www.vivo-book.com
153
Mən pilləkənlərlə yuxarı qalxdım. Mənzil çox geniĢ idi,
iki yataq otağı və çox az sayda mebel əĢyaları vardı.
Gözümə ilk dəyən Ģey küncdəki kitab Ģkafı və klassik
musiqi valları yığılmıĢ rəf oldu. Mən keçib divanda
əyləĢdim. O da gəlib yanımda oturdu.
– Mən elə indicə, – o dedi, – “Pikassonun Həyatı”
kitabını bitirdim.
Qəhvə masasının üstündə “Nyu-Yorker” jurnalının bir
necə nömrəsi vardı.
– Sizə bir fincan çay təklif edə bilərəmmi? – Nikol
məndən soruĢdu.
– Ən yaxĢısı, mən çıxım içməyə bəzi Ģeylər alım.
– Buna ehtiyac yoxdur. Mənim evimdə də içməyə nəsə
tapılar.
– Nə?
– Çox gözəl qırmızı Ģəraba nə deyirsiniz?
– Hə, lap yaxĢı olar, – mən dedim.
Nikol ayağa qalxdı və mətbəxə keçdi. Mən isə arxadan
onun necə hərəkət etdiyinə marıtladım. Mənim uzun paltar
geyən qadınlardan həmiĢə xoĢum gəlib. Onun hərəkətlərində
|