Sürət və sürətləndirmə cədvəlinin qurulması
-
sürət əyriliyini qurmaq üçün
koordinatların düzbucaqlı sistemi çəkilir. Üfüqi ox üzrə kadrların nömrələri olan vaxt
göstəriciləri Ģaquli ox üzrə sərbəst miqyasda olan sürətin ölçüsü üfüqi oxun
aĢağısından, müsbət ölçülər isə üfüqi oxun yuxarısından qoyulur.
Vektor sistemləri-
nöqtənin orta sürətini vektorlarla ölçü üzərində qurmaq olar.
Müəyyən edilmiĢ sərbəst miqyasda vektorun ölçüsü hesablanmıĢ sürətin ölçüsünə
müvafiq vektorun istiqaməti isə hərəkətin toxunan trayektoriyası istiqamətinə
müvafiq olur.
Ağırlıq mərkəzinin təyin edilməsi -
həm biləvasitə cihazların köməyilə, həm də
hesablamalar vasitəsilə aparılır. Borelli, Veber qardaĢları, Meyer, Ġvanitski öz
tədqiqatları ilə bədənin müxtəlif vəziyyətlərində bədənin ümumi ağırlıq mərkəzini
təyin etmiĢlər. Əsas duruĢ vəziyyətində BUAM 2-ci oma fəqərəsinin səviyyəsində
yerləĢir. Qadınlarda kiĢilərə nisbətən bu səviyyədən bir qədər aĢağı olur.
Ġnsan hərəkətdə olarsa, ağırlıq mərkəzi yerini dəyiĢir. Belə hallarda yəni hərəkət
zamanı BUAM-ın təyini hesablama ilə aparılır.
Dostları ilə paylaş: