Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə29/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   25   26   27   28   29   30   31   32   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Daha  nə,  hə...Malakan  ruslarının  tatar,  ermənilərin 



türk, gürcülərin tatrebi, ləzgilərin moğol dedikləri Cücəkənd 

türkləri demiş, alma qızın bir, deyəndə  qanı kərənə sıçradı, 

Boşşalı  türkləri  demiş,  bir  it  bir  cılğını  sürüyəmiyəjəkmi, 

Göyçə 


türkləri 

demiş, 


dəlikli 

muncuq 


yerdə 

qalmadı...Ürgencək (yəni Yırqançak) türkləri demiş eninnən 

alıb  uzununa  verdim...  Qapını  açıb  çıxdım  ki,  kəndin  yengə 

dediyi  arvad  da  anamın  yanında  gözləyirlər.  Ağzımın  bir 

qırağıyla gülüb sakitcə içərini göstərdim: 

-Hazırdı...! 

Anamın  səsinə,  yalan  olmasın,  kəndin  yanmayan 

işıqları da təzədən yandı, nə bilim, deyəsən tüfəng-zad da 

atıldı ki, pah, alma qızı dişlədilər...Dayı, bunnan da bir çal-

çağır başladı, Qaqauz türkləri demiş, it otu, bağa yarpağı, 

Avşar türkləri (yəni Abşeron) demiş, belinə çöpdən dirək, 

Siyan  türkləri  söyləmiş  didələmçəngə,  Qazax-Gədəbəy 

türkləri  demiş,  evində  ölmə,  oğul-uşağın  qorxar...  At 

minənə  bax,  dağdan  enənə  bax,  nənəm  demiş,  dəliyim 

atdı, çöp batdı, nə isə, dayı qarazurna elə çığırırdı, camaat 

kişili-arvadlı az qalırdı soyunsunlar...  

Üç  gün-üç  gecə  alma  qıznan  kef  elədim,  indi  sənə 

göndərəcəyim bu məktub əlimdədi, özüm də erməni qızı 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Süsənlə  bir  yerdə  qatarda  yol  gedirik.  Niyə  gedirik 



bilirsən,  amma  hara  gedirik,  bilmirsən,  hara  getdiyimi 

demiyəcəm, 

qayıdacam, 

qayıtmayacam, 

onu 

da 


demiyəcəm. Sadəcə, sağ ol, deyirəm, mənim yazıçı olmaq 

istəyən,  amma  özünün  özündən  xəbəri  olmayan  sayqılı, 

sadəlövh  dayım.  Məktubu  da  dayanacaqların  birindən 

yola  salacam  ki,  yerimi-yurdumu  bilən  olmasın.  Bəlkə  də 

hərlənib-fırlaıb  sənin  bir  vaxtlar  danışdığın  Moskva  ətra-

fındakı Fryazino şəhərinə də getdik çıxdıq... 

Sağlıqla qal!  

Sən də evlənməmisən, amma mən bir gecədə ikisini 

aldım, gör neynirsən!  

Səni  çox  istəyən,  Teymur  Alp  Ər  İstəri  xaqan 

Qarabudaq Şumersoy. 

O vaxtdan beş il keçib...bu beş ildə xəbər-ətər 

tuta bilmədim, arada belə bir teleqram aldı m, 

vəssalam: “...dayı , heç bilmirəm eşidib nə 

deyəcəksən, erməni qı zı nnan bir oğlum oldu, adı nı  

da Teymur qoyduq. İ ndi bilirəm fikirləşəcəksən ki, bu, 

Teymur deyilən, təzə kişi, ermənimi olacaq, türkmü? 

Dayı , vallah bu qəliz məsələdi, onun özü böyüyər

bilər, mən bilmərəm?”  


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Teleqramda başqa bir şey yoxdu, ünvan da 



yazı lmayı b. Onu bilirəm ki, elə o ərəfələrdə alma 

qı zdan da bir oğlu olub, onun da adı nı  Teymur 

qoyublar, amma özünün bunnan xəbəri varmı - 

yoxmu, bəlli deyil?! 

Nə isə o vaxtdan beş-altı  il keçdi, bu beş-altı  

ildə bağ evini tikdirməklə maşğul oldum... 

 

 

 



“-...Teymurun cənazəsini gətirirlər, Urusetdən...” 

bacı m qı zı nı n sı zı ltı lı  səsi də yaddaşı mda 

göynəyə-göynəyə kəndə gedirəm. Elə bilirəm bütün 

günahlar mənim boynumdadı , başı mı  qaldı rmaq 

istəmirəm... Bir azdan axsaq Gevorqun kabab-

xanası nı n yanı ndan keçəcəyik... Adicə, günün 

döyüb rəngini dəyişdirdiyi yüngül bir yol maşı nı dı , 

gedənlərin heç biri bir-birini tanı mı r, hiss olunur ki, 

tanı maq da istəmirlər, ona görə də hərə bir tərəfə 

baxı r...Sürücü belə deyil amma, hər şeylə maraq-

lanandı , bayaqdan yerində qurcalanı r, bilmir aranı  

nece açsı n, yerli yersiz hərəyə bir söz deyir, heç kəs 

dinmir. Kök adamdı , uşaq kimi küsüb incidiyi üz-

gözündən bilinir... Bu arada mənə elə gəlir ki, hamı  

yasa gedir. Özümə sı xı lı b gözlərimi yumuram... 

“...dayı, sən mənə şeir yazıb göndərmisən, yuxarısına 

da  yazmısan,  qoşma...heç  bilmirəm,  şeir  nədi,  qoşma 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

nədi...indiki zamanda şeir yazmaq pişik qovlamaq kimi bir 



şeydi, dayı, yəni heç nə deyil, mən yaza bilmədim...Nə isə, 

sənə  elə  gəlməsin  ki,  mən  sənin  dediklərini  başa 

düşmürəm,  ya  da  başa  düşmək  istəmirəm;  sadəcə,  mən 

sənin  istədiyin  kimi  ola  bilmərəm.  Rus  məktəbində 

oxuduğum  üçün  də  deyil.  Pullu  Alının  oğlu  da  mənimlə 

oxuyur, mənim kimi deyil amma, əsl müsəlmandı... gündə 

erməniylə, rusla millət üstündə dava salır. Bilirəm ki, sən, 

millət, millət, deyə-deyə insanları incidənsən. Axı, insanlar 

yazıqdı,  nə  ömrü  var  ki,  nə  ömür  yaşayır  ki,  onu  da 

babasına  oxşasın,  ah  mənim  keçmişim,  deyə-deyə  Qız 

qalasına  baxıb  ağlasın...  Babaya  oxşamaq  gerilikdi,  dayı. 

Elə  sənə  oxşamaq  da  gerilikdi...  görürsənmi,  artıq 

Avropada nəinki baba, heç əmi- dayı da qalmayıb...” 

Bu onun orta məktəbdə oxuyanda yazdığı məktubla-

rındandı. Bioloq Teymurla oxuyub məətəl qalmışdıq. Hələ 

onda Teymur zarafata salıb dedi: 

-Uşağın  bu  yazısınnan  sonra  əlinə  qələm  almasan 

yaxşıdı... 

 ...mən  onda  düşündüklərimi  bioloq  Teymura 

deməsəm 


də 

tamam 


ayrı 

şeyi 


fikirləşdim... 

fikirləşdiklərimi də cib dəftərçəmə yazdım. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

“...doğrudu,  insan  böyüdükcə  məktəb  keçməlidi, 



amma  insan  doğulanda  həm  də  öz  məktəbiylə  birgə 

doğulur;  bu  ana  məktəbidi,  nəsl-nəcabət,  qan  yaddaşı 

məktəbidi...qanla, 

südlə, 


sümüklə 

gələndi... 

Siz, 

bacıoglanları,  bizim  sevimli  gələcəyimiz,  necə  gəldi, 



böyüyün,  hansı  rəngi  istəyirsiz  seçin, özünüzü  boyayın,  o 

rəngə bələnin, kim bəzəklidi ona oxşamağa çalışın. Olsun! 

Bəs  bilmirsinizmi,  bütün  bunlar,  seçdiyinz  bu  rənglər  sizi 

azdırmaq üçündü ki, öz yolunuzu tapa bilməyəsiniz...” 

Çox yəqin ki, bütün bunları hamı bilməlidi; mənsə o 

vaxt  kəndə  getmişdim  ki,  bacımı  başa  salım,  bu 

fikirləşdiklərimi  bacıma  deyim,  amma    bacım  bunları 

anlamaq halındaydımı?!  

Dağın  ətəyindən  çıxanda  kənd  göründü.  Kəndi 

görməyimə hazır deyiləm, yəni nə sevinməyə hazıram, nə 

kədərlənməyə...  Bunu  bir  anlığa  anladım,  darıxdığımdan 

bilmədim  neynəyim,  başımı  pəncərədən  çıxardıb 

boylandım...Kənd  uzaqdan-uzağa  önümə  sərilmiş  xalça 

kimidi,  yamaclarda  əkin-səpin  işi  görən  təkəm-seyrək 

kənd adamları şəkillərə oxşayır, çəpərlər uzaqdan sərhəd 

məftillərini xatırladır... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Əslində  hər  şey  qaydasındaymış;  sadəcə  mən 



özümün  bu  neçə  ildən  sonra  üzə  çıxmağıma,  birdən-birə 

görünməyimə  hazır  deyiləm...  on  ildə  bir  kəndə  gəlib  bu 

cür  görünməyim  nə  bacı  üçün  başa  düşüləndi,  nə  el-

obayçün...Gələndə  də  özümü  göstərməkçün  gəlmişəm... 

Bunu  hiss  edib  narahatlıqla  sürücüyə  baxdım,  o  birilər 

düşüblər,  elə  ikimizik.  Sürücü  yol  boyu  məni  danışdıra 

bilmədiyi  üçün  indi  də  pərt  haldadı,  mən  bunu  onun 

üzünə baxan kimi anladım... 

Sürücü incikliyini gizləmədən: 

-Nolub, eey, qardaş?! İkiyüz kilometr yol gəldik, səni 

dindirə  bilmədim...Nolub?!  -dedi,  niyəsə  birdən-birə 

sürəti artırdı, dönüb təzədən mənə baxdı, mənim üzümdə 

nə  gördüsə,  maşını  yavaşıtdı...  Evlərin  arasından, 

çəpərlərin, 

bağların, 

bostanların 

dərinliklərindən, 

gicitikanlıqlardan  ağlaşma  səsi  gəldi.  Sürücü  maşını 

saxlayıb quruyub qaldı... -Yasa gedirsiz? 

Başımı tərpədib: 

-Hə, -dedim... 

-Bağışla məni, müəllim...sən allah bağışla! 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sürücü  belə  deyib  maşını  ağlaşma  səsi  gələn  tərəfə 



döndərdi.  Sürücünün  gözləri  dolmuşdu.  “Kaş  ki,  mən  də 

ağlaya  biləydim...”  fikirləşdim,  “...yas  yerinin  yaxşılığı 

ağlamaqdı...” 

Bacım  düşüncəmdə  bayaqdan  üzü-gözü  qan  içində 

üstümə yüyürürdü... 

Özümü nece aparacağım haqda heç düşünmək lazım 

deyil,  kənddə  məni  sevmirlər,  amma  ağlaya  bilsəydim, 

bəs  olardı,  “...o  boyda  camaatın,-  qızın-gəlinin  arasında 

nece ağlayasan...” Bioloq Teymurun sözüdü, atası öləndə 

getmişdik, anası boynuna sarılıb ağlayırdı...  

-Mən belə yerlərdə ağlaya bilmirəm. - Bioloq Teymur 

dedi, qayıdanda... 

-Sən  elə  bil  gülürdün,-dedim,-anan  ağlayanda  üzün 

gülümsəyirdi... 

-Əslində  bu  da  əsəb  pozğunluğundandı,  indi  çoxu 

belədi,  sən  də  eləsən,  xəbərin  yoxdu  özünnən,  mən  də 

eləyəm,  vəziyyət  ciddiləşdikcə  gülmək  istəyirik.  Fryazino 

şəhərinə səfərimiz yadındadı? Qız yanına getmişdik... 

Fryazino şəhərini xatırlayıb gülürdük... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Ağlaşma səsinə xəyaldan ayrıldım. 



Ağlaşma  səsi  birdən-birə  gücləndi;  bu  da  yəqin  ki, 

maşından  düşəndə  adamların  üzünün  bizə  sarı 

çevrilməyindəndi,  deyə  fikirləşdim.  Doğrudan  da 

ağlayanlar elə bil bir anlığa başını sudan çıxartdı; kişilərin 

hamısı 

sıralanıb 



ağacların 

dibində 


başı 

aşağı 


dayanmışdılar. Arada bir hardansa mollanın səsi gəlirdi: 

-Fati-hə...! 

Bu  qanlı  ağlaşmanın  içindən  bir  kəlmə  sözün  nece 

asanlıqla  keçdiyinə mat-məətəl qaldım, -Fatihə...! 

Kişi məclisi açıq havadaydı, ağacların altında. Burdan 

ora  adamların  üz-gözündə  yasın  ağırlığı  o  qədər  də 

bilinmədi...  Süfrənin  başında  mollaya  yaxın  oturmuş 

sarışın,  şümal  adam  məni  göstərib  nəsə  dedi;  mən  bunu 

gözümün 

ucuyla 


gördüm, 

amma 


tanıya 

bimədim...Saqqallı  olduğum  indi  yadıma  düşdü.  O  adam 

da yəqinki elə saqqalımı göstərirdi... 

Bir dəfə də bacım məktubunda yazmışdı: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Qabağında  ölüm,  kənddə  söz-söhbət  gəzir  ki, 



qardaşın cuhud saqqalı qoyub, erməni də yox eyy, cuhud! 

Kəndə gəlsən o saqqalla gəlmə 

Amma  Teymurun  orta  məktəb  illərindən  əli  üzündə 

qalmışdı ki, nə vaxt üzünün tükləri çıxacaq, o da dayısının 

saqqalı kimi saqqal qoyacaq... 

-Bu  rəhmətlik  əslində  çox  yaxşı  oğlan  idi,-Mollanın 

yanındakı  sarışın,  şumal  adam  Teymurun  xalçanın 

üstündəki  şəkilni  göstərdi.  -  Onu  odu  eey,  cuhud  saqqal 

dayısı korradı... 

Bununla  da  bütün  nəzərlər  mənə  çevrildi...Məni 

görəndən  sonra  Mollanın  da  səsi  dəyişmişdi,  bu  dəfə 

hirslə: 


-Fatihə! -dedi.   

Dayanıb  əlimi  surəyə  açdım...  Yan-yörəmdən 

pıçıltılar gəlirdi. 

-Yanıyla də ağlayan gətirib. 

-Gör indi heç özünün gözünnən yaş çıxacaqmı! 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sürücünü  indi  gördüm,  yanımda  əlini  açıb  ağlaya-



ağlaya  ovuclarının  içinə  baxırdı...  Uşağa  oxşayan  totuq 

yanaqlarıyla göz yaşları süzülürdü. 

“Dayı,  fatihə,  nə  deməkdi?...”  Bacımgillə  qonşu 

kəndə  yasa  getmişdik.  Teymur  da  yanımızdaydı,  yuxarı 

siniflərdə  oxuduğu  vaxtlardı.  Molla,  -Fatihə,  deyəndə, 

ayaqlarının ucuna qalxıb pıçıltıyla soruşdu: 

- Nə deməkdi, fatihə? Bizim dildədi? 

-Yox,-dedim, - indi yeri deyil, sonra başa salaram. 

İri  gövdəli  mollaydı,  məclisin  yuxarı  başında 

əyləşmişdi,  əzələli,  enli  çiyinlərinin  üstündə  boynu  sağa-

sola  dönmürdü,  səsi  o  qədər  gur  idi  ki,  uzun  müddət 

dediyi  sözlər  ordan-burdan  əks-səda  verib  təzədən 

üstümüzə qayıdırdı. 

-Fatihə...!  -Həmin  gur  səsiylə  də  surəni  oxumağa 

başladı.   

-Dayı, sən bilirsən o nə deyir? 

-Susss! -Qolundan yapışıb bərk-bərk sıxdım... 

-Ağlayan dostuna qurban olum, ay qardaş! 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bacımın  səsinə  özümə  gəldim.  Sürücü  daha  da 



bərkdən ağlayırdı.  

...Teymurun  şəklini  həyətin  yuxarı  başında  xalçanın 

üstündən  asıblar.  Baxan  kimi  şəkili  tanıdım.  Axsaq 

Gevorqun 

kababxanasına 

gedən 


yolda 

çəkdiyim 

şəkildi...Dayanıb  əl  eləyir...  Həə,  Süsən  aşağıda, 

kababxananın qabağındaydı, ona əl eləyirdi.  

Bacım tabutun baş tərəfində dayanıb, üzündə cırmaq 

yerləri  var,  amma  qan  rəngində  deyil,  qanı  quruyub, 

gendən-genə  qaralır.  Bəlkə  gözümə  belə  görünür.  Dil 

deyib  ağlayanlar  var,  bir-birilərini  ağlada-ağlada  ağı 

deyirlər;  yas  dərinləşib.  Amma  bacım  sakitdi;  “Qışqırıb-

qışqırıb üz-gözünü cırıb susub...” -deyə fikirləşirəm.  

Yerişimi-duruşumu  hiss  eləmirəm,  artıq.  Kimsə 

adamların arasından deyir: 

  -Yadındadı, kəndə şortiqdə gəlmişdi? 

  -Həə, 


kənd 

dəhşət 


utanmışdı. 

Yaxşı 


yadımdadı...dalı açıq, köpəyoğlu! 

 Molla elə bil bunu anlayır, bərkdən, yenə: 

  -Fati-həə...! -deyir. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Heç  kəsə  fikir  vermədən  başı  aşağı  gəlib  tabutun 



ayağı 

səmtində 

durdum...Cənazə 

qızın-gəlinin 

arasındaydı... 

“...Əgər  yasda  mollanın  nə  dediyi  anlaşılmırsa,  yasa 

gələnlər  mollanın  nə  dediyini  bilmirlərsə  günahdı,  ölüyə 

də günahdı, diriyə də.” 

Yenə  qonşu  kənddən  yasdan  qayıtdığımız  günü 

xatırlayıram...Teymur əl çəkmir. 

-Hə,  deyin  görək,  molla  bizim  öz  dilimizdə  niyə 

danışmır?  Hə,  dayı,  biri  yersiz  yerə  rusca  danışanda  az 

qalırsan  dünyanı  dağıdasan,  indi  de  görək,  sənin  yasın 

niyə ərəbcə gedir?!  

Teymurun cavabını düz-əməlli verə bilmirdik... 

Mən maşını sürürəm, Teymur yanımda oturub, atası, 

anası arxadadı. 

Atası qabaq oturacağa sarı dartındı: 

-Bax,  bu  gün  içməmişəm,  anan  da  bilir,  dilimə  araq 

dəyməyib...  -Əlini  qaldırıb  özü  öz  ağzını  göstərdi, 

barmaqları xeyli qanı qaçmış dodaqlarının üstündə qaldı. 

–Bu, içməmiş ağzımla deyirəm, evimizdə Quran kitabı da 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

var,  babamnan  qalandı,  götür,  oxu,  öyrən.  Özün  də  öz 



cavabını  tap...Rus  məktəbində  oxuduğuna  görə  Quranı 

oxumalısan,  Quranı  oxumaq  sənə  mütləq  lazımdı...mən 

oxumasam da olar... 

-Dayın  gəlib,  qalx,  oğlum...!  Qa-aalx,  toyuna  gəlib, 

dayın! 

Mən  bacımın  səsinə  xəyaldan  ayrılıb  başımı 



qaldırdım...  Bacım  Teymurun  şəklini  sinəsinə  sıxıb  ağır, 

xırıltılı, ulartıya oxşar səslə deyirdi: 

-Toyunu  çaldırammadıq,  toyunda  oynayammadıq...-

Cənazənin  sağında-  solunda  dayanmış  hələ  də  qızlıq 

taxımını  itirməmiş  qara  geyimli  gəlinləri  göstərdi.-Bəs, 

bunları  atıb  hara  gedirsən?!  Biri  burda,  biri  orda...  düz 

əməlli toylarını görmədik, gəlin, yaslarını oynayaq! -Başını 

açıb  saçlarını  didə-didə  özünün  də  anlamadığı    avaz 

üstündə  yerindəcə  çırpınmağa  başladı...  Mən  bunu 

əslində  can  verməyə,  ölməyə  bənzətdim,  bacım  bu  cür 

çırpınıb-çırpınıb  can  verə  bilərdi.  Ona  tərəf  getdim, 

yaxınlaşıb  boynuna  sarıldım,  bacımın  üzündəki  cırmaq 

yerləri  təzədən  qanayırdı.  Gəlinlər  də  gəlib  yanımızda 

dayandılar...  Həə,  biri  Susanna,  axsaq  Gevorqun  qızı,  biri 

də  Alma  qız;  özünün  dediyi  kimi  elə  bil  bir  qırmızı  yanaq 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

almanı güllü şala büküb oturtmusan gərdək dalında. Mən 



bir-bir onları da qucaqladım... Sonra uşaqları da gətirdilər; 

bir-birindən  seçilməyən  beş-altı  yaşlarında  iki  oğlan 

uşağıydı, çöküb onlarla üz-üzə durdum... Kimsə qulağıma 

sarı əyilib yavaşcadan dedi: 

-İkisinin  də  adı  Teymurdu.  İkisinə  də  öz  adını 

qoyublar. 

Molla  yaxınlaşıb  əlindəki  Quran  kitabını  cənazəyə 

sarı tutdu: 

-Vaxtdı... -dedi. 

Həə,  vaxtdı...  doğrudan  da  VAXT  deyilən  anlayışda 

Teymur yoxdu artıq, Teymur vaxtdan çıxdı, ya da, Teymur 

Vaxtdan  qaldı,  deyək...  Amma  nə  şəkildə  olur-olsun 

həmişəki  kimi  VAXTın  özü  var,  yalnız  Teymurun 

yaşamayacağı  VAXT,  ən gerçəyi  budu.  Həm də  bir  yaşda, 

bir adda olan oğlanlarının yaşayacağı vaxt... 

İstədim  tabutun  bir  tərəfindən  də  mən  qaldıram, 

aman vermədilər, kimdisə adamların arasından dilləndi: 

-Bu  qurumsagı  yaxın  qoyma,  tabuta  əlini  də 

vurmasın...! 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sarışın,  şumal  adam  məni  itələyib  araya  keçdi,  yan-



yörədən 

yaxınlaşdılar. 

cənazəyə 

yaxınlaşa  

bilmədim...Topalaşıb  götürüb  getdilər.  Bir  neçəsi  çevrilib 

mənə baxdı, qulağım eşidə-eşidə: 

-Bəlkə döyək. 

-Alçağın saqqalına bax...! 

Yanlarındakı yaşlı kişi: 

-Dəli olmayın, -dedi, -ayıbdı, kəndi biabır eləməyin... 

Teymurun bir-birindən seçilməyən oğlanları qabaqda 

mollanın  yanındadılar,  çaşqınlıq  içində  hardan  səs  gəlir 

ora baxırlar.  

-Əə,  bunun  ermənidən  olanı  hansıdı?  -Bu  sözü 

deyəndən  sonra  elə  bil  mollanın  tikanını  çıxartdılar,  bir 

anın içində dincəlib rahatlaşdığı üz-gözündən bilindi. -Hıı, 

biləniniz varmı?! 

Adamların arasından kimsə: 

-Bilmək  olmur,  -dedi.  -Bir-birindən  seçilmirlər, 

ekizdilər elə bil. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sarışın,  şumal  adamın    marağında  başqa  şey  yoxdu, 



fikrindəki  cənazənin  ardınca  əllərini  qaldırıb  için-için 

ağlayan  axsaq  Gevorqun  qızı  Süsəndi,  Süsənin  boynunu 

qucaqlayıb  hönkürən  Alma  qızdı,  bir  də  özünə  yer 

tapmayıb  cənazənin  yanında  vurnuxan  Mənəm.  Gözüm 

gözünə  sataşan  kimi  elə  bil  söyüşünü  eşidirəm...  “oğraş, 

qurumsaq”...bilirəm məni söyür...   

Sarışın, şumal adam yenə də dodağının altında söyə-

söyə tələsik Mollaya yaxınlaşdı, uşaqları göstərib: 

-Mən ermənidən olanı tanıyıram, -dedi, -paltarından 

tanıyıram,  odu,  bax,  seçilir,  Maskva  paltarı...  Eey,  tı,  idi 

syuda... 

-İşin  olmasın,  dayısı  baxır!-Molla  belə  deyib  gənc 

mollanın qolundan tutub çəkdi, camaatın önünə çıxdılar. -

Daha geriyə baxma, Molla ki, qanrılıb geri baxdı, o kəndin 

ölüsü  çox  olar...  -Əyilib  gənc  mollanın  qulağına  dedi.

 

 



Yanındakı  bığsız-saqqalsız  gənc  molla  bu  sözdən 

sonra  özünü  saxlaya  bilməyəcəyini,  indicə  dönüb,  geri 

baxacağının qorxusundan tərləyib suya döndü...    -

...Teym-uur! 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bacımın  səsidi,  heç  öz  səsinə  oxşamır,  üstümüzdən 



keçib kəndə yayılır.  

-Teyy-muur...! 

Uşaqların  ikisi  də  birdən  qanrılıb  baxır.  Kənddə  nə 

qədər  Teymur  var,  ayaq  saxlayırlar.  Sürücü  də  yanımda 

dayanıb geri dönür. Mən sakitcə soruşuram: 

-Sənin də adın Teymurdu? 

-Hə,-deyir, sürücü...   

Molla  zəndlə  uşaqlara  baxır,  cənazədə  gedən 

atalarını  xatırlayırdı:  “...kafır  oğlu,  rayonnan  kəndə 

mənimçün  gəlirdi,  elə  bil.  Elə  bil  rus  məktəbi  dərsini 

mənnən  keçirdi.  Kəndə  gələn  kimi  yapışırdı  yaxamnan... 

Şəkk  eləyir,  Allaha...Allah  budu  bax,  belə  aldı  canını, 

inanarsan indi...” Yasdan sonra gənc mollaya deyəcək bu 

sözləri.  Hələlik  dinməz-söyləməz  camaatın  önündə 

qəbrstanlığa  gedirlər.  “...bir  qırıq  uşaq,  gör,  düz  üzümə 

qarşı  nə  deyirdi...Molla  əmi,  deyir,  Allahın  dili  yoxdu  ki, 

ərəbcə  danışsın,  Allah  duyğudu,  duyğu,  anlayış  olduğuna  

görə də bütün canlılar onu anlaya bilir. Ərəbçə danışsaydı 

onu  ərəbdən  başqa  kim  başa  düşərdi...  Allah  bütün 

dinlərdən  ucada  olduğu  kimi,  bütün  dillərdən  də 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin