www.vivo-book.com
159
Biz maĢını çimərliyə sürdük. Çünki onun balaca evi
düz sahilin yaxınlığında yerləĢirdi.
– Ah, – Anjela dilləndi, – nə gözəl evdir.
– Üstəlik, o çox varlıdır, – Lidiya dedi.
– Və çox gözəl Ģeirlər yazır, –mən əlavə etdim.
Biz maĢından düĢdük. Marvin isə öz evində, balıqlar
üçün içi duzlu su ilə dolu çənlər və çəkdiyi rəsm əsərlərinin
arasında oturmuĢdu. Onun çəkdiyi rəsmlər, həqiqətən də çox
gözəl idi. Varlı bir ailənin övladı üçün o öz gücü ilə özünü
pis dolandırmırdı, yəni adam olub ortaya çıxa bilmiĢdi. Mən
yanımdakıların hamısını ona təqdim elədim. Anjela ətrafda
gəziĢərək Marvinin çəkdiyi Ģəkillərə tamaĢa elədi.
– Ah, çox gözəl əsərlərdir, – Anjela da rəsm çəkirdi,
amma onun rəsmləri elə də qəĢəng alınmırdı.
Özümlə bir neçə ĢüĢə pivə gətirmiĢdim. Gödəkcəmin
cibində isə ara-sıra balaca udumlarla içdiyim bir ĢüĢə viskini
gizlətmiĢdim. Marvin də bir neçə ĢüĢə pivə çıxarıb ortalığa
qoydu və Anjela ilə Marvin arasında yüngülcə flirt
hərəkətləri sezilməyə baĢlandı. Marvinin bu qadına meyli
olduğu açıq-aĢkar görünsə də, Anjelanın isə, deyəsən, ona əl
|