Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə22/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qaldığı üçün də üzülüb əldən düşdüyünü hiss eləyir, 



dönüb yaxınlıqdakı ağac oturacağa sarı gedir, özü öz 

içinə batır elə bil...  

“Erməninin, rusun arasında niyə pis görünsünlər, 

Dəmir kişi, uşaga paltar al, bu günlərdə komsomola 

keçirdəcəm...” Dünən Qara müəllim düz onun qapısına 

gəlmişdi, bunu eşidəndə sevindi: 

-Bax, covet hökümətinə yol burdan başlayır, 

arvad, uşağı komsomola keçirdillər, yağı hazırla, 

aparım satım, paltar alım... 

Başını salıb onu fikirləşirdi, dikəlib evlərə bir də 

göz gəzdirdi: 

-Uşağa paltar alacaydım,- ürəyindən keçəni bir də 

bərkdən dedi, içi səslə, qışqırtıyla doldu yenə, 

“...İkimizə də ayıbdı, ay erməni, sənə aldatdığın üçün 

ayıbdı, mənə bu yaşımda aldandığım üçün...” Sonra 

fikirini ermənicə düzəltmək istədi, bildiyi sözləri bir 

yerə yığıb təzədən dikəldi.- Amota mez hamar...!

62

 -



Səsi çatdığı qədərində elə belə qarasına qışqırdı. 

Yaxınlıqdakı binanın balkonuna çıxanlar oldu: 

-Ubiraysa von, basurman svoloç!

63

 



-Es  ove, ay mart, inç uzum?! İnç asuma?

64

 



                                                           

62

 Bizim ikimizə də ayıbdı! (ermənicə). 



63

 İ til burdan, basurman köpəyoğlu...(rus) 

64

 Bu kimdi, a kişilər, nə istəyir? Nə deyir? (erməni) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Dəmir kişi deyilənləri anlamasa da əllərinin ikisini 



də səsə-küyə açdı: 

-Heç nə istəmirəm, ay erməni – dedi, - sənin pulun 

daha mənə lazım deyil, gəl, ağacını apar, kişi əini boş 

qoymaz, gəl götür əl ağacını...! - Bir də bərkdən 

qışqırdı, - ay yağ aparan erməni, gəəəl, əl ağacını götür, 

pul lazım deyil, halal eliyirəm, gəəə-əəl...!  

“...Gəə-əəl...” içindəki səs daha güclüdü, ürəyini 

ağzına gətirir, dirənib qalır boğazında. “ Eeey...yağ 

alan erməni...!” aşkara qışqıra bilmədiyi səs içinin qanı 

kimi axıb gedər, ölə bilər Dəmir kişi. Bunu birdən-birə 

hiss elədi... Oğurlayıb aparsaydılar onu belə 

yandırmazdı, amma aldatmaq-aldanmaq insanı içdən 

yaralamaqdı. “... Necə ola bilər, əməlli-başlı 

salamlaşdıq, sabahın xeyir, dedi, ay allahın türkü, mən 

də dedim, hər vaxtın xeyir olsun, ay allahın ermənisi, 

kişi kimi salam-əleyk elədik, dedim puldu, gətirib gələr, 

yağı verdim əlimnən, apardı getdi, amma gəlmədi...” 

Erməninin arığanaq, uzunsov üzü gözlərinin 

önündən çəkilmir, bozumtul fəsin-şlyapanın altından 

bir dağ ətəyindən baxırmış kimi baxır... hə, elə bil uzaq 

arxac yerindən gülə-gülə üstünə gəlir: 

“-Nədi satdığın?- deyir. -Yağdı? - Bilirki yağdı, 

ağzıaçıq qabda on kilodan çox, gözü görür, yenə 

soruşur. - Yağ satırsan? 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Deyirəm, mayıs yağıdı, bir bax, deyirəm, çiçək iyi 



gəlir...” 

Əlindəki əsadan başqa indi arada heç nə 

qalmayıb... Pəncərədən düşən işığa tutub ağacın 

orasına-burasına baxır, bəlkə üstünə adını yazıb; baxır, 

ağacın üstündə heç nə yoxdu, özü də hökümət ağacıdı, 

yəni dükannan alınandı. Bilmir neynəsin... Üstündə 

yazısı olsaydı, götürüb qapı-qapı düşərdi, - budu bax,- 

deyərdi, budu, adını da əl ağacına yazıb... 

“...oğurlrğun da halal olanı var...” Babası 

Aydəmiri xatırladı...

“Heç vaxt əlağacınıüstünə adını 

yazma, adıələ keçər, ilişərsən, yaylaq oğurluğuna 



çı

xsan üstündə səs eliyə biləcək heç nə götürmə, nə 

götürürsən dəridən götür, dəri səs eləmir. Gecədə ay 

varsa işığını izlə, kölgəsində gizlən, ay getdikcə kölgəsi 

də gedəcək, sən də get, arxaca kölgəylə bir yerdə gir, 

oğru öskürəyi deyilən söz var, o doğrudu, sürü oğrunu 

hiss eləyəndə hamısı sırayla içini vurub öskürər, yəni 

bildirər ki, “...oğru var...” ona görə də tələsmə, sürü 



ö

sgürüşürsə ayın getməyini, kölgənin qatılaşmağını 

gözlə, gördün sakitlikdi, əlini uzat, bil ki, kök, yağlı 

qoyunlar həmişə sürüdən qıraqda yatar, əl altında, sə

də elə qıraqdan yapış... amma içdiyin anddan, ərsiz 

arvaddan, ağzı dualıdan, saz tutan əldən, keçdiyin 

eldən, yediyin çörəkdən oğurluq eləmə... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Gülüb deyərdim: Yerdə nə qaldı ki, baba...? 



“-Bəsdi kişi, belə şeyləri öyrətmə uşağa! Nə 

öyrədirsən? İndi oğurluq vaxtıdı?...” Atam babama 

deyərdi...biz də heç nə yox, babamla bir yerdə gülə-gülə 

oxuyardıq: 



İç

diyin anddan, 

Ocaqdan-oddan, 

Ə

rsiz arvaddan, 

Tanıdığın addan, 

Yediyin qazannan, 

Qoşma yazannan, 

Aşıqdan, ozannan, 

Qıldığın duadan..., 

Eldən- obadan 

Paltarı ətəkdən, 

Xəlbirdən, ələkdən   

Yediyin çörəkdə

oğurluq eləmə

...Gecə dərinə endikcə erməni bir vedrə yağ qarışıq 

uzaqlaşıb gedir... Dəmir kişi əlindəki əsaya baxa-baxa 

qalıb, bilmir hara qoysun, özüylə aparıb gəzdirə 

bilməz, işlədə bilməz, elə bir adamın ağacını özünə əl 

ağacı eləyə bilməz...Kömək Allahdan, başını qaldırıb 

göyə baxır, taxta oturacağın yanında göyə dirək olmuş 

çinar ağacınl indi görür, “...onun əl ağacını qaldırım 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

budağın birinnən asım...” deyir ürəyində, “...elə eliyim, 



əl çatmasın... əvvəl-axır görən olacaq, harda olsa o da 

gəlib çıxar, allahsız, yalançı köpəyoğlu, qoy ağacına 

baxıb atdana- atdana qalsın...” Bəs ağacdan necə 

assın? Həə, bunu fikirləşməyib... 

Səhər tezdən minib gəldiyi at indi yadına düşdü...  

Bazarın həyətinə çatanda hələ gün çıxmamışdı, elə 

bir yükü yoxdu, bir az yumurtadı, bir az pendir, 

arvadının diliylə desək, bir çınqır da yağdı, yəni bir 

vedrə kərə yağı. Atın yükünü alıb bazardan biraz aralı 

göylüyə bağladı, yumurtayla pendiri elə qapının 

ağzındaca aldılar, yağı götürüb gəldi bura, heç 

gəlməyəydi, gəldi, ala inəyin bir aylıq əməyini heç 

elədi... 

Nə isə, at indi yadına düşdü, tələsik yığışıb bazara 

tərəf getdi... Molla Nəsrəddininki olmasın, atı da 

aparsalar lap yaxşıdı, arvada deyərəm, atı da verdim 

ki, bir vedrə yağı piyada- yayaq aparmasın... 

Tələm-tələsik özünü bazarın həyətinə çatdırdı, at 

yerindəydi, amma yan-yörəsində dişə dəyən nə vardısa 

otdamışdı, indi də dartınıb-dartınıb dəriyığan Apedin 

dükanının taxtalarını gəmirirdi, çürüyüb köbələk 

bağlamış taxtalardı, indi heç Apedin özünə də gərək 

deyil. Amma muzey eləyəcəm deyir, adını da araba 

təkərinin üstünə yazıb; “ SKİZBUK...”, yəni, baş-



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

lanğıc. Yaxşı ki, görməyib, tələsik atı minib qayıdıb 



düz ağacın altına gəldi, yəhərin üstünə qalxıb 

erməninin əlağacını budaqdan asdı, vəssalam... 

At kəndə qayıtmağı Dəmir kişinin ayaqlarından 

hiss elədi, kəsə yola çıxıb kəndə doğru şütüdü, amma 

Dəmir kişi elə bil getmirdi, içi harasa bağlanmışdı, elə 

bil.. 


                                                

Yer dəyişmə... 

 

Mən bunu Sedaya danışanda: 



-Nə bilirsən, - dedi, - ermənidi? Şlyapanı ancaq 

ermənilər qoyur başına? 

-Başqa kim ola bilər ki? - dedim. 

-Niyə olmur? Bəs demirdin ki, bizim rayonda hər 

millətdən vardı, türkdən başqa kürd, erməni, gürcü, 

aysoru, rus, yəni malakan, həə?! Yaxşı, deyək ki, rus 

olmaz, özünüzdən ki, olar? 

-Yox, mən bu mövzuda hekayə yazmaq istiyirdim. 

-Yaz daa, satan özünüzdən, alan özünüzdən. Bir 

türk bir türkü aldadıb yağını əlinnən alıb. Belə daha 

yaxşı çıxar ki. Babası da oğurluq dərsi keçibmiş, o 

dərsdən də yaz, təbii çıxsın. 

Seda aramızdan başını uzadıb yola baxır, biz 

dediyim kimi Qələyə gəndinə gedirik. Əri dinmir, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yanımda oturub, sağına-soluna baxa-baxa gülümsəyir 



eləcə, Sedanın dedikləri ürəyindəndi... 

...Toylarından bir-iki ay keçmişdi: 

-Ərivin yanında niyə belə eləyirsən? - dedim. - Sən 

onun yanında əlini mənə uzadanda mən özümə yer 

tapa bilmirəm. 

-Nə ər? - dedi. - Mən ona erməni olduğuna görə 

getmişəm, sənə də türk olduğuna görə getməmiəm. 

Onu da ona görə seçmişəm ki, yanında əlimi sənə 

uzada bilim. 

-Öyrəşə bilmirəm mən! 

-Öyrəşərsən... 

Qələyə kəndinə çox var hələ, Şamaxıdan keçmişik, 

dağların, təpəliklərlərin üstündə ala-tala qar var. 

Dönüb gözucu Sedaya baxdım.“...həə, dilimnən 

yapışıb, əl çıkmiyəcək, bayaq Dəmirin babasınnan 

gərək danışmayaydım...” 

-Bilirsən, - dedim, - yalan oğurluq deyil, yalan 

insanın mahiyyətindədi, yəni xasiyyətidi, oğurluq yox, 

adam var yalansız yaşaya bilmir, oğurluqsuz 

yaşamaqsa çox mümkündü, yalana iş demək olmaz, 

amma oğurluq işdi, mən hətta deyərdim sənətdi. 

Oğurluğun qayda qanunları var, şərəfli, şərəfsiz 

səmtləri var. Yalançı olmaq, aldatmaqsa insanı

xarakterində, xasiyyətindədi... indiki dillə desə



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

mentalitetində. Buna həttda milli xüsusiyyət də demə



olar. Yalan irsidi, irsən də keçə bilir, oğurluqsa yox... 

Sən necə bilirsən Aram? - Sedanın ərinə sarı dönürəm. - 

Razılaşırsan?  

-Yox, -deyir kəsədən, - razılaşmıram. Demək 

istiyirsən ki, türklər oğrudu, ermənilər yalançı? 

-Demək istəyirəm ki... 

Seda əlini köynəyimin altından salıb çimdikləyir 

məni, elə bil iynə batırır canıma...Mən canımı dişimə 

tutub ağrıdığımı bildirmirəm, başımı Sedaya sarı 

döndərib soruşuram: 

-Göstərməyə yer olacaq? 

Seda bilir nə deyirəm; bağda bağçada, lap 

dərsarası görüşəndə ətimnən yapışıb sıxar, barmaqları 

da kəlbətin kimi, üzü- gözü gülüşlə dolu, eləcə tutub 

durar, gələn gedən də elə bilər, əlini üstümə qoyub... 

Beş-on dəqiqənin içində barmaqlarıyla iz sala- sala 

canımı dolaşar, zəng vurulan kimi: 

-İndi get, unut məni, görüm necə unudursan! - 

deyib gözdən itərdi... 

Bir gün əllərini əlimə alıb: 

-Ona görə dırnaq saxlamırsan? - dedim... 

O gün dərsdən bir yerdə çıxdıq, ayaqlarımız bizi 

kirayə tutduğumuz evə doğru aparır. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

...Qapının ağzında artıq nəfəsi təngimişdi, açarı 



redikülündən əlləri titrəyə-titrəyə çıxartdı. 

-Gör neynəmisən? - Güzgünün qabağına keçib 

canımı göstərdim... Özündə deyildi, əynindəki paltarı 

bir-bir başına sovururdu, hara gəldi, sonra özünü 

üstümə salıb qara-qançır elədiyi yerlərdən öpə-öpə: 

-İndi sənə xaç da qoyacam, -dedi, gözlərini 

yumdu... 

Aram yarğanın qaşından sallanan Diri Baba 

məscidinə baxırdı, mən xəyaldan ayılıb sürəti azaltdım. 

-Hıı... çimdiklədiyin yerləri göstərməyə yer 

olacaq?- Sedadan bir də soruşdum. 

-Getdiyimiz yerdə türk də yaşayır, - dedi, - 

çatanda səni türklərə verəcəm... 

-Burda saxla,- dedi, Aram. 

Maşını saxlayıb dörd yanıma baxdım, heç nə 

yoxdu, kolluqdu. Aram maşından düşüb kolluğa tərəf 

getdi. 

-Orda bir qədim tikili var, görmüsən? - Seda 



soruşdu. 

Bir yerdə Aramın ardınca getdik. Əlimdən tutub 

darta-darta aparır, dediyim kimi yan-yörədə ala-tala 

qar var, birdən dönüb öpür məni. Bilirəm yanımızda 

özününkülərdən olanda daha da çılğınlaşır. Özümdən 

güclə aralayıram, uğunub gedir... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bir-iki ay bundan qabaq, atası Mamvel Sevortyan 



yenə yapışmışdı yaxamnan, hələ yüngülvari bir-ikisini 

də çəkdi, qızı da dartıb apardı. Amma qız atasının 

əlindən çıxıb özünü üstümə saldı, boynuma atılıb öpdü 

təzədən... 

 -Seda...! - Əridi, qarşıdakı komalıqdan səsi gəlir, 

mən onu özümnən qopara bilmirəm. 

-Nolub, -deyirəm, - heç tək olanda belə 

eləmirsən?... 

Üstündə kol-kos bitmiş tikilidi, yəqin qədimliyinə 

görədi, canlıdı elə bil, qarıyıb qocaldıqca üz gətirib, 

adamın düz gözlərinin içinə baxır. Mən dayanıb 

tamaşa eləyirəm. Nə isə, qəribə hisslər içindəyəm, az 

qalıram əllərimi yerə qoyam, iməkləyə-iməkləyə gedəm 

tikiliyə tərəf. Onlar qapının ağzındadılar. 

-Biz buranı çox görmüşük, gəl... - Seda deyir. - 

Qorxma, gəl! 

Gözlərinin içi dəyişib yenə, əllərini uzadıb məni 

gözləyir, mən gendən-genə işarə eləirəm ki, 

çimdikləmə, gülür... Sir- sifətinin ağlığı üzə çıxıb lap, 

ağappaqdı, tikilinin qədimliyindəndi yəqin...qədimlik 

fonunda. 

-Noldu sənə, üşüdün? 

Sedanın yanından ona toxunmadan keçdim... daş-

divarı ot- əncər gətirib bitdiyinə görə tikilinin 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

görünüşündə hərəkət var, gedənə oxşayır, üzümü 



daşına söykəyirəm: “...nənə...” deyirəm ürəyimdə, 

“...nənəm...” 

...Üç-dörd yaşım olardı, nənəm məni qonşu 

erməni kəndindəki Sarıkilsəyə apardı, “...Sarıkilsə 

həmişə olub, ermənilər çox sonralar gəlib...” O  

yadımdadı ki, içəri keçmədik, - yox, içəri girməyək, - 

dedi, nənəm, - elə burda öp daşı... Mən əyilib içi 

oyulmuş sarı daşı öpdüm... məni qoynuna almış 

şəkildə, yəni başımın üstündən daşa əyilmiş halda 

nənəmin pıçıltısını eşitdim, - ey, Məryəm ana...başqa 

heç nə yadımda deyil... 

Onbeş-iyirmi ildən sonra bu fikrə gələcəm, daha 

doğrusu, ağlım kəsəcək ki, bu, bizim min beş yüz, iki 

min il bundan qabaq xristiyanlığı qəbul etdiyimiz 

vaxtlarla bağlıdı... 

-Sən həm də allahsızsanmış demək, haradı, ora? – 

dedi, Balacahunlu, gülür, - sən harda böyümüsən, a 

bala? Sənə bu tərbiyəni kim verib...? - xıdaca-xırdaca 

çiyinləri qalxıb düşür, uğunub gedib, başqa vaxt 

gülməz, ürəyindəndi xristian olmağımız... qoca 

bolşevik, rəqs eləyirmiş kimi arıq, uzun qollarını gen-

gen açıb auditoryanın başı üstündə gəzdirir.- Adı nədi 

oranın? Kimdi müsəlman ola-ola kilsəyə gedən? - Üz- 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

gözündə tamam ayrı ifadə var; “...xristianlıqdan qalma 



adətlərdi... biləmmədim nə  millətsən dəə...?!” 

-Qarakas yaylaqları...? 

-Özünnən hoqqa çıxartma, de görək haradı?... 

...Qarşıya çıxan döngə məni xəyaldan ayırır. 

Maşını bərk sürmürəm, sürətə həvəsim qalmayıb, 

yavaş-yavaş Muğanlı yolayrıcına doğru qalxırıq. 

Balacahunlunu xatırladığıma görə əhvalım dəyişib bir 

az... Sedanı güzgüdə gördüm, üzünü döndərib 

təpəliklərə, çöllüklərə baxır, gözlərini, bir də 

dodaqlarını görmədiyimçün halından bir şey anlaya 

bilmədim. Elə bil duydu bunu: 

-O tikilinin sənə nə dəxli var? - dedi. - Uşaq kimi 

aparırsan özünü, üzünü daşlarına sürtürsən, ağlayırsan, 

həyəcanlanırsan, bilmirsən neyniyəsən.  

-Görükür dəxli var ki, özümü belə aparıram. 

Yaxşı, kimə dəxli var? Ermənilərə?  

-Vpolne vozmojno... 

-Son ikiyüz iləcən ermənilər Qafqazda 

olmayıb...heç ayaqları da dəyməyib Qafqaza. 

-Nə bilirsən? Sübutun var? 

-Qafqazda erməni izi yoxdu. - Arama tərəf 

döndüm- Sən necə bilirsən, Aram? - Aramı yatmış 

bildim. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Qafqazda erməni izi var... - Yatmayıbmış, 



təhərini dəyişmədən dedi. -Elə bu tikilinin özü nədi bəs? 

Sizindi? 

-Aram, sən axı bu işlə məşğul olursan, bilirsən ki, 

Qafqazın ermənilərə dəxli yoxdu, yerə daş yazıb 

basdırmaqla deyil... Əsas sübut budu ki, ermənidə 

Qafqaz tərbiyəsi yoxdu, heç yerdə erməni özünü 

qafqazlı kimi aparmır. Onun qadına, qıza baxışı da 

ayrı cürdü...ailəsi də qafqaz ailəsi deyil. Ola bilsin onun 

bildiyi daha yaxşıdı, söhbət onnan getmir... Mənim öz 

izahlarım var, bayaq yalanla oğurluq haqda dediklərim 

də o izahlardandı.  

-Sənin öz izahların hələ tarix deyil... İki min il 

bunnan qabaq yazılmış erməni tarixinin yanında sənin 

izahlarına ancaq gülmək olar. -dedi Aram 

Sedanın qışqırığına ikimiz də diksindik, mən 

maşını saxlayıb yolun qırağına çəkildim. Seda arxadan 

ərini qucaqlayıb qulağından öpdü: 

-Ooy, nə gözəl dedin, Aram, kakaya prelest...! 

Bir az eləcə qaldı, sonra o biri əlini də elə ordan 

uzadıb mənim qulağımın tana yerindən yapışdı. 

Barmaqlarının ucu istidi, həm də giziltisi var, bir anın 

içində canıma yayıldı, yumşalıb ət kimi oldum. Yola 

çıxdıq: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Olsun, - dedim, - iki min ilin yalanıyla deyək ki, 



razılaşıram, amma siz də razılaşın ki, o kitablarda 

Qafqaz yoxdu. Mənim bir tələbə yoldaşım vardı, 

Noxanı tərəfdə bağını itirmişdi. 

Aram mənə tərəf döndü: 

-Poteryal svoyu teritoriyu, tı seryozno...

65

 



-Başı orda-burda kefə qarışıb, bir neçə ildən sonra 

gedib tanıya bilməyib, özü Noxanılı deyil axı, o qədər 

evlər tikilib, dəyişikliklər olub ki... çaşıb qalıb. 

Sedanın əli qulağımdaydı, ərinin baxdığını görüb o 

bir əliylə də onun qulağından tutdu...dartacaq, mən 

bunu barmaqlarının birdən-birə bərkiməyindən hiss 

etdim, “...üzəcək qulağımı...”: 

-Qopartma, görükən yerdi... 

Yanları qarla örtülmüş yollara baxa-baxa ötən 

günləri xatırlayıram. 

...Universitetin axırıncı kursundaydıq, dərsdən 

sonraydı... 

-Ərə gedirəm, - dedi, sevinə-sevinə. 

Payızın ilk ayı, şairlər demiş, başımızın üstündə 

yarpaqlar quşlarla bir yerdə uçuşurdu. Dəniz boyu 

ağacların  altıyla gedirdik. 

                                                           

65

 



Ö

z ərazisini itirib? Doğru sözündü?  (rus)

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Ərə gee-diirəəəm... -səsini dəyişib uzada-uzada 



bir də dedi. 

Mən bilmirəm nə deyim, yolun ortasında bütün 

boyuyla canıma sığınıb, üzünü sinəmə sürtür, nəsə 

deyir, anlaya bilmirəm. Qolumun açıq yerində nəfəsi 

od kimidi, öpür xırdaca-xırdaca, sonra dişləyir, xeyli 

eləcə qalır, mən qorxa-qorxa dişlərini sıxacağını 

gözləyirəm... Adam azdı, qışqırmaq olar, dişləsə 

qışqıracam, onsuz da ürəyim doludu, bağıracam var 

gücümlə... 

-Kimdi ərin? - Mən tələcik soruşuram ki, dişlə-

məsin...Başını qaldırmır, dişlərini sıxır yavaş-yavaş. - 

Dişləmə, - deyirəm, - qanadacaqsan, qanım üstümüzə 

töküləcək!... -Yan-yörəmizdən keçənlər ayaq 

saxlayırlar, desəm ki, bizə baxan var, lap özündən 

çıxacaq, qopardacaq ətimi. -Yaxşı, de görək kimə 

gedirsən? -Ooo-uuy... - mən gücüm catdığı qədərində, 

daha doğrusu, ağrımı unudanacan qışqırdım. Qız 

qalasıyla üz- üzə olduğumu da indi gördüm; 

ağrıyandan sonra... Ətrafda gülənlər, məətəl qlanlar, əl 

çalanlar...Qolumu dartıb ağzından çıxartmışam, 

üstündə dişlərinin yeri qalıb, qara-qançır. Ağacın 

altındakı skamyaya tərəf getdim, qolum əlimdə 

ufuldayıram. Seda üst-başını düzəldə-düzəldə elə bil 

yemək-içmək məclisindən gəlir. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin