Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə23/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   19   20   21   22   23   24   25   26   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Gör neynədin? - Qolumu göstərirəm. 



-Pah, - deyir, - qanınnan qorxur, türkdü özü də. 

Dişləmədiyi tərəfdə oturub başını çiynimə qoyur, 

bir də deyir: 

-Ərə gedirəm... - elə bil su istəyir, “...mənə su 

ver...”-Demirəm ki, məni al... deyirəm, ərə gedirəm. 

-Kimə ərə gedirsən? 

-Qohuma. 

-Yalan danışma, erməni qohumla evlənmir. 

-Nə fərqi var, qohum olmasa da ermənidi. 

-Hara ermənisidi? 

-Bayıl. 

-İçəndi? 

-Yox. 

-Nəçidi? 



-Tarixçi. 

-Adı nədi? 

-Aram Xaçaturyan. 

-Bəstəkar? 

-Yoox... ələ salırsan məni?! Başqa Xaçaturyandı. 

-Görüşmüsüz? - İçim sökülür elə bil, özümün də 

xəbərim olmayıb, erməni qızına belə bağanmışam, 

birdən-birə  bu hala düşməyimə məətəl qaldım. 

-həə, bir həftədi görüşürük. Sənin haqqında da hər 

şeyi bilir. Sonralarımızı da biləcək... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

“...sonralarımzı da biləcək...” fikrimdən keçirtsəm 



də dərinliyinə varmadım, içimdə aləm qarışdı bir-

birinə, ürəyimi dartdılar, ürəyim ağzıma gəldi.  

-Bunu ona görə seçdim ki, səni həmişə görə bilim... 

Heç vaxt belə deməmişdi, belə zəif görünməyi 

özünə yaraşdırmazdı, “...bir olub özümüzü 

unutduğumuz vaxtlarda da ermənilik eləyib, oyun 

oynayıb həmişə...”  

 İki gün qabaq kirayə tutduğumuz evdəki 

görüşümüzü xatırladım... 

 

“...Erməni millətinnən də yaz, xahiş eliyirəm, 



ermənilər millət kimi, xalq kimi... necədi? Necə 

görünürlər? Sənin izahında yaxşı alınır” İkimiz də çıl-



ç

lpagıq, dizlərimi qucaqlayıb xahiş eləyir.  

“...Niyə həmişə çılpaq olanda ermənilər yadına 

düşür?-deyirəm. - Lüt olanda, məsələ qurtarannan 

sonra...” İkimiz də ürəkdən gülürük, gəlib təzədə

qucağımda oturur... 

“...Yəqin sən də çılpaqsan ona görə...” deyir.  

Cavabı çox gözəldi, təzədən qucaqlayıb bağrıma 

basıram, sürüşürük, kreslodan, divandan, taxtdan, 

döşəmədən, hara dırmaşırıqsa sürüşürük, sürüşə-sürüşə 

gedirik elə, özüm də eşidə bilmədiyim səslə qulağına 

pıçıldayıram, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

“...bütün millətlər - deyirəm, - gö



qabağındadı,üstü açıq ierləri çoxdu, atdanı

düşməsinlər...” 

O məndən aralanıb gülür, arxası üstədi, sonra 

niyəsə səsi dəyişir, bir az keçir, hıçqırtılarını eşidirəm. 

Elə hıçqıra-hıçqıra, “... sənin ağıllı olmağına 

ağlayıram, - deyir, - sənin belə ağıllı olmağını götürə 

bilmirəm...”  

Ağacın altında dərin xəyala getdiyimi görüb 

dartışdırır məni, silkələyir, üzünü qoluma sürtür, iyləyir 

məni, elə bil nəsə gizlətmişəm... Nəfəsi yenə od kimidi, 

dodaqları qolumun açıq yerini köz kimi yandırır. 

-Dişlə,-deyirəm, - bu qolumu da dişlə... dişin qana 

batsın, bəlkə dincələsən, erməninin dişi qana batıb 

onsuz da,- qollarımın ikisini də ona uzadıram. 

Dişləmir, eləcə üzünü söykəyir, üzü də istidi, ağlayır, 

qoluma isti damcılar düşür... 

Xatirələr, xəyallar içində Muğanlı aşırımını nə 

vaxt keçdiyimi bilməmişəm. Sırayla arxada qalan 

komalıqlar, təpəliklər, dağlar bap-balaca görükür, hava 

soyuqdu, qardı hər yan, ətrafda hər nə var içinə çəkilib, 

ona görədi yəqin ki... 

Bir neçə kənd keçdik, ortalarda, - mərkəzlərdə 

hamını bayırda gördüm, küçələrdə, yolların 

qırağındadılar, orda-burda, topa-topa... üzləri də bir-



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

birinədi, birləşəcəklər. Hərə bir yana baxsa da yönləri 



hiss olunur; ürəyimdə fikirləşirəm... Bir neçəsi irəli 

durub yolumuzu kəsmək istədi, yəqin ermənilər 

yaşayan Qələyə kəndinə doğru getdiyimizə görədi... 

Mən maşını saxlamadım, səbəbini özüm də anlamadan 

əlimlə işarə elədim,- qayıdıram, - dedim, elə belə 

havaya qışqırdım, -...ora dəyim qayıdıram! 

Elə bu bəs elədi, bu lazımmış, “...ora” haradı? 

Ərəbcə demiş olsaq, qeyri müəyyənlik. O dövrdə heç nə 

görünmədiyi üçün ancaq qeyri müəyyənliyi göstərmək 

olardı. Qabağa düşənlər topa-topa yığışanların 

burnunun ucunda irəliləyir... seçiləcəklər. Hərəkət 

varsa özünü duruldacaq, deyə fikirləşirəm. 

-Bu baş ki diyirlənməyə başlayıb papağını 

tapacaq! - Bunu bərkdən dedim, döndüm, heç biri 

özündə deyil. 

Uzaqdan kəndlər görünür, yan-yörə qar 

olduğundan kəndin camaatı elə bil ovuc içindədi, 

apaydın, evlərin arasıyla yolayrıcına axışırlar...Orda-

burda topa-topa yığışanlar birləşib bir olur, adamlar 

bir-birindən seçilmir artıq, seçilən hərəkətdi, əllərin, 

başların, dillərin hərəkəti...yerimək, amma dünənki ki-

mi yox, dünən, sırağa gün kökələ-kökələ yeriyirdilər, 

bu ona oxşamır, dünən elə bil onları itələyirdilər, - get, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

tərpən, işlə. Qazanca gedəndə də belə  yeriyən yox idi... 



buna da getmək yox, sürünmək deyirlər. 

İndi səsləri hardansa yuxarılardan gəlir, heç vaxt 

eşitmədiyim səsdi, öz- özünə böyüyür, elə bil havadan 

özünə nəsə götürür, canına nəsə çəkir, böyüyə-böyüyə 

dərələri, təpələri doldurub üstümüzə yeriyir, sözü 

olmasa da bu səs belə yeriməyin nə demək istədiyini 

ifadə eləyir... 

-Bəlkə qayıdaq, -dedi, Aram Xaçaturyan. -

Yolumuzu kəsəcəklər... -ardını deyə bilmədi, səsi 

boğazında qaynayıb söndü, “...ağlayacaq...” dönüb 

baxmadım. 

Mən səhv elədiyimi anlamışam...“ bunlarla 

çıxmayaydım gərək...”  

-Rədd olsun ermənilər...! 

-Əski düşmən dost olmaz! 

-Zori Balayana ölüm! 

“...Kimdi Zori Balayan...?” mən irəli çıxı

deməliyəm ki, Zori Balayan nədi deyirsiz, mənasız bir 

addı, tapdayın, keçin üstündən...“...Azadlıq...!” deyin. 

Fikrimdə mən də qışqırdım, “...azadlıq!”, hələ maşını

içində yumruqlarımı da oynatdım. 

-Ermənilər satqındı! 

-Satqın ermənilərə ölüm! 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Hələ səsləri eşidilir. Bir ağızdan çıxırmış kimi 



çıxan hayqırtıları qarla örtülmüş dağların, dərələrin 

arasıyla böyüyb- böyüyb başımızın üstündən  quş 

topası kimi keçir. 

-Rədd olsun ermənilər! 

Əlimi Arama sarı uzatdım, sonra arxaya apardım, 

Seda əlimə gəlmədi: 

-Sakit olun,-dedim, “...mən sizi qoruyacam, ölsək 

də bir yerdə öləcəyik...” deməyə macal tapmamış 

xalqla üz-üzə çıxdım... Mən belə irəliləyiş, daha 

doğrusu, belə gediş görməmişəm, ya ayağının altında 

qalmalısan, ya çəkilib sahilinə çıxmalısan, ya da ona 

qarışmalısan... 

“...Bəlkə millət budu...elə bu olar, - dedim, 

ü

rəyimdə, az qaldım maşının içində ayağımın ucuna 

qalxam. - Xalq hara getdiyini bilməz, bilsə də su kimi 

bilər, altını hiss eləyər ancaq, hara yumşaqdı ora ü

tutar. Bunlarsa addım başı düzlənən, getdikcə böyüyən, 

dartınıb bütün qırışlarını açmış, nizamlı, sevinməyi 

addımlarınnan yağan, xalq kimi çığır-bağırla yox, 

hayqırtlarla danışanlardı. Deməli millət...” 

Bu düşüncələr içində olarkən balaca təpəciyin o 

üzündən papaqları eyni ahəng altında bata-çıxa millət 

göründü, pal- paltarın altında tüküm biz- biz oldu, 

qalxım, atım özümü qucaqlarına... bütün bu 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

duyğularıma, fikirlərimə görə hamısı gülümsəməlidi, 



hamısının üzündə gülüş, hamısı şən olmalıdı, amma 

hamını qaş-qabaq içində gördüm; yumruq rəngində, 

açıq havada olmayan adsız rəng... 

Artıq divar kimi hörülmüş, ayrı-ayrılıqda 

görünməyən, yəni, tək adamlarla hiss olunmayan bu 

birlikdə uşaqlar da gözə dəyir; gözəldilər, hayqırtların 

içində parlaq-ağ izlər salan səsləriylə çığırışa-çığırışa 

gəlirlər, elə bil qatara dırmaşıblar, atdanıb xalqın ( 

millət deyək) böyründən yapışıblar, xalq da səsini 

başına alıb qatar kimi içini vura-vura irəliləyir... 

Aram Xaçaturyan az qalıb maşının içinə uzansın, 

burnuca görükür, Sedanın rəngi qaçıb, onsuz da ağ 

olan ağ üzü qar kimidi, amma təhərini dəyişməyib, 

qorxduğunu bildirmək istəmir, bu mənə ləzzət eləyir, 

ona daha çox bağlanıram... Dodağının altında nəsə 

deyir, bir onu anlaya bildim: “...bizimkilər xalqı nəzərə 

almayıb, xalqı saymayıblar. Bu xalqı tanımaq çətindi, 

bu xalq göründüyü kimi deyil...” Gördü ona baxıram: 

-Həə... -dedi, başıyla da təsdiq elədi. “...hə, bu 

xalq göründüyü kimi deyil,” - Özü özünə cavab verirdi. 

Qələyə kəndinin içində qar azdı. Biz yolun 

qırağına çəkilib Xalqın keçib getməsini gözləyirik... 

Amma keçib getmədilər, kəndə yumruqları havada 

girdilər. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Rədd olsun, ermənilər! 



-Satqın ermənilərə ölüm! 

Bir neçəsi ayrılıb bizə sarı gəldi; yeddi-səkkiz 

nəfərdi, hamısı bir boyda, əllərini qabağa uzadıb 

irəliləyirlər, “...maşını aşıracaqlar...” mən onların 

üzünə baxan kimi bunu hiss elədim də maşından 

çıxdım. Nə edəcəyimi bilmirəm, nə deyəcəyimi də... 

Nəyəsə hazıram amma, ona görə də onlara sarı çox 

ötkəm getdim: 

-Nolub? 

Məni araya aldılar. 

-Erməni daşıyırsan maşında. 

-Yola salıram daa, mən də sizi kimi. 

Biri lap irəli yeriyib çənəmin altına girdi. 

-Mən onu tanıyıram,-dedi, Sedanı göstərdi, - 

daşnaçkanın yekəsidi, atası da mils mayorudu... 

-Düz deyirsən, sən sakit ol, -dedim, -mən hər şeyi 

yoluna qoymuşam, biz evlərimizi dəyişmək istəyirik... 

-Çəkil, əə, yolumuzdan, sənin özün də erməni kimi 

şeysən-belə deyib məni vurmaq istədi, qolundan 

yapışıb qanırdım, burub yanındakılara sarı itələdim... 

Başıma tökülüşdülər, qarışıqlığın içində öz adımı 

eşitdim: 

-Aya neynirsiz, aya, jurnalistdi o...! 

-İmirxanlını döyürlər... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Əə vur, ermənilərə işləyir...! 



-Nə yazıçı, nə jurnalist, satqının biridi, başınnan 

vur! 


Tapdayırlar məni, amma mən ağrı hiss etmirəm, 

tappıltı eşidirəm, sonra bu tappıltı içimdən gəlir. 

-Görmürsənmi, öz axçiqini gəzdirir, qarda-

boranda, yanındakı da qaynıdı...Vurr! 

Hara gəldi əl-qol atıram, vururam, vurmuram 

xəbərim yoxdu... Birdən elə bil başımı kəsdilər, 

çiynimin üstündə heç nə hiss etmədim; boşluq, bir az 

da göynərti...nə görürəm, nə eşidirəm... 

-Şüşəni sındır... 

-Daş gətirin! 

“...Həə, maşının şüşələrini sındırırlar, Seda 

içəridən bağlayıb yəqin...” Dikəlmək istəyirəm, heç nə 

alınmır, yerə yapışıram daha da... Kimsə qolumnan 

tutub qaldırır. 

-Utanmırsız, -deyir, - Sovetin birinci düşməni bu 

adam olub, onu da gör nə günə salmısız! 

Səsin əvvəli yox, sonrası tanış gəldi; “...siz özünüz 

nə yazırsınız ki, mənə də yazı öyrədəsiniz. Düz KQB-yə 

gedəcəm, mənnən gör nə tələb eləyir, sənin cümlələrin, 

deyir, azərbaycanca deyil, ermənicədi...” Tanıdım, 

kənd yazıçısı Sahib Sənan. Qışqırığına  baş redaktor 

çıxır, heç nə demədən qolundan tutub içəri aparır, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

əlinin işarəsiylə də mənə “...gəl...” deyir... keçib 



əyləşirik. O, povestini bələkdəymiş kimi əllərinin 

ucunda ehtiyatla redaktorun masasının üstünə qoyur: 

-Görün mənə nə deyir, “ermənicə yazırsan...” 

deyir, bunun nəyi ermənicədi?! –Elə redaktorun 

qarşısında yazını bir də vərəqləyr. - Mən rayon 

adamıyam, rayonda yaşayıram, ermənicə yazan bunun 

özüdü. 

Gülürük, redaktor bir az da üstə qoya-qoya 



uğunub gedir, sonra o da bizə qoşulur...Redaktorun 

otağından da elə gülə-gülə çıxırıq... 

Sahib Sənan alnımı qarla ovuşdurur, doğrudan da 

elə bil canıma su buraxırlar, ayılan kimi oluram; 

“...həmin adamdı...” 

-Əzilməmisən ki? Bir yerin ağrıyır? 

Mən içimdə gülümsəyirəm, ...o, əslində belə 

deməlidi, “...görürsən, adamı  ermənicə necə 

yazdırırlar...” 

-Tanıdın məni? - Özümə gəldiyimi görüb soruşur. -

Sahib Sənan...! Sən də adımın altınnan Şeyx Sənan 

yazmışdın, o qovluğu indi də saxlayıram. 

Yadıma düşdü, göy rəngli qovluqda povest, həə, 

Sahib Sənan, adının altından öz əlimlə yazmışdım, 

Şeyx Sənan. Səsi də iki cürdü, sözünün əvvəlində nazik, 

laxlamış, axırda xırıltılı...  



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Mən bayaq maşından düşüb izdihama sarı gələndə 



çıxış eləyirdi: 

-...Bizim silahlarımızı aldılar, erməniləri 

silahlandırdılar amma, indi hamısı silahlıdı... -Bunu 

eşitdim, üzünü tanıya bilmədiyim üçün, heç səsi də 

tanış gəlmədi....Sonrası yadımda deyil. 

-Tanıdım...-deyirəm, heç öz səsim özümə çatmır.-

Sən canın o maşındakıları qoru...! 

-Kimdi onlar?!-Yanındakılar da ciddiləşir birdən-

birə. 

-Mənim ermənistanda evim-eşiyim, elim-obam 



var... bunlarla evimizi dəyişmək istəyirdik, biz bura 

gələk, onlar ora getsin, ona görə gəlmişdim. 

Şeyx Sənan dediyim Sahib Sənan qolumdan tutub 

maşına tərəf aparır, mən boynumu uzatmışam ki, 

maşıının içindəkiləri görüm, görə bilmirəm... İri gövdəli 

bir adam: 

-Aşırammadıq, ağırdılar... - deyir... -Əyilib 

maşının içinə baxır, - gör, nə boydadılar?! 

-Bəlkə erməni deyillər. 

-Qızı tanıyıram, Qələyəlidilər, atası da milis 

mayorudu. 

Beş- altı adamdı pəncərədən içəri baxırlar. 

-Qaldırın, çevirək...! – İri gövdəli adam əyilib iri 

əlləriylə maşından yapışır. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qışqırtı gəlir, Aram Xaçaturyandı, ətini kəsirlər 



elə bil. Mən özümü təzədən onların üstünə atıram. 

-Dayanın...! - Sahib Sənanın səsidi,  onları 

aralayıb camaata tərəf aparır, hamı eşitsin deyə, -

köçməyə gəliblər, - deyir, qışqıra-qışqıra, - 

Qələyəlidilər. O, yox, o, yazıçımızdı, tanımırsızmı? 

“Ərik”, “Dəyirman” povestini yazan... 1979-cu ildə az 

qalmışdı KQB tutub aparsın... 

Bir anlığa dərin sakitlik çökdü. Mən onların təpiyi 

altından indi  çıxdığıma görə keyləşmiş kimiyəm, 

dönüb göz ucu baxdım; Qələyə kəndinin bu başından o 

başına uzanan küçədə qar yoxdu, amma ətraf qar 

olduğundan adam qarışıq yolun qaralığı lap qatılaşıb. 

Birinci məni təpikləyənlər əl çaldı, sonra bütün 

camaata yayıldı...Gurultulu alqışlarla adımı çəkdilər, 

həə, deyəsən mənəm, aydın anlaşılmasa da yozmaq 

olar. “Gəl...” deyirlər işarələrlə, “...gəəəl ”, Sahib 

Sənan da əl eləyir. -Gəl, çıxış elə... 

Üzümü döndərib maşının şüşəsinə söykəyirəm, 

ikisi də elə bil maşının içində yox, suyun içindədilər, 

üz-gözləri əyiş- üyüşdü... Sedanın saçları doğrudan da 

suya dağılmış kimidi, əlləri dizlərinin üstündə, arxaya 

söykənib... gözlərini görə bilmədiyim üçün halından bir 

şey anlayammıram. Sahib Sənanın səsi gəlir: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Eyy, Qələyə kəndini zəbt eləyən ermənilər, eyy, 



dünyanın heç yerində heç vaxt dinc oturmayan, içdiyi 

suya tüpürən, yediyi çörəyə arxa çevirən, hay tayfası, 

eşidin! Sabah çıxıb getməsəniz axırınız pis olacaq...Biz 

bir də gələcəyik! 

Uğultu kəndi başına götürüb, yumruqların 

səsi...qarlı, şaxtalı havada istilik yayaraq üstümüzdən 

keçib gedir. “Şeyx Sənan”a təşəkkür edə bilmədim...” 

byny ürəyimdə ağrıya- ağrıya fikirləşirəm... “...amma  

yazdığı əsər zəif idi...” redaktor soruşanda ki, “...Şeyx 

Sənanı niyə qışqırdırdın?” Elə beləcə dedim, “... 

istedadsız yazıdı, mövzusu da  işlənib artıq, “Bahadur 

və Sona...” Redaktor üz- gözünü qırışdırıb 

“...maraqlıdı...” dedi. “Həə...”dedim, “Qələyə 

kəndində yaşayan erməni qızıyla bir azərbaycanlının 

sevişməsinnən yazıb...” 

Bayaq qatara bənzətdiyim Xalq elə qatar kimi də 

səsini başına alıb gedir, içini vura-vura...Mənim də 

içimdə dərin dinclik yaranıb, “...ölümnən qurtardıq...!” 

bunu duyduqca ağrılarımı unudub rahatlaşıram. İndi 

iki daşın arasında onu da düşünürəm: “... Məni niyə 

döydülər görəsən? Yəqin erməniyə oxşatdılar...” 

Gülümsəmək istəyirəm, üzümün cizgiləri dartınıb 

ağrıyır... ağrıyıram, sağ yerim yoxmuş. Aram 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Xaçaturyan elə bil məni birinci kərədi görür, məətəl 



qalıb, daha da maşının  küncünə çəkilir. 

-Aç, qapını...! - Əlimlə də işarə eləyirəm, - aç! 

Seda maşının düyməsini qaldırır, qapını açıb 

başımı ona sarı uzadıram, halını soruşmaq istəyirəm, 

dilim söz tutmur, üz- gözümün şişdiyini indi hiss 

eləyirəm... 

-Aah, ooyy, -Seda məni qucaqlayır, yaralarıma, 

daha doğrusu, təpik yerlərinə toxuna-toxuna bütün 

bədənimi dolaşır.- Sür, -deyir, pəncərədən küçə boyu 

baxır. -Getdilər...? - yenə nəsə demək istəyir, amma 

mənim bu halda olduğuma görə heç nə demir, - Aram, 

sən sür... 

Aşıqlar demiş, Sedanın əli dəydikcə yaralarım göz-

göz olub sulanır. Arxa oturacaqda demək olar ki, 

qoynuna girib uyuyuram. Maşın yola çıxanacan xeyli 

çətinlik çəkdi. Bütün bunları biz, - Sedayla mən, gözü 

yumulu izləyirik... 

 Kəndin içində heç kəs gözə dəymir, heç it də 

yoxdu, elə bil yüz illərdi yiyəsizlikdi, pərdəli- pərdəsiz 

bütün pəncərələr bom-bozdu...“Yurd, milli yurd, 

yurdun qeyri millisi...” bu haqda fikirləşirəm: “...qeyri 

milli yurd olurmu? Qələyə erməni sözü deyil, başqa 

dildə adlanan yurdda min il belə yaşasan da sənin 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

deyil...” dikəlmək istəyirəm, Seda ağrıdığımı zənn 



eləyir: 

-Xalamgilin həyətinə sür... -deyir. 

Həyət qapısını yüz yerindən bağlayıblar. Ağzım 

ağrıya- ağrıya: 

-Bəlkə yoxdular, olsalar da erməni bu halında 

qapı açmaz, - deyirəm,  - fikirləşmək lazımdı. 

Maşının içində xeyli nə edəcəyimizi bilmirik. 

-Hasardan aşıb içəri düşmək olar, amma ermənilər 

vurallar o saat... - mən deyirəm, başımı çıxardıb 

ətəyində dayandığımız daş hasara baxıram. -Erməninin 

həmişə silahı olub, hansı dövr, hansı dövlət olur olsun, 

gələn kimi onları silahlandırıb. 

...Hardansa bizi görürlər... Başımı çıxardan kimi 

hiss elədim, ikinci mərtəbənin künc pərdəsi dartındı; 

erməni ola, qorxunun hardan gəldiyini izləməyə, deyə 

düşünürəm, bayaqdan: 

-Bunu tanıyırlar, burda? - Aramı soruşdum, Seda 

üz- gözünü turşudub başını silkələdi. - Onda sən göstər 

özünü, başını çıxart, ikinci mərtəbəyə bax. 

Seda qollarımın arasından çıxan kimi titrəməyə 

başladı, elə titrəyə-titrəyə başını pəncərədən çıxartdı, 

nə gördüsə aşağıdan yuxarı rusca qışqırdı: 

-Tyotya Asmik...! 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin