Əl tarixi...
-Tarixin sərt görünməyinə baxma, əslində maye
kimidi tarix, daha doğrusu civədi, civədə biclik çoxdu,
hara istəyirsən ora dırmaşsın, əyilsin, ensin, qalxsın...
Tarix civə kimi olduğuna görə yaradanını tanımaz,
tanıtdırmaz; hara çəksən ora gedər, enər-qalxar... -
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Balacahunlunun maraqla dinlədiyini görüb ürək-
ləndim. -Hörmətli akademik, -dedim, - tarixin
sonradan qələmə alınması, bicliyin kağıza
köçürülməsindən başqa bir şey deyil.
1980 ci illərin yay aylarıydı...Oğlum da başda
olmaqla məhlə uşaqları gəlib dedilər ki, kimsə bizim
evin yanındakı daşlara yazı yazır, qalxıb tələsik ora
qaçdım.
...Şalikoya oxşayan erməniydi, üzü Biləcər
stansiyasına baxan sal daşlara erməni əlifbasıyla
işarələr qoyurdu. Oğlum da yanımdadı, mən nə
eləyəcəyimi bilmirəm, xeyli dinməz- söyləməz baxdıq...
...Gözümün qarşısında çox işlər olub, oğurluq
eləyiblər, cibə giriblər, ev yarıblar, amma indi mən
erməninin elədiyinə ad tapa bilmirəm. Daşın tozu üz-
gözünə yapışıb, min illərin,- antiq dövrün adamına
oxşayır özü, uzun əyri burnu daş tozunun altında daha
da iri görünür, üzünün rəngi itdiyi üçün qorxduğu daha
çox hiss edilir. Məni görüb duruxdu, amma işindən də
qalmadı, toz içində olan uzun sifəti daşa sarı tuşlandı.
Mən tələsik evə gəldim, çəkicimi, külüngümü götürüb
qayıtdım. Erməni məni əli külünglü görüb gülümsədi,
bu dəfə şox yəqin ki, erməniyə oxşatmışdı, Bakının bu
məzhəbsiz məhəlləsində əli külünglü kim ola bilərdi ki,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
ermənidən başqa, fikirləşdi ki, köməyə gəlmişəm. Ona
görə də soruşmaq istəyirdi:
-Ay mard, du hayes?
57
- Amma ürək eləmirdi,
soruşmaq istədiyi söz içindəydi deyən boğazı bir az da
uzanmışdı. Daşların arasından sümbülqıran siçan kimi
boylanırdı. Mən ona sarı endim, o gülümsəyirdi, bu iş
üçün aldığı pulu yadına salıb fikrində əlini üstünə
qoydu. -“ Keç, o daşlara da sən yaz...”- belə demək
istəyirdi, ona görə də üzünü döndərib sıradakı qa-
yalıqlara baxdı. Oğlum o tərəfdən qaça-qaça gəlirdi,
uzunsov gözlü, qıpçaq üzlü uşaqdı, erməni onu görüb
məni tanıyacaq... “qıpçaqların aslan südlü qızları,”
misrasını fikirləşə-fikirləşə yazılmış daş sırasına tərəf
getdim...
“Alçaq erməni, başıva çalacam indi, külüngü!
Yiyəsiz görmüsən bu torpağı, daşına erməni adı
yazırsan...mərə kafir?!”
Bu cür sözlərlə özümü coşdurmaq istədim, amma
onu da düşündüm ki, dava eləməyə vaxt yoxdu,
yazılanları tarix olmamış silmək lazımdı, sil qurtar,
sonra dava elə. Silməmiş dava eləsən gəlib deyəcəklər
ki, Biləcər qayalıqlarından erməni yazısı tapılıb, bəs,
deməzsənmi, Biləcər erməni torpağıdı...
Axıb
57
Ay adam, sən ermənisən (haysan)? (ermənicə)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
gələcəklər, əli bayraqlı, özlərini yetirəcək
Qafqaz şünaslar. Bil əc əri da şlar ındak ı yalan onun-
bunun üzünə gülsə də heç kəs üstünü vurmayacaq.
-Uraaa...!
Bu düşüncələr altında külüngümü hirslə Biləcərin
sal daşına çırpdım, ermənicənin A-hərfi qopub yerə
düşdü... Erməni özünü yığışdırmışdı. Daha doğrusu,
nəyi vardısa torbasına yığırdı. Mən onun qaçmaq üzrə
olduğunu görüb əlimdə də külüngüm üstünə yüyürdüm:
-Alçaq, sən özünə iş tapmısan?! Bunla ailə
saxlayırsan.-Şair canım nələr fikirləşdim, demyə.
Erməni üzü aşağı qaçırdı, bizim məhlənin uşaqları,
başda da mənim qıpçaq üzlü oğlum, onu daşa
basmışdılar...
Amma uşaqlar məsələnin nə yerdə olduğunu o
qədər də yaxşı anlamırlar; daşa yazı yazan kimdi, niyə
yazır, mən niyə bu qədər hirslənmişəm...?
Erməninin yazı yazdığı üç-dörd daşdı, poza- poza
gəlirəm, toz-dumana qarışıb, vətənçün işlədiyimin
havası çoşdurub məni. Gözucu baxdım ki, uşaqlar
tamaşa eləyirlər, qıpçaq üzlü oğlum qürur içindədi.
Bütün bunları dərindən duyub bir-iki külüng yenə
endərdim:
-Uux, alçaq! - deyib üzü aşağı baxdım, əyri burun
erməni görünmür. Bu iki daşın arasında onu da
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
fikirləşdim, hesabladım ki, bu adamın 45-50 yaşı varsa
25-30 ildə Azərbaycanımızın nə qədər daşına eməni
işarələri həkk etmiş olar...
Elə külüng də əlimdə bu qərara gəldim ki, mənə
tamaşa eləyən indicə ermənini daşa basmış gənc nəslə
milliyədən yaxşı bir dərs verim, deyim millət nədi, xalq
nədi, xalqın daşı nədi, torpağı nədi, başa salım ki,
tarix-yurd oğurluğu daşa yazı yazmaqla olur, bir də
diqqətlə baxdım, çoxu da qıpçaq sifət, əməlli başlı
ü
rəkləndim, bizim eradan əvvəl 1Y minillikdə elə bu
ə
razilərdə yaranmış olan qüdrətli Quttubilər dövlətini,
Lullubiləri, Midiya-Maday dövlətini, Manna,
Atropaten, Kas- Xəzər, Alban devlətini, Səfəvilərəcən
fikrimdən keçirib uşaqlara əl elədim:
-Gəlin bura!
Onacan uşaqdı, daşların arasından tökülüşüb
gəldilər, mənə çatıb çəkilib bir qıraqda dayandılar,
bayaqkı ərkyanalıqları yoxdu...
-O yazanda biz dayanıb baxırdıq, üç gündü yazır.
Oğlum kimi qıpçaq üzlü uşaq bunu rus dilində
dedi. Soruşdum:
-Adın nədi?
-Atilla...
Oğlum bir-iki addım irəli çıxıb mənə yaxınlaşdı:
-Ata, o azərbaycanca bilmir...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Niyə? - Özümdən asılı olmadan dilləndim.
-Mat ne pozvalyayet, - Atilla dedi.
Mənim gülümsəməkdən başqa çarəm qalmadı,
yaxınlaşıb başını sığallamaq istədim, özünü əlimin
altından qaçırtdı, əlim bir anlığa havada qaldı, toz-
torpaqlıdı, uşaq yəqin ona görə qaçdı əlimin altından,
deyə düşündüm.
-Bəs bunlar kimdi, kimin uşaqlarıdı, bunları da
tanış elə,- dedim, çəkilib külüngümün yanında
dayandım, kədərlənmişdim birdən-birə...
“...Atillanın rusca danışmağı da Biləcər daşlarına
ermənicə yazı yazmaq kimi bir şeydi... Hə, bizim bu
Atilla da üstündə erməni yazısı olan daş lövhədi,
Atillaya da erməni işarəsi vurulub...” deyə fikirləşdim,
hə, bu temanı işləyərəm, işlənməlidi. Külüngü götürüb
sonuncu erməni hərfini də vurub yerə sərdim...
-Ata, bu Qarikdi, - barmaqlarının ucuna qalxıb
ağzını qulağıma tutdu. -Rəisi gəzdirən erməninin
oğludu... tanıyırsan?
“Həə, bizim rayonun milis rəisinin sürücüsü;
sarışın, həmişə gülən, qılıqlı, nəinki hər kəsə yaxın,
hamının daxilində olmağı bacaran bir adam, elə belə
də gözlərimin önünə gəldi. Bu yörələrdə nə qədər adam
tutuldu, a bala, ay Qarik, sən də eşit, a mənim qıbçaq
üzlü oğlum, a sovet məktəbinin istehsal etdiyi məh-
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
sullar. Hamı bilirdi ki, bütün bunlar Qarikin atasının
işidi, dinən yoxdu, amma...”
Nə isə, gələcək nəslə demək istədiyim milliyə dərsi
batdı, udquna-udquna külüngümə baxdım, canlıydı elə
bil, bir göz gətirməyi qalmışdı... “Qarik atasına
danışsa, dərsi mənə verəcəklər, erməni yalan olacaq,
mən gerçək, Biləcər dağlarından qədim erməni yazısı
tapılıb, onu millətçi azəri türkləri dağıdıblar...bütün
dünya səs- səs verəcək...” Dırnağımın ucuna kimi
soyuyub buza döndüm.
-Ata, bu da bizim Məsidi, tanıyırsan da...
-Kolbasa...?! - Onu tanıdığım üçün sevinc içində
qışqırdım. Məsi ağzında kolbasa maşının
pəncərəsindən baxan yerdə yanında da it gözlərimin
qarşısına gəlmişdi. “Həə, onun da atası zavmaq
Abramın itlərinə baxır, seyid Barxudar. Hər axşam
itləri maşına qoyub gəzməyə aparanda Məsi də itlərin
kolbasasınnan yeyə-yeyə maşının pəncərəsndən baxar,
məhlənin uşaqları da onların ardınca qaçarlar...Həə,
Məsini mən belə görmüşəm...”
-Ay sağ ol, Məsi, bəs itlərini də gətirəydin,- dedim,
külüngümü götürüb daşların arasından çıxdım.
“Uşaqdılar daa, neynillər eləsinlər, cadəcə mənim
dərsim qaldı, gənc nəslə demək istədiyim milliyə dərsi.
Amma dərs demək üçün ilk öncə məktəb olmalıdı,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
daha doğrusu, yaranmalıdı, məktəb olmur, yaranır,
nec ə ki, eyni d üşünc ə, eyni əxlaq istehsal ed ən rus-
sovet məktəbləri yaranmışdı...”
Bu fikrin ən doğru cavabını bir-neçə ildən sonra
Sevortyan Seda deyəcək, mənsə məətəl qalacam,
qorxu-hürkü bürüyəcək canımı...
“-Bilirsən, Leninin cürbə-cür cib dəftərçələri olub,
həmişə üstündə gəzdirirmiş, gizlin qeydlərini eləyirmiş;
əsas proqramlarını, planlarını, açıb deyə bilmədiyi
siyasi məqsədlərini ora yazıb işləyərmiş, 1924-cü ildə
vəvat eləyəndə, dəfn mərasiminin baş mühəndisi o
dəftərçələri götürüb. Eşitmisən, bu haqda?
-Yox.
-O mühəndis 1926-cı ildə qaçıb Fransaya,
“Leninin cib dəftərçələri” adında iri bir əsər yazıb.
-Hardan bilirsən, görmüsən?
-Atam gətirmişdi evə, bir həftə ailəliklə oxuduq.
Qadağan olunmuş kitabdı, - əlini əlinin üstə qoydu, -
düz bu boyda.
“Bizim haqqımızda yenə nəsə yazılıb, bizim
deyəndə də türklərin, yoxsa ermənilər yığışıb gecə-
gündüz oxumazlar.”
-Nə yazılıb? - dedim.
-Yeddi yüz səhivəlik kitabdan bircə bəndi
deyəcəm. Birinci cib dəftərçəsindən səkkizinci bənd:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
SSRİ-də yaşayan türkləri qəzetlərimizi oxuyacaq
dərəcədə savadlandırmaq kifayət edər, onnan aqrtıq
olmaz... - Seda gülümsəyib başını qaldırdı, məni nə
halda gördüsə, tələsik əlavə elədi- mən deməmişm ki,
yolddaş Lenin deyib. Düz deməyib? Çobanlara
savadlanmaq olmaz... -Uzun-uzadı qəhqəhə çəkdi,
yaşıl bir ağacın altıydı, arxadan məni qucaqlayıb
yumru bərk döşlərini küryimə sıxmışdı, mən şairlər
demiş, onun nə vaxt içimə sancılacağını gözləyirdim...”
“Həə, bizim bilikli,dahi insanlarımız cox olsa da
görünür bütövlükdə savadsızıq, daha doğrusu, indiki
günün savadsızı. Yüksək səviyyələrdə gözümüzü
döyməyimiz də buna görədi... Özünü görməmək,
anlamamaq, özündən uzaqlaşmaq, kim olduğundan
xəbərsiz, bütün bunlar Lenin məktəbinin yetirdiyi,
istehsal etdiyi məhsul deyilmi...” Bu fikirlərlə evə tərəf
gedirəm, Biləcər qayalıqlarından baxanda Bakının bir-
birindən seçilməyən yeni binaları, evləri-eşikləri ayağım
altındadı, külüngümü yerə söykəmişəm, dizimin
dibində qulaqlarını sallayıb durub. Bir-birindən o
qədər də seçlməyən gənc nəslimizi bir də görmək
istədim, döndüm, özləri görünmürdü, qayalıqlardan
səsləri gəlirdi...”
Deməli rus kimi böyüməlisən, bir türkün rus kimi
böyüməyisə erməni olmaq deməkdi. Evə qayıdandan
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
sonra da bu fikirlər başımdan çıxmadı, yerimə uzanıb
gözlərimi yumdum; məni bürümüş qorxunun içində
yaxamdan yapışıb silkələyirdilər, “Biləcər
qayalıqlarindakı erməni yazılarını niyə dağıtmısan...”
Qarikin atasının səsiydi. Deyirdim, indi kimsə elə bu
səslə qapını döyəcək, gəl, deyəcək, gəl, görək
neynəmisən.
Doğrudan da günlərin birində elə həmin səslə
qapımı döyüb apardılar məni:
-Bilirsən, ağlını başına yığ, mənim rayonumda it
pişiklə, qurd quzuyla dolanır. O qırıb dağıtdığın daşın
tozunu yedirdərəm sənə! - Rəisin özü dindirirdi məni. -
Nə təhər olur əə, Sevortyanın qızıynan kef eliyirsən,
əlifbasını bəyənmirsən amma. Elə Sevortyanın qızına
görə də bağışlayıram səni, get, erməni qızıyla kef eləyə-
eləyə yaşa...
Çaşmış halda ayağa durdum, elə qapıya
çatmışdım ki, arxadan səsi gəldi:
-Eşit, əə, şairə-zada oxşayırsan özün də, evlənərsən
birdən, Sevortyanın qızıyla, - barmağını mənə tuşlayıb,
- bax, haa, əlimnən qurtara bilməzsən! -dedi, güldü.
Rəis özü demiş, hamıyla məzələnəndi; bu gün də
mənimlə məzələndi. Qoymadı fikrimi axıracan deyəm.
Nə qədər dedim:
-Rəis, bir erməni Biləcər daşlarına...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Sözümü ağzımda qoydu:
-Ə, nolsun?! Nolsun, Biləcər daşlarına kimsə yazı
yazır...?! Birincisi, nə bilirsən, o yazını yazan ermənidi?
- Susub xeyli üzümə baxdı, mən sözün əsl mənasında
inandım ki, o, bu arada pullarını xatırladı, yağlı tox
baxışlarını üzümdən çəkmirdi. -Hıı, nə bilirsən? Bəlkə
özümüz yazırıq...
-Biz ermənicə bilirik ki...? - Mənim bu
sadəlövhlüyüm, daha doğrusu, avamlığım, ona ləzzət
elədi.
-Ə, pul olan yerdə niyə bilmirik, ermənicə bilmək
nə mənədi ki. Sən özün yazmazsan bəyəm? Yazarsan,
pul versələr lap gedib Sevortyanın evində yazarsan, -
birdən elə bərkdən güldü ki, diksindim. -Amma
Sevortyanın qızını yaman tapmısan!
-Məsələ kimin yazmağında deyil, naçalnik, indi
Biləcər dağlarını axtarsalar içinnən erməni yazıları
çıxacaq...-Mən tələsik dilləndim ki, sözümü kəsməsin,
Sevortyanın qızı məsələsinin də üstündə çox
dayanmasın.
-Çıxsın daa, nolsun, o da bir bəzəkdi, qədimlikdi.
Birdə ki, sən Sovet İttifaqında yaşayırsan, yadınnan
çıxartma, Sovet İttifaqı olan yerdə nə Ermənistan, nə
Azərbaycan...!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Pərt olsam da naçalnikin yanından necə çıxdığımı
bilirəm... Onu da fikiləşirəm ki, bizi idarə eləməyə nə
var; asanca bir şeydi, köksüz, nəcabətsiz, dibçək
bitgiləri kimi yerdən aralı, taxtaların, daşların üstündə,
dilsiz, ağızsız...
Nə isə, yolun sağına soluna baxmadan yolu
qarasına keçdim. Dayanıb rəisin yaşını hesablayıram,
düz gəlir, “Leninin cib dəftərçələrinin açdığı
məktəblərin şagirdi, tələbəsi...” Bu ifadəni bir neçə kərə
dodaqaltı pıçıldadım. Rəis demiş, hə, nolsun, tələbə
vaxtlarımda heç nədən qorxmazdım, elə qorxmaz
olaraq da dalaşa-dalaşa universiteti bitirdim, indi işsiz-
gücsüz ortalıqlarda qalmışam...
“...Azərbaycan üçün ermən istehsal edən rus-sovet
məktəbləri...” Çap etdirə bilməsəm də elə bu haqda
yazım, qalsın, heç olmasa içimin tikanları çıxsın. Bu
fikirlərlə binaların arasında dayanmışam, qışqırmaq
istəyirəm. Qorxu, vahimə bürüyüb məni, bu, dolana
bilməmək qorxusudu, hər şeydən əvvəl, tək bir
anamısa dolandıra bilməyəcəyəm...Əslində bu da deyil,
özümü alladıram, sadəcə fikirlərim ilişib boğazımda
qalıb,
“xalq hələ millət deyil...”, “millət xalqın
n əcab ətli, t əmiz qolundan yaranmal ıd ı...” Bəlkə
sınıram, özümnən xəbərim yoxdu, məhv oluram bəlkə,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
rəisin qarşısında nə günə düşmüşdüm, o nə səsdi,
çıxırdı mənnən...
“Türkləri vəzifəyə qoyanda tələsmə, seç,
savadsızları iş başına gətir, o da ətrafına öz
savadsızlarını yığacaq...” İnsanı seçməyə nə var ki, gör,
rəisi necə tapıblar, gör Balacahunlunu necə
işləyiblər...Qardaşım bir kəlmə rusca bilmir, amma hər
cümləsində üç dənə rus sözü işlədir. Nolub deyir, bizim
söz deyil? “Splaşnoy...”gülür özü də ləzzət içində.
Özünə gəlib bir də soruşur:
-Sən canın, splaşnoy bizim söz deyil?
Rus üçün, rus dövləti üçün istehsal olunmuşlar...
-...neynim mən, akademik Balacahunlu, daha da
hisslərimi itilədin, mən də gərək auditoryalarda toz
kimi içimizə hopdurduğun kökü Leninin cib
dəftərçələrində olan məktəb proqramlarıyla,
dərsliklərlə böyüyüb hamıya, hər şeyə oxşayaydım, hər
ş
eyə oxşayansa, özün yaxşı bilirsən ki, heç nəyə
bənzəməz...
İndi 80-ci illərin ortalarıdı, rus-sovet
məktəblərində bizdən fərqli olaraq özlərini anlamaqla,
daha doğrusu, özlərini yenidən qurmaqla məşğul olan
ermənilər də bizi kimi rus- sovet məktəblərini
bitirdilər...Bəs Azərbaycanın Qarabağ bölgəsini,
Ermənistan əhalisinin 90 faizini təşkil edən azərbaycan
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
türklərini, bütövlükdə Qafkazı bürümüş erməni
qasırğası hardan gəlməyə başladı?!
Bəs, bizim torpaqların hesabına yaranmış
əldəqayırma Ermənistan Respublikasının müharibəsi
də əldəqayırma olacaq daa, hörmətli akademik
Balacahunlu. Müharibələrin min cür üzü var, bu da bir
üzü. Siz bunu niyə anlamadınız? Ermənilər, bütün
türklərə ölüm, şüarları deyəndə, bizə şərqi
oxudyrdunuz:
Kür, Araz, Ararat,
Gözəldi bu həyat...
Qardaş olub Hayastan,
Azərbaycan...
Biz böyüyüb tamam tərsini gördük, səhvin
dərinliyinə bax, yoldaş akademik Balacahunlu.
“...Bu səhvləri düzəltmək üçün oxuduğumuz
mahnıları qusmalıyıq, ürəyimiz bulanmalıdı,
ö
güməliyik, aldığımız təhsili- bilgini yaddaşımız
götürməməlidi, biz öyrəndiyimiz tarixi qusub geri
qaytarmalıyıq ki, təmizlənək, mümkündümü bu?!”
...Seda tül xalata bükülüb üz-üzə oturmuşdu,
xalatdan başqa əynində heç nə yoxdu, çıl-çılpaqdı,
əlindəki badəni ətli- dolu dodaqlarının üstündə
saxlayıb mənə baxır, içmır, üz-gözünün sakit, yumşaq
olmasından bilirəm ki, mənim bu əzabım ona xoşdu:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Yaxşı ki, sənnən uşağa qalmamışam, -deyir. –
Uşağa qalmış olsaydım, yəqin ki, bağrım çatdayardı.
Mən onun bu sözündən sonra atasını xatırladım,
Mamvel Sevortyanı... Milis mayoru Mamvel
Sevortyan, həmişə boynu içinə batıq, üzü çiyinlərinə
sarı, elə bil ağzı çatsa paqonlarını gəmirəcək...
-Türkə heç itimi də vermərəm! İstəyir qızımla lap
yüz il gəzsin...
Milis mayoru Sevortyan mənə eşitdirir, gəldiyimizi
görüb yəqin, Sedayla əl-ələ tutub yaxınlaşırıq. İki
mərtəbəli həyət evləridi, vağzaldan azca yuxarı küçənin
o başınacan sırayla düzülüblər. Evlərin özündə,
görkəmində yəni, ermənilik yoxdu, səs-küyündə,
geyim-gecimində var...
Seda məni həyət qapısının ağzınacan apardı. Bir
neçə müddətdi, anlamışam ki, Seda məni həyətə, həyət
adamlarına, atasına göstərmək istəyir... Həyət qapısı
açıqdı, məni qapının ağzında qoyub atasının üstə
qaçdı, atasını öpüb, nəsə dedi...
-Mayorun qulağına nə pıçıldayırdın? - Səhəri gün
görüşən kimi soruşdum. - Düzün de!
-Dedim, narahat olma, türklərə mən sənnən də
çox nifrət eləyirəm. Belə deyəndə hirsi soyuyur.
-Həə, mən də deyirəm, dodağının altında niyə
gülümsədi, birdən- birə...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |