www.vivo-book.com
281
– Kim?
– Sənin fahiĢən.
– Hə, qayıtdı...
– Bəs sonra nə oldu?
– Biz Ģampanı içdik. Əla Ģərab idi.
– Bəs sonra nə oldu?
– Hə, sən özün bilirsən, zibil...
Mən uzun-uzadı anlaĢılmaz dəli bir fəryad eĢitdim, elə
bil qütb qarlarında Sibir porsuğunu güllə ilə vurmuĢ və qan
aparıb təklikdə ölməsi üçün onu tərk eləmiĢdilər...
O, dəstəyi asdı.
Mən günün böyük bir hissəsini yatdım və həmin axĢam
qoĢqu atlarının yarıĢına baxmağa getdim.
$32 dollar uduzdum və folksvagenimə oturub evə
gəldim. MaĢını evin yanında saxladım, artırmaya qalxdım və
açarı qapının kilidinə saldım. Evdə bütün lampalar yanırdı.
Ətrafa baxdım. ġkafın siyirmələri çıxarılmıĢ və içindəkilər
döĢəməyə səpələnmiĢdi, çarpayının örtüyü yerə atılmıĢdı.
Rəflərdəki bütün kitablarım, hətta öz kitablarım belə, yoxa
çıxmıĢdı, iyirmidən artıq kitab. Mənim yazı makinam da