www.vivo-book.com
27
də götürüb arxa artırmaya çıxdım və ara-sıra ondan udumlar
almağa baĢladım.
Gecə keçdikcə, kiĢilər yavaĢ-yavaĢ məclisi tərk etməyə
baĢladılar. Hətta Rendi Evans da getdi. Nəhayət, yalnız
Semmi, Lidiya və mən qalmıĢdıq. Lidiya Semmi ilə söhbət
edirdi. Semmi nəsə gülməli Ģeylər danıĢırdı. Onun
danıĢdıqlarına mən də gülürdüm. Sonra o getmək istədiyini
söylədi.
– Getmə xahiĢ edirəm, – Lidiya dedi.
– Ġmkan ver adam getsin, – mən araya girdim.
– Hə, mən artıq getməliyəm, – Semmi dilləndi.
Semmi gedəndən sonra Lidiya mənim üstümə düĢdü:
– Onu qovmaq məcburiyyətində deyildin. Semmi çox
məzəli oğlandır, Semmi, həqiqətən, çox məzəli oğlandır.
Sən isə onun qəlbini qırdın.
– Amma mən səninlə təklikdə danıĢmaq istəyirəm,
Lidiya.
– Sənin dostlarından çox xoĢum gəlir. Mən sənin kimi
bu qədər müxtəlif insanlarla görüĢə bilmirəm. Mən insanları
sevirəm!
|