I hekayət...
Quş dili bilən Ovçu Əhməd...
Belə deyirlər ki, Ovçu Əhməd bütün canlıların,- hey-
vanların, otun çiçəyin, dilini bilirdi. Gülün çiçəyin yenicə
açılan çağı Ovçu Əhməd yamaca çıxdı, amma ayağını qoy-
mağa yer tapmadı. Ayağını hara qoydu gülün- çiçəyin
səsini eşitdi:
-Əzmə məni. əzmə məni...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
O yana baxdı, bu yana baxdı, dırnaq boyda boş yer
gördü. Aygülü ayağının ucundaydı, əyilib Aygülündən
soruşdu:
-O kimin yeridi, niyə boşdu?!
Amma Aygülü gecələr açıldığı üçün gündüzlər ağır
eşidirdi, dinmədi, yaşılca-dəmgilli gözləri vardı altdan
yuxarı Ovçu Əhmədə baxdı. Onun yerinə Sərçə gülü
dilləndi:
-Ora Qızlargülünün yeridi, gec gəlir, tez də gedir.
Bəlkə də elə indi gəldi, ayağını qoyma ora...
Sərçəgülü çox danışan idi, ona görə də adına sərçə
gülü deyirdiər. Ovçu Əhməd güldü, yanında daş vardı,
daşın üstünə çıxdı...Dədələr də ona görə deyib: “Gülün,
çiçəyin Ovçu Əhmədi daşa dırmaşdırdığı vaxtdı...”
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
II hekayət...
Bir padşah vardı, onun da bir arvadı. Bir gün arvad
padşaha dedi:
-Mənə elə bir imarət tikdir ki, mən evdən baxanda
bayırı görüm, bayırdan məni görən olmasın...
Padşah ha fikirləşir, bir şey tapa bilmir.
-Vəzir, vəkil gəlsin!
Gəlirlər, amma onlar da bir çarə tapa bilmirlər.
Padşah özündən çıxır:
-Yeddi gün möhlət verirəm, -deyir, - çarəsini
tapmasanız ikinizi də darağacınnan asdıracam...!
Vəzirlə Vəkil əl-ayağa düşürlər: “neyləyək, nece
eləyək?”
Vəkil çoxbilmiş idi, əyilib Vəzirin qulağına dedi:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Bu ölkədə ən ağır çəkiyə gələn bilikdi, bilik də ağır
olduğundan yuxarıda yaşaya bilmir, aşağıda axtaraq.
Aşağıdan yuxarı ölkənin bütün bilicilərini yığdılar,
amma bildim deyən olmadı. Darağacına bir gün qalmışdı,
bir gündən sonra Vəzir, Vəkil qarışıq bütün bilicilər
darağacından asılacaqdı... Axır-axırda eşitdilər ki, quş dili
bilən Ovçu Əhməd sağdı.
Gedirlər, Ovçü Əhmədi tapırlar. Ovçu Əhməd də
məsələdən halı olub bütün quşları çağırır yanına:
-Hə,-deyir,-bilirsiz sizi niyə çağırmışam. Deyin, görək
neynəmək olar?
Söz verirlər durnaya. Durna qalxır, boğazını uzada-
uzada bir təzə mahnı oxuyub qayıdır yerinə. Deyirlər, indi
tovuz quşu gəlsin.
Tovuz quşu gəlir; paah, yüz naz-qəmzəylə, “alışdım-
yandım”, ora baxır-bura baxır, heç nə deyə bilmir, özünü
göstərib qayıdır yerinə.
Qarğa söz alır, bir sağa-qırr eləyir, bir sola, boğazını
arıtlayır ki, təzədən başlasın. Ovçu Əhməd deyir:
-Hə yaxşı, aydındı, keç otur...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Sərçəyə söz verirlər. Sərçə çixır meydana, gözünü
yumub ağzını açır, ürəyini boşaldır, heç kim də heç nə
anlamır. Ovçu Əhməd soruşur ki, bəs bayquş hanı?
Deyirlər, bayquş endir eləyib gəlmədi. Ovçu Əhməd
deyir, - gedin ona çatdırın ki, ömrü boyu gündəlik
yeməyini alacaq, gəlsin.
Yüz minnətlə bayquşu gətirib gəlirlər. Ovçu Əhməd
soruşur ki, hə, neyniyə billik, nə deyə bilərsən? Bayquş
atdanıb yerini dəyişir. Ovçu Əhməd soruşur:
-Niyə belə elədin, sən ki, ağır oturub, batman
gəlirsən?
Bayquş deyir:
-Yurd yurddan sayalı gərək...
Ovçu Əhməd deyir:
-Yaxşı neyniyək, Padşah ölkədəki bilicilərin boynun
vurduracaq?!
Bayquş gözlərini yumub xeyli fikrə gedir... Belə
deyirlər ki, bayquş çox yatağandı, tez-tez yatıb oyanır,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
gözlərini açanda da dünyanı dəyişmiş görür, indi də
oyanır, xeyli dörd yanına nəzər salır:
-Onda gərək quşlar qırıla, -deyir.
Ovçu Əhməd soruşur:
-Nece bilirsən, bilicilərmi qalsın, quşlarmı?
Bayquş deyir:
-Bilicilər azdı, bilicilər qalsın...
Quş sümüyündən bir ev tikdirib padşahın arvadını da
oturdurlar içində. Arvad evin içindən bayırı görür,
bayırdan evin içi görünmür.
Bayquşa da o vaxtdan gündə üç sərçə verirlər. Elə
indi də deyirlər, bayquş gündə üç sərçə yeyir. Yeyib çəkilir
bir qırağa, başlayır dünyanın fikrini eləməyə...
Belə bir deyim var: “Bayquş hər yatıb- duranda
dünyanı dəyişmiş görər.
III hekayət
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ovçu Əhməd gördü səs gəlir, ayaq saxlayıb göy
üzünə baxdı. Heç nə yox idi, quş da uçmurdu. Yan-
yörəsinə boylandı, səs lap yaxından gəldi.
-Ovçu Əhməd!
-Ovçu Əhməd!...
Ovçu Əhməd elə bildi kəndin qızlarıdı.
-Ay uşaq, kimsən?
Yenə dörd yanına boylandı. Uzaqlarda yaşıl təpəliklər
görünürdü...
-Ooy, kipriklərimi yoldular!...
Balaca qız uşağının səsiydi. Ovçu Əhməd güllərin
çiçəklərin arasında quruyub qalmışdı. Öz qızları yadına
düşdü, fikirləşdi ki, yəqin oyun qurublar.
-Oy, əzildim!
-Ooy sürməm sıyrıldı...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ovçu Əhməd qanrılıb kəndə sarı baxdı; “gülül”,
“südüyən”, “yemşan” komalıqlarının dibləri qaranlıq,
görünməz idi. Elə qarasına qızlarının səslədi:
-Ay qız, Yasəmən, Nərgiz, qayıdın evə, döyərəm sizi!
Gülüş səsləri çölü-çəməni bürüdü, Əhməd qonum-
qonşunun qızlarını da səslədi:
-Ay qız Çiçək, Bənövşə, Süsən, Lilpar, ay şeytanlar,
çıxın görüm hardasız? Ax Lalə, babana deyəcəm, çıx
kolluqdan, utanma.
Allı-yaşıllı çəmənlik boyu yenə gülüş səsləri yayıldı,
sonra bayraq küləyi kimi bir əsim yel əsdi, güllər-çiçəklər
dalğalanıb yelləndilər...
-Ooy, biz-biz idik, Ovçu Əhməd,
Bir çəmənlik qız idik.
Bizi əzdilər, Ovçu Əhməd,
Çəmənliyə düzdülər...
Səs Ovçu Əhmədin ayaqlarının ucundan gəlirdi.Ovçu
Əhməd yavaş-yavaş otluğa, çiçəkliyə çökdü; quş
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
civiltisinə oxşar yüzlərlə səs bir-birinə qarışa-qarışa aləmi
bürümüşdü. Əzilib qırmızısı qan kimi ləçəyinə dağılmış
çiyələk Ovçu Əhmədlə üz-üzəydi:
-Ayağını qaldır, Ovçu Əhməd, Laləni əzdin...
Ovçu Əhməd gözlərini çiyələyin qanamış yanaqlarına
dikdi, çiyələyin xallı, dəmgilli baxışları Ovçu Əhmədə
zillənmişdi, səs çiyələkdən gəlirdi.
-Məni də sən əzdin, Ovçu Əhməd, hələ çox yaşaya-
caqdım, sənin qızın payızağzı dərib meyvəmi yeyəcəkdi.
Ovçu Əhməd ayaqlarının ucuna qalxdı, ayağını
qaldırdığı yerdən də Lalənin səsi gəldi:
-Ovçu Əhməd yaxın dur, cənə söykənim, yıxılacam
indi.
Ovçu Əhməd ayaqları altına baxdı, təzəcə buta
bağlamaqda olan Lalə başını torpağa qoymuşdu. Ləçəkləri
balaca quş qanadları təki cırpınırdı.
-Anam bu yamacdandı, Ovçu Əhməd, atam o
yamacdan. Bununla min dönəmdi gəlirəm...
Ovçu Əhməd Laləni dikəltdi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Çox sağ ol, Ovçu Əhməd, kökümü də bərkit,-dedi
Lalə.-Min birinci kərə də gələcəm.
Ovçu Əhməd Lalənin dibini bərkitdi.
Bayaq nəfəsini içinə çəkmiş kimi görünən çəmənlik
təzədən səs-səsə verib oxumağa başladı...
-Oy, ooy, Ovçu Əhməd, bu gün sevgi günüdü ...
Bir çırpım külək əsdi, bu sevgi küləyiydi, o yamacdan
bu yamaca sevgi qoxusu gəldi, Nərgiz bu yamacdan o
yamaca duyduğu sevgi qoxusuna açıldı, dəmgillərinə,
xallarınacan sığallanıb nazlandı:
-Ooy, Ovçu Əhməd, nə yaxşı ki, gəldim yer üzünə,-
dedi.
Ovçu Əhmədin başı üstündə quşlar sevinə-sevinə
qanad döyürdü, sular çöllərin sazını çalıb, sözünü oxuya-
oxuya keçib gedirdi. Hər şey bir-birinə bağlı, bir-birindən
asılı olduğundan varlıq qurulu bir tamaşa kimi göz
qabağındaydı...
Kəndin camaatınınsa bundan xəbəri yox idi; öküzləri,
kəlləri qoşub yer əkirdilər. Kotanlar yeridikcə ordan bura
nəyinsə yavaş-yavaş səs eləyə-eləyə cırıldığı hiss
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
olunurdu. Ovçu Əhməd bilmirdi bu çağacan hardaymış,
otların, çiçəklərin, quşların, heyvanların dilini bilənəcən
nə ömrü yaşayırmış. Yer-göy başdan ayağa duyğuymuş,
indi bilmirdi ayağını hara qoysun. Gəlib bir daşın üstünə
çıxdı. Birdən-birə qavrayıb alışa bilmədiyi duyğuların
çoxluğundan özündən gedib daşın üstə uzandı...Aradan
nə qədər keçmişdi bilmirdi, gözlərini səsə açdı.
-Bacılı, bacılı, tanıyırsanmı bu adamı?
-Tanıyıraım, Adam atanın oğludu.
-Hə, toruna ceyran düşdü, açdı buraxdı. Çaya daş
atmadı ki, balığa dəyər, göyə daş atmadı ki, quşa dəyər.
Oxu oxdanında, yayı çiynində, kəməndi qolunda, xəncəri
qınında...Ona görə də bütün canlıların dilini bilir indi...
Amma Vaxt gələcəyə yalançı çiçəklər hazırlayırdı,
Vaxt yalançı quşlar yaradacaqdı...Yalanınsa dili yox idi.
Ona görə də gələcəkdə heç nəyin dilini anlamaq
olmayacaqdı...
Ovçu Əhməd dikəlib daşın üstündə oturdu, başını
qaldırdı ki, iki ağ göyərçin nar koluna qonub danışırlar.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Baclı,bacılı, o bizim qardaşımızdı, yatmışdı, oyatdıq.
Saya sal, gedək.
Hərəsi qanadından bir ağ lələk saldı, lələklər uça-uça
gəlib Ovçu Əhmədin üstünə düşdü...Gələcəyə yaxşı ki,
hələ çox vardı...
Güllər-çiçəklər, süsənlər-sümbüllər yenə səs-səsə
verib oxyurdular...
Ooy, oy Ovçu Əhməd,
Çiçəklərin qardaşı.
Bıçağı qan görmədi,
Xəncəri gün görmədi.
Tor atdı balıqlara,
Toruna özü düşdü.
Çıxdı, kəklik ovuna,
əlinə qan izi düşdü.
Ooy, Ovçu Əhməd
Çiçəklərin qardaşı....
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
IV hekayət...
Səhər tezdəndi, sərçələr dil-dil ötür, dünən
dediklərini bu gün də çeynəyib tökür, balaca bağçada ağız
deyəni qulaq eşitmirdi. Ovçu Əhməd də yuxudan təzəcə
oyanmışdı, daha çox şüşə qırıntılaına bənzəyən quş
səslərindən bir şey anlamağa çalışırdı. Hələlik heç nə
anlaşılmırdı, dayanıb səslərin durulmağını gözləyirdi.
Qaraboyun, daha çox torağaya oxşayan ata sərçə, uçub
onunla üz-üzə budağa qondu:
-Salamlaşırıq bayaqdan... Üstümüzdən gecə keçib,
balaca iş deyil, bu. Sənin də sabahın xeyir, Adam! Hara
gedirsən yenə?
-Arvad axşamnan atası evinə getmək istəyir,-dedi,
Ovçu Əhməd.
Həyətin o başında göylüyə hörüklənmiş atlar
başlarını döndərib oxrandılar; bu atların soruşmağıydı:
“Gedirik yenə?”
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Alapaça daylaq həyətin bu başından o başına
anasının yanına qaçdı:
-Gedirik! Gedi-irik!
Ala it komasından çıxıb silkələndi, uzun ala tüklərini
çırpıb həyətə göz gəzdirdi... Bir azdan hər şey onun
umuduna qalacaqdı. Qorxusuzluqdan, işsizlikdən korşalıb
ağırlaşmış səsiylə astadan hürdü, bu onun:
-Bur-rr-dayam... -deməyi idi.
Arvad getdikləri üçün qazları qaz damından
çıxartmadı, üstəlik qapısının ağzına bir ağac yenə keçirdi.
Qapının o üzündən :
-Batdıq, -dedi, erkək Qaz. -Acından qırılacağıq.
-Səni görüm, məni kimi tükün əllərdə qalsın... -Anaş
Qaz dimdiyini doldurub yenə nəsə demək istəyirdi
arvada. Erkək Qaz:
-İşin yoxdu, -dedi. -Əri bizim dili bilir, eşidər ayıbdı...
Qarğış eləmə, yenə hər nədi, yiyəmizdi. Mən yiyəsiz
qalmağı görmüşəm, bunnan da pisdi.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ovçu Əhməd qaz damının qapısına sarı gəldi, istədi
qapını açsın, dönüb arvada baxdı:
-Yazıqdılar, qırma bunları acından, burax çölə.
Arvad hikkə içində əllərini belinə qoydu:
-Sən indi birdən-birə mal qədri bilən oldun? Mən
özüm nə yeyirəm ki, onlara da nə verəm...
Ana Qaz hirsindən qapının taxtasını dimdiklədi, o
birilər də yaxınlaşdılar, analı-balalı qapını çeynəməyə
başladılar. Deyinə-deyinə, söylənə-söylənə dimdiklərini
taxtaya döydülər. Tıqqıltı həyəti başına götürmüşdü...
Arvad yır-yığış eləyirdi, daha doğrusu, atası evinə
aparmaq üçün bir şey tapmadığına görə əlinə keçəni ora-
bura tullayırdı. Boynu ponpullu anaş toyuq da arvadın
yan-yörəsində küllənirdi, dimdiyinin ucunda qığıldadı:
-Yumurtam var, məni belə qoyub hara gedirsən? -
dedi.
Arvad əlindəkini əl ayağına dolaşan toyuğa tərəf
atıb:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Kiş, kiş, xeyirsiz, mən kimnən yarımışam ki... -Ərinə
söz atırdı.
Bunu toyuq da başa düşdü, gözlərini süzdürə-
süzdürə Ovçu Əhmədə baxdı:
-Ər deyil ki, elə bil dən torbasıdı, - dedi, aralandı.-
Arvadağız...
Toyuğun sözü doğrudan da Ovçu Əhmədə toxundu,
dümələnə-dümələnə Xoruza sarı gedən toyuğun ardınca
baxdı. Xoruz boğazını arıdıb qanad çırpa-çırpa xoruzlandı:
-Gündüz dalaşdıqlarını baxma, -dedi, -gecə bir-birinin
qucağınnan çıxmır.
Toyuq gözlərini o yandan belə dolandırıb yenə
süzdürdü, bir anlığa bozumtul pərdə gözlərini örtdü,
sonra da qanadlarını qaldırıb özünü yellədi...
Arvad elə bil toyuğu indi gördü, toyuq burcuda-
burcuda özünə yer eşirdi.
-Bu yoluq bostanı eşəcək, -dedi, arvad, toyuğu ərinə
göstərdi. -Sən atları yəhərlə mən bunun ayağının
patavasını- papucunu geyindirim.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Toyuq qorxusunda az qaldı uçub getsin, özünü ora-
bura vurdu. Arvad qayım parçadan tikdiyi şapşapları
gətirib bərkdən:
-Yass,yass,-dedi.
Toyuq qanadlarını gərib hardaydısa orda çöküb
arvadı gözlədi. Arvad papucları toyuğun ayaqlarına
geydirib, ora-burasını əlləşdirdi.
-Ymurtası var ki, bunun...-Elə ehtiyatla yerə qoydu ki,
elə bil doğrudan da əlindəki yumurtaydı.
Ovçu Əhməd də dedi:
-Yazıq bayaqdan ayaqlarına dolaşa-dolaşa onu
deyirdi...
Toyuq hinə sarı getdi ki, yumurtlasın, amma onu da
bilirdi ki, hələ tezdi. Boğazını uzadıb hinə baxdı;
yumurtaya bənzər bir şey vardı hində. Gözlərinin
qabağında ağlı-qaralı xeyli cücə canlandı. Yumurta
üstündə həmişə gözlərinə belə şeylər görünərdi. Elə bu
cür də, yəni, gözləriniun önündə ağlı-qaralı cücələr hinə
yatdı.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Evdə adam olmadığından ala itin itliyi tutmuşdu.
Qulaqlarını şəkləyib hər səsə hürürdü. Qazlar arakəsmədə
qığıldaşır, ana baladan, bala atadan soruşurdu:
-Nolub?
İtin səsində qorxu yox idi, eləcə, burdyam, deyirdi...
Yumurta anaş toyuğun içiylə Ay goy üzüylə süzdüyü
kimi süzə-süzə yol gəlirdi. Bunun azacıq acısı olsa da
toyuğa ləzzət eləyirdi.
Kənddə səssizlik idi. Bir quşlardı, itin səsinə, qazların
qığıltısına bağlı yumurtadan çıxandan nə deyirdilərsə indi
də onu deyirdilər. İt seyrək-seyrək hürürdü. Elə bu səsə
görə də Ovçu Əhmədin həyəti “ala itdən manşır” idi.
Obanın o başından ala itin səsini tanıyırdılar.
Amma qazların da Ala itin də, Anaş toyuğun da, hələ
evin künc-bucağında yuva qurmuş həyət quşlarının da
gözü yoldaydı ki, Ovçu Əhmədin arvadı Sarı Sarıca nə vaxt
gələcək, əlindən-ovcundan düşəni dənləyib yeyəcəklər.
Yaddaşlarının qurtaracağında bir balaları, bir
yuvaları, bir də Sarı Sarıcadan özgə heç nə yox idi.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Anaş toyuq yumurtlayan kimi yüp-yüngül oldu.
Atdanıb tara çıxdı:
-Bir yumurta-aaa yumurtlamışam!...
Həyətdə heç kəs yox idi. Toyuğun səsini qonum-
qonşu eşidirdi. Ovçu Əhmədlə arvadı onda atların belində
yol gedirdilər...
V hekayət...
Ovçu Əhməd arvadı Sarı Sarıcayla qonşu kəndə
gedirdilər. Hərəsi bir ata minmişdilər. Arvadın atı
daylaqlıydı. Yanaşı addımlayırdılar. Yamacda adamlar
göründü, ocaq qalamışdılar...
-Yandıı-ım!...
Güllərin-çiçəklərin səsi gəlirdi. Ocağın istisindən,
tüstüsündən kollar-komalıqlar içini vururdu. Nar ağacı
öskürüb üstündən narlarını saldı, çəkilib dərisinə-qabığına
sığındı, yəqin ki, bu onun ağlamağı idi. Yaxınlıqda ox atıldı,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
oxdan lap tüfəng səsi gəldi. Yal-yamac bərkdən içini
çəkməyə başladı...
Ovçu Əhmədin üz-gözü qırış-qırış olmuşdu.
-Niyə ağlayırsan, ağlarqalmış, nolub? Qan-yaş
tökərmi kişi də? Ayrı arvad istəyirsən, açığını de?! - Sarı
Sarıcaydı.
Ovçu Əhməd başını qaldırıb:
-Kimdi ağlayan? -dedi.
-Bə nəyin fikrini eləyirsən? Mən fikir eləməliyəm ki,
sənin kimi ərim var. Nə əynim geydi, nə qarnım doydu...
Ətrafdakı ağaclardan, otlardan, çiçəklərdən gülüş
səsləri gəldi. Ovçu Əhmədin kefi duruldu, yan-yörəsinə
baxıb gülümsədi. Onun belə gülümsəməyi arvadı lap
özündən çıxartdı, atın üstündən əllərini ərinə sarı uzatdı:
-Kül dəli başına, bu da mənə ər olub, dilbilməz!
Elə bu vaxt daylaq kişnədi:
-Ana-aa, yorulmuşam.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
At Sarı Sarıcanın altında boynunu döndərib oxrandı:
(“oxranmaq” sözünü yadınızda saxlayın, sevin, həmişə
lazım olacaq, hər heyvanın özünün istəyini bildirmək
ifadəsi var; it cənsiyər, yalmanar, şırvanar, bu hürmək
deyil, nəsə istəməkdir, eləcə də qoyun imrənər, at da
oxranar):
-Özün gəl, -dedi, - neynim yorulmusan. Gör nə qədər
yüküm var, biri belimdə, biri belimdəkinin qarnında, biri
də öz qarnımda, səni harama götürüm?!
Ovçu Əhməd daha özünü saxlaya bilmədi, bərkdən
güldü.
Sarı Sarıca acığından özünü didişdirdi, sonra atdan
düşüb yalı yolu,yəni tərsinə getdi.
-Sənnən bir addım da atmaram daha,-dedi.-Sənin
fikrin məni dəli eləməkdi.
-Qayıt yaxşı, bir də gülmərəm.
Kəhər at Ovçu Əhmədn altında oxranıb ana ata, yəni
madyana baxdı:
-Bunların gününə bax.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |