www.vivo-book.com
399
musiqi vallarını, odeyallarını və oyuncaqlarını da. Əlbəttə
ki, folksvagenə çox Ģey yığmaq mümkün deyil.
Mən maĢını sürətlə sürərək Temminin evinə qayıtdım.
Ora çatanda maĢını ikinci cərgədə saxladım və qırmızı
xəbərdarlıq iĢıqlarını yandırdım. Qutuları maĢından boĢaltım
və artırmaya yığdım. Odeyal və oyuncaqları da onların
üstünə qoydum, qapının zəngini basdım və maĢına oturub
oradan uzaqlaĢdım.
Yükün ikinci hissəsini gətirəndə, birinci yükü artıq
oradan götürmüĢdülər. Artırmada bu yükdən ikinci bir təpə
düzəltdim, qapının zəngini basdım və maĢına oturub oradan
raket kimi sürətlə uzaqlaĢdım.
Yükün üçüncü partiyasını gətirəndə, ikinci yük də artıq
atırmada gözə dəymirdi. Artırmada bir dənə də təpə
düzəltdim, qapının zəngini basdım və sonra yenə maĢına
oturub erkən səhər Ģəfəqinə tərəf qaçaraq oradan
uzaqlaĢdım.
Öz evimə çatandan sonra bir az araq ilə su içdim və
onun əĢyalarından evimdə qalan Ģeylərə baxdım. Ağır
toxunmuĢ kreslo və ayaqlı saçqurudandan baĢqa heç nə
|