Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə17/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Nolmuşdu anama, Gülxanım xala?- Sarmaşığın 



arasından başımı bir az da irəli uzatdım.  

Gəlin ayaqlarını yığışdırıb altina qoydu, üzünə 

kölgə düşdü elə bil: 

-Səni istəyirdi, iki gün ağladı ki, uşaq gəlmədi, 

sonra da sənin şalvarını geyinib nə yedi, nə içdi, yolun 

ağzında səni gözlədi. Biz də yığışıb  teleqram vurduq. 

Mənim indi yadıma düşdü ki, Gülxanım xala ağır 

eşidir, ona görə də onun yerinə gəlin cavab verdi. 

-Belə ana saxlıyarlar? - Gülxanım xala əlindəki 

çubuqla daş hasarı elə döyəcləyirdi ki, elə bil məni 

vururdu. Birdən çubuğu tullayıb iki əliylə öz qarnından 

yapışdı. - Burdan çıxannan yoxsuz, bala doğmadıq, 

qada doğduq... -Kövrəlib əllərinin ikisini də gəlinə 

doğru uzatdı. - Yaxşı, mən heç, məni ana doğmayıb, 

bəs buna nə deyirsən, qoydu damın altında, vardı, 

getdi. Bilmirəm erməninin əlindədi, rusun əlindədi?! 

Gəlin qucağındakı patavalı xoruzu tumarlaya-

tumarlaya: 

-Rusun əlində olar, - deyib gülümsədi, gəlin bunu 

mənə eşitdirirdi. 

Toyuqların hamısının ayağı qablıydı, qatarlaşıb 

bostana doğru gedirdilər, elə bil paltarlarını dəyişib işə 

çıxmışdılar. Bostana çatan kimi də eşələnməyə 

başladılar, amma heç nə əvvəlki kimi deyildi, torpağı 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

ha qazırdılar bir şey çıxmırdı. Bir azdan yorulub əldən-



ayaqdan düşüb deyinə-deyinə xoruzun başına 

yığışacaqlar... 

-Dəymə, damda qalıb acınnan qırılmaqdan belə 

yaxşıdı.- Gülxanım xala bunu daha çox özünə deyirdi... 

O gün “Azambur” restoranında papaqçı Aped 

dediklərinin arasına bunu da qatmışdı, gözlərini 

yumub başını silkələyə- silkələyə deyirdi: 

-Bunnar toyuğa da ayaqqabı geyindirib işə 

göndərillər. 

Amma bunu yanındakıların heç biri anlamadı. 

Varjaped Ulubabyan: 

-Ona az süz,-dedi, əlini Apedə sarı uzadıb  havada 

saxladı. 

Aped badəni alnına sıxıb yenə nəsə deyirdi, 

yanındakılar ona sarı dartınmışdılar ki, nə dediyini 

başa düşsünlər. 

-Onların iti də adam kimidi, varjaped... 

Mən əslinə baxsan narahatam, kənd canıma 

yatmır, yəqin hamı işində-gücündə olduğu 

üçündü...Qapı-bacalarda ara-sıra qocalar, qız-gəlin 

gözə dəysə də,hamısının əli işdədi, elə belə boş-boşuna 

boylanan da yoxdu, bütün hərəkətlər su hərəkətinə 

oxşayır, yəni kəndin içindən keçib gedən çayın hərəkəti 

kimi təbii, bir-birinə bağlı...Əgər bu hərəkət pozularsa 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

çayın suyu axmaz yəqin ki, bu fikirlərlə kəndin yoluna 



tərəf gedirəm.  

-Bu gün-sabah çıxıb gedəcəksən, heç olmasa evlən, 

birini gətir qoy, o arvadın yanına! - Gülxanımın səsidi, 

ağlamsınmış səslə ardımca qışqırır. Dönüb baxıram, 

gəlin də yanındadı, gəlin yerə baxsa da çəmənlik kimi 

yaşıla çalan baxışlarını xatırlayıram. 

Təpəliklərin yaxası boyu öz səmtinə əyilə-əyilə 

gələn kənd yolunda heç nə, heç kəs olmasa da 

gözəgörünməz nəsə var. Bu “nəsə” haqda düşünə-

düşünə yola çatıb dayandım. Təpəliklərin arasında 

gözdən itən yoldakı “nəsə” əslində kimlərinsə gəlməyi, 

kiminsə getməyidi. Belə bir sonuca - nəticəyə gəldim; 

hə, mən Bakısız darıxıram, bir az da dərinə getsəm, Se-

da üçün darıxmışıam, belə çıxır. Əgər boş yolda nəsə 

görürəm, hiss eləyirəmsə, deməli doğrudu, buralarda 

qala bilmərəm, çıxıb getməliyəm... 

Evlərin arasından iki adam çıxdı, bir eşşəyi 

yedəkləyib gətirirdilər. Biri Dəmir kişidi, o birini 

tanımadım, ağır-arxayın yerişlə tələsmədən qarşıdakı 

yamaca doğru gedirdilər, eşşək də yüksüz, palansızdı. 

İşin-gücün bu qızğın çağında, onların bu işsiz görkəmi 

kəndin canında döyünən hərəkətlərlə, ahənglə 

uyuşmadığına görə çox qəribə görünürdü. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Xoş gəlmisən bacıoğlu.- Dəmir kişi bir anlığa 



ayaq caxlayıb əlini qaldırdı. 

Onlara doğru getdim...Dəmir kişi elə bil yenə  

bazardaydı, bazarda olduğu kimi ora-bura baxırdı. 

-Şəhərdə nə var, nə yox? - Başımın üstündən yenə 

ora- bura boylandı. -Sən Bakıda deyilsən?  

-Bakıdayam, -dedim. 

-Həə, mən də oranı soruşuram. Nə təhərdi, 

necədi? Bazara gedənsən? Oxşamırsan amma. - Yan-

yörəsinə baxa-baxa suallarını yağdırırdı. -Azərbaycan 

aran yeridi, süd-qatıq qıt olar orda. Pendirin kilosu 

neçəyədi? 

Tanımadığım adam eşşəyin dörd ayağının dördünə 

də sıyırtma kəndir salmışdı, Dəmir kişinin suallarının 

qurtarmağını gözləyirdi ki, dartıb yerə yıxsın... Dəmir 

kişi dinmədiyimi görüb döndü: 

-Bu da Qostan kirvədi, - dedi, -bə tanımadınmı? 

Ayıb olmasın axtaçıdı, bir baş pendirə danışmışıq, 

eşşəyi burdurmaq istiyirəm. Canın haqqı, belində yük 

qancıq dalınca qaçır, əl vermir mənə. Səhər süd alıb 

gəlirəm, belində hərəsi yetmiş kilodan dörd ürşəd süd, 

qancıq eşşək gördü, dartınıb əlimnən cıxdı, süd qarışıq 

qalxdı eşşəyin belinə... 

Qostan kirvə  əllərini eşşəyin dal ayaqlarının 

arasından salıb xayalarını ovcuna almışdı: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Xayalı eşşəkdi, - dedi, başını qaldırıb ləzzətlə 



gülümsədi, kəndirin bir ucunu Dəmir kişiyə verdi. - 

Dart! 


İkisi də birdən dartdı, eşşək yanı üstə yerə gəldi, 

bir az çabalayıb başını göylüyə uzatdı. Qostan kirvə 

ağac məngənəni götürüb eşşəyin xayalarını arasına 

keçirtdi. 

-Ayağını bərkidək, -dedi Dəmir kişi, - açılar 

birdən. 


Qostan məngənəni sıxmağa başlamışdı, mən 

üzümü döndərdim, aşağılardan, yerdən çıxırmış kimi 

səs eşidilirdi, elə bilirdin su sızıntısıdı. 

-Bilirsən da, üç oğlumnan biri yoxdu yanımda, 

yəni deyəm ki, qazanca gediblər, pul qazanırlar, yox, 

arvad dalınca Ursetə qaçıblar. Bax, belə eləyəsən, -əlini 

yumşaqca eşşəyin xayasının üstə gəzdirdi, xayasını 

əzəsən kənddən çıxmayalar, oturalar yanında, hə, 

Qostan kirvə, nə deyirsən? 

-Düz deyirsən, kirvə, səninkilər yenə Rusiyadadı, 

mənimkilər gedib düz Avropaya çıxıb. 

Hava istiydi, amma mənə elə gəldi, yağış yağır, 

tüküm biz-biz olmuşdu, eşşəyin uzandığı səmtdən səssiz 

qışqırtı eşidirdim; ağrının da səsi varmış. Döndüm, 

eşşəyin gözləri böyüyüb üzü boyda olmuşdu. “Hə, 

qışqırtı var”, dedim, ürəyimdə. Eşşəyin gözləri palıdı 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

rəngə çalırdı, bu rəng heç vaxt gözlərimin önündən 



getməyəcək... 

Eşşək qışqırırdı... 

 

*** 


 

Beş-altı ilin söhbətidi, qonşumuz haça Mustafanı 

rayon xəstəxanasına güclə çatdırdılar, balta ayağını 

kəsmişdi. İki metrdən çox boyu olan yaraşıqlı kişiydi, 

boyuna görə də adına Haça Mustafa deyirdilər. 

Xəstəxanadakı qızlar qadınlar tamaşasına yığışmışdı. 

Bir neçə gündən sonra tibb bacısı yumru Susan Haça 

Mustafanın yanına girdi. Səhər tezdən bütün xəstəxan-

aya yayıldı, axşamayaxın baş həkim, yəni akademik 

Ulubabyan yanında da həkimlər Haça Mustafanın 

qaldığı otağa  gəldilər, hal-əhval tutdular. Baş həkim 

varjaped Ulubabyan hətta Haça Mustafanın özüylə 

gətirdiyi “Molla Nəsrəddin lətifələri” kitabını gətürüb 

vərəqlədi. 

-Birini oxu, qulaq asaq, -dedi. 

Haça Mustafa gözünə dəyən lətifəni oxudu: 

-Molla Nəsrəddinə dedilər, arvadın yaman 

gəzəyəndi. Molla inanmadı, doğrudan da gəzəyəndisə, 

- dedi, - evə niyə gəlib çıxmır, səhərdən gözləyirəm... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Baş həkim başda olmaqla xeyli gülüşdülər, sonra 



hazırlayıb gətirdikləri iynəni Haça Mustafanın 

qulağının dibinə vurdular. 

-Bu iynə sənə lazımdı, - dedi, baş həkim 

Ulubabyan,- ayağın işləməz yoxsa... indi dincəl. 

Haça Mustafanın beli uzunu yandıra-yandıra 

istilik dolaşdı, sonra elə bil yatağa sıxdılar, ağırlaşıb 

çarpayıya yapışdı. Bir gün sonra yumru Susan Haça 

Mustafanın yanına bir də girdi, amma əli-ayağı boş 

çıxdı. Yan-yörəsində də beş-altı tibb bacısı məətəl 

qalmışdı, o boyda kişiyə noldu, bir günün içində... 

Baş həkim akademik Ulubabyan tibb bacılarının 

yanında eləcə də dedi: 

-Onun ya ayağı işləməlidi, - dönüb qızların 

arasında gizlənməyə çalışan yumru Susana baxdı, - ya 

da xayası... 

Yumru Susan gördüyünü necə görmüşdüsə xeyli 

ağlamalı oldu. Haça Mustafanın arvadı Göyərçinsə on 

ildi, əli üzündə bu boyda kişiyə mat- məətəl qalıb, 

deyiləsi dərd də deyil, kiməsə desin, beləcə 

yaşamaqdadı...                               

 

*** 


 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Dəmir dayı, Haça Mustafa nə təhərdi?- özüm də 



bilmədim niyə soruşdum. 

Dəmir kişi dikəlib başını silkələdi: 

-Bacı oğlu, nə çox bilmişsən sən! 

Dönüb uzaqlaşdım, anam çayın yaxasıyla bir dəstə 

qaz gətirirdi, uşaq kimi az qala oynaya-oynaya gəlirdi. 

Mən gələn kimi şalvarımı əynindən çıxardıb... Ona 

tərəf getdim, yəqin elə bilir ki, həmişəlik gəlmişəm, ona 

görə də sevinc içindədi. Kənd bilir bunu, mən indi 

anlamışam; çıxıb gedəndən sonra bir müddət məətəl 

qalacaq, yəni ora-bura baxa-baxa, sonra evdə qoyub 

getdiyim pal-paltarımı töküşdürəcək, bu da çəkəcək bir 

il, iki il, öz-özünə danışmağa başlayacaq, bayaq kəndə 

gələn boş yolda nəyinsə var olduğunu hiss etdiyim kimi 

o da həmişə elə biləcək yoldayam, gəlirəm. 

-Aaz, gör o gələn kimdi! 

-Heç kəs yoxdu, Saya ana...-Gülxanımın gəlini öz 

həyat yoldaşı Alını xatırlaya-xatırlaya  belə deyib 

yanındakılara sarı dönəcək, - var, deyə bilmərəm axı, 

qabağına yüyürəcək!   

Nə isə...indinin özündə də kənddə, kəndin gizlin 

yerlərində, dərinliklərində insanı yandırıb yaxan 

gözləmə var, hamı kimisə gözləyir, ona görə də hər şey 

ayağının ucuna qalxmış kimidi. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Qardaşın da gələcək bir azdan, - anam mənə 



çatmamış yolun o tayından dedi, döndü, üzünü üç-dörd 

kilometr arası olan erməni kəndinə tutdu.-Şaliko kirvə 

də gələcək, səni görməyə gələcəklər. Şaliko xəngəl 

istəyir. 

-Nə bildin? 

-Xəbər göndəriblər... 

Evimizə tərəf gedirik, anam elə bil utanır məndən, 

yanımla sıxıla-sıxıla yeriyir. Bir də deyir: 

-Şaliko xəngəl istiyir... 

  Bizi görüb evdə-eşikdə kim var tamaşaya 

dururlar. 

  -Hamının gedənləri gəlsin,ay Saya ana, gözün 

aydın olsun! 

  Ağ Pəridi, kökəlib enlənib, şəhərli ədasıyla 

aradakı hasara söykənib, iri döşlərini qucağına alıb elə 

bil, qollarının üstündədi. Mən azacıq duruxuram: 

  -Ərə getmək, - deyirəm, - görürsənmi adamı nə 

günə salır?- Onun özünə işarə eləyirəm. 

Ağ Pəri nə demək istədiyimi, nəyə işarə 

vurduğumu anlayıb tez də cavab veririr: 

-Ərim bilirsən nə deyir, deyir bir arvad ki, 

uzananda taxtı doldurmadı, o nə arvaddı?! 

Mən bərkdən güldüm, heç bilmirəm bu cür nə vaxt 

gülmüşəm, nəinki gülmək, dünəndən demək olar ki, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

danışmamışam. Anam da mənə qoşulub üstə qoya-



qoya uğunub getdi. 

-Ay Saya ana, gəlsənə evləndirək bunu. 

-Necə evləndirək, -dedi, anam, - sən yaşlı, qızın 

balaca. 


Ağ Pəri elə qəhqəhə çəkdi, kəndin çıxacağında 

Qostan kirvə də, Dəmir kişi də əllərini eşşəyin 

xayasından çəkib boylandılar. Ağ Pəri gülüb-gülüb 

susdu, birdən də içini çəkə-çəkə hönkürdü... 

-Noldu sənə, talağı qara? - Anam da birdən-birə 

kədərləndi, hasara doğru getdi, Ağ Pəri hasardan 

başını çəkib  görünməz oldu... 

Ağ Pəri məndən xeyli böyükdü, mən bunu indi 

hesablayıram. Beş-altı yaşım olanda dizinin üstən yerə 

qoymazdı. Elə belə qalıb yadımda, camaat işə-gücə 

gedəndən, qapı-bacalardan əl-ayaq çəkiləndən sonra 

məni axtarıb tapardı...Sonralar ona quzu kimi 



ö

yrəşdim, hara gedirdi yanindan əçəkmirdim. İçimdə

hisslərimdə yaşayan, daha doğrusu, yaşaya biləcək elə 

bir istı şey yoxdu, amma yaddaşımda unudulmaz tam 

qalıb, bu tamı ömrüm boyu xatırlamışam. Sevortyan 

Sedayla birinci görüşümdə də xatırladım... 

                                          

*** 


 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Ay qız, bəlkə elə sənə verım, bunu... 



İyirmi il bundan qabaqdı... 

   Anam əlini başıma qoymuşdu, mən onun əlinin 

altından Pəriyə baxırdım... İndicə soyunub məni də 

qucağına almışdı, bədəni sürüşkən idi, mən onun 

döşlərinin üstündən balıq kimi sürüşüb budlarının 

arasına düşdüm... 

-Hə, Saya ana, ver bunu mənə, həm ərim olsun, 

həm oğlum! - gülür, az qalır, ürəyi gedə. 

...Günlərin birində Pəri yekə Ayişəylə bizə gəldi, 

yekə Ayişə: 

-Çıxart uşağı, - dedi. 

-Yox, çıxartma, onsuz lap qorxaram. - Pərinin 

gözlərindən yaş axırdı, mən də ağlamsınıb anama 

sığındım.  

Pərini qurşağacan soyundurdular, döşləri açılıb 

titrəşdi, dünən “bərk dişləmə, qurban olum, ərim, 

oğlum...” dedi, güclə eşidiləcək səslə. 

 Yekə Ayişə əlini onun döşünün üstə qoyub 

gözlərini yummuşdu, musiqi dinləyirdi elə bil. Sonra 

qoynundan sümüyə bənzər qab çıxartdı, içindən bir 

yarpaq götürüb: 

-Buran ağrıyırmı, - dedi, yarpağı ağrıyan yerə 

sərib sığalladı, - yaxşıdı ki, hələ dəymıyib. - Mənə sarı 

döndü, - adam çılpaq arvada baxmaz, gör necə baxır... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Qolumdan tutub qapıya sarı gətirdi, bir taxta qaşıq 



uzadıb, - apar qızdır bunu, amma yandırma. 

Taxta qaşığı sobaya uzadıb qızdırıram. Anamın 

ardınca ağladığım günlər yadımdadı, indi də Pəri üçün 

ağlamaq istəyirəm. Anam gəlib qaşığı əlimdən aldı: 

-Sən baxma, - deyb qaşığı lap sobanın gözünə 

uzatdı. Mən qapının dibinə çəkilib içimi çəkə-çəkə 

ağlamsındım, anam qaşığı sobanın içində slkələyə-

silkələyə qışqırdı. - Nə var, niyə ağlıyırsan, nə 

istiyirsən, niyə gedib oynamırsan, sənin tay- tuşların 

çöldə-bayırdadı?! 

  Pəriylə Yekə Ayişə də elə bu vaxt gəldilər, məni 

görən olmadı, küncə çəkilib hıçqıra-hıçqıra gözlərimi 

Pəriyə dikdim. Yekə Ayişə Pərini təzədən soyundurub 

yarpağı döşünün üstündən götürdü: 

-Yamannamısan, döşündə kökü yoxdu amma, 

qorxma, - əlini aşağıdan anama sarı çevirdi, anam Pəri 

görməsin deyə elə aşağıdan qaşığı ona verdi. 

Pəriylə bir yerdə mən də qışqırdım... 

-Çıxart onu bayıra! 

Pərinin qışqırığıyla bir yerdə  döşündən bir dəstə 

tüstü çıxdı. Yekə Ayşə yekə bədəniylə Pərini 

qucaqlamışdı. Anam da mənim qolumnan yapışıb 

silkələyə-silkələyə bayıra çıxartdı: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Nə görmüsən arvadlarda, yetim, niyə çıxıb 



getmirsən bir yana?! 

O gündən Ağ Pəri məni daha axtarmadı, mən 

yerimdən duran kimi onlara qacırdım, o da əlimdən 

tutub təzədən anamın yanına gətirirdi. Bir neçə gündən 

sonra hamı işə-gücə dağılmışdı, gördüm Pəri həyətlərini 

süpürür, ona doğru yüyürdüm, süpürgə əlində dikəldi, 

mən onu qucaqlayıb üzümü qarnına sıxdım, elə bu cür 

də evə keçdik. Pəri üz- güzümü silə-silə məni öpürdü: 

-Olmaz daha, - mən həmişəki kimi onun yaxasının 

düymələrini açmaq istəyirdim, - olmaz, daha bunnarın 

yiyəsi var, - əlini döşlərinin üstə qoymuşdu, - həm də 

yaradı, özün gördün.- Mən heç nə anlamadan başımı 

onun qoynuna soxmaq istəyirdim, o, məni özündən 

araladı, -Kamal əmini tanıyırsan? Ağ atı da var, ha, 

bax o, ikimizi də döyər, yaxşı?! - Əlimdən tutub anamın 

yanına gətirdi... 

Anam gülürdü, elə gülə-gülə də dedi: 

-Ay qız, sən neynəmisən, nə vermisən buna, sənsiz 

dura bilmir?! 

Ağ Pəri də gülürdü: 

-Mən də süd vermişəm buna, neyniyim, o qədər 

balacadı ki, bir az tez doğaydın daa, bunu... 

Səsə xəyaldan ayrıldım... özümə oxşada 

bilmədiyim balaca bir uşaq gözlərimin önündən xeyli 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

çəkilmədi. Mən ağacların daldeyində olduğumdan 



anam üzünü kəndə tutub məni səsləyirdi, bəlkə də elə 

bilirdi, çıxıb getmişəm, 

indi evdən gedənlərinki 

getməyə oxşamır, yox olmağa oxşayır, ona görə də 

anam qorxusundan  çır-çır çığırırdı. Ağaclarn 

arasından çıxıb özümü göstərdim... 

-Gəl, ocaq qala, indi Şaliko gələcək. 

Odun hazır idi, yarılıb, doğranıb çardağa 

yığılmışdı. Ocağı da elə orda qaladım. Anamın 

səliqəylə yığdığı kərmə qalağından  götürüb ocağın 

gözünə qatdım...”Kərmə tüstüsü gözə xeyirdi,” kənddə 

belə deyirlər. Ocağın bu saç kimi qatı, dolaşıq tüstüsü 

də, adamın içini dartan qoxusu da keçmişdən gəlirdi, 

daha doğrusu, tarixdən, keçmişlərdən gəlir...

 eşit, 

akademik Balacahunlu, sənin bəyənmədiyin bu xalq 

yaşadığı yerin hər qarışına ad qoymasa, özünə 

oxşatmasa, yaxud özü ona oxşamasa orda yaşamaz. 

Oranın dağının, dərəsinin, çayının, bulağının nağılını

açmasını, bağlamasını, sazını, sözünü, yəni, indinin 

diliylə desək fəlsəfəsini yaratmasa yaşamaz...Ona görə 

də yüz illərdi, gözümüzün qabağında Sibirdən tutmuş 

Qafqazacan yer-yurd adını dəyişməkdədilər, yenə 

izimizi itirə bilmirlər. İtəcəkmi, bu iz, Balacahunlu, 

itməsə də  görünməyəcək, toz-torpaq basacaq üstünü

elə deyilmi, ey Hunların balacası, ey qorxudulub, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

hürküdülüb, içində balacalaşmış, qabığıyla yaşayan 



TARİXİMİZ. 

 

Siranuş Sümikyanın gecələri... 



 

İki mərtəbəli erməni evi, daha doğrusu, Şaliko 

Sumikyanın evidi, hər şeyi yerində, silinib-süpürülmüş, 

tərtəmiz otaqlardı, amma künc-bucaqdan dəri iyi gəlir, 

aşılanıb dərmanlanmış, sürüşkən dəri iyidi. Şalikonun 

arvadı Siranuş bu iyə görə dal otaqdan çıxmır... 

Həkimdən təzəcə gəlib.  

Akademik Ulubabyan elə Şalikonun yanında əlini 

onun açıq sinəsindən salıb ağrıyan döşünün ystünə 

qoydu, gözlərini yumub xeyli eləcə qaldı, Siranuşun 

döşü akademikin əlinin altında balıq kimi tərpənirdi... 

“hə, oxşayır”, dedi, ürəyində. Bir- iki addım dala 

çəkilib bir də diqqətlə seyr elədi: 

-Nə gözəlmişsən, sən - əlini çarpazlayıb qanrılıb 

Şalikoya tərəf baxdı. -Hardan tapmısan, bu erməni 

gözəlini?! - Bütün bunları o qədər incəliklə elədi ki, 

Siranuş ağrılarını unutdu, neçə müddətdi ağrıdan 

başqa heç nəyi qalmamışdı, ona görə də ağrılarını 

unudan kimi  göz yaşlarına qərq oldu. Ulubabyan elə 

bil onun göz yaşlarını görmədi. -Nə işlə məşğulsan? 

-Kimya müəllimiyəm. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin