www.vivo-book.com
26
cəld zibil qabından yerə tullandı. Bir neçə metr aralanıb
dayandı və məni izləməyə baĢladı. Zibil qabının qapağını
götürdüm. Qabdan gələn üfunət dözülməz idi. Qabın içinə
qusdum və qapağı əlimdən səkiyə saldım. PiĢik zibil qabının
üstünə atılaraq dörd ayağı ilə onun kənarında dayandı. Bir
anlıq tərəddüddən sonra o, hilal Ģəkilli ayın parlaq iĢığında
qabın içinə girərək gözdən itdi.
Lidiya hələ də Rendi ilə söhbət edirdi və masanın
altında onun bir ayağının Rendinin ayağına toxunduğunu
gördüm. Mən bir pivə də açdım.
Semmi öz söhbəti ilə hamını güldürürdü. Camaatı
güldürmək istədiyim vaxtlarda mən bu iĢi daha yaxĢı
bacarırdım. Amma həmin gecə o ovqatda deyildim.
Qonaqlıqda 15-16 kiĢi və cəmisi iki qadın vardı – Lidiya və
Eypril. Eypril çox kök idi və pəhriz saxlayırdı. O, döĢəməyə
sərilmiĢdi. Təxminən bir saatdan sonra o döĢəmədən qalxdı
və məclisi yanıb tükənmiĢ anfetamin manyakı narkoman
Karl ilə birlikdə tərk etdi. Bundan sonra məclisimizdə 15-16
kiĢi və Lidiya qaldı. Mətbəxdə bir pinta skoç tapdım. ġüĢəni
|