www.vivo-book.com
30
– Sonuncu dəfə bir qadınla yatağa girdiyin vaxtdan nə
qədər keçib?
– Dörd il.
– Dörd il?
– Hə.
– DüĢünürəm ki, sən bir balaca sevgi payı üçün haqq
qazanmısan, – Lidiya dedi. – Səni yuxumda görmüĢdüm.
Yuxumda sənin köksünü bir dolabçaymıĢ kimi açdım. Orada
qapılar vardı və mən qapıları açanda, sənin içində çoxlu
yumĢaq Ģeylərin olduğunu gördüm – yumĢaq plyuĢ ayı,
kiçik tüklü heyvanlar, bir sözlə, adamın oxĢayıb əzizləmək
istədiyi bütün yumĢaq Ģeylər. Sonra yuxumda baĢqa bir
adamı gördüm. O mənə yaxınlaĢıb bir qalaq kağız verdi. O
yazıçı idi. Mən kağızları alıb onların içində yazılanlara
baxdım. Bu kağızlarda xərçəng vardı. Onun yazısında,
xəttində xərçəng vardı. Mən öz yuxularıma itaət edirəm.
Sənin azacıq da olsa sevgiyə haqqın var.
Biz yenidən öpüĢdük.
|