www.vivo-book.com
151
– Bax burdakını deyirəm, uzun bir cırmaq izidir...
qadın dırnağının izinə oxĢayır.
– Əgər orda cırmaq izi varsa, deməli o sənin
dırnaqlarının izidir...
– YaxĢı. Bunu necə aydınlaĢdıracağımı yaxĢı bilirəm.
– Necə?
– Gəl yatağa girək.
– YaxĢı, qoy sən deyən olsun!
Mən sınaqdan üzüağ çıxdım. Lakin sonra öz-özümə
düĢündüm. Görəsən, bəs qadının sədaqətli olub-olmadığını
necə yoxlamaq olar? Bu mənə çox ədalətsiz göründü.
21
Məndən təxminən bir mil aralı yaĢayan bir qadından
aramsız olaraq məktublar alırdım. Bu qadın məktublarını
Nikol adı ilə imzalayırdı. O yaxırdı ki, mənim bir neçə
kitabımı oxuyub və onları çox bəyənib. Mən onun
məktublarından birini cavablandırdım. O, əlinə çoxdan
gözlədiyi bir fürsət düĢmüĢ kimi, dərhal məni öz evinə
|