Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə13/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   9   10   11   12   13   14   15   16   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

başlamı şdı , damcı -damcı  qurumaqdaydı ... 



Qarakəlləoğlu, gözlərini yumub füşkürəkdə hələ də 

qoyun sazı  çalı rdı ...”Gəl heeey, gəl su iç, gəəl, gözləri 

qumral qoyun...” 

Bu sazı n altı nda su var, gen sinəli yaylaqlar var, 

bu sazı n altı nda həm də quzu var, quzuu... Parça- 

parça olub batmı ş səslə mələdi. Soğulmaqda olan 

məməsinin ucu sı zı ldayı rdı , qumral qoyunun 

döşlərinə təzədən süd gəlirdi. 

Ayağa durub divar boyu düzülmüş ermənilərin 

yanı ndan ötüb özünü Qarakəlləoğlunun üstünə saldı . 

Ç

atan kimi qoyunu yenə tutub fı rladı lar, 



Qarakəlləoğlu: 

-Quzuluğuna duz vur, - dedi, qoyunun ətəyini 

qaldı rdı , oğlanlardan biri duzlu su olan qabı  

qoyunun quzuluğuna çı rpdı . -Köz yağdı rı n! 

 Kababçı lar yuxarı dan aşağı  kül qarı şı q od 

ələdilər. Qumral qoyun Qarakəlləoğlunu odun altı nda 

gördü, üzünü əllərinə sürtdü, Qarakəlləoğlu bayaqdan 

əlində saxladı ğı  gülöyşə narı  əzib qoyunun gözlərinə 

çəkdi, hər yan qı p-qı rmı zı  qana boyandı , quzuluğu 

təzədən alı şı b yanmağa başladı ...Həə, doğurmuş 

qumral qoyun, ətəyinin altı , yəni quzuluğu od 

içindədi, doğuşun ləzzətli ağrı sı  bütün canı na 

yayı ldı , gücənmə gəldi... Qarakəlləoğlunun əli 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

saçaqlı  papaq qarı şı q qoyunun quyruğunun al-



tı ndadı , doğuzdurur onu. 

 Qumral qoyun dizlərini qatlayı b gücəndi... 

Hardansa içinin iyi gəldi, budu, Qarakəlləoğlu əlində 

gətirir, süd iylənir, öz südüdü, imrənib qalxdı , 

məmələrindən südün damcı ladı ğı nı  özü də hiss elədi, 

ö

zündən ası lı  olmadan dönüb Qarakəlləoğlunun 



əlindəki “papaq quzunu” yalamağa başladı . 

Qarakəlləoğlu papağı  qoyunun təninə, - quzuluğuna 

sürtüb qoyunun qabağı na qaoymuşdu... “Papaq 

quzu” indi mayalanmalı dı , anası nı n südünü 

əmməlidi, nuiyə əmmir bəs? Qarakəlləoğlu bunu 

duydu da quzu papağı  qoyunun altı na tutub üstünə 

süd sağdı ... Qoyunun içi gülürdü, burnunun ucyndan 

ətəyinəcən damarları nı  sı ğallayı rdı lar, çəkdiyi 

ağrı lar damarları  boyu sağı lı b, axı b gedirdi... Qara-

kəlləoğlu qoyunun əmcəyi boşalanacan sağdı , sonra 

papaq quzunu götürüb ayağa durdu...Hər yana sakitlik 

çö

kmüşdü, bayaq ayaqları nı n ucuna qalxı b qanad 



açmı ş kimi görünən bazar əhli səfərdən qayı tmı şa 

oxşayı rdı . Qarakəlləoğlu, “papaq quzu” da əlində

ermənilərə tərəf getdi, qoyun da ardı nca dabanbasa-

raq gəlirdi, quzusunu istəyirdi. Çox dərin, insanı n da 

anlamadı ğı , yalnı z yaradana aid olan bir hisslə bilirdi 

ki, içindən çixan nədisə, o deyil, ona görə də papaq 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

balası na daha çox bağlı ydı . Papaq balası ndan başqa 



heç nə görünmürdü, bayaq tapdayı b üstündən 

keçməyə hazı r olan bazar əhli də yoxdu, yalnı z onun 

içinin  iyini gəzdirən bir əl var, Qarakəlləoğlunun 

əli...başqa şey yoxdu: 

-Bunu daha çox istəyəcək, quzudan da çox, - 

Qarakəlləoğlu belə deyib, doğrudan da quzuymuş 

kimi, papağı  ehmalca düz varjaped Ulubabyanı n 

qarşı sı nda yerə qoydu...-Amma gərək qoyunu 

həmişə sağasan, balası  papaqdı , papaq əmmir axı . - 

dedi, varjapedə baxı b gülümsədi. 

Qoyun, “doğduğunu” əlindən alacaqlarmı ş kimi, 

narahatçı lı q içində papağı n başı na dolanı rdı . 

Qarakəlləoğlu əldən düşdüyünü birdən-birə hiss etdi, 

daha doğrusu, bütün gücü getmişdi, əlləri, ayaqları  

boşalı b yanı na düşmüşdü. əyilib qoyunun yanı ndakı  

daşı n üstündə oturdu, başı nı  qaldı rı b ermənilərə: 

-Bağı şlayı n, - dedi, başı  açı qdı , çallaşmı ş, 

qaralı -ağlı  başı ndan buğ qalxı rdı . 

Ermənilər hələ özlərinə gəlməmişdilər...Adicə 

oyun hesab etdiklərinin gəlib belə gerçəyə çı xması  

mümkün olan şey deyil, axı . Heç kəs dinib danı şmı r, 

varjapeddən də heç nə soruşmurlar. Varjapedin 

şlyapası  hələ də əlindədi, başı na qoymaq heç yadı na 

da düşmür, damar-damar olmuş bozumtul sifəti min 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

illərin o yanı ndan boylanı rmı ş kimidi. İ çi 



məmnunluqla doludu amma, Apedə də ona görə 

baxdı  ki, razı lı ğı nı  bildirsin. Ermənilərdən biri əyilib 

“quzupapağı ” götürüb bazarı n çı xacağı na doğru 

getdi, qoyun ara vermədən mələyə-mələyə onun 

ardı nca qaçdı , qarnı ndan nə çı xı b, fərqi yoxdu, 

balası nı  istəyirdi. Erməni bazar qapı sı nı n ağzı ndan 

qayı tdı , “papaq quzunu” yenə həmin yerə qoyub, 

qumral qoyunun gözlərindən öpdü, alanla satanı  bir-

birinə qarı şmı ş bazar əhli gurultulu alqı şlarla əl 

ç

aldı . Varjaped canlanmı şdı , Qarakəlləoğlunun 



yerinə kimisə bağrı na bası b öpmək istəyirdi. 

Gülümsəyib yuxarı dan aşağı  əlini Qarakəlləoğluna 

uzatdı : 

-Şad şnoraqaltyun, şaman,

34

 - ermənicə dedi, tez 



də türkcəyə keçdi, Osmanlı  türkcəsinə. - Lütfən 

teşekkürümü kabul ediniz, pək məmnunum! 

Qarakəlləoğlu qalxı b varjapedı n əlini sı xdı , 

amma bir şey anlaya bilmədiyindən dönüb Apedə 

baxdı . Aped: 

-Varjaped çox sağ ol, deyir, sənə, razı lı q eləyir. 

Qarakəlləoğlu yüngülcə baş əyib: 

                                                           

34

 Bu nədi, a kişi? Kimin qoynudu bu? (ermənicə) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Sənin müəllimin qonağı m olsun, -dedi. - 



Hamı nı z qonağı msı nı z. 

Varjaped bayaqdan saçaqlı  papağı  yalayan 

qoyuna baxı rdı ... 

“Papağa ruh hopdurdu bu 

tərəkəmə, içini çölə tökdü qoyun, ruha gəldi... 

Acaryan buna bənzəçox şeylər deyirdi... bunları 

haqqı nda.”  

-Çox sağ ol, şaman, sən bunu mənə göstərdin. 

Ö

lmədim, bunu da gördüm... 



Aped onun sözünü kəsdi: 

-Hinger varjaped, es mardi anunı  şaman çe,...

35

 

-Yes gidem, es mardu anunı  inça



36

 ...Şaman 

bunları n islam dininə qədərki peyğəmbərləridi. Belə 

şeyləri ancaq şamanlar yapa bilirdi. 

Yenə heç kəs heç nə başa düşə bilmədi. Aped  

varjapedə sarı  əyilib: 

-Qarakəlləoğlu qonaqlı q vermək istəyir,-dedi. 

-Aped, amod çi, kez hamar, vor poğ çunes?

37

 -

sonra türkcə əlavə elədi.-Pulun yoxdu sənin?- Dönüb 



yan- yörəsindəkilərə baxdı .- Bu boyda erməninin 

                                                           

35

 Yoldaş,  müəllim, (usdad) bu adamı n adı  şaman deyil. 



(ermənicə) 

36

 Mən bilirəm, bu adamı n adı  nədi. (ermənicə) 



37

 Aped, sənin üçün ayı b deyil, pulun yoxdu? (ermənicə) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

birinin pulu yoxdu ki, bu şaman türkə biz qonaqlı q 



verək?! 

-Var,- dedi Aped,- niyə yoxdu? 

Qarakəlləoğlu varjapedin qolundan tutdu: 

-Yox demə, ustad, mən sizə qoç kəsmək 

istəyirəm. 

-O qoçu yaylaqda yeyərik, sən yaylaqda daha 

gözəl olursan! - Varjaped belə deyib başı  buludlarda 

olan yaylaqları  göstərdi. -Ancaq burda qorxdum 

sənnən. Sən papağa can verdin, gözümüzün qabağı nda 

quzu elədin papağı . Müəllimimiz Acaryan deyirdi, biz 

inanmı rdı q. Sağ ol, şnoraqalutyun, təşəkkürlər... 

İ ndi gedək, sən bizim qonağı mı z ol. Mənim 

tələbələrim bizə qonaqlı q vermək istəyirlər. 

-Sağ ol, hörmətli ustad, - dönüb yanı ndakı lara 

baxdı .-Öyrətdiklərı n də sağ olsun. Amma siz mənim 

çö

rəyimi yemək istəmədiniz. 



-Yox, Şaman, elə demə, sənin çörəyini gəlib 

yaylaqda yeyəcəyik, indi bizim qonağı mı z ol. 

-Yaxşı , orda gözləyəcəm sizi. Nə vaxt istəsəniz 

gələrsiniz, gözüm üstə. 

Ü

zünü dağlara tutdu, hamı  dönüb o səmtə 



baxdı ... 

Dağları n başı  görünmürdü, çən-çiskin içindəydi. 

Sağı n vaxtı ydı , sürülər arxacdadı  yəqin, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qarakəlləoğlu oraları  xatı rladı ğı na görə içindən 



gülümsəyirdi. Varjaped yenə göz qoyurdu, ürəyində 

dolaşan fikirlərin ağı rlı ğı  üz-gözünə çı xmaqdaydı ...” 

Gör dağlara necə baxı r, elə bil atası dı ...” 

Varjaped düz düşünürdü; ermənilər elə bil  

dağlara yox, çoxmərtəbəli binaya baxı rdı lar, elə bil 

biri daşı nı  daşı mı şdı , biri tikmişdi, Aped də torpaq 

töküb otunu, çiçəyini əkib səpmişdi. İ ndi burda, bu 

ucqar dağ rayonunun bazarı  ağzı nda belə bir mən-

zərə vardı . 

Qarakəlləoğlu əyilib “papaq quzunu” götürdü, 

sağollaşı b arxası na baxmadan bazarı n qapı sı ndan 

çı xdı . Gənc ermənilər qoyunu tutub saxlamaq 

istədilər, amma daha qumral qoyunu saxlamaq 

olmazdı , saçaqlı  papaqdan qoyunun içinin ətri gəlir... 

Qumral qoyun da içinin ardı ncadı . 

                                          

“Azanbur” kababxanası nda... 

 

Heç kəs gözləmirdi, yağı ş birdən başladı . 



Dağları n başı nı  bürümüş çən, duman artı q rayona 

enmişdi, nəmlə dolu ətəyiylə, kim hardaydı -orda, üz-

gözünü yalaya-yalaya keçib gedirdi. Gedəcəkdi, çünki 

bazar əhlinin çoxu havanı n açı lacağı nı  bayaqdan 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bilirdi. Yağsatan Dəmir kişi başı nı  daxı lı n dalı ndan 



çı xardı b demişdi: 

-Çoban alladandı , işinizdə olun. 

Səhərin gözü açı lmamı ş bazarda olan bazar əhli 

islanı b suya dönsə də, Dəmir kişiyə inanı rdı ...İ ndi 

günortadan yağı ş yağsa da iş dayanmamı şdı , yəni 

bazar tərpənmişdi, artı q öz hərəkətlərini eləyirdi. 

Bazar adamları  iki-bir, üç-bir olub  “telək” 

oyunundan danı şı rdı . Bu səslərin alt qatı nda rus, 

erməni, ara- sı ra kürd dillərində danı şı qlar eşidilsə, 

də üst qatda, yəni daxı llardan yuxarı  bazar dili 

Azərbaycan tükcəsindədi. Heç kəs bunun fəqində 

deyil, heç kəs ağlı na gətirmir ki, göyərtinin, kartofun, 

pendirin qiymətini azərbaycanca yox, ermənicə, rusca  

soruşsun: 

-Hinger varjaped... 

Apedgil bazarı n qapı sı  ağzı nda dayanmı şdı lar, 

dinib-danı şmadan Varjapedi gözləyirdilər, Varjaped 

artı q öz işinə, alverlnə başlamı ş bazarı n səsinə ayaq 

saxlamı şdı , üz- gözü qı rı ş içində, qulağı nı  bazara 

yön tutub dinləyirdi...Bazarkom Civanı n ara-sı ra 

səslənən bir az kobud, bir az da tör-töküntülü türkcəsi 

elə bil alver atmacaları nı , mal-məhsul təriflərini-ba-

zar şerlərini kökləmək, nizama, sahmana salmaq 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

üçü


ndü. Civanı n səsi varjapedin canı nı ndan tikan 

kimi çı xı rdı , dönüb Apedə baxdı : 

-Sən bazarlı ğı  hansı  dildə eliyirsən? 

Aped bir şey anlamadı , yanı ndakı lar da: 

-Nə bazarlı q? - Aped dedi. 

-Yaxşı , get, bir az türk pendiri al, özümüzlə 

aparaq...siz düzələn deyilsiz. - Varjaped belə deyib, 

kərə yağ, motal pendiri, qaymaq satan Dəmir kişiyə 

tərəf getdi, dayanı b Apedi irəli buraxdı .- Buyur. 

Apedlə Dəmir kişi köhnə dostlar kimi görüşdü: 

-Necəsən, Dəmir kişi, hancarı san? 

-Sağ ol, Aped kirvə, Allah razı  olsun, öz dinivin 

ü

stündə, buyur, nə qulluq eliyim? - Dəmir kişi, nəyi 



vardı  göstərdi, ələ gələnləri daxı lı n üstə düzdü, əlini 

bir az aralı dan tamaşa eləyən ermənilərə uzatdı . -Nə 

istiyirsiz buyurun! 

-Pendir istiyirik, Dəmir kişi. 

-Yaxşı  duzunu yemiş pendirim var, güney 

otunnan tutulub. 

Dəmir kişinin bu ifadələri akademik Ulubabyanı  

boğurdu eləbil. “Güney otunnan tutulmuş, duzunu 

yemiş pendir... vay, turki mera...” 

-Nə qədər lazı mdı ? - Dəmir kişi bir də soruşdu. 

-Az, yarı m kilo, -Aped belə deyib əlini cibinə 

saldı . 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Dəmir kişi çanaq pendirindən iri parça kəsib 



Apedə uzatdı : 

- Pulunu qoy cibinə, Aped kirvə, yarı m kilo 

pendirə sənnən pul alı m deyirsən?! 

Aped pulu gücnən vermək istədi. 

-Mən bir parça pendirə sənnən pul alammaram, 

Aped kirvə, el arası nda biabı r olaram, görən nə deyər 

mənə? -Dönüb bazar adamları na baxdı . Bazar 

adamları  da bütün bu baş verənlərə altdan-altdan göz 

qoyurdular... 

-Sağ ol, Dəmir kişi... 

Bazar satı cı ları   bu cür sözlərlə alı cı ları n başı  

ü

stündən elə bil xor oxuyurdular. Apedgil yox idi, 



ç

iskinli havada varjapedi az qala qucaqları na alı b 

bazardan çı xmı şdı lar. 

Bazarkom Civan bir azdan bazar payı nı  necə, nə 

qədər yı ğacağı nı , bazarı n hansı  səmtindən, kimdən 

başlayacağı nı  fikirləşə-fikirləşə: 

-Aped bizim deyil ki, Aped sizinkidi, türklərindi-

dedi. 


 

*** 


 

...Elə bu vaxt “ Azambur” kababxanası nı n bir 

küncündə varjaped Ulubabyan əlində tutduğu badəyə 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

baxı rdı  ki, birinci sağlı ğı  necə desin; sözsüz ki, birinci 



sağlı q doğma Hayastanı n sağlı ğı  olmalı dı , hər şey 

onnan sonra gəlir... Elə belə də dedi: 

-Yadı nı zda olar, birinci dərsimizdə sizə nə 

dedim, - əlini qaldı rı b beş barmağı ndan birini 

yumdu. - Doğma Hayastanı mı zçün böyüyürsünüz, 

ana-ata onnan sonra gəlir, çünki atanı z da, ananı z da 

odu, dedim. İ kincisi, ailə qurursunuz, amma ailəni də 

ö

zünüzçün yox, vətənimizçün qurursunuz. Vətənə 



oğul-qı z böyütməlisiniz, biz artmalı yı q, sürü kimi 

yox, erməni kimi çoxalmalı yı q. - Əlini pənçərədən  

görünən yaylaqlara uzatdı .-Üçüncü, harda olursuz-

olun, ermənini düşünməlisiz, dövlətiniz olmaya bilər, 

amma erməni həmişə var, hansı  dövlət olur-olsun, 

erməni kimi yaşamaq-erməni dövlətində yaşamaq 

deməkdi. Erməni kimi yaşamaq o deməkdi ki, hər 

nəyin varsa bu işə  qurban verməlisən. Dördüncü, 

harda yaşayı rsan orda, hardan keçirsən, harda 

işləyirsən orda erməni izi saxla, iz qoy. Bir tək 

əlifbanı n olması  millət üçün dövlətin olması ndan 

dəyərlidi. Erməni əlifbası yla erməni adı nı  yaz, çı x 

get, ermənilik sənin proqramı ndı , proqramı nı  da 

ö

zünlə götür, yerə qoyma, o, sənin silahı ndı . Türk 



kimi yaşamaq məcburiyyətində qalsan belə, 

ermənisən, erməni olduğunu bil... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

“ Türk kimi yaşamaq...” varjaped Ulubabyan 



ö

zündən ası lı  olmadan duruxdu, elə bil içini götürüb 

apardı lar, bildiyi qədərində içinə endiyi, anladı ğı  

qədərində özünün olan  tarixlərin dərinliklərinə 

yayı ldı : 

- İ çək, - dedi, - beşincini sonra deyərəm... 

Hamı sı  nizam-intizamla varjapedi gözləyirdi, 

varjaped son damlası nacan içəndən sonra badəni 

başları na çəkdilər... 

Süfrə hələ təzə düzəlmişdi, Aped göz gəzdirib: 

-Bu, Soğanlı q kəndinin göyərtisidi, - dedi, - bu, 

Dəmir kişinin pendirinnəndi, - əlini süfrənin ortası na 

qoyulmuş şüşə qaba uzatdı . - Bir bu turşu bizimdi, 

bir də hac, - təndir çörəyi, hı ı , hinger varjaped, 

türklər çaşı r turşusu qoya bilmirlər. 

-Aped, qoy çörəyimizi yeyək. - Məktəb 

yoldaşları ndan rusa oxşayan sarı şı n erməni dilləndi. 

- Kababçı , gəl görək nəyin var?! 

Kababçı  bilinmirdi nə millətdi, üz-gözündən də 

heç nə anlamaq mümkün deyildi, hər nə rəng desən 

varı dı . Özü özünə erməni tatı  deyirdi... Kürd dilinəcən 

bilirdi. İ ndi dayanmı şdı , daxı lı n dalı nda, ürəyində 

Apedin qarası nca niyəsə türkcə söyüşlər yağdı rı rdı . 

“Dabbaq köpəyoğlu, bütün müştəriləri qaçı rtdı ...” 

Qalxı b onlara tərəf getdi. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Varjaped, bizim dildə lax yumurtaya nə deyillər?-



Aped soruşdu. 

Varjaped çiyinlərini çəkib gülümsədi. 

-Kababçı  bilir, soruşun. 

-Bu hardan ağlı na gəldi? 

Kababçı  rəngi, görünüşü kabab kimi qovrulub 

qurumuş, saçları  çiyinlərindən olan qı rx yaşları nda 

bir adamdı , yaxı nlaşı b yüngülcə təzim etdi, 

ermənicənin Yerevan ləhcəsində: 

-Hörmətli varjapedi salamlayı ram, hamı nı z xoş 

gəlmisiz- dedi, keçib varjapedin yanı nda dayandı .- 

Buyurun, lüləkabab, tikəkabab, şaşlı q, basdı rma, 

xankababı ... 

-O nədi elə, xankababı ? 

-Tikələri qoyunun iç yağı na bükürlər, içyağı  

köynək kimi olur, varjaped, tikələri o köynəyə büküb 

şişə çəkirlər. 

-Kim çəkir, kimi deyirsən, sən? 

-Bunu türklər çəkir, mən türkləri deyirəm. 

-Yaxşı , başqa nə var, yeməyə? 

-Başqa, dolma var, ciyər, cı z-bı z, xəngəl... 

-Sən heç olmasa bir dənə erməni yeməyinin adı nı  

çəkə bilərsən?- Varjaped kababçı nı n qolundan tutub 

dartdı . 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Mənə belə sual verən olmayı b, varjaped, bu 



yeməklərin hamı sı  yaxşı  yeməklərdi. 

-Yaxşı , gətir, hər nə var gətir. 

Rusa oxşayan sarı şı n erməni: 

-Hamı sı  Qafqaz yeməkləridi, elə deyilmi, 

varjaped? Hamı nı ndı . 

-Hamı nı n heç nəyi olmur, hər şeyin öz yiyəsi var. 

Bu yeməklərin hamı sı  türklərindi. -Varjaped 

düşüncəsində əlini stola çı rpdı . 

-Qafqaz yeməkləridi...varjaped. 

  Varjaped xeyli dinib, danı şmadı , özünə də 

aydı n deyildi ki, olmaz deyə-deyə türk dilini niyə belə 

gözəl bilir. Bəlkə iyirminci əsrin ən böyük türkoloqu 

olan  varjaped Acaryana görədi...”Türk dili bizim 

içimizdə olduğu üçün dilimizi dəyişdirdi, qrabar 

erməni dilindən aşxarabar erməni dilinə keçdik, daha 

doğrusu, keçməyə məcbur etdi ”,  deyərdi Acaryan, 

“türkə bağlı  olmağı mı z əsasən buna görədi, dilin 

quruluşunun dəyişməsi, insanı n həm də millət olaraq 

ö

z quruluşunu, xarakterini dəyişməsidi. Bunnan 



qorxmaq lazı m deyil, qorxmayı n da. Rus tatara bu 

qədər oxşamağı nnan heç utanmı r, dilinin tərkibinin 

qı rx faizindən çoxu türk sözləridi. Daha yaxşı , bu, rus 

dilinin güclü olması nı  göstərir...

Siz proqramı  

yazı lmı ş xalqsı nı z, yəni millətsiniz, türkünsə 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

proqramı  yazı lmayı b, ona görə də türk daha çox 



təbiət hadisəsi kimidi, nə vaxt yağı şı  yağar, nə vaxt 

günü doğar, bilməz, ona görə də türkdən türkə 

bənzəyib çı xmaq daha yaxşı  olar...” 

İ yirminci illərin axı rı ydı , Ulubabyan da necə 

deyərlər, o dövrün gənc ermənisi: 

-Müəllim, -dedi, - türklər təbiət hadisəsi kimidi 

söylədiniz, təbiət hadisəsi güc çatmaz olur. 

-Vaxtı - zamanı  hiss eləsən, anlasan təbiyət 

hadisələrini qabaqlamaq mümkündü. Hər şeydən öncə 

bunu yadda saxlamalı yı q, yadda saxlayaq ki, ağı llı  

olsaq təbiət hadisələrini qabaqlaya bilərik. 

Bir də 

unutmayı n ki, təbiəətrafı na açı q olar, özünə 

qı sqanc, həşeyi bitirməz, üstəlik, həmişə öz-özünü 

yeyər, türklərə də elə belə baxmalı yı q, əlimizdə 

həmişə toxum olmalı dı  ki, lazı m olanda araları na 

səpə bilək...Bu toxum bizim milli proqramı mı zdı ... 

Ulubabyanı  huş aparmı şdı , ruhu iyirminci əsrin 

əvvəlləri Azərbaycanı n qərbində yenicə yaranmaqda 

olan Ermənistanı  dolaşı rdı ... Qafqaz 

Azərbaycanı nı n qərb bölgələri, İ revan, İ revan 

ç

uxuru, Uluxanlı , Vedibasar, Dərə Ələyəz, Ağbaba- 



Amasya, Qara Kas ( Qara xaç)  yaylaqları , Göyçə, 

Zəngəzur, Mı ğrı -Sisakan əyalətlərinin, Qaramanlı , 

Qaraqoyunlu dövlətlərinin adı  üstündə Ermənistan 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin