www.vivo-book.com
396
Ofisiant qız bizim sifariĢlərimizi gətirdi. Mən
yumurtadan bir diĢləm aldım. Mersedes öz qaynar
piroqlarının üstünə sirop tökdü.
– Hə, sən düz deyirsən, – o dedi, – deyəsən, sən məni
sikmisən. Sənin spermanın ayaqlarımdan aĢağı necə axdığını
hiss edə bilirəm.
Mən qərara gəldim ki, bir daha onunla görüĢməyəcəm.
70
Karton qutularını da götürüb Temminin mənzilinə
getdim. Əvvəlcə onun məndən xahiĢ etdiyi əĢyaları
götürdüm. Sonra baĢqa əĢyaları tapdım – baĢqa donları,
köynəkləri, ayaqqabıları, ütünü, saçqurudanı, Densinin
paltarlarını, qab-qacaq və mətbəx ləvazimatlarını və birdə
Ģəkil albomunu. Orada Temmiyə məxsus olan rotanqadan
toxunmuĢ ağır bir kreslo da vardı. Mən bütün bu əĢyaları
götürüb öz mənzilimə daĢıdım. ƏĢyaları mən səkkiz, ya da
on qutuya ancaq doldura bildim. Qutuları ön otağın
divarının yanına yığdım.
|