Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə12/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

malagan, kürd, erməni pəncərələri göz gətirmişdi



Azərbaycan türklərini xata gözləyirdi. 

                                               

Erməni dərsi... 

 

Apedin əkdiyi ağaclara adı mı zı  yazanda 



yeniyetmə çağı mı z idi. Apedin xəbəri yoxdu, bı çağı  

götürüb bir- bir ağacı n gövdəsinə adı mı zı  qazı rı q; 

yəni, erməninin əkdiyi ağacda adı mı z qalsı n...   

-Bunnarı  niyə bəzəmisən, a musurman? - Aped 

sinif rəhbərimı zlə görüşüb bizi göstərdi. 

-Komsomola keçirlər, ona görə gətirmişəm. 

-Elə bil sünnət elətdirəcəksən, niyə belədi 

bunnar? Niyə tumannarı nı  çəkirlər? 

Aped düz demir, acı ğı ndan, hikkəsindən belə 

deyir, o bizi tozun torpağı n içində, bulaşı qlı , kirli, 

əzı lmiş, ağlayan görmək istəyir. Bizsə səliqəli, 

yaraşı qlı , buz baltası  kimi sağlam yaylaq 

uşaqları yı q... Dəstələnib onlara tərəf gəldik. Boyda-

buxunda hamı mı zdan fərqlənən Qaraca müəllimin 

oğlu qabaqdaydı , Aped əyilib düz onun gözünün içinə 

baxdı : 


-De görüm, bura haradı ? 

Uşaq əvvəl duruxdu, çaşqı nlı q içində ətrafı na 

baxdı . 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Bura Kalininodu, əvvəlki adı  Uzunoba olub, 



rayonumuz iyirmi səkkiz kənddən ibarətdi, iyirmi üçü 

Azərbaycan kəndidi, beşi erməni, onnar da 

qarı şı qdı . -Birnəfəsə belə deyib başı nı  aşağı  saldı . 

Aped bunu gözləmirdi: 

-Azərbaycandı  həə, bura... -rəngi göm-göy 

göyərmişdi, qapı dan asdı ğı  dərilərdən seçilmirdi 

-Yox, - dedi uşaq, -Ermənistandı . 

Müəllim irəli yeriyib arada dyandı : 

-Aped kirvə, mən uşaqları  gətirdim ki, sizin 

xəritənizə baxsı n,- qoluna girib dükana tərəf apardı . 

Apedi söz tutmuşdu, bilmirdi nə desin:  

-Komsomol olmağa gəlib özü də! 

Xəritənin önündə ayaq saxladı , ağacı n 

aşağı sı ndan dəri, yuxarı sı ndan xəritələr ası lmı şdı . 

Xəritələr də dəri kimi aşı nmı şa oxşayı r. Aped, 

əlində çubuq, Qaraca müəllimin oğlunu axtarı r: 

-Qabağa gəl, sən gedib Kalininonun Uzunoba 

olduğunu tapı b çı xardı rsan, iyirmi səkkiz kəndin 

iyirmi üçünün türk kəndi olduğunu öyrənirsən, erməni 

dilini, erməni tarixini öyrənmirsən amma... Bax, 

dənizdən dənizə  böyük Ermənistan... - dəri 

aşı ması nda işlətdiyi çubuğu xəritənin bu başı ndan- 

o başı na uzatdı . -Haradı  ora? 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Müəllim, bu dənizlər  hansı  dənizdi? - Uşaqlar 



ö

z müəllimlərindən soruşurdu. 

-Müəllim... 

-Sonra, sonra... indi yeri deyil, indi hə deyin...- 

Sinif rəhbəri xatanı n bir addı mlı ğı nda olduğunu hiss 

eləyirdi...“Uşaqları  aradan çı xartmaq lazı mdı ...” 

Ermənilər yan-yörədən axı şı b gəlirdilər. Apedin dərsi 

başlamı şdı ... 

-Bir-bir aralanı n... 

Çəkildilər. Aped artı q indini görmürdü, coşub 

ö

zündən çı xmı şdı . 



-...Aşxabad da bizim şəhər olub, Aşxarabar 

erməni şəhəri... bütün dünyaya əlifbanı  da biz 

vermişik... Gənçə Qandzakdı ...- Deyib-deyib 

ağlayacaqdı .  

...Biz Apedin dükanı ndan aralanmı şdı q. Yəqin 

ki, hamı mı z eyni şeyi fikrləşirdik, yəni, xəritədəki yer 

haradı , hansı  dənizdi o dənizlər... Müəllimdən 

soruşacayı q, amma hələ yox, yan-yörə dolu ermənidi. 

Bəlkə də qorxduğumuza görə bizə elə gəlir; işlərini-

güclərini atı b ardı mı zca düşüblər, əslində də elədi, 

bizim yaşda olan erməni uşaqları  söz ata-ata 

ardı mı zca gəlirlər. Bir-ikisinin əlində daş var... 

  -Qabağa bax!- Sinif rəhbərimiz boynumdan 

yapı şı b irəli itələdi.- Dava axtarı rsan? 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Müəllim, bayaqdan bizi söyürlər. -dedim, səsimi 



çı xartdı ğı ma görə ağlamaq istədim. 

Müəllim bizi irəli buraxı b erməni uşaqları yla 

aramzda qaldı : 

- İ nçek uzum, dğerk

29



Elə bu vaxt Apedin yadı na düşdük, deyəsən, bizi 



uzaqdan-uzağa dükanı n qabağı na yı ğı lmı ş 

ermənilərə göstərib deyirdi: 

-Fikir verin, necə sağlam, necə sağdı lar...Nə oyun 

açı rsan-aç, dəyişən deyillər, soruşursan, millətini də 

bilmir, bilmir nə millətdi, amma yenə mən onun 

dilində danı şı ram... 

Yazda, qı şda qalstuku boynunda olan eynəkli 

erməni, yəni baş həkim, burdakı ları n diliylə desək, 

akademik Ulubabyan şlyapası nı  çı xardı b əlinə aldı ,  

niyəsə az qaldı  yerində fı rlansı n: 

-Onnarı  özünə qaytaran bizik, bizi görüb özlərinə 

gəlirlər. İ ndi sən onnan niyə soruşursan ki, nə 

millətsən? Qoy elə musurman olsun qalsı n... 

-Musurman olmağı  daha güclü olmaq deyilmi, 

hinger varjaped? 

-Müsəlmançı lı qda güclü olmaq, türkçülükdə 

güclü olmaq deyil. Bizim düşmənimiz türkdü, 

müsəlmanı n düşmən olmağı sa başqa söhbətdi. - dedi, 

                                                           

29

 Nə istəyirsiz, uşaqlar? (oğlanlar) (ermənicə). 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

birdə-birə halsı zlaşdı , qolundan tutub Apedin 



düzəltdiyi sallama dəri kətildə oturtdular. - Türklərlə 

bağlı  düz düşünürük, həmişə də düz düşünmüşük... 

katibə də dedim, - başı yla Partiya Komitəsinin 

binası nı  göstərdi,- fikirlərimiz düzdü, planları mı z 

doğrudu, heç birini işə qoymuruq, son vaxtlar ev 

yerləri ayrı lmı r, suyu yox, yolu yox, ona görə də 

cavanları  azalı r, bu, çox yaxşı dı , belə də eləmək 

lazı mdı ...- Başı nı  qaldı rı b altdan yuxarı  düz 

Apedin gözlərinin içinə baxdı . - Bilirsən katib nə dedi? 

Dedi, bəs niyə biz türklərin arası na düşəndə özümüzü 

düz aparmı rı q, onun dilində danı şı rı q, onun 

musiqisini çalı b-oxuyuruq, bir dənə də olsun milli 

yeməyimiz yox, adı mı z onun, soyadı mı z onun, sənin 

familin Ulubabyan, mənim ki, Bağdasaryan... 

Varjapedin başı na yı ğı şı b onu görünməz edən 

ermənilər narahatçı lı q içində qurdalandı lar, hamı  

bir-birinin soyadı nı  fikirləşə-fikirləşə baxı şdı lar.  

Dəmirçiyan, Köçəryan, Ağacanyan, Balayan, 

Toxmaqyan, Nənəcanyan, Şahsuvaryan, 

Şahgəldiyan... 

-Niyə belədi, hinger Varjaped?! - Aped əlini əlinin 

ü

stə qoyub ona sarı  uzatmı şdı . -Hanı  bəs, bizim 



kitabları n yazdı ğı  Ermənistan? 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Bilirsən niyə belədi, bu haqda çox fikirləşmişəm, 



rəhmətlik müəllimim Acaryan da deyirdi, deyirdi ki, o 

xalq çox güclüdü, o xalqı  zəiflətmək istəyisənsə, zəif 

millətini yarat. Anladı nmı ? 

Hamı sı  bir yerdə başı nı  buladı : 

-Yox. 

-Bilirsiz, xalqı n gərək oxumuşları  yarana, 



savadlı  adamları  əmələ gələ, yalançı  savad yox; 

dünyanı  tanı ya, özünü  dünyaya tanı da, əgər bu 

varsa, bu cür oxumuşları , savadlı ları  varsa deməli, 

millət yaranı r. Bunun da oxumuşları  var, amma oxu-

muşları nı  özünə oxşada bilmədi, - varjapedin birdən-

birə üzü gülməyə başlamı şdı .-Bax, burda düzgün yol 

seçildi, - Apedə baxı b başı yla yenə Partiya 

Kömitəsinin binası  qrşı sı ndakı  heykəli göstərdi. -Sən 

ona pis baxma, onun ağı llı  işləri çoxdu, birinci ağı llı  

işi o oldu ki, millətin adı nı  dəyişdi, millətin adı  

dəyişirsə deməli, tarixi də dəyişir, tarix də dəyişdisə, 

deməli, sən bir millət kimi indi doğulmusan, təzə 

yaranı rsan, ya da heç yoxsan. Bir sözlə, bu xalqı n 

ziyalı sı  özünə oxşamadı , sovet məktəbi dəyişdirə 

bildi onnarı ... -Varjaped elə bil yenə huşa getdi, əyilib 

düzəldi. 

-Sağ ol, hinger varjaped, sizin şərəfinizə indi 

qonaqlı ğa oturacağı q. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Varjaped işı ğı  azalmı ş solğun gözlərini 



dolandı rı b Apedə zillədi: 

-Amma gör sən neynirsən, aşı q oxudursan, 

gedirsən türk məclislərinə,  türk aşı ğı na pul verirsən 

ki, oxu. O da oxuyur. Nədən oxuyur, bilirsən? - Yenə 

ətrafı na göz gəzdirdi, gülümsədi, üzü-gözü gülüş 

qarı şı q neçə il qabaq bizim ağaca yazdı ğı mı z 

adları mı z kimi əyiş-üyüş oldu, əllərini şlyapa 

qarı şı q irəli uzatdı . - Oxuyr Koroğludan, 

Babəkdən...hə, indi de görüm, Koroğlu musurmandı ? 

Babək musurmandı ? 

Aped varjapedin nə demək istədiyini indi-indi 

anlayı rdı , özünə yı ğı şı b, daralı b, pisikib dərisi biz-

biz olmuşdu. 

-İ ndi sən o uşaqdan soruşursan ki, nə millətsən, 

o da gedib öyrənəcək, -şlyapalı , qalstuklu varlaped 

niyəsə şlyapası nı  çevirib içinə baxdı . -Öyrənəcək,  

biləcək ki, türkdü, hələ onu da biləcək ki, qı lı nc 

gücünə  müsəlman olub...Gördün, necə cavab verdi, 

rayonun adı  dedi, Uzunobadı . Bu onun özünü dərk 

edib anlaması dı . Onu istəyirsən?! İ stəyirsən ki, o, 

ö

zünü tanı sı n?! 



Küçənin bu başı ndan o başı na yayı lan 

uğultuya, səsə- küyə boylandı lar,  gənc ermənilər 

azərbaycanlı  uşaqları  müəllim qarı şı q daşa 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

basmı şdı lar. Müəllim uşaqları  da başı na yı ğı b gü-



lümsəyə-gülümsəyə atı lan daşları n altı nda 

dayanmı şdı , qarşı sı  alı nanacan da beləcə 

dayanacaydı . 

-Bilirsiz Pyotr vəsiyyətində nə deyib? Pyotr 

Pervı y, Dəli Petro, allah ona rəhmət eləsin, o 

olmasaydı , türkün əlinnən heç nəyi almaq mümkün 

deyildi. Qafqazda yeri də bizə o verdi. O, düşünmüşdü, 

o, hazı rlamı şdı , onun planı ydı . Bilirsiz nə deyir, 

vəsiyyətində, deyir, çalı şmaq lazı mdı  ki, türk daha 

qatı  dindar musurman olsun. Pulu olan pulunnan, 

varı  olan varı nnan keçsin, onnarı  bir-birinin üstə 

qaldı ra bilsin, məscid tikdirsin, molla məktəbləri 

açdı rsı n, elə eləmək lazı mdı  ki, şiə, sünnü mollaları  

ç

ox olsun...Hər halda, molla müsəlmandı , türk olsa 



da, türkçü deyil, mən bunu sizə əlli ildi deyirəm, siz də 

gedib aşı q oxudursunuz, amma hər erməninin ən azı  

otuz  molla dostu, kirvəsi olmalı dı ... 

Aped bu iki daşı n arası nda özündən ası lı  

olmadan türk məclislərini xatı rlayı rdı . Aşı q Ayvazla 

şəyirdinin bir-birinin sazı nı n altı ndan keçə-keçə 

ç

alı b oxymağı  gözünün qabağı ndaydı ... “onları n 



mahnı ları nı  dinləməsəm, bağrı m çatlayar mənim”, 

fikirləşdi, başqa şeyləri dedi: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Bunnarı n içi dəyişmir, hinger varjaped, molla 



olması n, çoban olsun, baxı rsan heç nədi, di gəl sən 

bunnan iş gör, söhbət elə, bir məclisdə otur, heç 

deməzsən ki, çobandı . Bunnar güçlüdülər, hinger 

varjaped, mən bunları n mahnı ları na, adətlərinə öy-

rəşmişəm, onsuz dözəmmirəm. Bağı şla məni, biz heç 

David Sasunskidən oxuyuruq? 

Elə bu vaxt Dursunoğlu erməni yı ğnağı na, 

uçuruma yaxı nlaşı rmı ş kimi, çəkinə-çəkinə 

yaxı nlaşdı , Apedə sarı  əyilib yavaşcadan dedi: 

-Qarakəlləoğlu papağa qoyun teləyir, səni 

ç

ağı rı r. 



-Harda? - Aped bir anlı ğa elə bildi təkdi, tələsik 

yı ğnaqdan qı rağa çı xdı . 

-Nə deyir bu musurman? - Varjaped, doğrudan da 

bir şey anlamamı şdı . 

-Varjaped, türklər bazarı n qı rağı nda “telək 

oyunu” keçirirlər, dəvət eləyirlər bizi... 

-Nə oyunu? 

-Çoban oyunudu, nədisə... 

Hamı sı  qalxı b dəstəylə “telək oyunu”na 

baxmağa getdilər... 

 

Telək oyunu,  yaxud, papağı n quzu olması ... 



 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Ağ, uzun gərdənli, qaragözlü, qumral qoyundu, 



mələyə-mələyə bazarı  dolaşı r, buynuzuna əl boyda 

ağ yaylı q bağlanı b. 

-Es inça, ay mart, es um oçxarne

30



Ermənilər ondan-bundan soruşa-soruşa bir-

birilərinə qarı şmı şdı lar. Azərbaycanlı lar dinməz-

söyləməz öz işlərindəydi, dinib danı şan yoxdu. Yaşlı  

qadı nlardan biri  bası nı  qaldı rı b: 

-Telək qoyunudu, - dedi, buynuzundakı  ağ 

parçanı  göstərdi. 

Yenə heç kəs heç nə anlamadı . Ermənilər heç, 

türklərin də çoxu bilmədi arvad nə deyir, “ telək 

qoyunu”  nə deməkdi. 

-Bunu niyə mal bazarı na aparmı r bu kişi? 

Bazarı n tör-töküntülərindən o qədər də 

seçilməyən bazar itləri qoyunu yiyəsiz görüb hürməyə 

başlamı şdı lar...Qoyun artı q heç nə seçmirdi, hər şey 

gözlərinə eyni cür görünürdü ...Bazarda ancaq 

qaraltı lar var, hər şey bir-birinə qarı şı b, hürənlə 

hürməyən, gülənlə gülməyən, oturanla duran, malağan 

rusuyla kürd, erməniylə türk, bazar müdürüylə, bazarı  

indi də deyinə-deyinə süpürməkdə olan süpürgəçi 

hamı sı  bir şeydi, daş- divar kimi bomboz, qoyun da 

                                                           

30

 Bu nədi, a kişi? Kimin qoynudu bu? (ermənicə) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

ö

zünü bu daş-divara vururdu. “Daş-divar” da arada 



qoyuna təpik atı rdı , söyürdü, daşa bası rdı , sonra 

niyəsə qaraltı lar onun buynuzundan yapı şdı , güllü- 

ç

içəkli don geyinmiş, amma ətri olmayan bir arvad 



qan kimi qı p-qı rmı zı  narı  başı nı n üstünə qaldı rı b 

Qarakəlləoğluna baxdı ... Apedgil də elə indi gəlib 

ç

atdı lar. Bazarkom Civan bayaq qoyuna izin versə də, 



bazara girən sayseçmə erməniləri görüb özündən 

çı xdı : 

-Çoban köpəyuşağı , yı ğı şdı rı n qoynu-zadı  

burdan! 


 Aped də, varjaped də əllərini qaldı rdı lar, 

bazarkom Civan qaça-qaça gəldi, hamı sı  bir yerdə 

Qarakəlləoğluna doğru getdilər. Qarakəlləoğlu onları  

görüb ayağa durmuşdu, görüşdülər. 

Qarkəlləoğlu başı na buxara papaq qoymuşdu, 

qucağı nda da qoyun dərisindən bir papaq vardı , ağ 

saçaqlı  çoban papağı dı .Varjapedi tanı ya bilmədi, 

birinci kərəydi görürdü, dönüb Apedə baxdı . Aped 

irəli yeriyib əlini onun qucağı ndakı  saçaqlı  papağa 

toxundurdu: 

-Müəllimimdi,-dedi, varjapedə sarı  dönüb 

yüngülcə baş əydi, sözünü ermənicə tamamladı . - 

Hinger varjaped Ulubabyan! 

Qarakəlləoğlu da baş əydi: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Ustadı  mən də salamlayı ram, qonağı m 



olarsı nı z, hörmətli ustad, hörmətiniz artı q olsun. 

Bazarkom Civan bazarı n bir səmtində yer 

düzəltdi, əyləşdilər... o başda qoyunu tutub hələ də 

gözləyirdilər, arvad əlini narqarı şı q Qarakəlləoğluna 

tərəf silkələyib: 

-Neynim?- dedi. 

-Gözlə. 

-Nədi yapdı ğı n, nə yapı yorsun? - Varjaped 

Ulubabyan niyəsə osmanlı  ləhcəsində soruşdu. 

-Öz dinin üstündə allah sənnən razı  olsun, ustad, 

deyin eləmişəm, uşaq əsgərlikdən gəlsin, çöl 

papağı mı  qoyuna quzu eləyəcəm, qoy papağı m quzu 

olsun... 

Varjaped birdən-birə kədərləndi, üzü-gözü elə bil 

dala dartı ndı , handan-hana başı nı  qaldı rı b 

gülümsədi...Bütün bunlar onun iliyinə işləyirdi, ona 

görə də canı nı n lap dərinliyində titrətmə içindəydi. 

İ stədi desin ki, böyük türkoloq alim Acaryan işləyib 

bunu, amma çobanı n dediyini ayrı  şey hesab eləyib 

dinmədi. 

-Papağı  diriltmək istəyirsən çoban? Deyirsən ki, 

papağı m quzu olacaq? 

-O qoyunun quzusu dünən doğuldu da  öldü

dünənnən balası nı  axtarı r, indi gərək elə eləyək ki, - 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qucağı ndakı  saçaqlı  papağı  irəli uzatdı , -qoyun elə 



bilsin doğduğu budu...papaq! 

-Allatmaq istəyirsən heyvanı ... 

-Yox, hörmətli erməni, qoyunu inandı rmalı yı q, 

elə bilsin ki, hələ doğmayı b, indi doğacaq. Doğanda 

çəkdiyi ağrı nı  yaratmalı yı q. 

Qaragözlü qumral qoyun sakitləşmişdi, başı nı  

buynuzundan yapı şmı ş adamları n ayaqları  arası na 

salmı şdı . 

-Təzdən başlayaq, -dedi Qarakəlləoğlu, üzünü 

divarı n dibində sı rayla oturmuş ermənilərə tutdu. - 

Qorxusunu uddu heyvan... Təzədən başlamaq 

lazı mdı . 

Belə deyib də ayağa durdu, bu başdan o başa 

əlini yellədi. Bayaqdan əlində nar tutmuş yekəpər 

arvad işarəni görən kimi ətəyini qoyunun başı na 

keçirdib qoyunla bir yerdə fı rlandı , sonra çəkilib 

əlindəki gülöyşə narı  qoyunun başı na çı rpdı . 

-Məni görməsin, - dedi Qarakəlləoğlu, - yiyəsini 

görsə, heç nədən qorxmaz... - Döngəni burulub 

görünməz oldu. 

Qarakəlləoğlunun iyi qoyunun burnunun 

ucundaydı , özü yoxdu amma, ona görə daşa divara 

çı rpı lı r. Yamacı ndan təzəcə endiyi yaylaqlar 

yaddaşı ndan silinməkdədi...Gözünün önü boşalı r, bir 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

azdan hər yanı  qı p-qı rmı zı  rəng içində görəcək. Hə-



ləlik Qarakəlləoğlunun havası  başı nı n üstündədi, 

onu arayı r. Bazarı n girəcəyində gözləyən oğlanlar, 

qoyunu bir neçə kərə yerində fı rlayı b təzədən 

buraxdı lar, qoyun özünü yenə ora- bura vurdu, 

birdən-birə elə bil hamı  cildini dəyişdi... Görünüşdə, 

danı şı qda, xasiyyətdə hətta dində- məsshəbdə belə 

ç

oxdan bir-birlərinə bənzəyən bazar əhli nə baş 



verdiyini bilmədən hücuma keçdilər. Qoyunun 

yaddaşı nda yaylaq qalmamı şdı  artı q, hardasa quzu 

mələyirdi, bir də Qarakəlləoğlunun sifəti, üzü-gözü 

dolaşı rdı  havada. Hanı  bəs, bunnar? Özünü bazarı n 

daşı na-divarı na vursa da, daşda-divarda quzu səsi 

yoxdu, gülənlər də əyri gülür, bazarı n 

yeməkxanası ndan qab- qacaq çı xardı blar, qazan dibi 

döyürlər, qaraltı ları n hamı sı nı n üzü-gözü əyilib... 

Cavan oğlanlardı , hərəsi bir yanı ndan tutub 

fı rlayı rlar. 

-fı rla, döndər, qoy başı  hərlənsin! -Kimsə 

qarı şı qlı ğı n içindən dilləndi. 

Doğrudan da, kinoya baxı rlarmı ş kimi  tamaşa 

eləyən ermənilər təəccüb içində quruyub qalı blar. Heç 

kəs heç nə anlamı r, dönüb varjapedə baxdı lar. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Mən bunlarda belə şeyləri çox görmüşəm, - 



Aped başı nı  varjapedə sarı  uzatdı , - amma papaq, 

birinci kərədi. 

Bayaqdan təmkinini pozmayan varjaped 

şlyapası nı  çı xardı b elə tutmuşdu ki, deyirdin indi 

qoyuna atacaq. Aped istəyirdi varjaped bu haqda nəsə 

desin, amma hamı  bu qarı şı qlı ğı n içindəydi, erməni 

erməniliyindən qalmı şdı , cı ğallı q yox idi, qəsdən 

qarğaşalı q yaratmaq, hay-küy salmaq istəyənlərə 

meydan açı lmı şdı ... Bayaq türk uşaqları nı  

müəllimqarı şı q daşa basmı ş gənc ermənilər də 

gəlmişdilər, amma indi bilmirdilər daşı  kimə atmaq 

lazı mdı , çaşı b qalmı şdı lar, ermənilik eləyə bilmir-

dilər, əlləri, daşqarı şı q, göydə oynayı rdı : 

-Rədd olsun türklər! Türklərə ölüm! 

Bazarkom Civan onlara tərəf qaçdı : 

-İ nçek anum, şan dğerk, hima jamanaqiçe

31

... 


-Es inçe, keri Civan, inçe badahel?

32

- Gənc 



ermənilər bir şey anlamadı qları ndan özlərinə yer tapa 

bilmirdilər. Bazarda malağan, erməni, türk, kürd 

qarı şı q, hamı  ayaq üstəydi, çoxu daxı la dı rmaşı b. 

Qartofsatan kartofundan, almasatan alması ndan atı r 

qoyuna... Qarakəlləoğlu hələ də yoxdu, bazarı n 

                                                           

31

 Neynirsiz, it uşağı , yeri deyil, Bura o yer deyil. (ermənicə) 



32

 Bəs nədi bu, Civan dayı , nolyb burda? (ermənicə) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

görünməyən tinindən göz qoyur. Qoyun son səsini 



mələyir, Qarakəlləğluna da elə bu an lazı mdı ,  

qoyuna doğru yüyürdü: 

-İ rreeeh...!-Saçaqlı  papaq əlində diz çöküb 

gözləyir, bazarı n arxa qapı sı dı , bütün səslərdən 

seçilən bu doğma səsi qoyun özü tapacaq. 

 Qarakəlləoğlunun heyvanlarla danı şdı ğı  dil 

qələmə gəlmir, bu dilin əlifbası  onun canı ndadı . İ ndi 

bazarı n çı xacağı ndan kökü canı nda səslənən həmin 

dillə qoyunu səsləyir. Bu səslə elə bil qoyunun içini 

çəkirlər. Qarakəlləoğlunun yanı nda beş-altı  nar var, 

bir qab duzlu sudu, bir az aralı da kababçı  köz yel-

ləyir...Ermənilər baş-başa verib varjapedi dinləyirlər. 

 Varjaped böyük türkoloq alim Acaryandan 

danı şı r... Qarakəlləoğlu saçaqlı  papağa duzlu su 

vura-vura füşkürəklə bütün türk dünyası nda anlaşı lan 

“qoyun sazı ” çalı r: 

-İ rreeeh...! 

-Haskacak, asuma mod ari,

33

 - Varjaped həyəcan 



içində erməniləri başa salı rdı . 

Qoyun Qarakəlləoğlunu bazar əhlinin ayaqları  

arası ndan gördü, bir anlı ğa duruxdu, bu bir an, onun 

südünün kəsildiyi an idi, səsinin batmağı yla 

                                                           

33

 Anladı nı z? Deyir, gəl, yaxı n gəl! (ermənicə) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin