planlarımızı pozma. Siz qızı götürün, 

mayorun qızını...!  

Seda çarəsizliyini indi anladı, başını sinəmə qoyub 

səssizcə hönkürdü, götürüb apardılar. Saqqallı 

tilefonunu Sedanın gözünün önündə silkələyə-silkələyə: 

-Qışqırsan ağzını bağlayacam, tərpənsən əllərini, 

oldu? 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Daha Sedanın üzünü görmədim, əskərlərin 



dayandığı yerə aparırdılar... Əli avtomatlı hələ də 

arada dayanmışdı, gözlərini məndən çəkmirdi: 

-Hı, yaxşı oğlan...?!  

Dönüb həyətə göz gəzdirdi, sakitləşə bilmir, söz 

tutub onu...

 Tüfəngin qundağını yerə qoyub lüləsində

içəri baxır, məni axtarır, bəlkə də məni orda görür, 

avtomat silahının lüləsində... Belə fikirləşdiyimə görə 

özümdən asılı olmadan gülümsəyirəm; o da az qalır, 

tüfəngi gəmirsin...“ niyə qorxmur bu alçaq türk, “...çi 

vaxanum...” 

Mən də bayaqdan sinəmi onun əlindəki silaha 

açmaq istəyirəm, avtomat gülləsinə, bu iki daşın 

arasında mənim də türkçülüyüm tutub, əynimdə nə var, 

parçalayıb, cırıb dağıtmaq... “Vur, Siranuş 

Sumikyanın əskəri, vur! Nə qədər ki, ağaların 

silahlandırıb səni, vur! Bil ki, nə əlindəki tüfəng 

sənindi, nə əynindəki paltar, nə ayağın alytındakı 

torpaq...” 

-Yaxşı oğlan, - Bu dəfə bərkdən dedi, dönüb ətrafa 

göz gəzdirdi, ağlına gəlməz ki, mən azdan-çoxdan 

ermənicəni bilirəm, yoxsa ermənicə deyərdi, rusca dedi. 

- Bunların elə yaxşılarını öldürmək lazımdı...ki, pisləri 

çoxalsın... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Ürəyi soyumurdu, onsuz da illər boyudu soyumur



indən belə də soyumayacaq, neynir eləsin, istəyir 

əlindəki silahı hara gəldi boşaltsın, 

“... erməni ürəyini 

soyutmaq istəyirsə gərək görməyini yığışdırsın, 

baxmasın gərək...hara baxsa türkü görəcək,” – 

yadımdadı bunu Sedaya deyəndə əvvəl bir şey 

anlamadı.  

-... aydın danış, görək... -dedi, küçənin ortasında 

dayandı,-səni gedə-gedə başa düşmək olmur. Deməsən 

getməyəcəm! 

-...yəni, erməni türkün yaşamağını istəmir, bilirsən 

niyə? 


-həə...    

-çünki türkün düşüncəsinnən qıraqda heç nə 

yarada bilmir, yeyir, oynayır, oxuyur, geyinir, sonra 

baxıb görür ki, hamısı türkündü, yediyi yemək, 

oxuduğu mahnı, geydiyi paltar... Neynəsin, çılpaq 

gəzsin... 

-Bilirsən, Qrant Matevosyan nə yazıb bu 

yaxnlarda? Yazıb ki, “...biz ermənilər XX əsrdə üç 

sivilizasiya mərkəzini itirdik, Tiflis, Bakı, Stanbul... 

Birdən-birə həyətdəki hərəkətin, - yerişin-duruşun 

dəyişməsi məni xəyaldan ayırdı; hamı birdən birə 

tələsməyə başlamışdı, danışıqlar da yanakı, - tələsik idi, 

amma  bərkdən deyildi, ona görə də daha yadda qalan, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

daha yapışıqlıydı. Əli boş adam yoxdu, bağlamalarda, 



örtülü qablarda nəsə aparırdılar, yüklərin içi görünməsə 

də ağlıma silahdan başqa heç nə gəlmirdi, qorxydan, 

narahatçılıqdandı yəqin ki... 

Həyət qapısı yarı açıqdı, qapının arasından iri 

maşın təkərlərini görürəm, səsdən də anlayıram ki, 

hərbi maşınlar keçir. Sonra qapının ağzında 

dayandılar...Sedanın səsi gəlirdi, adamların arasından 

görəmmədim, adımı deməsə də səsində məni çağırmaq 

vardı...Baş qarışıqdı, mən çıxıb öz maşınıma oturdum, 

üzüm hərbi maşınların getdiyi səmtin əksinəydi, elə o 

səmtə də sürüb uzaqlaşdım... güzgüyə baxan kimi Sahib 

Sənanı gördüm, yanında da məni döyən adamlar, 

həmin həyətin qapısını bağlayırdı... yəqin ki, Qələyə 

kəndinin kolxoz sədri, Sosyalist Əməyi Qərəmanı 

Bəhram kişinin evini ona tapşırıblar... Kim tapşırıb? 

Ermənilər, yoxsa bizimkilər? Hər ikisi mümkündü... 

Bəs, Bəhram kişinin oğlu, qızı hardadı, görəsən? 

Birdən-birə ağlıma gələn bu fikir məni ayıldır, ətrafa 

baxıram, heç nə, heç yan tanış deyil. Yollar açıq olsa 

da hər tərəf qardı, niyəsini bilmədən tanımaza-bilməzə 

üzü dağlara tərəf gedirəm, səmtimi itirmişəm, kəndə 

hansı tərəfdən girməyim yadımda deyil. Hər halda 

qaranlıq düşməmiş qayıtmalıyam. Şəhərin hansı 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

səmtdə olduğunu bilməkşün döyüldüyüm yeri tapam 



gərək.  Dayanıb maşından çıxmalı oldum... 

-Azadlıq! Azadlıq! 

Səs elə bil canımdan çıxdı, əllərimi başımın üstə 

qaldırıb silkələdim, heç kəs yoxdu, amma birdən- birə 

rahatlıq bürüyüb məni, elə bil doğma adamımı 

görmüşəm. 

-Aa-zad-lıq...! 

Maşına əyləşib səsə sarı sürdüm, kəndə hansı 

səmtdən gəldiyimi də indi xatırladım; şəhər səs gələn 

tərəfdəydi... 

  

*** 


 

Dərəni çıxan kimi Xalqla üz-üzə qaldım, elə bil 

seldi, kəndin adamlarını, atını, itini, arabasını, 

maşınını içinə alıb nece görmüşdümsə eləcə, nəfəs 

dərirmiş kimi eyni çırpıntı, döyüntü altında haykıra-

haykıra irəliləyir: 

-Aa-zad-lıq! 

Orda-burda görünən insan qaraltıları balaca- 

balaca gölməçələrə dönüb əl-ətəyini yığışdıra-yıışdıra 

həvəslə bu selə hopur... Yer elədilər, mən də hopdum

bir böyürdən maşınla içəri keçdim. Elə bil məni 

gözləyirdilər, gedə-gedə maşının qapısını açıb yanımda 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

oturdular, mən, “...burda sənin mənim yoxdu, burdakı 



maşınlar hamınındı...burda hər şey hamınındı,” deyə 

düşündüm: 

-Sür,- dedilər, köhnə tanışlar kimi,- sür, bunun bir 

ucu Azadlıq meydanındadı, gecikmişik, sür Bakıya...! 

Maşın karvanı izdihamın yanıyla şütüyür, amma 

heç kəsə çata bilmir. Bayaq düz dedilər, 

“...gecikmişik”. Nəbz kimi döyünən bu addımların bir 

ucu artıq Bakıdadı... 

 

                                                                  2005-2006  



 

Son 


 

 

 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

 



 

TEYMURLAR 

(povest) 

 

Bioloq  dostum  Teymur  deyəndə  ki,  iki  qab  su 



götür,  elə  hesab  elə  ki,  bu  qabın  birindəki  suyu 

sevmirsən, üstünə qışqır, təhqir et, o biri qabdakı suyu 

qılıqla,  öy,  təriflə,  sonra  ikisini  də    soyuducuya  qoy, 

donandan  sonra  görəcəksən  ki,  rənglərini  dəyişiblər; 

başqa  rənglərdə  donublar.  Üstünə  qışqırdığın  su  qabı 

göyümsov,  düyün-düyün,  anlaşılmaz,  dolaşıq,  -əsəb 

rəngində olacaq, qılıqladığınsa ağ-appaq, gülümsər... 

Bu  o  çağların  sözüdü  ki,  Teymur  hələ  Moskvaya 

getməmişdi, 

öz 


şəhərimizdə 

bir 


yerdə 

işləyirdik...İkimizin də evlənmək vaxtımız idi. Sözümüz 

də elə o haqdaydı; sudan danışırdı, daha doğrusu, bizi 

suya bənzədirdi. Su, axı ələ gəlmir, tutursan, yapışırsan 

əlindən  çıxır,  əlində-ovcunda  ancaq  suyun  nəmliyi 

qalır... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Suyun  canı  elə  onun  nəmliyindədi.  Özü  yan-



yörəsinə hopur, yerdə qalır nəmliyi, biz də eləyik, ona 

görə  də  özümüzü  yığışdıra  bilmirik.  Sən  dediyimi  elə, 

qabları qoy soyuducuya, görəcəksən. 

Teymur  belə  deyib  başını  salmışdı  aşağı,  daha 

dinib  danışana  oxşamırdı,  mənimsə  bayaqdan 

gizlətməyə  çalışsam  da  hirsim  soyumamışdı,  ona  görə 

də  su  haqda  dediyini  tez  anlamadım,  daha  doğrusu, 

maraqlı olduğunu hiss eləsəm də özümü fikir verməyən 

kimi göstərdim: 

-Necə  yəni...  tanımadığın  bir  adamı  yanına  sal, 

salam-əleyk  elədiyin  ailəyə  apar,  görməzə-bilməzə 

elçilik elə ki, qızını ver buna, bu qonağa... -Bunu mən 

dedim.  O  bayaqdan  sözü  dəyişmək  istəyirdi;  istəmirdi 

ki mən bu söhbətin üstünə qayıdım. -  İndi oturub bizi 

suya oxşadırsan. Suya oxşamaqdı, bu!? 

Yenə  ağzımdan  çıxanı  demək  istəyirdim,  daha 

doğrusu,  “qurumsaq”  sözü  bayaqdan  dilimin 

ucundaydı... 

Teymursa bircə kəlmə: 

-Məsələni çox böyüdürsən... -dedi, susdu. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Lap özümdən  çıxdım: 



  -Sən buna elə belə baxırsan? Nolsun Türkiyədən 

gəlib, belə çıxır ki, əxlaqsızlığa gəlib Türkiyədən gələn? 

Bəyəm,  Türkiyədən  gələnin  hamısı  türkdü-üü? 

Sərhədlər də ona görə açılıb, həə? Harda görməmiş var, 

gəlsin Azərbaycana, düşsün arvad-uşağın dalınca. Lap 

olsun,  əsil  türk!  Sən  bilirsən  ki,  o  əsil  türk  evlidi, 

Türkiyədə arvadı var, uşağı var, bunu bilə-bilə yanına 

salıb kənddə- kəsəkdə elçilik eləyirsən. 

Teymur üzülə-üzülə: 

-Sənin xəbərin yoxdu, hər kənddə yüzlərlə qarımış 

qız var...!- dedi, elə başı aşağı. 

Mən  kəndimizə  hardansa  qonaq  gələn  kimi  əl-

ayağa  düşən,  tələsə-tələsə  küncdə-bucaqda  özünə  sığal 

verən, 


solğun 

rənglərlə 

dodaqlarını 

qızardan 

qızlarımızı xatırlaya-xatırlaya: 

-Nolsun,  var?!  -dedim.  -  O  qarımışların  dərdini 

çəkirsənsə birini də özün al, elçiliyi özünçün elə. Subay 

adamsan... 

Başını qaldırıb üzümə elə baxdı ki, elə bil bu fikir 

heç ağlına gəlmirmiş: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Elədisə,  özün  niyə  almırsan?  -  dedi.  -  Sən  subay 



deyilsən? 

-İndi  söhbət  başqa  şeydən  gedir,  -  dedim.  -Bir  də 

mən  qız  bəyəndirməkçün  hər  qurumsağı  yanıma  salıb 

evləri  gəzdirmirəm.  Özü  də  gedib  düz  atasınnan 

istiyirsən qızı. Yazıq deyil o kişi? 

- O kişi yazıqdı, onsuz da... - dedi, yenə susdu. 

Bir il bundan qabaq elə indiki kimi yaz aylarıydı, 

elə  bu  innab  ağacının  altında  oturmuşduq,  mən  onu 

başa salmaq istəyirdim ki, qonaq qonaqdı harda olur, 

olsun,  onu  bu  şəkildə  evləndirməksə  qurumsaqlıqdı... 

Hərəmizin  əlimizdə  bir  stəkan  su  vardı,  çığır-bağır 

elədiyimizə görə suyu içə bilmirdik, daha doğrusu, mən 

qışqırırdım, o susub stəkana baxırdı.  Ağzımdan çıxanı 

desəm də ürəyim soyumaq bilmirdi: 

-Sən  rusun  içindədə  də  yaşaya  bilməyəcəksən,...  -

deyib mən də susdum. 

Teymur  oturub  gözlərini  suya  dikmişdi,  o  sözləri 

də  onda  dedi,  “...üstünə  qışqırdığın  su  əsəb  rəngində 

buz bağlayacaq, göm-göy, düyün-düyün.” 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Su  haqda  çox  şeylər  bilirəmmiş,  təkcə  kimyəvi 



tərkibini,-quruluşunu  yox,  yəni  qırılmaz,  əyilməz,  üzü 

yola,  ruha  yaxın,  bir,  bütöv  olduğu  haqda  çox 

bilirəmmiş.  Bildiklərimdən  başqa  da  suyla  bağlı  çox 

duyğular  var,  fərqinə  vardıq,  varmadıq...yəni  belə 

anlayaq;  su  başlangıcdı,  vaxt  kimi,  ömür-gün  kimi 

həmişə  yanımızdadı,  daha  doğrusunu  desək,  suyu  da 

vaxt kimi yaşayırıq, gecə-gündüz  üzümüzə nece açılırsa 

su  da  elə  açılır,  suyu  da  addayırıq  vaxtı 

addadıgımıztək,    keçib  gedirik...Su  ağırlığı-uğurluğu 

axıdandı, suyun  özü  kimi səsi də yuyur adamı, düşün-

cələrini  təmizləyir.  Su  əgər  özünü  təmizləyə  bilirsə, 

deməli  canlıdı.  Hərəkətdə  olan  nə  varsa  bizimlədi.  Ən 

ardıcıl hərəkətsə suyun hərəkətidi... 

Bu fikirlər birdən-birə məni darıxdırmağa başladı, 

yəqin  ki,  sözü  bu  qədər  oynatdığıma,  suyu  bu  qədər 

mənalara  gətirdiyimə  görə  bir  ara  özümə  yer  tapa 

bilmədim. 

Arada  istədim,  Moskvaya  zəng  edim,  suyla  bağlı 

bütün  bu  fikirləşdiklərimi  deyim  Teymura...sonra  da 

qafiyələr quraşdırıb şeir yazım... Telefon da elə bu vaxt 

zəng çaldı, heç kəsdən zəng gözləmədiyimə görə dəstəyə 

can  atmadım.  Telefonu  götürən  kimi  tanımadığım 

qurumuş, yəni, sıxılıb cırlaşmış qadın səsi: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin