2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qızlar duruxub ayaq saxlayırlar, bunu
gözləmirdilər, ona görə də çaşqınlıq içində bilmirlər
neynəsinlər. Teymur onlara bir də əl eləyir, konyak
şüşəsinin ağzını açıb bulaq daşının bir küncünə
qoyulmuş stəkana konyak süzür, bir-iki addım qızlara
sarı gedib:
-Gəlin, içək, -deyir, - içək, peçeneqlərin
sağlığına...!
Mən səbəbini bilmədən ayağımın ucuna qalxıb
boylanıram, peçeneqləri axtarıram elə bil; “hardan
ağlına gəldi, heç vaxt cöz salmazdı bunnan... tarix
müəllimimiz “bacanaqlar” deyirdi. Deyirdi, peçeneqlər
ruslarla bacanaq olan türklərdi.”
Mərkəzi univermaqda tanış olduğum qızlar yoxdu
aralarında, mən elə bil itiyimi axtarıram, gözüm orda
burdadı... İstəyirəm yaşıl gözlü qızı səsləyəm, içim səslə
doludu, adı yadıma düşmür, əlimi cibimə salıram ki,
qızın yazdığı kağızı çıxardam.
-Kağızı çıxartma, - deyir, Teymur...
Gələnlər bizi çoxdan tanıyırmışlar kimi başımıza
yığışdılar. Süfrəyə düzülənləri görüb hərə bir evə qaçdı,
biri qab-qacaq, biri turşu, biri də qarmon gətirdi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Jenitsya priyexali!
71
... -Küçənin ortasında yarı
yaşını ötmüş qadın ora-bura əl eləyib çır-çır çığırırdı.
Həyətlərdən nə soruşdularsa qadın tələsik, -
pomoyemu iz Kafkaza
72
, - dedi, dönüb bizə sarı qaçdı.
Özü tatara oxşayırdı, uzunsov, qıyma gözləri
vardı, bizə doğru elə gəlirdi, elə bil neçə ildi bizi
gözləyirmiş.
Teymur gözlüklü bir qadınla qızların indi
gətirdikləri stəkanları süfrəyə düzür:
-Arxeoloqam...-deyir, gözlüklü qadınla üz-üzə
durub.
Yenə boylanıb ora-bura baxıram: “arxeoloq
niyə...nədi fikirləşdiyi görəsən?” Ətrafda keçmişdən
qalma heç nə yoxdu, köhnə sınıq-salxaq traktorlardı,
bir-birinin üstə qalaqlanıb səliqəylə küçənin
qurtaracağına yığılıb.
-Kurqan axtarıram,- deyir Teymur, ayağının
ucuna qalxıb boylanır. Qızların, arvadların hamısı
başına yığışıb, əlini dolandırıb balaca şəhərciyin dörd
səmtini göstərir. - Mamaydan qalma kurqanları... -
Peçeneqlər, eşitmisiz? Polovestlər... polovtsı.
71
Evlənməq gəliblər.
72
Məncə Qafqazdandılar.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Heç kəs heç nə demir, süfrəyə düzülənləri göstərib
bir-birindən nəsə soruşurlar. Mən gülümsəyərək,
sakitcə:
-Qəlizləşdirmə, - deyirəm.
Teymur mənə fikir vermir, soruşur:
-Bəs, kilsəniz yoxdu? Mən sizin kilsənin
divarlarına baxmaq istəyirəm... divarındakı yazılara.
-Yox,-dedi, gözlüklü qadın, -vardı, otuzuncu
illərdə yıxdılar.
-Za kovo pyom?!
73
-Yoğun, xırıltılı səsə ikimiz
də birdən döndük, orta yaşlarında əlində boş stəkan,
başında əzilmiş, köhnə şlyapa olan kişinin hansı
səmtdən çıxdığını bilməmişik.
-Za Mamaya... -dedi, qızların, qadınların
arasında çiçəyə oxşayan məktəbli qız.
Kişi dodağının altında yan-yörədəkiləri söyüb:
-Tolko etoqo ne xvatala
74
, -dedi.
Keçib masanın qırağında əyləşdi, içgi şüşələrinin
üstünü bir-bir oxuyub başını qaldırdı:
-Naley, Nastya! “Ağdam” naley, - deyib əlini
Teymura uzatdı,- Aleksey Sergeyeviç.
-Çut ne Puşkin, - dedi, Teymur, onun əlini sıxdı.
73
Kimin sağlığına içirik?!
74
Bir o qalmışdı.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ayağı yer tutan üstümüzə gəlir, amma aralarında
kişi yoxdu, hamısı arvad-uşaqdı. Mən özümü saxlaya
bilməyib soruşuram:
-A qde vaşi mujiki
75
?!
-Sənin də işin-gücün qurtarıb daa... - Teymur gülə-
gülə öz dilimizdə deyir ki, başa düşən olmasın.-Kişi
lazımdı sənə?
Hər yanımda bir qız dayanıb, iri qızlardı, elə məni
boyda. Teymurun belə deməyinə pisikirəm, amma mən
də gülürəm ki, qızlar bir şey anlamasınlar...
-Düz deyirsən, sən də tarixdən danışma, burax
tarixi... Görürsən, darıxdırır adamı.
Doğrudan da Teymur kimi yan-yörəmdə olanlara
qaynayıb-qarışa bilmirəm, yaşıl gözlü qızı gözləyirəm,
az qalıram yanımdakılardan soruşam. Teymurun
gözündən heç nə yayınmır:
-Sağındakı gör hara baxır, sən də ora bax... -deyir
badəsini qaldırır, -Aleksandr Sergeyeviç,- arada gülür,
- za Puşkina... za Mamaya, za vas!
İçirlər, sağ yanımdakı qız doğrudan da harasa
işarələr eləyir, Teymur bunu deyirmiş, başımı qaldıran
kimi küçənin cüt saylı tərəfindəki iki mərtəbəli mənzilin
pəncərəsindən bizə baxan qızları görürəm... “Aha,
75
Bəs kişilərimiz hardadı?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
mənin qızlarım...” sevindiyimdən az qalıram qışqıram,
badəni pəncərəyə sarı qaldırıb qışqırıram:
-...za Mamaya, - deyib başıma çəkirəm...
Pərdə qırış-qırış olub dartınır, univermaqda tanış
olduğum qızların təbəssümləri pəncərə şüşələrinə
yayılıb itir:
-Teymur, tapdım...! -deyirəm, həyəcanla.
-İndicə onlar da gələcək... -Teymurun səsi
boğunuq çıxır, elə bil başına yığışmış qadınlar, qızlarla
bir yerdə şüşə qabın içindədi.
-Vı na samom dele jenitsya priyexali?
76
- Aleksandr
Sergeyeviç badəni başına çəkir, qarmonu götürüb
oynaq bir hava çalır. -Ah, Kafkasskiye orlı
77
... -deyib
oynaya-oynaya başımıza dolanır. -Ne uyezjay qolubçik
moy...
Ömrüm boyu unuda bilməyəcəyim rəqs anları
başlayır; qadınlar, qızlar bizi əldən-ələ ötürə-ötürə
dəyişrlər, uzun növbə yaranıb, başım hərləndiyinə görə
gözlərimi yummuşam. Teymuru elə bil suya salıb
çıxardıblar, yaraşıqlı çöhrəsi sevinc içindədi, üz-gözünə
dağılmış saçları, atdanıb düşməkdən daha da
pırpızlaşmış bığları tərdən parıldayırdı.
76
Siz doğurdan da evlənməyə gəlmisiz?
77
Ah, Qafqaz qartalalrı.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Ona yenə konyak ver, - Teymur Aleksandr
Sergeyeviçi göstərdi. - Elə belə ayaq üstə içirt.
Konyak şüşəsini götürüb Aleksandr Sergeyeviçə
sarı getdim...Artıq axşam düşürdü, gün batmaq
üzrəydi. Günəşin batmağı qarşı yaxada gözə görükən
nə vardısa bizim tərəflərə oxşatmışdı. Bizim kəndə də
axşam belə düşür. Axşam günəşlə bir yerdə enir, hər
şeyi sıxıb üfüqlərə yapışdırır. Aleksandr Sergeyeviç
konyak şüşəsini əlimdən alanda özümə gəldim.
Axşamın düşdüyü səmtdən yaşıl gözlü qızın mənə tərəf
gəldiyini gördüm. “Zayats...” bu sözü deməliyəm ona,
deməliyəm ki, özün dovşan çıxdın...” Üz-üzə dayandıq,
gözlərinin rəngi dəyişib elə bil, bəlkə də axşamın
düşməyindəndi... Bizə heç kim fikir vermir, artıq hamı
səmtini itirib, ayıq adam yoxdu, Qızın əlindən tutub
süfrəyə tərəf gətirdim. Teymur görünmür, istədim
soruşam, amma elə bil məni indi görürlər, heç kəs
tanımadı.
Aleksandr Sergeyeviçin qarmonu susub, bir əlində
boş konyak şüşəsi, bir əlində qarmon ağaca sökənib,
dinməz söyləməz başını silkələyir, baxan kimi bilirsən
ki, indicə kimisə söyəcək, üz-gözündən söyüş yağır.
Gözü mənə sataşan kimi bütün gücüylə konyak
şüşəsini üstümə atdı:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Sabaki Kafkasskiye...!
78
Yaşıl gözlü qız məni tələsik aralayıb adam boyu
olmuş gicitikanlığa tərəf apardı. Aleksandr
Sergeyeviçin səsi küçəni başına götürmüşdü:
-Padonki Kafkasskiye, ubyu vas...!
79
Gicitikanların arasında bürüşüb oturmuşdum, qız
qoruxduğumu hiss eləyib gülümsəyirdi. Elə bil
gicitikanlıq qapıydı, qapını açıb Aleksandr Sergeyevıçı
çağıracaqdı ki, burdadı gəl; üzündə belə bir
çoxbilmişlik dolaşırdı. Adamboyu olmuş gicitikanın
birini kökündən əyib əllərimin üstə qoydu, tikan əllə-
rimi dalasa da hiss elətdirmədim. Qız tikanı canımın
açıq yerlərinə sürtə-sürtə:
-Seryozna, sto vı xatite?! Zaçem priyexali?
80
Xəyaldan ayrıldım, Aleksandr Sergeyeviçin
qurumuş ağaca oxşayan sifəti gözümün qabağından
çəkilib getdi, o vaxt da indinin özündə də dərin
peşmançılıq yaşasam da düşüncəmdə qəribə rahatlıq,
dinclik qalmışdı, xatırlamalar narahatçılığımı,
sıxıntılarımı aparmışdı...
78
Qafqaz kökəkləri!
79
Alçaq Qafqazlılar, öldürəcəm sizi.
80
Doğrudan, nə istəyirsiniz, nəyə gəlmisiniz?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Tanıya bilmədiyim qadın səsi yaddaşımda yenidən
səsləndi... başqa çarə yoxdu, oturub gözləməliyəm,
yəqinki o səs zəng edib bir də deyəcək, “Teymurun
cənazəsini gətirirlər, Urusetdən...!” Doğrudan da
birdən-birə darıxmaq hissi üstümə duman kimi çökdü,
bayaqdan başımı qatan şeylər darıxdırdı məni. Evə
gəlib telefonun yanındaca oturdum
“Bioloq Teymur olmaz... Dünən danışmışıq
telefonla, amma ölümə nə var ki, qaşla göz
arasındadı”, bu arada bunu da fikirləşdim.
Gün günortadan keçib, mən donmağa qoyduğum
stəkanları soyuducudan çıxartmışam, pəncərəyə sarı
tutub rənglərinə baxıram. O qədər də fərq hiss
etmirəm, daha doğrusu, hələlik fərqi seçə bilmirəm,
yəqin bununçün də hazırlaşmaq lazımdı. Mən
stəkanlarla üz-üzə xeyli oturmalı oldum; bilməliyəm ki,
üstünə qışqırdığım su hansıdı, sevib oxşadığım
hansı...hər halda diqqətlə baxanda birinin içində elə bil
dolaşıqlıq var, pəncərəyə sarı tutub bir də baxdım,
donmuş buz parçası ayın tərkibindəki göyümsov dağ,
daş cizgilərinə oxşayır. Fərqi hiss etdiyimə görə
rahatlaşdım.
Telefon da elə bu vaxt səsləndi.
-Dayı... -dinmədiyimi görüb bayaqkı quruyub suyu
süzülmüş səs məni çağırır. -Dayııı... Səsi indi tanıyıram,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
hıçqıra-hıçqıra, dayı, deyəndən sonra. Bacım qızıdı, deyir,
- Ryazanın Şilə kəndində Teymuru maşın vurub, dayı,
başına dönüm...
Özümə gələ bilmirəm, artıq anlamış olduğum səsin
əslində niyə belə dediyi çatmır mənə...“Şilə malı son
pencəyim üzüldü, düşdü əynimnən...” fikrimnən Nazim
Hikmətin misraları keçir. “İndi sən mənim saçlarımın
ağında, ürəyimin infarktındasın...”
***
-Ağlamağımı isəyirsən, dayı?
Bacımın oğlu Teymurdu, on yeddi yaşı təzəcə tamam
olub. Bakıdan bura o boyda yolu sürüb bacımın sözüylə
“başına ağıl qoymağa...” gəlmişəm. Uşağın belə deməyinə
tüküm ürpəşdi, gözlərimi yoldan çəkib ötəri ona
baxdım...Daş yoldu, daşları nece gəldi düzüldüyünə görə
maşın beşik kimi çalxalanır...
-Boyu çıxmamış fikrinnən keçənə bax?! - Bacım
pərtlyini gizlədə bilmir, əllərini havada oynada-oynada
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
gah gülür, gah ağlayır.-Gör kimi istəyir? Axsaq Gevorqun
qızını...! -Sonuncu sözləri özü öz ağzına vura-vura deyir,
yəqin istəmir ki, oğlu eşitsin.
-İstəmək, sevgi, - deyirəm, - erməniyə, türkə baxmır
ki.-Bərkdən gülürəm. -Sevgi kopoğlu şeydi!
Anam nece eləyirdisə bacım da eləcə eləyir; özü öz
saçlarından yapışıb didişdirir:
-Sənin özün onnan betərsən, kiri...! -Anamın dediyini
deyir.-İndi mən hansınızın dərdinizi çəkim, kim ağıl
verəcək ona.
-Yaxşı, - deyirəm, -ürəyini sıxma, başa salaram.
Teymuru götürüb erməni kababxanasına aparıram
ki, söhbətimi orda eləyim.
-Neçə yaşın var?
-On yeddi...
Bir az yaşlı görünür, bəlkə də “ayıq” desəm daha
düzgün olar. Uşaqlığı yadımdadı; dili açılandan ona-buna
salam verirdi, gözünə kim göründü, -Salam əleyküm...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Atası əvvəlcə narahatçılığını mənə bildirdi, onda Tey-
murun hardasa dörd yaşı olardı.
-Bu uşaq məni utandırır, -dedi, -kim gəldi, gözünə
kim göründü, salam verir. İnanırsanmı, -sözünə ara verib
yerində silkələndi, - salam verməkdən ötrü qonşuya gedir.
Saatlarla yolun üstə oturub adam gözləyir ki, salam
versin...Bilmirəm neynim...
-Bilirsən, -dedim, - niyə erməni kababxanasına
aparıram səni?
Saçları o qədər qaradı ki, qaralığından bərq vurur,
deyəsən bir az da yağ sürtüb, bığ yeri yenicə tərləsə də
üzünü çoxdan qırxır. Bacım da məktubunu elə
başlayıb...“Bilmirəm getdi kimə oxşadı, (mənim adımı
demək istəmir) işi peşəsi də saçlarını yağlayıb ortalıqlarda
gəzməkdi. İndi də tosoy Gevorkun qızını istıyir, deyir, onu
almasanız bir də üzümü görməyəcəksiniz. Başına dönüm,
gəl onun başına ağıl qoy...”
-Bilirəm,- dedi,- bilirəm, niyə erməni kababxanasına
aparırsan məni, - çiynini qısıb güldü. Elə bil tay-tuşuyla
danışırdı... -Gevorkun qızına görə, çox sağ ol ki, məni ora
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
aparırsan. Mən Gevorkun qızını istəyirəm, dayı. Bacına
ağıl ver, sən canın...
Yamacı aşan kimi balaca bir göllə üz-üzə çıxdıq,
balaca bir göldü, baş yol ona dəyib burulur, bir az aralıda
da erməninin kababxanasıdı, özü görünməsə də tüstüsü elə
indiddən əl eləyir.
Teymur elə maşındaca dikəlb gölə sarı dartındı:
-Dayı, -dedi, -bir gün eşidəcəksən ki, maşın qarışıq bu
gölə düşmüşəm.
-Niyə?-deyib maşının sürətini azaltdım, tamam
durduq.
-Bilmirəm, -dedi, - amma maşınım olsa özümü
saxlaya bilməyəcəm... Ba-aax, gör, o gölün ortası adamı
nece çağırır, özü də maşın qarışıq...
Mat-məətəl maşından düşdüm, o da düşdü, yanaşı
dayandıq. İçində itib-batdığımız təbiyətin özü kimi yaşıla
çalan gözlərini gölə zilləmişdi. Bayaq özü nece demişdisə
eləcə fikrimdən keçir. “həə...doğrudan da bir gün
eşidəcəm ki, Teymur maşın qarışıq özünü gölə atıb...
Deyirlər, dayısına oxşayır, amma mən belə, bu cür, hər
şeyi yarıb keçən deyiləm, hər şeydən çəkinən, daha
doğrusu qorxan, ölçü-biçini bilən, səliqəli, dayan görək
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
nolur, deyə-deyə son sözünü saxlayan...Belə olmağı kim
öyrətdi mənə?! Budu eey, yollar öyrətdi...”, bir anlığa
keçib getdiyim yollar, səfərlər düşüncəmdə xəritə kimi
canlandı da, söndü, “...bax, həmin yollardı kənddən
çıxandan burnuma döyür; “...yola gəl...deyir”, istədim bu
düşündüklərimin ardınca, kafir, deyəm, “dinə gəl, kafir”, -
tamam başqa şey soruşdum:
-Kimin maşınıyla düşmək istəyirsən, gölə? - Başımla
da gölü göstərdim. - Atanın?
-Yox...
-Bəs kimin? Gevorquun...? Qaynatavıın?!- Bərkdən
güldüm, o da mənə qoşuldu. Qayğısız idi, zərif, yaraşıqlı
çöhrəsiylə uyuşmayan bədəni gərilir, əzələlərinin
dikəldəyi köynəyindən bilinirdi.
-Bəlkə elə gəlmişkən, bir yedə atdanaq gölə?!-
Zarafatdan əl çəkmək istəmirdim, bu da heç yerinə
düşmədi.
-Yox, -dedi, -dayı, gəlmişkən gedək, Süsəni görək,
elçilik eləyək, sonra... -Özünü düzəldib saçlarını
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
sığalladı...-Eşitmişəm, sən də erməni qızı istəmisən. Noldu
bə, niyə evlənmədiz?
-Erməniylə evlənmək olmaz. Sevmək olar, amma
evlənmək yox... -Mən onun çaşqınlığını anlayıb əlavə
elədim.-Bacıma, elə-obaya görə də yox, öz inandığıma
görə deyirəm...
-Niyə?
-Özün görəcəksən.
-Dinimizə görə deyirsən? Müsəlman, xristiyan... ona
görə deyirsənsə səhv eliyirsən. Heç allahın da müsəlmanı,
xristiyanı yoxdu. Allah Allahdı...
Özümdən asılı olmadan gözlərimin dibi göynədi,
hönkürüb ağlamaqdan özümü güclə saxladım:
-Süsəndi adı? -içimi arıda-arıda soruşdum.
-Susana... amma mən Süsən deyirəm...
-Türkləşdirirsən,həə, indidən?!
Dinmədi, istədim deyəm ki, səninki elə bu olacaq,
yəni Susannanı Süsən eləmək, ancaq bu qədər...Hələ
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
gözləyirlər, ailə qurannan sonra gör nələr eləyəcəklər, gör
nece erməniləşdirəcəklər... ailəni. Uşaqların erməni
olannan sonra sən neynəyə bilərsən...onda görəcəksən
nələr olacaq.
-Erməni qızı evlənməkçün deyil ki, - bu fikri bayaq
demişdim bir də dedim, - erməni qızı sevişməkçündü.
-Evlənmək nədi bəs, dayı, sevişmək deyil?
Söhbətimizi dəyişməkçün:
-O sənə nə deyir, bəs? Timaaa?!
Tima niyə, Teymur, deyir. Hələ, deyir, hansı ana ba-
bamınsa adı da Teymur olub.
-Doğrudan?
-Hə, dayı, görəcəksən, elə yaxşı qızdı...! Deyir, hansı
babamsa Teymur ləngin ordusunda əsgər olub.
“Ermənidən əsgər olmaz” fikrimdən keçir, ona görə
də tanıdığım-tanımadığım ermənilər gözlərimin qarşısına
gəlir, hamısı da gördükləri işin üstündə...amma üz-
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
gözlərində gördükləri işin yox, görmədikləri gizlin, dolaşıq,
anlaşılmaz işlərə hazır olan bir rəng...
Onları kişili-arvadlı bir-birinə bənzədən də həmin
rəngdi; guya iş görürlər, əslində alt qatlara, gizlində olan
işlərə hazırlaşırlar...belə düşünürəm, Teymura da heç nə
demirəm, doğrudan da nə deyim, heykəllərdən danışsam,
desəm ki, bunlar adi heykəllər deyil, baş daşları olsa da
abidələrimizdi, qəbr üstləridi, desəm ki, binlar bizim
minilliklər
boyu
yer
üzünə
yazılan
tariximizdi,
inanmayacaq, desəm ki, bu qəbrüstlərinə,- bu
heykəllərəcən küp qəbirlərimiz olub, yəni ölənlərimizi
ölmədiklərinə inandığımız üçün küp qəbirlərə,-ana
bətnindəymişlər
kimi
yenidən
ana
bətninə
göndərərdik...Hə,
Teymura,
daha
doğrusu,
indininTeymurlarına belə şeyləri demək artıq gecdi, onsuz
da heç biri inanmayacaq, nəinki inanmaq, heç eşitməyə
həvəsləri olmayacaq, darıxıb özlərinə iş arayacaqlar.
Beləcə gecikdik, heç vaxt Vaxtın sözünü demədik,
baxmayaraq bilirdik ki, hər zamanın özünün sözü var...
Ona görə də istədim deyəm ki, ermənidən əsgər
olmaz, demədim, amma, onu dedim ki, yaxşı iş quran olar,
yəni inandırsan ki, o dağın altında bir dənə erməni hərfi
qalıb, erməni yazısından bir hərf, gedək o dağı çapaq,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
erməni
hərfini
çıxardaq,
gör
nece
sevinə-sevinə
gələcək...Deməli o, ayrı cür əskərdi...
Maşını addım-addım sürürəm, buna səbəb bu cür
düşüncələrlə
yanaşı
daha
çox
kababxanaya
yaxınlaşmağımızdı. Əslinə qalsa Gevorqun kababxanasına
nə üçün getdiyimi bilmirəm, Teymur elçilik etməyimi
istəyir, maşını yavaş sürməyimin bir səbəbi də elə budu,
gedib nə deyəcəm... Nə isə, bacıoğluna qonaqlıq verərəm,
yeyib-içib qayıdarıq, bu fikir daha çox ağlıma batdı...
Yoldan azca aralı qoç heykəllərini görüb elə bil
yuxudan ayılıram, neçə illərdi unutmuşam tamam, heç
yadıma da düşməyib ki burda belə abidələrimiz var, indi
də görməsəydim yadıma düşməyəcəkdi. Baxmayaraq
uşaqlığımız elə buralarda keçib, kənddən bura o boyda
yolu heykəlləri minməyə gələrdik, heykəlləri minməyə...
işə bax, bu heykəllərin əslində nə demək olduğunu bir
adam bizə deməyib; on il orta məktəblərdə oxumuşuq, nə
qədər müəllim görmüşük, savadlı-savadsız müəllim
ordusu, heç biri heç nə bilmədi. Yalnız bir dəfə yaxınlıqda
qoyun otaran çoban:
-Bunlar bizim ölənlərimizdən qalmadı, a bala, bunları
bir zamanlar bizim ölənlərimiz qoyub gedib, yoxsa
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |