www.vivo-book.com
152
qonaq çağırdı. Bir gün, Lidiyaya bir söz demədən, mən öz
“Folksvage”nimə mindim və onun evinə getdim. Qadının
mənzili Santa Monika bulvarındakı quru təmizləmə
Ģirkətinin üst mərtəbəsində yerləĢirdi. Onun giriĢ qapısı düz
küçəyə çıxdığından, ĢüĢədən baxanda yuxarı qalxan
pilləkənləri görmək olurdu. Mən qapının zəngini basdım.
– Kimdir? Qapının yanına quraĢdırılmıĢ balaca metal
dinamikdən qadın səsi gəldi.
– Mən Çinaskiyəm, – dedim. ġaqqıltı səsi gəldi və mən
qapını itələyərək açdım.
Nikol pilləkənlərin baĢında dayanıb yuxarıdan aĢağıya
mənə baxırdı. Onun üzündə çox mədəni, hətta deyərdim ki,
bir az da faciəli bir ifadə vardı. O, əyninə ön tərəfində kəsik
olan yaĢıl rəngli uzun ətəkli ev xalatı geyinmiĢdi. Deyəsən,
onun çox gözəl bədəni vardı. O, tünd qəhvəyi rəngli iri
gözləri ilə mənə baxırdı. Gözlərinin ətrafında çoxlu xırda
qırıĢların olduğu da asanlıqla sezilirdi: bəlkə də bunun
səbəbi çox içməsi, ya da çox ağlaması olmuĢdu.
– Siz evdə təksinizmi? – ondan soruĢdum.
– Bəli, – o gülümsəyərək cavab verdi, – buyurun içəri.
|