2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Teymurun cənazəsini gətirillər, -dedi, hönkürdü...
-Rusiyadan...!
Bir anlığa çaşıb qaldım, elə bildim idarəmizdə
katibə işləyən qızdı, dogrudan da səs onun səsinə
oxşayirdı...O günlərdə zəng eləmişdi: “... Ölün elə,
ikiniz də, nə istədiniz yerinə yetirdim, amma evsiz-
eşiksiz qoyduz... məni”
Telefondakı qadın səsi dinmədiyimi görüb -Alo, -
demək istədi, səsi boğazında döyünüb-döyünüb batdı,
mən hələ də elə bilirdim zəng eləyən katibədi, gözlədim
ki, ardınca deyəcək, “...yaxşı oldu, ölsün elə Teymuru,
müdir onun sözünnən çıxmazdı, bir kəlmə deyib ev
işimi düzəltmədi...”
Mən səsimi çıxartdım:
-Alo, kimdi? -Çaşqınlıq içində susub gözlədim ki,
bir şey anlayım, görüm, sonra nə deyəcək, yenə nəsə
deməlidi axı, bir anlıga xətdə hər ikimizi saran qəribə
hənirti yarandı, mən bu aralığı kompyüterin hələ ad
qoyulmamış səhifəsinə oxşatdım, kompyüter səhivəsi
kimi içimdəki dərinliklər çözələnib düşüncəm boyu
genişliklərə, sonsuzluğa yayıldı: “Nə dedi, bu?! Kim
ölüb, dedi? Hansı Teymur? Bioloq?!” Hələ də bir şey
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
anlamamışdım...
Axşamdan bağdayam, demək olar ki, bağa
gələndən elə bu şəkildə özüm özümlə oynayıram, heç
bilmirəm, ağzımı açıb bir kəlmə danışmışam, ya yox...
Baş-başa vermiş iki nar ağacının altına taxt qoyub
üstünə uzanmışam, ağac o qədər nar gətirib ki, saymaq
istəyirəm, bir şey çıxmır... Ağacın altını göy üzünə
bənzədirəm, ulduzlarıyla bir yerdə; “NLO...”
jurnalında oxuduğum...işdən qayıdarkən küçənin
ortasındaca birdən-birə yoxa çıxmış alimləri,- ər-arvadı
xatırlayıram, neçə ildən sonra harda yoxa çıxmışdılarsa
elə orda, hərəkətlərinin, düşüncələrinin hansı anında
qeyb olmuşdularsa neçə ildən sonra vaxtın həmin
anında da peyda oldular...İşdən sonraydı, aradan illər
keçməmiş, heç nə olmamış kimi sabahkı tapşırığı
düşünə-düşünə yenə evə gedirdilər. Tanıyanların,
qonum-qonşunun heyrətinə təəccüblənərək evlərinə
tələsirdilər...
Hər şey aydın olandan sonra kişinin yadına heç nə
düşmədi, amma qadın harda olduğunu belə xatırladı:
“haraydısa, gecələr burda başım üstə gördüyüm göy
qübbəsini orda ayağımın altında görürüdüm, harda
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
dayanmışdımsa aşağı baxırdım, göyüzü ayağım
altındaydı...”
Mən nar ağacının altında bunları fikirləşə-fikirləşə
istəyirəm harda olduğumu unudam...Onsuz da
unudulmuş
adamam,
yəqinki
heç
yerdə
də
xatırlanmıram...kənddə şəhərli kimi olmaga çalışdım.
Teymurun özü eləydi...
“...Sən mənnən zəifsən, sən heç vaxt şortik geyib
kəndə gedə bilməzsən, amma mən getmişəm, bir dəfə
də yox, çox getmişəm. Bax, mənim bu saqqalımnan
saxlaya bilməzsən sən...çünki öz üzünə də gücün çatmaz
sənin”.
Nə isə, dogrudan da gücsüzəm, hamısı da
yerimdən oynadıgıma görədi, yəni harda olmalıyamsa
orda deyiləm. Teymuru da bayaqdan ona görə agrı-acı
içində xatırladım. Teymursa hər yerdə var, həmişə hər
yerdə olana oxşayır...
Bu düşüncələrlə əlimi başımın üstündən sallanmış
narlara uzadıram. Teymur o günlərdə deyirdi, kralların
papaqları,- tacları yəni, narın quruluşundan götürülüb.
Heç ağlıma gəlməyib, faktın doğruluğuna məətəl
qalıram...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qurumuş qadın səsi fikrimdə təzədən səsləndi: “...-
Teymurun cənazəsini gətirillər, Urusetdən!”
“ ...bioloq Teymur olmaz... -deyə fikirləşdim, -
dünən danışmışam telefonla!”
Təzədən narları saymaq istədim, yenə heç nə
alınmadı. Nə isə, iş-güc dolu olsa da özümə iş
axtarıram; ona görə də heç nə alınmır. Tennis stolu
bom-boş qalıb, daha doğrusu, bir tərəfi boşdu, bir
tərəfində mənəm, təm-tək... Bir xeyli divarla oynadım,
divar da üzü soyuq, bom-boz, hər şeyi özünün ağırlığın-
dan da yüz dəfə artıq üstümə qaytarır... başıma çırpır.
Bu boyda yerin-göyün altında qulağı batmış kimiyəm,
dustaqxanadayam elə bil, ovunmalı heç nə yoxdu.
Telefondakı səs bayaqdan katibəni yadıma salıb,
elə həmin telefondakı səs kimi ilişikli səsiylə deyir:
-Bilirsən, - deyir, - mən ər axtarmıram, mənim
axtardığım uşaqdı...
İstədim deyəm, əvvəlcə ər axtarsan doğru olar, sən
axtarışını dal-qabaq eləmisən, amma demədim, ayrı
şeyi:
-Sabah şalvar geyinmə, - deyirəm, - şalvarsız gəl!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Gülür:
-Şalvarsız gəlim?! Çılpaq?
-Çılpaq niyə, arvad geyimiylə gəl, - deiyirəm. Nə
demək istədiyimi anlayır.
-...Yaxşı, - deyir.
O vaxtdan çox keçib, heç bilmirəm indi hardadı.
Teymur köçdü, getdi Moskvaya, katibəsə yox oldu, ərə
gedib, dedilər, yalan-gerçək... Bir-iki kərə zəng etdi.
Dedim:
-Nolar, təzə nömrəni ver, birdən lazım olarsan!
Dedi:
-Nolaydı telefon nömrələrim güllə olaydı, düz
alnına çaxaydım, deyəydim gələ! Sənin də, Teymurun
da...təpəsinə.
Dikəlib nar ağaclarının altından çıxıram...
Birinci kərədi şortik geyinmişəm, bəlkə də kəndə
şortikdə getmək üçün məşq eləyirəm.Teymur o vaxt
deyirdi, kəndçilərindən baga qonaq çagır, şortikdə
göstər özünü, üzləri-gözləri öyrəşsin. Beləcə, şortiki
dogrudan da geyinmişəm, şairlər sözü, yarıya
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
bölünmüş kimiyəm, hava isti olsa da açıq yerlərimə
dəyən sərinliyi hiss eləyirəm...Katibə yadımdan çıxmır,
bayaqdan xatırlayıram.
“...Bilirsənmi, sən əslndə Teymurun katibəsisən,
Murtuz
müəllimin
yox,-dedim
güldüm.-Teymur
hardadı?
O, belə deməyimdən yox, gülməyimə görə incidi.
-Özümü belə apadığıma görə gülürsən, hə? -
ağlamsınıb başını aşağı saldı.
-Sən özünü yaxşı aparırsan. -dedim. -Teymuru
soruşduğuma görə incidin?-Yaxınlaşıb başını köksümə
sıxdım.
-Yox, sən mənim haqqımda pis fikirləşirsən, yəqin
fikirləşirsən ki, bu nece yüngül qızdı... Teymuru orda
qoyub gör hara gəlib çıxıb. - Bu sözləri üzünü sinəmə
söykəmiş halda dedi, canıma sığındı...
Mən xeyli dinmədim, əllərim beli uzunu enib açıq
sağrısında durdu. Ürəyimin sallandığını hiss etdim, elə
bil liftdəydik, üzüaşağı enirdik elə bil...
“-Həm uşaq istəyirsən, həm də qarnı açıq
gəzirsən...gör harana kimi açıqdı.” ...Yadıma düşdü,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
bir ay qabaq Teymurla sahil bağında onu gözləyirdik,
hava sərin idi, ikimiz də yanaşı dayanıb küçənin o
başına baxırdıq... Amma o, tamam başqa səmtdən
çıxdı. Az qala qaça-qaça bizə tərəf gəlirdi. Çanta qarı-
şıq əllərini yellədikçə köbəyinə qədər acılırdı... Çatan
kimi Teymurun boynuna atdandı, Teymur, o da
boynunda:
-Mən ölüm, bunun qarnına bax, buz kimidi,-dedi.-
Bir əlini vur.
Telefon səslənəndə su stəkanlarını təzəcə
soyuducuya
qoyub
çıxmışdım,
innab
ağacını
sulayırdım, “...görək bu il də tökəcəkmi meyvəsini...hə,
bu da sürüşkən arvadlar kimi uşağını salır...balasını bu
da saxlayammır. Hı, xanım...?!”
Katibə yarpaq rəngli gözlərini üzümə zilləyib
dinmir, evdə bişirib gətirdiyi kotlet əlindədi, mən
başımı uzadıb katleti dişləyib üzüm ovcunda eləcə
qalıram; belə şeylər xoşuna gəldiyinə görə demək olar
ki, onunçün oyun oynayıram.
-Mənim sənnən də uşağım olmadı...- deyir,
boynumun açıq yerinə yapışqan kimi isti damcılar
düşür, silmək istəyirəm, elə bilirəm boynuma düşən
şam ərintisidi. Üzüm hələ də ovcunun içində katleti
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
çeynəyirəm, çənəm dizlərinə dəydikcə gülür, - ağzını
elə tərpətmə, -deyir, - qıdığım gəlir...
Səhər tezdəndi, lap tezdən... bizdəki həvəsə bax,
həvəsə də yox, iştahaya, o başdan gəlib onu da götürüb
Şıx çimərliyinə aparmışam. Heç kəs yoxdu, maşını üzü
dənizə saxlamışam, Günəş dənizin üzündən azca
aralanıb, hər şey elə gözəldi ki, Günəşin nə vaxtsa
dənizdən aralanıb gedəcəyinə, axşamın düşəcəyinə ağıl
kəsmir.
Dünən elə beləcə dedi:
-Elə vaxt gedək ki, günəşin doğduğunu görək...
Beləcə, Günəş gözümüzün qabağında doğur...daha
doğrusu doğulur.
Maşının içində balaca süfrə açıb, katleti bir-bir
ovcuna götürür, mən də elə ovcundan yeyirəm.
Başımı qaldırıb əlimi boynuma çəkirəm, üz-
gözündə hər şey bir-birinə qarışıb; gülmək, ağlamaq,
sevişmək istəyi:
-Ağlama,-deyirəm, qarşımızda açılan mənzərəni
göstərirəm. -Belə vaxtda adam ağlamaz.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Elə ona görə ağlayıram...gözümün qabağında hər
şey doğur, hər şey doğulur! - deyir.
Katibəni bu cür xatırlamağım ürəyimi sıxır, innab
ağacının dibində, “...telefonunu bilsəydim zəng
eləyərdim...” deyə düşünürəm. “Teymurla onun ev
məsələsini düzəldə bilmədik...”
“Mən elə bilirdim sənnən uşağım olacaq, yuxuda
da görmüşdüm...” Bunu son vaxtlar tez-tez deyirdi.
“Gör, özünə necə oğlanlar doğuzdurmusan, gör necə
oğlanların var, nolardı, axtarıb arayıb birini də məndə
tapaydın!”
Əlimdəki süzəncdə su qurtarıb, eləcə fikrə
getmişəm, innab ağacının tikanları var, söykənmək
olmur, xəyaldan ayrılıb ağaca təzədən fikir verirəm,
özü sağlamdı, köklü-köməcli... Deyirdilər; - bəlkə təkdi,
bəlkə erkəyi yoxdu, tozlanmır, mayalanmır bəlkə, ona
görə meyvə gətirmir.
Qonşunun hasarından başını çıxartmış innab
ağacına baxdım: “ Noldu, bəs? Sizin sevişməyinizdən
bu il də bir şey çıxmadı!”
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ağacla zarafat eləsəm də birdən-birə əhvalım
dəyişdi... Kənddəki həyətimizdə qurumuş armud
ağacını xatırladım... səkkiz, doqquz yaşım olardı.
Yazbaşıydı, bir armud ağacımız tumurcuq
açmamışdı. Nənəm ağacın dibində diz çöküb
ağlamsına-ağlamsına üzünü ağaca tutmuşdu:
-Noldu sənə, bacım? Haran ağrıdı? Niyə gəlmirsən
bu il?!
Mən əlimdə bir qab su, ağacın gövdəsindən
yapışıb iki arada gözləyirdim, nənəm qolumdam dartıb
qırağa çəkdi. Onda bildim ki, bu sözlər ağaca deyilir.
Ağaca deyildiyini bildikləri üçün böyüklər yox,
uşaqların hamısı içini çəkdi, ağlamaq istədilər.
-Kimnən küsdün gəlmədin?! - Dikəlib mənə sarı
uzandı, əlini su qabına salıb hörüklərinə çəkdi. -
Suyunmu yoxdu, -dedi, - yiyənmi yoxdu? Qayıt gəl,
kəsərlər səni, oda qalayarlar! Bə biz necə dözürük, necə
uşaq doğub böyüdürük, anam-bacım, oğul-uşağınla sən
də gəl, çıx! Bax, hamı əli bıçaqlıdı, səni kəsərlər!
Dönüb arxaya baxdım, niyəsə qonşumuzdakı
boylu gəlini də gətirmişdilər, gəlin utana-utana
gülümsəyirdi, bilmirdi neynəsin, sonra ərinə doğru
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
uzandı, ögüyürdü deyəsən... Bu arada babam baltanı
başının üstə qaldırıb qışqıra-qışqıra ağacın üstünə
yüyürdü:
-Ay namərd, kəsdim səni...! - deyib baltasını
ağacın gövdəsinə sancdı...
Dedilər:
-Yarasına su tök...!
Mən əlimdəki su qabını balta qarışıq ağacın
çapılan yerinə boşaltdım.
Nənəm ağacın çapılan yerini sarıyırdı.
-Qorxdunmu? Səksəndinmi? Hə...ayılarsan indi,
ayılıb gələrsən!
-Həə, qorxutduq... -Babam balta əlində ayaq
üstəydi. Əlini ağacın gövdəsinə çəkib gülümsədi. -Kökü
gərnəşdi, -dedi, - indi gəlib çıxacaq, darıxma.
Boylu gəlinin də ögüməyi kəsmişdi, ərinə sığınıb
gülümsəyirdi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Əlimdə su qabı - süzənc, o günləri xatırladım,
aradan çox keçib, armud ağacı o vaxtdan tumurcuq
üstədi, hazırdı...
-Bəs, bunu neynim ki, mevəsini salmasın...?” Bir-
iki addım aralanıb innabın eninə uzununa bir də
baxdım:
-...söz yox, boyludu, -dedim, öz-özümə, -
ikicanlıdı...
Arvadımı xatırladım, sonbeşiyə boylu olanda o da
elə beləydi, innab ağacı kimi enlənmişdi, səhərdən
axşamacan otaqların arasında ayaqlarını haragəldi
atır, qarnı böyüyəndən sonra üz-gözündən yığışdıra
bilmədiyi təbəssüm, evin içində deyinə- deyinə
hərlənirdi. “Öz-özünə nə deyirdi görəsən?” Daha
doğrusu, düşünürdüm ki, qarnındakını qoyub başqa nə
haqda düşünmək olar...? Bir dəfə yanımdan keçəndə
qulağımı ağzına sarı tutdum ki, görüm nə deyir. Heç nə
demədi, sakitcə başımnan yapışıb qarnına sarı
sürüşdürdü, düz köbəyinin üstünə gətirdi:
-Bax,- dedi,- tərpənir...
Qarnı boynundan istiydi, bayaq başımı boynuna
qoymuşdum; boynu, sinəsi sərindi. Gözlərimi də
yumub xeyli beləcə, başım qarnının üstündə qaldım...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Doğrudan da elə bil kimsə çəkinə-çəkinə pəncərə
döyürdü. İçəridən döyüntü, yaşamaq səsi gəlirdi, iyirmi
ildə unuda bilmədiyim səs-duyğu. Yenə gecə-gündüz
qurdaladığım kompyüterin düşüncəmdə səhifələnən
içini xatırladım; hələlik söz tapıb izah edə bilmədiyim
dərinliklər yerini dəyişə-dəyişə uzanıb getdi.
-Qarnındakıyla danışırsan?
-Hə, - nəfəsiylə dedi, söz işlətmədi, -hə...!
Səsi də bayaq köbəyinin ystə başımı qoyanda
eşitdiyim döyüntüyə oxşayırdı; içindən gələn yaşamaq
səsi, nəbz döyüntüsü...
Bütün bunları fikirləşə-fikirləşə innab ağacını
sulayıram. Kiminsə əlindən qaçırmış kimi ağacın
dibinə can atan su məni də azaldır elə bil, yəqin
məndən də nəsə gedir, çünki dincəlmək əvəzinə
yoruluram.
Moskvalı dostum, bioloq Teymur nece demişdisə
eləcə, bir stəkan suyu adam hesab eləyib ağzımnan
gələni düz suyun üzünə dedim, söydüm suyu, “ağzı-üzü
qalmadı”:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Sən nə susan, - dedim, - haragəldi burununu
soxan, yeri-yurdu bilinməyən, bulanıq, kirli, qarışıq
alçaq, nə düzəməlli əlimi yuyursan, nə də üzümü,
yalançı, saxta... suya tüpürməzlər, amma mən
tüpürürəm, tfu, sənə, deyirəm.
Beləcə, söyüb-söylənib stəkanın ağzını bağlayıb
qoydum soyuducuya. Sonra bir stəkan su yenə
doldurdum,
üz-gözümü
dəyişdirib
gülümsəyə-
gülümsəyə stəkana baxdım. Bioloq dostum demişdi ki,
elə söz de ki, su səni hiss eləsin...yalandan qışqırdığını
bilməsin. Bil ki, su ətrafını yayılmasıyla anlayır, illah
da adamı, səni anlaycaq. Sən suya elə belə baxma, sən
suya duyğular seli kimi bax...Söydüyün suyu da,
öydüyün suyu da qoy soyuducuya, gör nolacaq...
-“Belə kinli, belə hirs içində, ona-buna söyüş
yağdıra-yağdıra hələ bir istiyirsən əlini də yuyasan, elə
bilirsən su səni yuyacaq?! Yumayacaq, elə beləcə,
bulaşıqlı
yaşayacaqsan...!”
Əmimin
sözüdü,
qonşulardan kiməsə deyirdi. Mən balaca həyətimizin
lap yanından keçən çayın qırağında oturub “Əmir
Teymurun vəsiyyətləri”ni oxuyurdum. Əmim belə
deyəndən sonra daha oxuya bilmədim. “...yalvar suya,
icazə al, yoxsa su səni yumayacaq...” Kitabı bir yana
qoyub suya baxa-baxa qaldım. Su qəribə həvəslə,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
iştahla axıb gedirdi, bu cür ayrılmaz, bütöv olmağı,
özünə axmağı suyu yan-yörəsinə qarışmaqdan, yox
olmaqdan,
yan-yörəyə
hopmaqdan
qoruyurdu...Doğrudan da, görünür suyun axıb getməsi
özünü qorumağı üçündü. Görünür əlimizdən qaçır ki,
yerə-yurda, adamlara hopub yox olmasın...
Xəyalımda əlimi suya salmışdım... gözümü yumub
əmimi xatırlaya-xatırlaya bir stəkan suyla xeyli beləcə,
üz-üzə qaldım ki, görüm nece yalvaracam, suya:
-Sən də mənim anamsan su, - dedim, ağzımı açan
kimi, elə ürəkdən dedim ki, anamı xatırlayıb
kövrəldim. - Sən- dedim, - yeganə duyğusan ki, toxuna
bilirəm, sənnən başqa bütün duyğular mücərrəddi,
“...mücərrəd sözünü su annamayacaq”, bunu da
fikirləşdim, ürəyimi yumşaldıb təzədən yalvarmağa
başladım.- ...güllərinən gülən, çiçəklərnən çiçəklənən,
Tanrıdan gələn, üzü Tanrı ətəyi, ruhuma qonan
su...Sən də mənim anamsan. Anam su...!
Bioloq dostum eşitsə, - əməlli başlı şairmişsən ki,-
deyəcək... Nə isə, qalxıb yalvardığım, təriflədiyim bu
stəkanı da soyuducuya qoydum. Buza dönənə kimi
gözləməliyəm...görək nece donacaqlar. Elə o vaxt
Teymurdan soruşdum.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Yaxşı, stəkanlar donannan sonra, nolacaq ki?
-Görəcəksən, rənglərini nece dəyişirlər. Hərəsi bir
cür rəngdə donacaq. Söydüyün gömgöy, əsəbi...
Öydüyün, təriflədiyin ağ, parlaq...
Ağacların arasında nəyi gözləyirəm, bilmirəm,
həə, telefon zəngini gözləyirəm, əlimdəki yenə su
qabıdı, süzənc:
-Allah innabın da balasını saxlasın...!- Yenə dua
eləyə-eləyə sulayıram ki, innab ağacı meyvəsini
salmasın, süzgəcdən çıxan su da şairlər demiş, gül
bağlayıb axır, axan kimi də yox olur, ona görə də
deyirəm, elə bil əlimnən qaçıb gizlənir... Nə isə, bir
azdan gedib stəkanlara baxmalıyam...
“...Teymurun cənazəsini gətirillər, Urusetdən...!”
-Teymur...yazıq, bioloq Teymur! - Niyəsə birinci
bu, bioloq Teymur ağlıma gəlir, səbəb də onu bilirəm
ki, görünür, bioloqa nəsə olub ki, səhərdən boş yerə
gəlib yadıma düşməyib. - Aranda tutnan, atdan, dağda
qurudnan, arvaddan olan dostum!- deyib düzəltdiyim
cümləyə gülürəm.
Süzənci qoyub telefondakı qurumuş qadın səsini
bir də xatırlayıram... “Teymurun cənazəsi...”
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Yox, katibənin səsinə oxşamadı, katibənin səsi
belə deyildi... -elə bil öz-özümdən soruşuram. Teymur
deyərdi ki, katibə danışanda elə həyəcanlı danışır ki,
elə bil canında kişi əli dolaşır. - Bioloq deyilsə, kimdi
bəs?! Hansı Teymurdu...? –Bunu bərkdən dedim, elə bil
kiminsə üstünə qışqırırdım. Yoxsa şahmatçı Teymur
Məmmədov? Nəhəng dostum... Birdən o olar?! Axır ki
öldü, canını qurtardı.”
...şahmatçı Teymurun son zamanlar ayaqları
tutulmuşdu, yeriyə bilmirdi. Nə boyda boyuyla
gözümün önünə gəlir; şahmat masası arxasında o
oturub, mən ayaq üstəyəm, az qala oturmuş halda
məni boydadı, birinci kərədi şahmat oynayırıq...
Mənim belə yaxşı oynamağıma inanmaq istəmir, bir-
iki kəsgin gediş eləmişəm, məətəl qalmağı üz-gözündən
bilinir, uzunsov hun sifəti istehzayla doludu...onun
düşüncəsinə görə mən şahmatı yaxşı oynamamalıyam.
Niyə? Səbəbini sonralar anladım...
Gör, bizim haqqımızda nə fikirdədi, rus orta
məktəblərində nə deyiblərsə, nə yöndə dərs keçiblərsə,
türk olan kəsləri nece tanıdıblarsa məndə yaxşı nə
görürsə inanmaq istəmir. Nəinki məndə, bu boyda
şəhərdə... ona görə də ürəyimdə: “...yaxşı,- deyirəm, -
sənin başına bir oyun açım, bu millətlə bağlı elə şeyləri
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |