Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə19/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Tiqranın... 



-Tiqran kimdi, əə? Şaliko, ermənilik eləmə, 

özümüzə nolub ki, içək öz sağlığımıza. 

İçdilər... 

-Millətçi deyil, millətçi olsaydı belə deməzdi. 

-Nə deyir, bu? - Qardaşım doğrudan da heç nə 

başa düşməmişdi. -Millətçi nədi, sən canın, çoxdan 

deyir bu sözü. Bir başa sal məni, yəni deyir, xəsisəm, 

hə?! 


-Yox, əşi, tamam başqa şeydi, sonra deyərəm. - 

Mən doğrudan da pərt olmuşdum. Necə ola bilər ki, 

millətçi sözünün nə demək olduğunu bilməsin, yəqin 

kənddə heç kəs bilmir, Şalikonun arşınıyla ölçsək, heç 

bizim müəllimlər də bilməz... 

-İndi de...! 

 Bilmədim necə başa salım: 

-Bilirsən, -dedim, - millətçilik nədi, yəni öz 

hasarıyın içini, öz evini, öz mal - qaranı necə 

qoruyursansa, öz uşaqlarını necə sevirsənsə... -Başımı 

qaldırıb baxdım, qardaşım üz- gözünü qırışdırıb məətəl 

qalmışdı. Mən gülümsəyib əlavə elədim, - kəndi, 

kəndin camaatını, varını-dövlətini, adamlarını, oğul-

uşağını da elə sevməlisən. Tək kəndi də yox, sənin 

dilində danışan insanları fikirləşməlisən, düşünməlisən, 

narahat olmalısan. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Dayan görüm, -qardaşım yerindən qalxıb stola 



doğru əyilmişdi. - Doğru sözündü? Ə, mən öz evimi-

eşiyimi qoyub, öz oğul uşağımı qoyub qonşumuz 

Dəmir kişinin uşaqlarını fikirləşsəm, deməzlərmi dəlidi. 

Şaliko gülürdü. Qardaşım ona sarı döndü: 

-Şaliko qonşusunu istiyəndi ki? - Dönüb aşağıdan 

yuxarı Şalikonun üzünə baxdı. - Sən indi qonşu sevən 

olmusan? Bir parça torpağın üstündə öz doğma 

qardaşıyın başını sən yarmadın, Şaliko? 

-Baş yarmaq ayrı şeydi. Bax, mən qazancımnan 

hər ay “Qrunk” erməni təşkilatına pul göndərirəm. Sən 

belə şeyi heç vaxt eləməzsən. 

-Banga pul qoyursan, pis iş görmürsən ki. 

-Bang deyil, ermənilərin millətçi təşkilatıdı, 

dünyanın harasında erməni varsa o təşkilata pul 

göndərir. 

Mən dinib danışmadan sakitcə oturmuşam. 

Qardaşım bayaqdan stolun qırağında yarı-bükülüdü, 

əlləri quş qanadı kimi açıq, başının üstündə, nəsə 

partlayacaq, elə bil.  

-Bəlkə siz millətçi deyəndə el yolunda ölməyi 

deyirsiz, əgər onu deyirsənsə, Şaliko, bil, harasa pul 

göndərmək lazım deyil mənə, yüz canım varsa el 

yolunda yüzünü də uf, demədən qurban verərəm. İndi 

bildim, Şaliko nə deyir.  



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sevincimdən gözlərim yaşardı birdən-birə, yerimi 



rahatlayıb üzümü qapıya döndərdim...Qardaşım 

tamam ayılmışdı, içməmişdi elə bil: 

-Şaliko, neçə ildi bir-birimizi tanıyırıq, qırx il olar, 

yox? 


-Olar. 

-Az qala, bir yerdə böyümüşük, elə deyil? 

-Elədi. 

Qardaşım nə fikirləşdisə: 

-İstiyirsən, -dedi, - ermənicə deyim. 

-Yox, sən sözünü de, belə şeyi ermənicə 

danışmazlar. 

-Uşaqlıqdan güləşə-güləşə böyümüşük, - əlini 

çörəyin üstünə qoydu. -Sən bu çörək, düzün de, heç 

məni yıxmısan? 

Şaliko bərkdən güldü: 

-Bəs pulu nə üçün yığırıq, yığırıq ki, bir dəfə də 

olsun yıxım səni. 

Mənim tüklərim biz-biz oldu; “bir yerdə 

böyüyənlərin” bir-birindən bu qədər fərqli olmasına 

məətəl qalmışdım. Qapı da elə bu vaxt açıldı. 

Siranuşun üzü gülürdü, gedəndə belə deyildi: 

-Anacan, bunnar yenə dalaşıllar? 

Elə bil Siranuşu gördüyü üçün yadına düşdü: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Nolsun, -dedi ,- sən də məni kimi bıçaq ata 



bilmirsən. 

-Bıçağı atmazlar, Şaliko, bıçağı saxlayarlar... 

Anam Siranuşu süfrənin qıragında əyləşdirdi: 

-Fikir vermə bunlara, çörəyini ye. 

Mən Ağ Pərini xatırlaya-xatırlaya soruşdum: 

-Ana, Ayişə arvad nə təhərdi? 

Anam əslində kimi soruşduğumu bildi, Siranuşa 

işarə eləyib: 

-Yaxşıdı, -dedi, -baxdı, yarasını da sarıdı... 

Kəndə girəndən Siranuşun yuxusu gözünün 

önündən çəkilmirdi,  yuxusundakı uşaq üzü səssiz, 

sözsüz: - ağlama,-deyirdi, - dur, türk kəndinə get, türk 

Tanrısının adını çək, Yekə Ayişə səni sağaldacaq! 

...Siranuş anamla kəndin içindəydi, yuxuydu elə 

bil, hər şey dartına-dartına çıxıb gedirdi, Siranuşsa 

döşlərindən bağlanmış kimiydi, yerisə də getmirdi heç 

yana, “döşünnən asılasan səni...” türkcədən alınma 

belə bir qarğış var, ermənilərdə. Nənəsi takun Asmik 

tez-tez deyərdi: “-Sən kirvənin oğluna ərə get, türkə 

gəlin ol, getməsən, beləcə, döşlərinnən asılı qala-

caqcan...” 

Adamboyu olmuş gicitikanların yanından keçəndə 

öz-özünə danışmağa başladı, öz dilində nəsə deyirdi. 

Saya ana bir şey anlamasa da bunun dua olduğunu 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bildi, nə deyirdisə üzündə dediyinin ərintisi vardı, kilsə 



şamlarının ərintisi kimi... dualar belə olur, hansı dildə 

deyirsən, de. 

Yekə Ayişə yerdən üzü qapıya oturmuşdu, elə bil 

Siranuşu gözləyirdi, qapı açılan kimi: 

-Kimlərdəndi, -dedi, -bu? 

-Dəyirmançı Lapanın qızıdı... -Saya ana cavab 

verdi. 

-Bunun nənəsi bizim gəlin idi, tanıyırdın? Takun 



Asmik, otur, yanımda, -Əllərinin ikisini də Siranuşa 

tərəf uzatdı, gözlərini yummuşdu, xeyli beləcə qaldı. -

Mən çoxdandı ağrıyan yeri tapa bilmirəm, əlim heç 

kəsin ağrısına uzanmır... 

Əlləri Siranuşun dizinin üstündəydi, göz gətirmiş 

kimi canına yeriyirdi...  

-Amma sənin ağrını tapdım... 

“...Türk alahının adını çək, Yekə Ayişə səni 

sağaldacaq...” Türk allahının adı nədi bəs? Bəlkə səhv 

eləyir, bəlkə belə deməyiblər, allahın başqa adı olurmu 

ki? Bu haqda fikirləşməmişdi, peşmançılıq içində Saya 

anaya baxdı. 

-Bunun nənəsi takun Asmik bizim gəlin idi, 

yadındadımı? Çox gözəl olduğuna görə takun deyirdik, 

ölmüşə... - bir də dedi, görünür başqa sözü vardı, nəsə 

demək istəyirdi. -Türkcə bilirmi bu? 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Bilir deyəsən... 



Yekə Ayişənin əlləri artıq onun ağrılarının 

içindəydi, içinin tikanlarını çıxardırdılar...Fikrində, 

“...kökü yamanlamayib,” - dedi, - “ dərinə enməyib...”, 

dönüb xeyli Siranuşun gözlərinin içinə baxdı, 

gülümsədiyini özü bilmirdi,-...işığa qayıtmısan, xəbərin 

yoxdu.”  

-Burasınnan qaynayır, - dedi, əlləri Siranuşun 

ağrıyan döşünün üstündəydi... -Mən qardaşıma görə 

ağrı tutan olmuşam, səni də ona görə sağaldacam

mənim gözümün qabağında vurdular qardaşımı, takun 

Asmiklə onu mən görüşdürürdüm, qardaşımı 

Əndrəniyin adamları vurdu, takun Asmiki də alıb 

apardılar... Ağlayaq qardaşımı, - əli hələ də Siranuşun 

döşünün üstündəydi, -burasınnan qaynıyır, - bir də 

deyib giləsinin ucundan sıxdı... 

Siranuş Sumikyanın ulartısı kənddən də keçib 

dağlara- dərələrə yayıldı... 

Saya ananı elə bil divara çırpdılar, qulaqlarını 

tutub yerə çökdü. 

-Sən çıx, qoy bu qışqırsın, qışqırmaq buna 

xeyirdi... 

Saya ana bayırda daşın üstündə oturub mat-

məətəl gözləyirdi. Siranuş hələ də qışqırırdı... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Viran qalmışın qızı, bağrını yarır adamın, ürəyim 



ağzıma gəldi...-Nə qədər oturmuşdu bilmədi, Siran 

Yekə Ayişəylə qapıdan bir yerdə çıxdı: 

-Sudan özünü gözlə, yeddi gün çimmə, döşünü 

canıva bağlamışam, yeddi gün açma... Kişisi varmı 

bunun? - Ərə gedibmi bu? 

-Əri var,- dedi, Saya arvad. 

-Sənin oğlunla oynaşmırdılar? Bu döyüldü? - 

Güldü, gülüşü muncuq kimiydi, yerə nəsə töküldü elə 

bil. - Sən Uğurluya niyə getmədin, erməni qızı? 

Siranuş özündə deyildi, gülümsəməyə çalışdı, heç 

nə alınmadı... 

-Ermənisiz türk kişisi olarmı, bizimkilərin 

ermənidən tutma beş-altı takunu vardı... -Gülüb 

qollarıını qaldırdı, bura kəndin ən yüksək yeriydi, hər 

şey havalanmış kimiydi burda, havalanmışa oxşayan 

Yekə Ayişə də quş kimi uçub gedəcəydi... 

-Sənə hələ kişi olmaz, kişini yaxına buraxma. 

Sabah axşam gəl, sarğını dəyişim, indi nə var sorulub 

çıxacaq, gələrsən, yaxı qoyaram... 

Bir-iki aydan sonra akademik Ulubabyan Siranuş 

Sumikyanın döşünün üstündəki bənövşəyi ləkəyə baxa- 

baxa qalacaq: “...es inça,... es inç...?” Analizin cavabını 

dönə-dönə oxusa da gözlərinə inanmayacaq, bir az da 

keçəcək, özünün halı dəyişəcək, Şaliko Siranın 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qucağına aldığı paltarını bir yana atıb xəstəxananın 



dəhlizi boyu həkim dalınca qaçacaq: 

-Varjaped yıxıldı, varjapedin halı pisdi...! 

Bu, bir-iki aydan sonranın yuxuya bənzər işləridi, 

ağılkəsməz, amma ən doğru, ən gerçək işləri... 

Bir-iki aydan sonra Siranuş Sumikyan heç fərqinə 

varmayacaq ki, özü də əsəblərinəcən, düşüncəsinəcən 

dəyişib yeni adam olub, içi sakit, ağrılardan uzaq, dinc 

erməni qadını... 

“-Dənizdən dənizə Böyük Ermənistan dövlətini 

qurmayınca, bu yolda türklərdən qisasını almayınca 

heç bir erməniyə dinclik yoxdu...Eşidirsiz?!  

Tumanyan adına erməni orta məktəbinin X-cu 

sinif şagirdləri dik qalxıb qışqırdılar: 

-Yaşasın dənizdən dənizə Böyük Ermənistan! 

Siranuş Sumikyanı elə bil havadan endərdilər, 

gülümsəyib əlindəki təbaşirlə yarımçıq qoyduğu 

kimyəvi düsturun ardını yazır... 

Pas atma da xəstəlik 

kimi yayıla bilir, metalların da xəstələnməyi var... 

Dörd ildi əsgər kimi boy-boya vermiş bu uşaqların 

sinif rəhbəridi, indi onlara baxıb qanad açıb dənizdən 

dənizə uçmaq istəyir, qışqırmaq istəyir, onun 

yetirmələri hazırdılar, ermənilər hazırdı: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Türklər var hələ də, yuxarılarda da, aşagılarda da 



yaşayırlar, təmizlik işlərinə aşağıdan da başlamaq 

lazımdı... 

Siranuşun dediyi aşağılar bazarlardı, bazarlarda: 

“-Kərə yağı, mayıs yağına gəl, yaxşı pendir var, 

axtarma pendiri, motal pendiri...” deyə-deyə erməniləri 

alverə çağıran türk adamlarıdı, avtobus 

duracaqlarında yol gözləyənlərdi, çölün-bayırın işini 

gərənlərdi; çobanlardı, əkinçilər, biçinçilərdi... 

-Türklərə ölüm! 

Siranuş Sumikyanın şagirdləridi, bunu hamı bilir, 

onların artıq qarşısını kəsən yoxdu...arta-arta, çoxala-

çoxala rayon mərkəzinin küçələrini gəzirlər...  

Dörd il qabaq Siranuş onların əllərinə döyürdü: 

-Ölün, öldürün...! De görüm, de! Öl, öldür...  

Uşaq içini çəkə-çəkə ağlayırdı, Siranuş başını 

qaldırıb göz gəzdirdi. Oğlanlı, qızlı uşaqların hamısı 

qorxu içində müəllimə baxırdılar: 

-Erməni olmağın yolu budu, başqa yolu yoxdu. 

Hamı bir yerdə desin,-əlini qaldırıb saldı. - De, türklərə 

ölüm, de, deyii-in! 

Demirlər... Balaca, arıq, sısqa uşaqlardı, 

qorxudan göz yaşlarını da silmirlər. Müəllimsə qışqırır, 

hrsindən üzü-gözü əyilib: 

-hamı bir yerdə...! 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

hansı küncdənsə hıçqırıq içində səs gəldi: 



-Türklərə ölüm... 

-Elə yox, bu cür böyümək olmaz! Bu səsnən 

yaşamaq olmaz... Düşmən qapı ağzındadı. 

Əlindəki çubuğu sındırıb uşaqların üstünə atdı, 

sonra saçlarını yoluşdurdu, qırmızımtül ipək 

köynəyinin yaxasından yapışıb dartdı, iri, ağ döşləri bir 

qab su kimi yaxasından axdı elə bil: 

-Deyin, deyin, türklərə ölüm...deyin! 

Dedilər, deyə-deyə elə bu fikrə də böyüdülər... 

2kclO3- 2KCL+3O2 Kalium xlor oksidi yazı 

taxtasına yazıb döndü: 

-Elə maddələr var ki, - dedi, - nə qədər qızdırsan 

da parçalanmaz, öz bütövlüyünü qoruyar. Misalçün 

kalium xlor oksid duzu belə maddələrdəndi. Amma 

onu qızdıraraq  Manqan oksidinin MN2O yanınnan 

keçirsək asanca parçalanacaq. Deməli MN2O 

katalizator rolunu  oynayır... -Təzədən döndü, elə bil 

doğrudan da nəsə tapmışdı, sevinc içindəydi. - Baxın, 

bu parçalanmadan tamam başqa maddə alındı; 

Kalium xlorid və 3 atom oksid...-Barmaqlarının onunu 

da şağirdlərinə doğru uzatdı.- Cəmiyyət də belədi, çox 

asanlıqla parçalana bilir. Türklərə dağılmış, bölünmüş 

kimi baxmayın, katalizatorsuz bölünməzlər... Yad elli 

qızlara meyillidilər, pul sevəndilər, Anladınızmı? 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Böyüdülər, indi əsgər kimidilər, Siranuş 



Sumikyanın əsgərləri... Yaddaşlarında türkləri 

öldürməkdən başqa heç nə yoxdu, amma müəllimənin 

giləsi çiyələk kimi qızaran ağ döşləri yaddarındadı, 

gözlərinin qabağından getmir...Qonşu məktəblərdəsə 

hələ də türk uşaqlarına şərqi oxudurlar: 

Kür, Araz, Ararat, 

Nə gözəldi bu həyat, 

Qardaş olub Hayasdan, 

AZƏRBAYCAN... 

O vaxtdan çox keçib...Öyrətdiklərinin özləri də 

öyrədən oldu, artıb çoxaldılar, dünyanın hər tərəfinə 

səpələndilər. Neçə illərdən sonra müəllimləri Siranuş 

Sumikyanın ad gününə yığışdılar ki, bir-bir qalxıb 

desinlər: “Ağdamda  müəllimi ailəsiylə bir yerdə 

yandıran məndim...” “Bakı-Tiflis avtobusunu mən 

partdatdım...” “ Bizim xəstəxanada bir türk oğlanıyla 

bir türk qızının içini xarici turistlərə satdım...” “ 

Vyanada türk diplomatı mənim əlimlə öldürüldü. 

Yunanstandakı türk diplomatını da biz öldürdük...” “ 

Bakıda, Şəkidə, Qazaxda daşlara erməni əlifbasını mən 

yazdım , indi Gəncədə işləyirəm, Gəncə qalasının 

daşlarına erməni tarixini yazıram...” Bütün bunları 

deməyə gəlmişdilər, gəlib müəllimələrinin 

yaddaşlarında hələ də giləsi çiyələk kimi qızaran ağ 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

döşlərini sarıqlı gördülər. Siran Sumikyan əllərini 



döşlərinin üstünə qoyub ağrıdan gözləri yaşara-yaşara 

şagirdlərinə baş əydi: 

-Mən xəstələnmişəm, mənim qartallarım. Erməni 

qartalları...! 

  Şagirdləri də bir-bir onun sarıqlı döşündən öpüb 

evin bir küncünə, İsa peyğəmbərin çarmıxa çəkilmiş 

ikonasının altına çəkildilər...  

O vaxtdan beş-altı ay keçib, yenidən doğulmuş 

kimidi, ağrısı yoxdu daha...Kimi görür, döşündəki yara 

yerini göstərir: - Türk sağaltdı... -deyir, - türk 

Ayişə...Yaddaşı yoxdu, daha döğrusu, yaddaşı da 

dəyişib, ermənilik eləyə bilmir, erməniliyin nə demək 

olduğu ağlında yoxdu... Bir neçə aydı, dərsdən çıxan 

kimi bazara gəlib türk arvadlarını axtarır: 

-Başınıza dönüm, Ayişə ana necədi? Ona bir inək 

göndərdim, geri qaytardı. Pul da verdim götürmədi, bəs 

mən neynim? 

İndi də akademik Ulubabyan onun analizlərinə 

baxa-baxa məətəl qalıb:“...türk türkə- çarəylə xərçəngi 

sağaldıb...” Həkimlər halı xarab olmuş Ulubabyanın 

başına yığışıblar, iynə vururlar... 

Qapı açıqdı, üz-üzə palatanın çarpayıları görünür, 

yanakı uzanmış yaşlı arvadın başı açıqdı, ağarıb, 

çallaşmış hörükləri Yekə Ayişənin hörüklərinə oxşayır, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Siranuş dönüb palataya tərəf gedir: “...türkcə bilirmi, 



bu...?” düşüncəsində yekə Ayişənin səsini eşidir, 

ardınca özünün ağrıdan ulamağını xatırlaya- xatırlaya 

yaxınlaşır. Yekə Ayişə deyil, amma onu kimi balaca-

balaca hörükləri olan yaşlı türk arvadıdı, gözləri 

yumulu olsa da yatmışa oxşamır, əyilib əlindən tutdu, 

arvad diksinib gözlərini açdı, başının üstündə geyimli-

gecimli erməni qadınını görüb küncə çəkildi, uşaq kimi 

qorxub başını örtdü, örpəyini üzünə gətirib yamşandı: 

-Nə istiyirsən? -dedi. 

-Qorxma, -istədi desin ki, mən erməni deyiləm, 

düşüncəsindən keçən bu fikrin mənası özünə də aydın 

olmadığına görə ifadə edə bilmədi, cibindən bir qırmızı 

onluq çıxardıb yasdığın üstünə qoydu. -Mən sənin 

yanına gəlməliydim, -dediyinin mənasını anlamadı, 

başını qaldırıb palataya göz gəzdirdi. –Yenə türk varmı 

aranızda?! 

İki türk qadını çarpayıda dikəlib üst- başlarını 

düzəltdilər, qorxu içindəydilər. Biri dodağının altında: 

-Niyə qoymurlar ağrımızı çəkək... -Bir ilin içində 

bu xəstəxanada eşitdikləri bir anın içində yaddaşından 

iz sala-sala keçib getdi... “Haça Mustafaya nə 

içirtdilərsə, necə iynə vurdularsa kişilikdən düşdü...”, 

“...Qarakəlləoğlunun gəlininin böyrəyini götürüb 

Amerikaya satıblar...”, “...Ermənini vurduğuna görə 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Ayğır Hasanı  bir iynəyə öldürdülər...” Arvad dizin-



dizin sürünüb divara yapışdı.- Çək əlini...! 

-Qorxma, türk qadını, mən də sizlərdənəm, - diz 

çökmək istəyirdi, niyəsini bilmədən türk arvadlarının 

əlinə-ayağına düşüb yalvarmaq istəyirdi. Əslində də 

bilə bilməzdi Siranuş Sumikyan, bilməzdi ki, içi niyə 

dəyişib...Siranuşun ruhu dəyişmişdi, özünün xəbəri 

yoxdu, bu, bir az da dinini dəyişməyə oxşayırdı... 

-Mən səni tanıyıram... -Türk arvadı bir-iki il 

qabaq rayona qonaq gəlmiş yazıçının şərəfinə keçirilən 

görüşü xatırladı. O vaxt rayon mədəniyyət evində 

işləyirdi... Yazıçı qaraqabaq adamdı, başını qaldırıb 

heç kəsə baxmır, ona görə də yaxşı yadında qalmayıb, 

amma bu, yaraşığından, gözəlliyindən daha çox 

hikkəsiylə türkləri mədəniyyt evinin divarlarına sıxmış 

erməni qadını yaxşı yadındadı, Siran Sumikyan. 

-...Türklər bizim mühitimizi dəyişiblər, indi də 

dəyişirlər, daha doğrusu, korlayırlar. Erməni 

mühitində türk yaşamamalıdı, bu, bəşəriyyət üçün də 

xeyirli olardı, erməni mühitində türk hava 

tapmamalıdı, boğulmalıdı, indi gəlin görək biz min 

illiklərin erməni mühitini yarada bilmişikmi? Yox, 

yarada bilməmişik! 

-Sən o mühiti yaratsan acınnan öləcəksən, 

oturduğun budağı kəsmə, yaxşı fikirləş, türklər sənə 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

çörək verir...- İmirxanlı Ağbilən İsmayıl yerindən 



durub bütün salonun başı üstündən bağırdı.-Türk sənin 

mühitini dəyişir, doğrudu, türk sənin özünü də dəyişir, 

amma yaxşıya dəyişir, türk dili sənin qrabar adlan-

dırdığın qədim erməni dilini də dəyişib, sən türkdən 

tərbiyəni öyrənmisən, millət olmağı öyrənmisən. Bil, bu 

gün sən türklərə görə varsan! - Əlini yuxarı başda, - 

prizidiumda oturmuş yazıçıya uzatdı. - Səhvim varsa 

hörmətli yazıçı Qrand Matevosyan buyursun, desin, 

mən onun əsərlərinin hamısını orijinaldan oxumuşam. 

Türkün nəinki uşaqlarının, itinin də tərbiyə məktəbi 

var, bunu hörmətli yazıçı Qrand Matevosyan 

hamımızdan yaxşı bilir... 

Qrand Matevosyan yenə başını qaldırmadı, eləçə 

başı aşağı əl çaldı... 

Türk qadını bütün bunları bir anın içində 

xatırladığına görə canlanıb özünə gəlmişdi: 

-Mən səni tanıyıram, - dedi, qorxa-qorxa, - sən 

bizi sevməzsən... Sumikyan Siranuş deyilsən sən? 

Erməni yazıçısı gələndə çıxış eləyirdin. 

Siranuş bayaqdan səs eşidirdi, amma bilmirdi bu 

səs nə deyir, bilmək də istəmirdi, əyilib türk arvadının 

dərman qoxuyan üzündən öpdü: 

-Məni sağaldan Ayişə arvada salam de, - türkcə 

dedi, heç kəs onun türkcə danışdığını görməmişdi. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Neçə müddətdi tanıyan bilən onun  birdən birə təmiz 



türkcəsinə mat-məətəl qalmışdı. Şaliko bir dəfə dedi: 

-Siran “Qrunk”un üzvlük haqqını vermək lazımdı. 

-Hə, hə, -dedi, - bu ay türk Ayişənin də pulunu 

verməmişik... 

Şaliko ona baxa-baxa qaldı... Bu, Siranuşun 

ölməyiydi, əgər belə deyirdisə, deməli ölüb artıq... 

Səhəri akademik Ulubabuanın yanına apardı... 

İndi Ulubabyanı özünə gətirmişdilər, ayılıb 

Siranuşu axtarırdı: 

-Hanı Sumikyan?! 

Bu vaxt Siranuş Sumikyan döşünü çıxardıb türk 

qadınına göstərirdi: 

-Bax, Ayişədən sonra belə oldu... Görürsən 

sağalmışam, Ayişə sağaltı məni. 

Şaliko onu səsləyirdi deyəsən... İki dənə onluğu 

yastığın üstünə qoyub çıxdı. 

                                       


Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin