www.vivo-book.com
156
Mən əlimdəki qədəhi masanın üstünə qoydum və ona
baxdım. Çənəsinin altından tutub onu özümə tərəf çəkdim.
Onu çox incə bir tərzdə öpdüm.
Nikol isə söhbətinə davam edirdi. O mənə bir neçə çox
maraqlı rəvayət də danıĢdı. Hətta bu rəvayətlərin birindən ya
hekayə, ya da Ģeir kimi istifadə edə biləcəyimi də
düĢündüm. O irəli əyilərək bizim üçün Ģərab süzəndə, mən
onun döĢlərinə baxırdım. Lap kinofilmdəki kimi, deyə
düĢündüm, lap hansısa sikilmiĢ kinofilmdəki kimi. Özümə
də gülməli gəlirdi. Bir anlıq içimdə sanki kamera
qarĢısındaymıĢıq kimi bir hiss də yarandı. Bu hiss də mənə
ləzzət verirdi. Bu, cıdır yarıĢlarından da, boks döyüĢlərindən
də yaxĢı idi. Biz durmadan elə hey içirdik. Nikol ikinci Ģərab
ĢüĢəsini də açmıĢdı. Onun ağzı bağlanmaq bilmirdi, ara
vermədən danıĢırdı. Ona qulaq asmaq məni qətiyyən
bezdirmirdi. Onun mənə danıĢdığı hər rəvayətdə bir
müdriklik və ya nəsə gülməli bir Ģey olurdu. Nikol məndə,
özünün güman etdiyindən də güclü təəssürat yarada
bilmiĢdi. Bu da məni niyəsə narahat edirdi.
|