Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə11/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

            

“And olsun, əsrə…”

 

yerindən elə tərpəndi ki, sinəsini örtmüş orden-



medallar səs-səsə verdi. - Ermənini gətirdi, özü çı xdı  

aradan. Əski düşmən dost olmaz... Yadı nı zdadı mı , 

Dursunoğlunu necə sürgün elədilər? - Özünü yenə elə 

tərpətdi ki, orden-medalları  oyuncaq orkestr kimi 

xorla cingildəşdi. 

 Yan-yörədəki kişilərin hamı sı  bir səmtə əyilib 

gülümsədi, Arı q elə medalları n cingiltisi kimi nazik 

səslə: 


-Canı n sağ olsun, sən onu tez-tez xatı rlayı rsan, 

bizim də yadı mı za düşür. Necə olmuşdu, hancarı  

olmuşdu, sən heykəl başı n, danı ş. 

Hamı  yenə dönüb medallı  kişiyə baxdı , 

gözləyirdilər ki, indi orden-meddalları nı  bir də 

səsləndirəcək, amma kişi yerindən tərpənmədi: 

-Heç, partiyaya keçirmiş, raykomun birinci 

müavini vardı , yadı nı zda olar, malağan Karpenko, 

hə, Korpenko bunnan soruşur, de görək, xarici 

düşmənimiz kimdi, daxili düşmənimiz kim? 

 Dursunoğlu sevincək cavab verir, xarici 

düşmənimiz ermənilər, daxili düşmənimiz bizim 

kəndin kolxoz sədri...Elə o sözün üstündəcə apardı lar, 

bir də gördüm deyən olmadı .Yaxşı  dəri aşı layı rdı , 

Apedin də kirvəsiydi. Apeddən də nəsə soruşdular, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

onun haqqı nda, nə dedi, nə demədi, allah bilir, 



erməninin yaxşı sı  da birdi, pisi də... 

Arı q kişi yenə nazik səsiylə: 

-Baxma, - dedi, - Aped onun uşaqları nı  

unutmadı , itirmədi kirvəliyi, birini elə indi də yanı nda 

işlədir, erməni də olsa, yaxşı lı ğı nı  elədi, adamdı  

daa... 


Mən Apedin dükanı yla üz-üzəyəm, bu fikir

xəyaldan ayrı landa elə bildim üstümdən gecə 

addayı b, indi özümə gəlmişəm. Yolu keçmək 

istəmirəm, o tərəf elə bil arı  yuvası dı , bazar günü 

olduğuna görə hamı  çöldədi... Bayaqdan baxı ram, 

bizim kənddən gözümə dəyən yoxdu, bu da məni lap 

narahat eləyir, çünki kənddə ölüm-itim olanda heç kəs 

qı rağa çı xmı r. Anamı  düşünürəm, əli sinəsinin 

ü

stündə gözümün önünə gəlir... Başı mı  qaldı rı b göyə 



baxı ram, göy üzü Apedin ağacları ndan deşik-deşikdi, 

mən gördüklərimin hamı sı nda kədər axtarı ram, 

amma heç yanda, heç nədə sı xı ntı  yoxdu, hər şeyin 

görünüşündə sevinmək var. 

Mən sufi şairləri kimi öz-

ö

zümü sakitləşdirirəm. Doğrudan da, elə bil ki, 

yuyundum, üzüm- gözüm açı ldı . Yolun o biri üzünə 

keşdim. Dəri boşaldan tanı ş gəldi, hə, bu bizim 

kəndçi olacaq, Dursunoğlunun kiçik oğlu. Məni görüb 

gülümsədi, ürəyim yerinə düşdü, deməli, salamatlı qdı , 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

daha anamı  soruşmadı m. Oturuşumun-duruşumun 



qı rı şı ğı nı  açı b şəstlə ona tərəf getdim...  

Apedin dükanı nin yan-yörəsinə qat-qat dəri 

yı ğı lı b, amma bazar yaxı n olduğuna görə pendir iyi 

gəlir, bu iyi tut get, gedib türkə çxacaqsan...“Sən hara 

çı xacaqsan bəs... Sənə hansı  yollar gedir, yalançı  

kitabları nı zla?” Sevortyan Sedanı  xatı rladı ğı ma 

görə içim rahatlaşsa da, qeyzləndim...Sedanı n cavabı  

aranı  daha da qatdı ... “Yalançı  niyə olur, mən tarixi 

yazı lmı ş xalqam, bu kitablarla V əsrdə yazı b-

yaratmı ş Vavtos Buzanda çı xacam, M.Xorenskiyə, 

Təbrizli Arakelə, Moisey Kalankatuyskiyə, Mxitar 

Qoşa çı xacam... 

-Onnarda işin olması n, onnar bizimkilərdi... 

-Kimdi sizinkilər? –Seda elə bərkdən güldü ki, 

onun yaşadı ğı  binayla üz-üzə kirayələdiyimiz bir 

otaqlı  mənzilin pəncərələri cingildədi. 

-Musa Kalankatlı yla Muxtar Qoş. 

-Cı ğallı q eləmə. Nədən bilirsən, sizinkilərdi? 

Bunun cavabı  var, hər halda, deyə düşünürəm, 

amma bilmirəm nə cavab verəm. Balacahunlunun 

qoca boyunu yerə soxum, İ qrar Əliyevin qorxusundan 

bidiyini də demədi, öz tariximizi bizdən gizlətdilər. 

-Bunu mən sənə sübut edərəm, söz verirəm... - Üzü 

pəncərəyə dayanmı şam, Seda xı rdalaya-xı rdalaya 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

gülür, bilirəm, məni cı rnatmaq üçün nəsə hazı rlayı r 



yenə. İ stəyirəm dönüb deyəm ki, Seda mən tarixi 

yaxşı  bilmirəm, gəl başqa şeylərdən danı şaq, elə bu 

vaxt qarşı  binanı n üşüncü mərtəbəsində qapı  açı ldı , 

Sedanı n əri balkona çı xdı , bir anlı ğa elə bidim, 

gördü məni, yana çəkilib pı çı ltı yla Sedanı  çağı rdı m. 

- Gəl bura, gəl... 

Seda çı lçı lpaqdı , qoltuğumun altı ndan ilan kimi 

sürüşdü, pərdəni azacı q aralayı b öz balkonuna baxdı , 

dönüb təzədən boynuma atdandı , bütün canı yla 

sarmaşı b eləcə qaldı . 

-Əlindəki kitabdı ? - soruşdum, o da qucağı mda, 

dikəlib pəncərəyə söykəndim. Seda başı nı  sudan 

çı xarı rmı ş kimi mənnən çı xarı b baxdı , gözlərini 

yumub iniltiyə oxşar səslə nəsə dedi... 

Həə, bayaq Sedanı n əriqarı şı q,  yan-yörədə bizi 

əhatə eləyən hər nə vardı sa yüp-yüngüldü, yerdən 

aralı  kimi dalğalı , boyalı , ilğı m içindəydi. Yalan-

gerçək, dilimizdən düşməyən tarixin bütün 

mənaları na, olmuşlara, olanlara, olacaqlara aramı zda 

“eh, nolsun...” cavabı  yaşayı r, əslində...Sedanı  qu-

cağı mnan yerə qoymuşam, bununla da səs- küy 

uzaqlaşdı  bizdən, hər şey dincəlib, öz yerini almı ş 

kimi oldu... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sedanı n əri ikimizin də birdən yadı mı za düşür. 



Pərdənin arası ndan baxı rı q. Yenə balkondadı . 

Bayaq ayaq üstəydi, indi oturub, kitab oxuyur...Hava 

dəyişdiyindəndi, nədisə, kişi balkonqarı şı q 

uzaqlaşmı şdı  elə bil, tərpənməsəydi, deyərdin hey-

kəldi. 

-Ərin lap erməni tarixinə oxşayı r, -dedim... 



Seda qucağı mdan dəli kimi çı xdı , tələm-tələsik 

əynini geyinib qapı ya tərəf getdi: 

-Bir də mənim üzümü görsən...çobanı n biri 

ç

oban!...” 



“Erməni tarixi...” Həə, papaqçı  Aped də erməni 

tarxini bu ağaclardan  asardı , papaq alanlar, dəri 

gətirənlər əvvəcə gərək bu yazı lara baxaydı , Apedin 

sualları na cavab verəydi, yalnı z ondan sonra alver 

eləmək mümkündü... Apedin də alveri elə budu, təki 

erməni tarixini öyrənən olsun, Aped də beş qazanma-

sı n bir qazansı n, erməni öyrənməsə də olar, türk 

ö

yrənsin, türk. Niyəsə, rusu, gürcünü fikrinə 



gətirmirdi, istədiyi odu ki, bütün türk məclislərində 

erməni tarixindən danı şı lsı n, türk aşı qları  sazları nı  

dənizdən dənizə olan böyük Ermənistan üstünə çalı b 

oxusunlar. Amma tərsinəydi hər şey, türk 

məclilərində, ağı r türk yı ğnaqları nda nəinki türklər, 

ermənilərin özü də böyük Ermənistanı  heç kiçik 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Ermənistan kimi də xatı rlamazlar. Elə bu 



yaxı nlardakı  toy məclisində Aped bir-iki sağlı qdan 

sonra qı rmı zı  onluğu başı nı n üstündə yelləyib: 

-Aşı q Ayvaz, Apedin pulu sənə qurban, gəl bura, 

- dedi, onluğu onun papağı nı n altı na keçirdi. - 

Mahmudla Məryəmnən de...    

Məclisdəkilərin çoxu bilmədi Apedin  dediyi 

adamlar kimdi, gülüşdülər. 

-Heç gülüb-eləməyin, - dedi, aşı q Ayvaz, - Aped 

bilir nə deyir, bilməyən sizsiniz, bilmirsiz ki, Kərəmin 

qabaqkı  adı  Mahmuddu, Əslinin də adı  Məryəm. 

Məclisi alqı şlar bürüdü, aşı q Ayvaz bı ğaltı  

gülümsəyə-gülümsəyə sazı  dı nqı ldadı rdı . Arı q 

ayağa durdu, səndələyə-səndələyə Apedə sarı  getdi: 

-Aya, bu Aped ki, bizi belə tanı yı r, öpəcəm onu. 

Kənd məclislərinin həmişəlik tamadası  Suleyman 

müəllim: 

-Çörək yeyirsən, -dedi, - ay başı n batsı n, ağzı nı  

erməniyəmi vuracaqsan indi.   

Camaat gülüşüb susdu, Apedin cavabı nı  

gözləyirdilər. Aped də tənbəllik eləmədi, qalxı b 

masabəyinə tərəf getdi, mikrafonu əlindən alı b: 

-Sən get, üzüvü yu, sonra erməniyə lağ elə!- dedi, 

dönüb məclisə göz gəzdirdi, məclisi gülüşmə 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bürümüşdü. - Musurmandı , amma araq içir. Heç bizə 



ç

atmı r... Biz nə içək bəs?!  

Türk müsəlmanları n, ya da müsəlman türklərin, 

bir söz, azərbaycanlı ları n, əllərində də araq dolu 

badələr, gülməkdən gözləri yaşarmı şdı ...   

Papaqçı  Aped doğrudan da azərbaycanlı ları n 

toyundan- yası ndan xeyirindən-şərindən qalan 

deyildi. Əliaçı q, zarafatcı l, deyib-gülən adamdı , 

bundan başqa məclisə nə lazı mdı , nə millət olursan 

ol. 


Arı q artı q dəmlənmişdi, elə yerindəncə ayağa 

durub çı ğı rdı : 

-Yaxşı  kişidi Aped, - dedi, - bircə erməni dərsi 

olmayaydı ... 

Kim nə deyir-desin, Aped özü bildiyi kimi erməni 

dərsi deməsə rahatlaşmaz... hər axşam qədim erməni 

tarixindən arvadı na, uşaqları na üzünü köçürtdürdüyü 

vərəqələrı  səhər tezdən dəri dükanı nı n qapı sı nı  

açmamı ş ağaclardan asardı : 

-Bax bu, Moisey Xorenskinin “Ermənistan tarixi” 

əsərinnəndi, iki min il qabaq yazı b. 

-Neçə il? - Arı q adam at arabası yla dəri 

gətirmişdi. Bir ayağı nı  müharibədə itirmiş medallı  

Göyüş də yanı nda, Apedlə təzəcə salamlaşmı şdı lar. 

Arı q, doğrudan da təəccübləndi, boğazı ni uzadı b bir 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

də soruşmaq istəyirdi ki, medallı  kişi qoltuq ağacı nı n 



ucuyla onun ayağı na vurdu, qulağı na sarı  əyilib 

yavaşcadan dedi: 

-Hə de, sən, hə de...təriflə. 

Arı q kişi medallı nı n nə demək istədiyini göydə 

tutdu: 

-İ ki min? Yox əşi, gör ee, maşallah, iki min!   



-Sən ermənicə bilirsən hə? - Aped o biri vərəqə 

tərəf getdi. Arı q kişi dönüb medallı ya baxdı , medallı  

qoltuq ağacı nı n dəstəyinə qoyduğu əlinin üç 

barmağı nı  göstərdi, yəni, dərinin birinə üç min 

istəyərsn. Arı q kişi ləzzət içində gülümsədi, gülüşü 

gözlərinin içinəcən yayı ldı . 

-Canı n sağ olsun Aped, bu gün bizim dərimizi 

dörddən al, hər dəriyə dörd manat... 

-Gəl bura, it çarı q yı ğan kimi sən də pul 

yı ğı rsan...elə.- Aped vərəqin üzünü bizə sarı  çevirdi. - 

Sən də gəl! 

Medallı  qoltuq ağacina söykənib iri bir addı m 

atdı , orden- medalları  bütün küçə boyu səs- səsə 

verdi. Aped nə demək istəyirdisə bu səs ona xoş 

gəlmədi, üz-gözünü turşudub bir az gözlədi. Erməni 

tarixindən danı şanda əsəbilik keçirirdi, özü də 

bilmirdi niyə... 

-Sən oxuya bilirsən ermənicə, həə? 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Medallı  kişi özü də bilmədən: 



-həə, - dedi, - oxuya bilirəm. 

-Yaxı n gəl,- vərəqin ucundan tutub medallı ya 

tərəf dartdı ,- neçənci əsrdi bu?! 

Medallı  kişi gözlüyün olmadı ğı nı  bilsə də: 

-Ə mənim gözlüyümü gətir,-dedi. 

Arı q kişi də gözlüyün olmadı ğı nı  bilə-bilə yolun 

qı rağı ndakı  at arabası na doğru qaçdı . Olmayan 

gözlük gəlib çı xanacan Apedin səbrı  çatmadı : 

-Bizim eranı n beşinci əsri, - vərəqin bir ucu da 

əlində medallı  kişiyə elə baxı rdı  ki, elə bil sözünü 

qurtaran kimi vuracaqdı . 

Arı q kişi ayağı nı n ucunda yaxı nlaşmı şdı . 

Yavaşcadan soruşdu: 

-Bizim era nədi? 

Medallı  kişini elə bil oğurluq üstündə 

tutmuşdular, kipriyini də qı rpmı rdı . Çiyinlərini yı ğı b 

Arı ğa baxdı : 

--Həə, həə, - ikisi də birdən başı nı  tərpətdi.Belə 

lazı m olduğunu havadan duydular. -Ay maşallah, ay 

halal olsun. Adı  nədi, nə deyir, nə yazı b? 

Sual Apedə ləzzət elədi: 

-Vavst Buzanddı  adı ... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Medallı   kişinin fikrindəki dəridi, “ birini beşdən 



versəydim...” Arı q birdən-birə boğazı nı  aralı ğa 

uzatdı : 

-Bə niyə Buzanyan deyil? 

Medallı  kişi qoltuq ağacı nı  Arı ğı n ayağı nı n 

ü

stünə qoyub sı xdı , az qaldı  təpəsinə vursun. 



-“Yan” çox sonranı n işidi, a musurman. - Aped 

tərs-tərs Arı ğa baxdı . -Parslardan almı şı q onu. 

-Həə, gör bir, bizim bilmədiyimiz çox şeylər 

varmı ş. 

-Öyrən daa, - Aped tələsik dükana girib iri bir 

kitab gətirdi, arvadı  da dalı nca çı xı b qapı ya 

söykəndi. 

-Hamı sı nı  mənə yazdı rı b, bütün gecəni 

yazmı şam...-Arvad, doğrudan da, yuxuluydu, yuxulu 

olduğuna görə də lap cavan göründü. 

-Qı zı ndı ?- Medallı  kişi arvada xoş gəlməkçin 

bilmədi daha nə desin, açı q qolları na, açı q sinəsinə 

gülümsəyə-gülümsəyə bir də baxı b, - allah saxlası n, - 

dedi. 


Aped də dönüb arvadı na baxdı : 

-Görürsən, elə bəsləmişəm səni, elə bilirlər 

qı zı msan. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 Arvad doğrudan da qı z uşağı  kimi  atdana-



atdana onlara tərəf gəldi... Aped Vavst Buzanddan 

danı şı rdı : 

-Dənizdən-dənizə Böyük Ermənistannan yazı b, 

ona min rəhmət, - sözünə ara verib xaç çevirdi. - Üç 

dəniz arası  ... Böyük Ermənistan. 

Arı q altdan-altdan Medallı ya, ordan da onun 

əllərinə baxdı , Medallı  yenə qoltuq ağacı na söykədiyi 

əlini elə üzü aşağı  da yellədi, yəni, “ heç nə, batdı  hər 

şey...” 

Arvad bayaqdan seyr eləyirdi, arı q heç, onsuz da 

ayaq üstə güclə durur, medallı  uca boylu, əzələli, 

yaraşı qlı  kişidi, ona göz qoyduqca niyəsə arvadı n 

dişlərinin dibi gicişirdi, elə bil indi ağzı nı n içi 

partlayacaqdı ... gözlərini çəkmədən gülümsəyirdi: 

-Türklərin hamı sı  belə olmalı dı , bax, Aped, - 

əllərinin ikisini də medallı nı n kəsik ayağı na sarı  

uzatdı . - Belə yaraşı qlı , amma ayağı nı n biri yox!  

Aped tarix dərsini heç vaxt yarı mçı q qoymazdı , 

arvadı  belə deyəndən sonra tarix vərəqlərini ipdən 

ası b özünü düzəltdi, gülümsəyib: 

-Buna elə belə baxmayı n, -dedi, arvadı nı  

göstərdi, - universiteti bitirib, tarix fakültəsini... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Heç nə, Apedin dediyi o günki tarix dərsinin 



sonluğu at arabası nda rayonun mərkəziylə çı ğı ra-

çı ğı ra yol gedən Arı qla bitməkdəydi: 

-Dərinin birinə üç vermədi, iki verdi, qoymadı n 

heç olmasa ürəyimi boşaldam, sözümü deyəm. İ şinə, 

gücünə bax axmaq erməninin, yerin altı nnan eşib 

kitab çı xardı b. Yazı çı sı na bax, bunun... Qurani-

kərimi gətirib gözünə soxaram, kafir! 

 Medallı  pərtdi, arvadı n sözü tutmuşdu onu. 

Açı q qolları , açı q sinəsi gözlərinin qabağı ndan 

getmirdi. Dinib danı şmadan yola baxı rdı , araba at 

yerişiylə yeriyir, təkərlərin ahəngi, nizamı  altı nda 

orden, medalları  zərif- zərif cingildəyirdi... 

Arı q danı şdı qca hirslənir: 

-Buna bax bir, qaxtağan tosoy, mən işimin 

xətrinə erməniyə dayı  deyirəm, bəlkə deyirəm, dərinin 

birini ikidən yox, üçdən aldı , bu bizim üstümüzə 

arvadı nı  çı xardı r, sözünü  arvadnan deyir, gördün? - 

cilovu silkələyib dönüb Medallı ya baxdı , Medallı nı n 

fikri özgə yerdəydi, gizlin-gizlin gülümsəyirdi, Arı q 

məətəl qaldı ,” bu niyə gülsün, yaxşı ” ürəyində belə 

deyib aşkara soruşdu, - hı ı , nə deyirsən? - İ ki nəhəng 

ağacı n arası ndakı  dəri dükanı  getdikcə 

balacalaşı rdı . Arı q cı r səsiylə bütün küçə boyu 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

çı ğı rdı . - Aped bil, arvadı na da başa sal ki, türk elə 



bir ayaqla da türkdü! 

Medallı  da dikəlib arxaya baxdı : 

-Zalı mı n yaxşı  arvadı  varmı ş, bizim də 

xəbərimiz yox... 

Medallı nı n gülümsədiyinin səbəbini Arı q yalnı z 

bu sözdən sonra anladı , özü də gülümsəyib yüyəni 

tərpətdi: 

 -Kitab yazmaqla ölkə tanı tmaq olar, kişi? Sən də 

ö

lkələr gəzən adamsan, qan tökmüsən, can vermisən 



ö

lkə yolunda, indi məni başa sal, nə dəniz? Deyir kitab 

yazı b, o dənizdən bu dənizə, ə, Qafqazda dəniz var? 

Erməninin üzünə baxanda elə bilirsən illərlə su 

görmüyüb. Kitab yazmaqladı , kitab yazmaqla da ölkə 

saxlamaq olar? Qı lı ncdı  kitab? Tüfəngdi? Gördün, 

İ mirxanlı nı n qoyunları nı  necə yedilər? Başı  kitab 

yazmağa qarı şmı şdı , nəyi vardı , yox elədilər...                                                  

Mən Apedin tarix vərəqlərini asdı ğı   ağaca 

söykənmişəm, bu on beş- iyirmi ildə mən də 

böyümüşəm, ağaclar da böyüyüb, dediyim kimi, 

ö

rkənə gəlməz olub, daha vərəq yoxdu amma, yüyət 



məftili boyu dərilər ası lı b. Heyif! Vərəqələr olanda 

yaxşı ydı , ayağı mı zı n ucuna qalxı b ermənicəni 

höccələyə-höccələyə oxuyardı q... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Dğerk, vordeğeceq



27

?- Papaqçı  Apeddi, işini-

gücünü atı b üstümüzə qaçı r, bir şey anlamadı ğı mı zı  

görüb hirslənir əməlli başlı .- Turki dğerk

28

, o dəfə də 



gəlmişdiniz, erməni dilini niyə öyrənmirsiz?  

Mən uşaqları n arası ndan çəkinə-çəkinə əlimi 

qaldı rdı m: 

-Məktəbdə erməni dili keçmirik, -dedim.  

Apedin səsi küçəni başı na götürdü, özünü ora 

vurdu, bura vurdu, yolun o üzündəki heykəli görəndə, 

birdən başladı ğı  kimi birdən də sakitləşdi, baxdı -

baxdı : 


-Tfu, -dedi, - sənə, tfu, sənin yaratdı ğı na...! 

Bizim hamı mı z onun tüpürdüyü səmtə baxdı q, 

Lenin əlini düz ona doğru uzatmı şdı . Aped 

dartı nı rdı , elə bil bağlamı şdı lar onu, açı lan kimi 

yüyürəcəydi: 

-Tfu sənin siyasətinə, Yüzlərlə məktub 

yazmı şam, niyə oxumursan mənim məktubumu? Niyə 

oxumurlar?! Erməni tarixinə niyə qiymət qoymursan? 

Ö

zünə tay eliyibsən, rusun tarixi var? -Əlini bizə uzatdı , 



biz aralanmı şdı q, aradan çı xmaqdaydı q. - Bu 

ç

obanlara tay eliyirsən. Türkün tarixi var? Gürcünün,- 



əlini irəli yzadı b ovcunu göstərdi, - tarixi də bir ovuc. 

                                                           

27

 Uşaqlar (oğlanlar), haralısınız? 



28

 Türk uşaqları  (oğlanları ) (ermənicə) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Erməni tarixini dərsliyə niyə salmı rsan? Niyə 



qoymursan erməni tarixini bu uşaqlar öyrənsin? Axı , 

onun özünün öyrənməyə tarixi yoxdu!  

Dönüb əlini yenə bizə doğru uzatdı , biz yox idik. 

Amma ermənilər yan-yörədən seçilib Apedin başı na 

yı ğı şmı şdı , getdikcə də artı rdı . Artı q ağlayan 

vardı , Aped danı şdı qca ağlayanları n sayı  çoxalı rdı , 

ağlayanları n sayı  çoxaldı qca da Aped qı zı şı b 

ö

zündən çı xmaqdaydı ... 



Bir, deyəndə mənzərə dəyişdi, kücə, bazar, 

dayanacaqlar seyrəlmyə başladı , azərbaycanlı lar atlı -

arabalı , oğullu-uşaqlı  diblərə, künc-bucaqlara 

çəkildilər. Bir-birilərinə baxmı rlar, arada utanmaq 

var, çox-çox gizlin qatlarda bir-birilərindən utanı r-

dı lar. Çünki birdən-birə yaranmı ş qarı şı qlı q heç 

nəyə oxşamı rdı , nə savaşa bənzəyirdi, nə 

mübarizəyə. Bazarlı qları nı , alı ş-verişlərini yarı mçı q 

qoyub avtobus vağzalı na yı ğı şmı şdı lar. Üzlər-gözlər 

eyni rəng almı şdı , bu, pərtlik, peşimançı lı q rəngiydi. 

-Bəsdi xalaya bax... -Uşaq anası nı n ətəyindən 

dartı b dayanacağı n o başı nda bir-birinə qarı şmı ş 

adamları  göstərdi. Həə, Bəsdidi, Qarakəlləqı zı . Oğlu 

arxası ndadı , küncdə. Beş-altı  erməni yeniyetməsidi, -

Siranuş Sumikyanı n şagirdləri, onu küncdən 

çı xartmaq istəyirlər, Bəsdiylə əlbəyaxadadı rlar.  



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Arvad uşağı na: 



-Gözünü yum, - dedi, - başı nı  çı xartma! - Özünün 

get-gedə gözləri böyüyüb hədəqəsindən çı xmaqdaydı . 

Nə vaxt qı şqı rdı ğı ndan xəbəri olmadı : 

- Uuu...! 

Bu, qı şqı rmaqdan çox ulamaq idi.  Arada kim 

vardı sa, çaşı b qaldı , səs o qədər güclüydü ki, hardan 

gəldiyi bilinmədi. Yerdə qalan bütün səslər bir anlı ğa 

da olsa unuduldu... Bu əslində hər şeyin, hamı nı n, 

qorxu içində olan bütün canlı ları n səsiydi, bir 

adamnan yayı lı rdı , ona görə də bilmək olmadı , nə 

səsidi, arvad səsidi, yoxsa kişi. Erməni yeniyetmələri 

dağı lı şı b gendən-genə bir şey anlamadan tamaşaya 

durmuşdular. Arvadı n ürəyi getmişdi, üzünə su 

vururdular. Ürəyi doğrudan da getməliydi. Özündən 

ası lı  olmadan bütün gücü bayaqkı  ulamaqla 

canı ndan çı xmı şdı , havadaydı .  

Avtobusun vaxtı na hələ çox vardı , amma tez 

gəldi. Sürücü azərbaycanlı ydı , maşı ndan düşən kimi 

gənc ermənilərin üstünə getdi: 

-Qulağı nı zı  kəsərəm, tayqulağ eliyərəm sizi, 

dağı lı şı n, burdan! 

Gənc ermənilər onun üstünə yeridilər, sürücü əlini 

cibinə atı b durdu. Onlar da dayandı lar... Camaat 

tələsə-tələsə avtobusa doluşurdu... Bütün evlər boyu 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin