2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
O vaxtdan bir-iki ay keçib, elə bir-iki aydı mayor
Sevortyanın gözünə görünmürəm, heç görünmək də
istəmirəm...
Nə isə, Seda mənim cavabımı gözləyir, bilirəm
istədiyi məni özümdən çıxartmaqdı, çıxım da. Başımı
qaldırıb baxdım, anlayım görüm nə deyir, daha
doğrusu, nə demək istəyir:
-Mənə də xoşdu ki, mənnən uşağa qalmamısan,
erməni olacaydı da. -dedim. - Sənnən çıxanın türk
olmağını istəmirəm...”
Biləcər qayalıqlarından şəhərə tamaşa eləyirəm,
fars yönlü insanların, daha doğrusu, tədqiqatçıların
yüz-yüz illərdi Badü-Kübəyə döndərmək istədikləri
amma bacarmadıqları doğma Bakı şəhərinə...heç kəs
Badü-Kübə demir, ən sağlam olanı elə budu. Bayaq
milliyə dərsi demək istədiyim gənc nəslin səs- küyü
məhləni götürüb, bu da anlaşılandı, elə bil bayaqkı
kimi ermənıni daşa basıblar.
Heç nə, mənim sözüm akademik Balacahunluyadı,
bu kiçik hekayəni də elə olduğu kimi ona göndərəcəm.
Atın gülməyi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ağbilən İsmayılı rayonun milis rəisi Ulubabyanın
qapısından içəri iki milisioner keçirti, hərəsi onun bir
qolundan tutmuşdu.
-Siz gedin...
Milis nəfərləri dalı-dalı çəkilib qapıdan çıxdılar.
Akademik Ulubabyanın atası Mkrtç Ulubabyan
başını qaldırıb baxdı ki, görsün, Ağbilən İsmayılın
döyüldüyü bilinirmi... Bilinmir, üzü-gözü təmizdi,
çallaşmış saqqalı tumarını itirməyib. Hə, belini
düzəldəmmir, deyəsən, belinnən vurublar, lap yaxşı.
Ağbilən İsmayıl doğrudan da belini düzəldə bilmir,
ayaq üstə güclə dayanıb.
-Yaxın gəl, - milis rəisi masanın üstündə boydan-
boya açılmış süfrəni göstərdi. - Bax, burda süfrənin
qırağında altı adam var, hərəsi bir sual verəcək, sənə...
-üzünü yanındakı adama tutdu.
Yanındakı qırma saqqallı adamdı, başını
qaldırmadan rus dilində soruşdu: -Na kakom yazıke
qovorit on?
58
Mkrtç Ulubabyan:
-Bütün dilləri,- dedi.- Na vsex yazıkax.
59
Qırma saqqallı adamı elə bil səksəndirdilər:
-Na armyanskom toje?
60
58
Hansı dildə danı şa bilir, bu? (rus)
59
Bütün dillərdə...(rus )
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Daje luçşe nas...
61
Ağbilən İsmayıl ətrafını o qədər də yaxşı anlamır,
olanlardan daha çox olacaqları hiss eləyir. Yuxusu
bayaqdan gözlərinin önündən çəkilmir... əlində yarısı
sındırılmış araq şüşəsi tutub. Üstündə süfrə açılmış
masa da yuxuda gördüyüdü, yuxusunda gördüyü
masanın üstü qanla örtülüdü, bir küncündən qan
damcılayır...
-Qonagın kim idi? - Qırma saqqallı adam ermənicə
soruşdu.
Ağbilən o gecəki qonagının özündən tez atını
xatırladı, at eyvanın orta dirəyinə bağlanmışdı, həyət-
bacaya bir-iki gözətçi qoyulmuşdu; gələn-gedən olsa
xəbər verəcəydilər.
-Oğul-uşağı yığ, gecəylə keçək o üzə...ona görə
göndəriblər məni, - pəncərənin ağzında üz-üzə
dayanmışdılar, qonaq xırıltılı səslə pıçıldayırdı. -
Dedilər hmısını yığ gətir.
-O vaxtlara baxma, indi keçə bilmərik, qırallar
hamımızı.
-Gözləyəcəklər bizi...o yanda da bu yanda da
adamımız var.
60
Erməni dilini də? (rus)
61
Bizdən də yaxşı ...(rus)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Birdən birə at dartınıb yüyəni qopartdı, pəncərəyə
sarı yeriyib içini vura-vura oxrandı.
-Gələn var, - dedi qonaq, qorxusundan dişi dişinə
dəydi, dişlərinin səsi gəldi, elə bil qapı açılıb örtüldü.
Bir yerdə bayıra atıldılar.
-Hər tərəfə adamlar qoyulub, bir şey olsa...
-At səhv eləmir, - dedi qonaq, ata sarı yüyürüb
yəhərə aşırıldı...At elə bil gülürdü, atın gülməyi
Ağbilənin yadında da elə beləcə qaldı, gülər üzlü at...
-Nəyə gəlmişdi? Neçə nəfər idilər? Sərhəddən kim
keçirtmişdi onları? Hardan keçirtmişdilər?
...Alapaça atdı, pəncərənin ağzında zəif-zəif
közərən şamın işığında ötəri görünməyiylə yadda
qaldı,- vallah atın üzü gülürdü, yiyəsini belinə alıb
sevinə- sevinə gözdən itdi... - anası Yekə Aişəyə
deyirdi. “Ana, vallah mən atın gülməyini gördüm...”
Səhəri elə məktəbdən apardılar...
İndi Ulubabyana baxa-baxa qonağın atını
xatirlayırdı... “vallah atın üzü gülürdü...” Özünün
gülümsədiyindən xəbəri yox idi.
-Necə demisən...?- Mkrtç Ulubabyan əlini qırma
saqqallı adamın əlinin üstə qoydu. - Familyası türkcə
olan ermənilər xristyan azərbaycanlılardı, yəni
albanlar, hıı? Qarabağ, həə?! - Silkələnə-silkələnə
güldü. - Mən də? Ulubabyanam dəə, mənim də familim
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
türkcədi... -masanın aşağı başında oturana işarə elədi, -
araq süz...onun da coyadı türkcədi, burda çoxunun fa-
mili türkcədi elə.
Badələrə araq süzüldü. Ulubabyanın yanında
oturmuş kök, iri gövdəli adam dünən Ağbilənin
döyülməyinə rəhbərlik eləyirdi, sonra irəli yeriyib
təpiklə qarnına vurdu...“alçaq türk, sən mərəkədə nə
oxuyursanmış, Mqlo musurman olacaq, Alı dayı... Sən
bunu kimə deyirdin, bizim rəisimizə?...
Bektaş müridləri təsəvvüf mahnıları oxuyur, beş-
altı müriddi, üçbucaq şəklində düzülüblər, biri ortada
qabal yerinə tənəkə çalır, oynayanlar var, içlərini vura-
vura kiminsə oynayıb-oynayıb cəzb olmasını
gözləyirlər; ruha qarışıb yox olacaq...
Cənnətin bülbülləri
Oxur, Allah deyu-deyu...
Belə bir məqamda bir neçə kənd müəllimi girdi
içəri, kənd məktəbinin rus dili müəllimi Mukuç
Xanzadyan da aralarındaydı. Müridlərdən biri:
-Onları çıxardın, - dedi, - içgilidilər, günahdı.
Doğrudan da içmişdilər, bu gün onlardan bir
neçəsi kommunist olmuşdu, partiya sıralarına
keçirtmişdilər onları.
-Gedin, - dedi, Partkom, iclasdan sonra, - görün
kimdi, kənddə meyxana eliyir, gedin, siz də oynayın... -
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Niyəsə çiynini qısa-qısa güldü, bunu hamıdan yaxşı
Mukuç Xanzadyan anladı ki, partkom nəyə güldü. -
Gedin, -dedi, Partkom bir də. - Gedin oynayın,
meyxanada, sonra gəlib gördüklərinizi danışarsınız...
Müıllimlər çıxmaq yox, əksinə oynayanlara
qarışıb oynamağa başladılar, ən çox atdanıb düşənsə
Mukuç Xanzadyan oldu. Müridlər susmuşdular, indi
də müəllimlər oxuyurdu, oxuyub Mukuşu
oynadırdılar...
-Mıqlo musurman olacaq Alı dayı,
Bu yurd Alosman olacaq, Alı dayı...
-...Səndin oxuyan? “....Mıqlo musurman olacaq,”
deyən səndin? Osmanlı gələcək, hə? Alosman, hıı?!
...həə, müəllimlər Partkomun tapşırığıyla
müridlərlə məzələnirlər... Ağbilən heç orda olmayıb,
amma adı deyilməlidi, belə lazımdı, çatdıran belə
çatdırıb.
-Yeşyo raz... -müəllimlərdən hansıdısa tənəkə
vuranla üz-üzə durub drijorluq eləyir...
Ağbilən kök, irigövdəli adamın, -Qaraginin
cavabını verə bilmir, ötən günləri xatırlayır, özündən
xəbəri yoxdu, heç bilmir, danışırmı danışmırmı...
-Ağrıya öyrəşdi bu, döyülməklə heç nə deməyəcək,
vurduqca gülür, bəlkə yandıraq?! -Qaragin belə deyib
dikəlmək istəyir.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
...Yuxusunda araq içirdirdilər... Başından aşağı
araq tökülürdü, amma əlində yarısı sındırılmış araq
şüşəsi vardı, hardandı, özü də bilmir, sonra şüşəni
harasa çırpdı, harasa yox, əl gördü masanın üstündə,
çırpınan əl...sınmış, bıçaq kimi tiyələri olan şüşəni
həmin ələ sancdı...İndi özünün gülümsədiyindən xəbəri
yoxdu... üz-gözünü dolaşan gülüş o qədər dincdi ki, üz-
ləri üzlər görmüş erməniləri çaşdırıb.
Mkrtç Ulubabyan yanındakı kök, irigövdəli
adamla, Qaraginlə baş-başa verdi, o da yarıpıçıltıyla:
-Yandırmayaq, içirdərik indi...danışar, - dedi,
altdan yuxarı yenə Ağbilənə baxdı. - Ermənilər haqda
necə demisən? Nə xalqdı, nə də millət...xalqla millətin
arasında, həə?! O nə deməkdi, necə başa düşək? Sən
danış Ağbilən, qorxma, doğru sözümdü, mən sənə
kömək etmək istəyirəm, bax, bu adamları da ona görə
yığmışam... Sinif otağında necə demisən eləcə... ermə-
nilər kilsədə yalanarla doldurulur, buraxılır,
boşalanacan da yol gedirlər, boşalanda kilsə təzədən
yığır, üfürür onları, hıı?
Kök, iri gövdəli Qaragin özünü saxlaya bilmədi:
-Turki mera... -deyib süfrədəki araq şüşəsini
götürdü, dikəlmək istədi. Ulubabyan əlini onun əlinin
üstünə qoydu. Qaragin təzədən çəkilib yerinə yayxandı,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
əlindəki araq şüşəsini elə ordan süfrəyə tulladı, şüşə kül
qabına dəyib sındı...
Ağbilənin yuxusu bir-bir üzə çıxır, canı suya
çəkilir elə bil, rahatlaşır, ağrıları azalır, içinə dinclik
çökürdü. Amma yuxusunda masanın bir küncündən
damcılayan qan idi, araq yox, amma indi sınmış araq
şüşəsindən araq axırdı. Hər şey yuxuda gördüyü
kimiydi. Sınıq şüşəni götürməkdən özünü güclə sax-
ladı...
-Hə, “...ermənilər bir xalq kimi heç nə
yaratmayıblar. Xalqların yaratdıqlarısa bəşəriyyətin
proqramıdı, bu proqramda ermənilər yoxdu, yalanları
var...” bütün bunlar sənin sözündü, sənin elə özünkülər
yazıb göndərib, budu bax, məktub, sən demisən
sinifdə. Düzdü?... Sınmış araq şüşəsi lap əlinin
altındadı, əlini uzatsa götürəcək...
“...Millət kimi bir görünsələr də ayrı-ayrıdılar,
amma ayrı-ayrılıqda olsalar da işləri birdi. Onu da
deyək ki, hələlik dünya ictimaiyyətinə bu cür
görünməkləri sərf eləyir...” bu isə mənim sözümdü,
Ağbiləndən eşitdiyim sözlər... illər keçəcək, Sevortyan
Sedaya deyəcəm.
...Universitetin sonuncu kursundayıq, artıq heç
kəs bizi ayrı görmür, dərsdən çıaxan kimi bir-birmizi
axtarırıq. Qrupumuzun qızları adımı dəyişib Kərəm
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
qoyub... “Təzə Əsli Kərəm dastanı yazırlar...” dedilər,
yoruldular, əllərini üzdülər mənnən.“ -Ermənilər millət
kimi bir görünsələr də əslində ayrıdılar? Belə demək
istiyirsən?!” - Seda başını qaldırmır, yəqin hirsindəndi.-
Bu haqda fikirləşərəm, - deyir. - Amma sən də fikirini
izah eləyərsən, bu cür ağzına gələnə oxşayır.
-Yaxşı mən izah eləyərəm, sən atana demə, hələ.
Mayor Sevortyana, aləmi qatacaq bir- birinə.
-Niyə, deyəcəm, qoy o da fikirləşsin...erməni
deyil?!. Aləmi də qatır qatsın...”
***
Ağbilən İsmayıl bizə dərs demədi, amma demiş
olduğu sözlər, görmüş olduğu işlər, fikirləri, düşüncələri
bütövlükdə götürəndə kəndin canında, mənasında dərs
kimi yaşayırdı, daha doğrusu, illər boyu özü
olmayanda belə kəndin-kəsəyin içində hər kəsdən
xəbərsiz uşaqlar böyüdür, tərbiyə eləyir, səhvləri,
yanlışlıqları düzəldirdi, sözü-söhbəti məclislərdə-
yığnaqlarda söylənilirdi.
“ -Belə müəllim idi, Ağbilən, uşaqlara dil
öyrədirdi, elm öyrədirdi, - kəndin yaşlı adamları həmişə
onnan danışırdılar.- Deyirdi, yaxınlarınızı təkcə
yaxınlıqda axtarmayın, uzaqlarda axtarın, uzaqlarda
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
da yaxınlarınız var...Belə şeylərinə görə də kökünü
kəsdilər, bir anası yekə Ayişəni saxladılar. O da bax,
göz dağı kimi təpənin başında qalıb...”
Aşıq Ayvaz onun şerlərini oxuyardı, məclislərdə...
-İmirxanlının yazdıqlarını saza gətirə bilmirəm, -
deyə- deyə Ağbilənin sözlərindən oxuyub yığnaqlar
yola salırdı...
Yüz il oldu, səni sevdim yüz il mən,
Ç
atammadım get, ardınca üzülməm...
...Ağbiləni qara maşına qoyub aparanda səhər
tezdəndi. Həmin kök, iri gövdəli adam, Qaragin
qabaqda oturub, Ağbilən arxada iki nəfərin
arasındadı, kəndin içiylə keçirlər...Bütün kənd yola
çıxıb, amma başını qaldıran yoxdu, hamı yerə baxır.
Kök adam üz-gözünü bürümüş geniş təbəssüm içində
kənd camaatını seyr eləyir, az qalır əl eləsin, əlləri yan-
yörəsində vurnuxur, ovucları gicikməklə, yəni iştahla
doludu...bir azdan türk döyəcəkdi, başından yekə
danışan bir türk öyrətmənini salacaq təpiyin
altına...uux, ağzı-gözü qan içində, heyif ki, öldürmək
olmaz, uşaqlara kef verərdim...
-Adın niyə ağdı? Niyə Ağbilən deyirlər sizə? - belə
deyib qanrılıb baxdı...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Eeeeey, Ağbilən İsmayılın üzü batıb içinə, çəkilib-
çəkilib, odu, haralarda görükür... maşınnan da o
tərəfdə...
-Sən ermənicəni bizdən yaxşı bılırsən, ona görə
bağışlayıram səni, yoxsa güllələyərdim indicə. -Dönüb
o birilərinə baxdı. - Lax yumurtaya ermənicə nə
deyirlər, bilirsiz? Ermənisiz, deyin görək.
Maşındakılar çiyinlərini çəkib bir- birinə baxdılar.
-Bax, bu türk bilir, - Qaragin əlini Ağbilənə sarı
uzatdı,- Laxloxuma, doğrudu, turki dığa?
İndi də masanın arxasında söyüş söyən bir budu,
bayaqdan dodaqlarının arasında mızıldana-mıızıldana
söyüş söyür:
-Türk köpəyoğlu, döydüm, danışmadın,
yandıraram, danışarsan, sənnən söz soruşurlar cavab
ver.
Ulubabyan onu yenə sakitləşdirdi:
-Sakit ol, Qaragin, nahaq da döymüsüz, indi
biznən yeyib içər, sonra da danışar, suallarımıza cavab
verər. - Üzünü Ağbilənə tutdu. - Otur biznən iç,
içməsən, deyəcəm, bütün şüşələri boğazınnan içəri
tökəcəklər...
Yuxusunda başından aşağı araq tökülürdü, sonra
niyəsə arağın rəngi dəyişdi...masanın küncündən qan
damcıladı.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
...Hə, Qaragin əlini yzadıb süfrədən şüşə qırığını
götürmək istəyir...qırılmış araq şüşəsini... Elə bildi bu
əl yuxusundan çıxdı, Qaraginin yekə iri gövdəsi
masanın üstə əyilib...Ağbilən İsmayıl bir anlığa
gözlərini yumdu, özünü boğazı qanlı gördü, haradısa
yuxarıdan baxırdı. Kök adamın əli masanın o ya-
nından bu yanına ayrıca bir canlıymış kimi qıvrıla-
qıvrıla şüşə qırığına sarı gəlirdi... Ağbilənin özünün
belə xəbəri olmadı, sınmış şüşəni götürdü də öz
boğazına çəkdi... qan şoralandı, bir onu bildi ki, üzü-
gözü qana bulandı... heç ağrı hiss eləmədi, fərəh
içindəydi, hər şey yuxudan gəlirdi onsuz da, öz qanı öz
içinə bağlanmış bağ kimi axıb gedir, onu da dadlı bir
tam içində dartıb aparırdı. Yan-yörəsində əllər çoxdu,
qana bələnə- bələnə qaynaşırdı... masanın qırağından
hərə bir yana dağılmışdı, pəncərə sındı deyəsən, sonra
güllə səsi gəldi, çiynindən də qan axmağa başladı,
amma bayaqdan axan qanın yanında bu heç. Şüşəni
boğazına bir də sancdı...Bu arada onu da fikirləşdi ki,
Qaraginin əli ağır deyil, dünən nə qədər vururdu
ağrıtmırdı, ağrıdan onun söyüşləriydi, “ -sənin türk
olan ananı...” Amma belə, yəni bu cür boğazı kəsilmiş
necə yaxşıymış, yaşamaq necə gözəlmiş, isti, yumşaq
qanı yaxası boyu axır, ləzzətdən, daddan, tamnan yerə
uzanmaq istəyir, əlindəki sınmış araq şüşəsini yenə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
harasa sancır, əldi deyəsən, kök-koppuş əl, həə, yuxu-
sunda da görmüşdü axı, Qaraginin əli... ahaaa, hər şey
necə varsa eləcə donub qalır...
Mkrtç Ulubabyanın özü də, iş otağı da qan
içindədi...Hər şey o qədər birdən birə oldu ki, heç kəs
özünə gəlməyib, elə bil səhər açılandan beləymiş,
hamının üzü-gözü, üstü-başı qan içində...
Qaraginin qışqırdığını da indi eşidirlər.
-Susss...! -deyir, Ulubabyan əlini dodaqlarının üstə
qoyur. -Suss, səs eləmə!
Yağ oğurluğu...
Gün əyilib, sərin yaz havasıdı, rayon bazarının
çıxacağında dinməz-tərpənməz dayanmış Dəmir kişini
heç kəs evə apara bilmir:
-Yox, - deyir, Dəmir kişi, - elə belə adam deyildi,
hörmətdi bir erməni kişisiydi, bax, budu, əl ağacını da
mənə verdi, bir vedrə yğı da götürdü, dedi gedim, pulu
gətirim gəlim, budu onun əl ağacı. - Erməninin verdiyi
əsanı göstərir. - Gələcək, -deyir, -gəlməyə bilərmi,
əlinin ağacı budu, məndədi.
İşini qurtarıb bazardan çıxan kənd adamları
başına yığışıb:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Gəlmiyəcək, - deyillər, - səhərdən gedəndisə indən
belə gəlməz.
Dəmir kişi məətəl qalıb, ayağının ucuna qalxıb
ora-bura boylanır, istəyir çağırsın:
-Adını soruşaydım gərək, - deyir öz-özünə. Dönüb
bir-bir yanındakılara baxır. - Mən neynim, ağsaqqal
adam idi, gözündə gözlük, başında fəs, belə, yannarı iri
papaq, - əlini qaldırıb havada dairə cızır. -Mənnən üz-
üzə durub, ey türk, deyir, pul qalıb evdə, özüm, deyir,
odu, o binada yaşayıram, bəs məni tanımırsanmı, al, -
deyir, - əl ağacımı da tut, indi pulu da gətirib gəlirəm,
deyir. Necə vermiyim mən?! -Yerində fırlanır, az qalır
ağlasın. - Məni yandıran yağ deyil, aldanmağımdı.
Amma yox, gələcək o adam, bilirəm ki, gələcək. Yəqin
yolda izdə yıxılıb, başına nəsə gəlib...
Milis idarsinə çatanda növbətçi onları elə küçədə
qarşıladı:
-Nolub? Kim lazımdı?
-Qaraginin yanına getmək istəyirik, bizim
uçastkovının. Bu adamın yağını aparıblar, pulunu
verməyiblər...
-İndi iclas gedir, sonra gələrsiniz...
Milis idarəsinin qapıları şaqqıltıyla üzlərinə
bağlandı.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Rəis Ulubabyanın otağında isə axar qan canda
qalmamışdı, axıb qurtarmışdı. Axşam günəşinin işığı
pəncərədən düz Ağbilən İsmayılın üzünə düşmüşdü,
ağappaq işıq içindəydi...
Bayırda:
-Yox, - dedi, Dəmir kişi, milis idarəsinin
qarşısında, - mən qayıdım yerimə, ermənini gözləyim,
birdən gələr məni görməz...
Bazarın çıxacağında səhər necə dayanmışdısa indi
də eləcə dayanıb, bir vedrə yağı erməniyə verəndə
ayaqlarını hara qoymuşdusa indi də ora qoyub,
yorulub əldən düşdüyünü hiss eləmədən erməninin
əsasına söykənib gözləyir, heç kəs yoxdu, təkdi, bilmir
hara baxsın. Yaxınlığında ağacdan düzəldilmiş
oturacaq var, “...ermənilər belə şeylərdə səliqəlidi...”
bu iki daşın arasında bunu da fikirləşir Dəmir kişi,
gedib oturmur ki, erməni gələr, tanımaz onu...beləcə,
gözü görə-görə günü axşam eləyib, gün batıb, hava
qaralıb. Bayaqdan ürəyində çağırır, qulaqları batınca
qışqırır: “...erməni-iii...” içində yalınça bir səs var,
amma hələ nəfəsdi, səsə dönməyib, göynəyir eləcə.
Adını bilsəydi, qapı-qapı düşüb soruşardı...
Beşmərtəbəli çalın-çarpaz evlərdi, artıq bütün
pəncərələrin işıqları yanır, küçələrdəki incan axını su
kimi sıpqarılıb, azalıb, onun heyini də alıb aparıb, tək
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |