www.vivo-book.com
155
– Əlbəttə, xatırladır. Parisdən çox xoĢum gəlir, amma
Londonu sevmirəm.
Sonra o mənə bir az özü haqqında danıĢdı. Onun ailəsi
bir
vaxtlar
Nyu-York
Ģəhərində yaĢayırmıĢ. Atası
kommunistlərdən olub, anası isə bir atelyedə dərzi
iĢləyirmiĢ. Anası oradakı iĢçilər arasında ən yaxĢısı və
nömrə bir olduğundan ön dəzgahda iĢləyibmiĢ. Sərt və
cazibədar. Nikol özü müstəqil olaraq təhsil almıĢ, Nyu-
Yorkda böyüyüb boya-baĢa çatmıĢ, bir məĢhur həkimlə
necəsə rastlaĢmıĢ, onunla ailə qurmuĢ və onunla on il
birlikdə yaĢadıqdan sonra boĢanmıĢdı. Ġndi o, ayda sadəcə
$400 dollar aliment alırdı və bu pulla dolanmaq da getdikcə
çətinləĢirdi. YaĢadığı bu mənzil artıq onun cibinə görə
deyildi. Amma mənzilini çox sevdiyindən oranı tərk edib
gedə bilmirdi.
– Sizin yazı üslubunuz, – o mənə dedi, – məncə, bir
balaca kobuddur. Gürz kimi ağırdır, amma bununla belə
onun içində zəriflik və yumor da tapmaq mümkündür...
– Bəli, – deyərək onunla razılaĢdım.
|