2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
ucadadı...İndi sən mənə rus dilində danışdığım üçün,
kafir, deyirsən, amma sən rus dilini bilməyə-bilməyə
yuxuda rusca danışa bilərsən. Elədi?! Yuxuda nə dil?
Allahdan gələn Vəhyin də dili olmaz, ürəyə dammaqdı,
Vəhy. Vəhy bütün yaranış üçündü...canlı nə varsa onun
üçün...Ona görə də biz sənə kömək eliyək “Qurani-
Kərimi” dilimizə çevirək. Dünyanın bütün dillərinə
tərcümə olunub, bizim dildən başqa...Nə deyirsən, molla
əmi? lazımdı ki, savab qazanaq...” Beləcə, fikirləşə-
fikirləşə saqqalsız gənc mollayla cənazənin ardınca
qəbrstanlığa tərəf gedir...
Kənddən çıxıblar, qəbristanlıq azca aralı təpəliklərin
yamacındadı. Arxadan səs-səmir eşidilir. Molla:
-İndi geri baxmaq olar, -dedi, - kənd görünmür, gör
nolub?
Gənc molla dönüb arxaya baxdı...
Sarışın, şumal adam başda olmaqla məni araya alıb
komalığa sarı aparırdılar. Beş-altı say-seçmə kənd
cavanlarıdı, daban basaraq gəlirlər. Sürücü mənnən əl
çəkmir, qaytarmaq istəyirlər, qayıtmır.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Öldürsəniz
də,-
deyir,-qayıtmaram.
Onnan
gəlmişəm, onnan da gedəcəm...!
Bizim hamımız dayanırıq. Sarışın, şumal adam
yanımnan aralanıb sürücüyə sarı gedir. Qulağım eşidə-
eşidı:
-Sən narahat olma, - deyir,-qonaq, heç nə
eləməyəcəyik...- əlini uzadıb komalığı göstərəndə əlində
ülgücü görürəm.- Saqqalını qırxıb buraxacayıq, istəyirsən
sən də gəl, tamaşa elə, istəmirsən, burda gözlə.
Sürücü:
-Yox, -deyir, ülgücü gördüyündən həyəcan içində
dartınır, dönüb qəbrstanlığa çatmış camaatın ardınca
baxır.
Sarışın, sarı adam ona lap yaxınlaşır:
-Düzün de, onun saqqalınnan xoşun gəlir? Yaxşı
adama oxşayırsan, düzün de.
-Saqqalnan deyil ki.-Sürücü də elə bil məni indi
görür, diqqətlə gözünü saqqalıma zilləyir. -Mən elə
saqqalı xoşlamıram, ümumiyyətlə, saqqal xoşlayan
deyiləm mən.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Onda gözlə, indicə gəlirik... -Sarışın, şumal adam bir-
iki addım atıb yenə döndü. - Dəlləyimiz də var, narahat
olma, dostunu incitmərik, - deyib ağaclığa doğru getdi.
-Bu işi görməliyik biz, bax, bu ölümün, bu yasın da baisi
odu, kənddə ayaq tutan özünü ona oxşadır. Bilmirik sən
onu hardan tanıyırsan, amma o, xəstəlikdi, elə-obaya
yayılan xəstəlik... -Bunu da ayaqlarını sürüyə-sürüyə arxada
gedən balacaboy adam dedi, qoltuğunun altından kağıza
bükülü bir şey çıxartdı. Güzgüydü, kağızını açanda
komalıqda işıq oynadı, işıq bir anın içində qəbrstanlığın
üstündən keçib havada qeyb oldu...
Sonra komalı ğa çəkildilər; hazı r gəliblərmiş, üz
qı rxmaq üçün nə lazı mdı sa gətirmişdilər, hərə bir
şey çı xartdı , biri sabun köpürdürdü, biri ətir şüşəsinin
ağzı nı açı rdı , sarı , şümal adamsa ülgücü həvəslə
belindəki qayşa çəkib itiləyirdi...
Qolları mdan tutub ağacı n dibində
oturtmuşdular, balaca boy adam güzgünü üzümə
tutmuşdu, amma güzgüyə baxmı rdı m, istəmirdim
ö
zümü görəm, dinməz-tərpənməz yerə baxı rdı m. Biri
sarı şı n, şumal adama yaxı nlaşı b:
-Saqqalı na su vurum, yoxsa quru qı rxaq? -
dedi.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Yox, susuz olmaz, eli-obanı saymasa da
kəndçimizdi, qohumdu, quru qı rxsaq çox incidər, gör
neçə ilin saqqalı dı , islat, sonra da sabunla...
Balacaboy adam üzümü sərin suyla isladı b
sabunladı qca doğrudan da rahatlaşı rdı m... Sı x,
cod saqqalı m səs eləyirdi. Bilmirdim bu səsi
başqaları da eşidirmi.
Sürücü artıq özündə deyildi, yuxu görürdü elə bil,
fikirləşirdi ki, görəsən dəllək hansıdı, saqqalı kim
qırxacaq... Sonra da yəqin elədi ki, sarışın-şumal adam
olar, dəllək... Çünki şumal adam əlindəki ülgücü çox
ustalıqla oynadırdı...
2009-2010-cu il.
SON
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
YER ЦЗЦНЯ МЯКТУБ...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
...bu yazı asan alınacağını gözləsəm də ən cətin baş-
ladığım yazıdır, üstündə uzun-uzadı düşünməli oldum,
indi də əlimdə qələm (not-buk) düşünməkdəyəm; çünki
yazmaq istədiklərim əslində bədii yaradıcılığımda olduğu
kimi
xəyallarımda
yaşayıb,
yaşatdıqlarım
yox,
bildiklərimdir, məndə -içimdə olanlardır, daha doğrusu,
tərbiyəmdə, nəsilliklə mənimsədiyim qavrayışlarımda,
nəfəs aldığım mühitdə öyrəndiklərimdir; böyüklərimdən, -
mənsub olduğum Xalqdan alıb qanımla daşıdığım
öyüdlərdir ki, buna indinin diliylə təhsil, bilik, elm, savad
da demək olar... Bütün hallarda bu çağacan yazdıqlarım
da bu dediyim anlayışların içindədir...Amma səmimi
olaraq deyim ki, əsil ziyalı, daha doğrusu, tarixin
sınaqlarından çıxıb millət kimi ayağa qalxan Xalq birinci
bu düşüncələri yazıb ortaya qoymalıdır, əksər millətlər
belə də edirlər...
Mən bu işi müəyyən mənada 1969-cu ildə
Azərbaycan Dövlət Radiosunda yazmağa-yaratmağa
başladığım “Bulaq” verilişində araya gətirdim... İndi,
yaşımın bu vaxtında hara baxıram; yerə, göyə, varlığa-
yoxluğa, yazılanlara-yazılmayanlara çox şükür deyir,
gördüyüm işlə qürur duyuram. Amma bir həqiqət də var
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
ki, Radio yaradıcılığı əslində şifahi yaradıcılıqdır, yalnız
yaddaşlara qulluq edə bilər.
1990-cı illərin ortalarında “Oğuz Eli” qəzetinin ilk
sayına baş redaktor kimi belə bir yazı yazmışdım...
“Oğuz Eli” qəzetinin doğulması niyə indiyə düşdü və
lazımdırmı? Özü də elə bir vaxtda ki, söz qarşısı alınmaz
bir axınla baş alıb gedir, su yerin yumşağını axtardığı kimi
mənasız Söz də cəmiyyətin səliqə-sahmansız, qanunların
işləmədiyi boşluğuna axır. Hara yumşaqdır ora axdığı
üçün də suyun yatağı əyri-üyrü olduğu tək mənasız,
səviyyəsiz söz axını da keçib gedər, yerində qeybətdən,
dedi-qodudan, yalandan başqa heç nə qalmaz...
Bütün hallarda “ bolluq” yaxşı olsa da Sözün boluğu
yaxşı deyil. Ona görə də məsəl var, “sözünü tut”,
“sözünün üstündə dur”, “dediyin sözün yiyəsi ol”, çünki
“demədiyin sözün ağasısan, dediyin sözün qulu”, “söz
ağızdan çıxdısa sənin deyil”...
Son hadisələr cəmiyyətimizin paxırını açdı, boş, yıxıq
yerlərimizi bilirik artıq, daha doğrusu, bilməliyik. Əslində
cəmiyyət də bütöv bir orqanizmdir, ağrıyan yerini
anlayırsa sağaldacaq.”
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Fikrimi daha geniş izah etməyə, açıqlamağa
çalışacam...
Molla Nəsrəddin dəvənin belində yol gedirdi,
yeməkçün yolazığı qovud götürmüşdü. Yeri gəlmişkən
deyim qovud nədir? Çünki, qovudun nə demək olduğunu
bilməsək sözümün canı anlaşılmayacaq. Qovud hər
şeydən öncə atüstü (tərəkəmə) yeməklərimizdən olub
yağda qovrulmuş, dağ edilmiş undur, soyuqda, istidə
xarab olmadığına və tez hazırlandığına görə uzaq
səfərlərə götürülür...Nə isə, Molla dəvənin belində qovud
yeyirdi, amma hava azacıq küləkliydi, qovudu ağzına
alanda külək aparırdı. Aşağıdan yuxarı soruşdular:
-Molla, yediyin nədi?
Molla qayğılı-qayğılı aşağı baxıb dedi:
-Külək belə əsəcəksə heç nə...
Bizim atalı-babalı minilliklər boyu tarix yazmağımız
da çox təəssüf ki, küləkli havada qovud yemək kimi bir
şey oldu. Ona görə də sabahını fikirləşməyən, bir addım
irəlini görməyən adamlar üçün məsəl olaraq, deyərlər:
“filankəs əlindəkinin qovud olduğunu bilmədi, yediyini də,
dediyini də havaya sovurdu”...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Biz də əlimizdəkinin- ovcumuzdakının “qovud
olduğunu bilmədik,” yüzilliklərin rüzgarları ovcumuzdan
aldı apardı. Tariximiz yad adlara yükləndi, daşındı,
minilliklərin o üzündə əlifba yaratsaq da özgələr umuduna
qaldıq, baxmayaraq bunu da özümüz demişik: “Özgə
atına minən tez düşər...”
Tap tapmaca...
Qum qazdım qara çıxdı,
Qumnan minara çıxdı.
Bu axşam itən oğlan,
Səhər bazara çıxdı... Açması- Günəş.
Bircə belə misiri,
Bəylər onun əsiri...
Açması-Misri qılınc.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Əpə-əpə ərşin əpə
Çiçəkli dərə, dəyirmi təpə... Açması- Ay, Ulduz.
***
Yaddaşa sığınmaqdan başqa yolumuz yoxdur, biz itir-
diklərimizi ancaq orda tapa bilərik. Yerüzü də bizim
indimizi-bu günümüzü tanımaq istəmir, neynirsən elə
tanımayacaq da, çünki yaddaşında bizim bu günümüz yox,
minilliklərimiz yaşayır. “Göz gördüyündən qorxar”, bu
minilliklər onu hələ də qorxudur, yaddaşını incidir, bizə
qarşı olan münasibətləri də bu hisslərin üzərində
bərqərardır. Bunu bilməmiz lazımdır. Bu gün o, bizim
çaşdığımız anı gözləyir, hələlik ona görə gəl, deyir ki,
özünə oxşatsın, oxşada bilməsə qapısının ağzında təhqir
etsin, biz də bir ağızdan səs-səsə verək, inandıraq... deyək
ki, yo-ooxx, biz minil bundan qabaqkı türklər deyilik!
Yerüzü
bunu,
bu
səsi
məmuniyyətlə
eşitmək
istəyir...Bizimsə
bayaq
dediyim
kimi
özümüzə
sığınmaqdan,
yaddaşımızı
tədqiq
etməkdən,
araşdırmaqdan, öyrənməkdən başqa çarəmiz yoxdur.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Molla Nəsrəddindən soruşurlar ki, Molla, sən bilən
yer üzünün tən ortası-mərkəzi hara olar? Molla ağacını
götürür, yörəsinə yumru cız çəkir, dayanır düz ortasında,
deyir:
-Yerin ortası buradı...ayağımı qoyduğum yer!
Beləcə,
yurdun-yuvanın
əslində
“dayandığın”-
doğulduğun yerdən başladığını, insanın özünü özündə
aramalı olduğunu, nəyin bizim, nəyin özgənin olduğunu
anlamalıyıq. Böyük rus yazıçısı Lev Tolstoy deyirdi ki,
nədən yazmağı yox, nədən yazmamağı bilən əsil yazıçıdır.
İndi xalqla, el-obayla bağlı yaddaşımda qalan
bildiyim, amma qələmə almadıgım mövzular yazılı daş
abidələr kimi axır üstümə, çox yəqin ki, bu da qələmə
alınıb heç yana çatdırılmadığı üçündür, ona görə də indi
bu düşüncələrin, bu tarixi-etnoqrafiq bilgilərin ağırlığı
altında çırpınmaqda, əzilməkdəyəm...
Onu da bilirəm ki, artıq aramızda yaddaşsız, milliliyə,
adət-ənənələrimizə xor baxan, kökündən, əslindən üz
döndərmiş insanlarımız var, bəlkə də onların sayı
düşündüklərimizdən də çoxdur, olsun... “İtik itiyi
tapdırar”, deyiblər. Qərara aldım ki, hər halda tariximizlə,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
etnoqrafiq,
mifiq,
filoloji,
fəlsəfi
görüşlərimizlə-
baxışlarımızla bağlı yaşayıb yaratdıqlarımızı, yəni xalq
yaradıcılığı adına bildiklərimi içə,-daxili aləmimizə yazılmış
tariximiz hesab edib məktub kimi yazsam yaxşıdır; elə
beləcə,
Yer üzünə məktub...
Anlasaq da anlamasaq da bütün yazılanlar onsuz da
məktub kimi yazılır; romanlardan tutmuş elmi
kəşflərəcən. Bunun da doğru olduğunu anlayaq ki,
yazılanlar kimlərçünsə, hara üçünsə yazılır, əslində yazılan
nə varsa, bir cümlə olsa belə, dünyaya məktubdur, bizim
hamımız üçündür...
Fərq orasındadır ki, kimsə məktubunu vaxtında yazır,
kimsə gecikir, kimlərsə yazmaq lazım olduğunu bilmir,
danışır, ömrünü danışmaqla başa vurur, qışqırır, eşitdilər,
eşitmədilər, səsi batanacan qışqırır. Boş yerə qışqırmaqsa
küləkli havada qovud yeməkdən başqa bir şey deyil...
Əslində yazılanlar da, hətta yazılmayıb elə belə söy-
lənilənlər də yer üzünə deyilir, yaradılan nə varsa bizim
üçündür, daha doğrusu, yerüzü üçün... Amma biz bütün
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yaradılıanları,-yazılı ya şifahi,- izləyə bilirikmi?!
Yox,
bu öz zamanında təbii ki, mümkün olan iş deyildi,
düşünürəm ki, heç səs-səsə verdiyimiz bu İnternet əsrində
də mümkün deyil...
Bu düşüncələrlə yanaşsaq dünyanın ən yaxşı tanıdığı,
məktubunu yerüzünə vaxtında yazmış xalqlar var. Onu da
fikirləşirəm ki, bu kimi məktublar yazılmasaydı, dünya nə
qədər kasıb, maraqsız olardı... Bütün bunlarla yanaşı
razılaşaq ki, bizim haqqımızda, - yer üzündə pozulmaz
tarixi izləri qalsa da türk dünyası haqda yazılmayanlar
daha çoxdur...
Ağlım kəsəndən yazılı qaynaqlarda da, elə belə söz
arası deyilənlərdə-söyləntilərdə də özümüz haqda belə
eşidirəm:
“biz
tarixi
yaratmışıq,
amma
tarixi
yazmamışıq...”
Mən belə düşünmürəm... Məncə, tarix yalnız yazıya
alınmaq üçün, - yazıya alınmanın xətrinə yaradılmır. Tarix
hər şeydən öncə içə yazılır. Yer üzünə verilən adlar da
tarixdir; dağlara, dərələrə, çaylara qoyulan adlar da vaxtı-
zamanı, tarixi mənaları daşıyır özüylə...Söhbət yalançı
tarixlərdən gedə bilməz, əlbəttə. Biz hamımız, -yer
üzünün insanları, onu da bilirik ki, yalançı tarixlər, yalançı
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
tarixçilər var. Bu mənada anlamalıyıq ki, tarixi məqsəd
kimi izləmək, tarixi özünə oxşadıb dəyər vermək bir çox
xalqlar üçün həyat tərzidir; yüzilliklər boyu da məqsədə, -
idealoji fikrə çevrilib... Belə də demək mümkündür;
özünün varlığı da quraşdırıb özünə oxşatdığı həmin
yalançı tarixdən asılı olub...
Mən indi məktubumu İl-Ay bayramı ərəfəsində
yaranışın daşıyıcısı olan dörd ünsürlə başlamaq istəyirəm,
elə bu cür, dəyişilməsi mümkün olmayan ardıcıllıqla:
Su, Torpaq, Od, Hava...
Suyun öz tərkibi də heç şübhəsiz, bu başa çıxartdığım
dörd ünsürdən ibarətdir. Yəni, mən bu fikirdəyəm ki, su da
tərkibcə həmin ardıcıllıqla özündən-yəni sudan, sonra tor-
paqdan, oddan, havadan başqa bir şey deyil. Eləcə də
torpaq; sudan, özündən, oddan və havadan doğulub.
Sözümün canı yaxşı anlaşılsın deyə, yazıya belə başlamağı
lazım bildim. Ona görə ki, Novruz (İl-Ay) bayramının bu
ilki çərşənbə axşamlarını da düzgün keçirtmədik; su
çərşənbəsindən sonra yalnış olaraq od çərşənbəsini
qarşıladıq. Gəlin düşünək, sudan sonra od gələrmi heç?!
Belə bir şey mümkün olsaydı, yəni sudan sonra od
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
gəlsəydi yer üzündə canlı qalmazdı. Yəni yer üzünün özü
də olmazdı...
Düşündüklərimə görə kosmik aləmdə həyat işartısı
ona görə yoxdu ki, dediyim ardıcıllıq orda bu sırayla
gəlmir. Ola bilsin ki, hava birinci sıradadır, “Yalnış da bir
naxışdır” deyək... Kosmik aləmdə xaosun- qarışıqlığın
yaşanması da ona görədir. Başlığa çıxartdığım dörd
ünsürün su, torpaq, od, hava ardıcıllığının bu düzəni
orda yoxdur. Bu səbəbdən də kosmik aləmi xaos-
qarışıqlıq adlandırırıq;baxmayaraq, kosmik aləmdə də
düzən-sahman var,orda da hərəkət “zərgər dəqiqli-
yiylədir”... təbii olaraq bu “qarışıqlıqda” da ilk öncə su
axtarırıq. Niyə ? Çünki su varsa torpaq da
olmalıdır...torpaq varsa od mütləq var və havasız bunların
heç birinin olmağı mümkün deyil..Beləliklə, bu dörd
ünsürü, yalnız bu ardıcıllıqla, canlı aləmin kodu, açarı,
yaşayış-yaşam daşıyıcısı hesab etməliyik. Kosmik aləmdə
indiki halında ola bilsin, hava birinci sıradadır. Ola bilsin
su da var, amma öz yerində, -sırasında deyil. Çox
mümkündür ki, havadan yaxud sudan sonra od gəldiyi
üçün hər şey yanıb kül olur, torpağın nişanəsi olaraq
burulğan halında toz var, su bulud şəkilindədir. Ona görə
də tanıdığımız planetlərdə həyat əlaməti yoxdur. Bir sözlə,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
başlığa çıxartdığım ardıcıllıq pozulan yerdə həyatın,-canlı
aləmin olması mümkün deyil, fikrindəyəm. Insanın özü də
dörd ünsürün bu ardıcıllığından ibarətdir. Əgər insanda
da, bizim Novruz bayramında çərşənbə axşamlarını,
sudan sonra od çərşənbəsini qeyd etdiyimiz kimi, birinci
su, sonra od gələrsə düşünürəm ki, fəlakət olar.
Əlbəttə, hər birinə hörmətim olsa da deyə bilərəm ki,
yanlışlıq
bizim
bəzi
elm
adamlarından,
-
etnoqraflarımızdan, folklorçularımızdan, tarixçilərimizdən
gəlir: “Qurani- Kərim”də də deyilir: sudan torpaq, gil
götürdüm, yoğurdum, yapdım, odda bişirdim, üfürüb
ruh verdim, gözlərini açdı. Indi bu gedişə-prosesə kiçicik
bir dəyişiklik etsək nəyinsə alınacağına ümid etmək
mümkündürmü? Bu da gerçəkdir ki, bu bayramla bağlı
çox tarixi ağrılar- acılar çəkmişik, qadağalar-yasaqlar
yaşamışıq...
Düşünək, bu yasaqlar-qadağalar nəyə görəydi?
Sovetlər Birliyinin dinsizlik dönəmində belə, sonacan din
yığışdırılmadı, amma Novruz bayramı elə yığışdırıldı ki,
yaddaşımızda
bu
cür
kosmik
xaos-qarışıqlıq
yarandı..Nəyə görəydi bütün bunlar?! Ona görəydi ki,
bizim varlığımızı qəbul etmək istəməyənlər Novruz
bayramının dahiyanə gerçəkliyini bizdən yaxşı bilirdilər.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |