www.vivo-book.com
397
Ertəsi gün mən Temmi ilə Densini qarĢılamaq üçün
maĢına minib qatar stansiyasına getdim.
– Sən çox yaxĢı görünürsən, – Temmi dedi.
– Sağ ol, – ona təĢəkkür etdim.
– Biz hələlik anamgildə yaĢamaq qərarına gəlmiĢik.
Biz birbaĢa oraya da apara bilərsən. Bu evdən çıxarma ilə
mübarizə etməyə daha qərarım qalmayıb. Bundan əlavə,
istənilmədiyi yerdə kim qalar ki?
– Temmi mən sənin əĢyalarının əksəriyyətini oradan
köçürmüĢəm. ƏĢyaları karton qutulara yığıb evimə
qoymuĢam.
– YaxĢı. Onları bir müddət sənin evində saxlasam
olarmı?
– Əlbəttə.
Sonra Temminin anası qızını görmək üçün Denverə
getdi. Mən də bu məqamdan istifadə edib onun yola çıxdığı
axĢam içib sərxoĢ olmaq üçün Temminin yanına tələsdim.
Temmi də həblər atmıĢdı. Mən isə bir dənə də olsun həb
atmadım. 6 pivəlik paketin dördüncü ĢüĢəsinə çatanda, ona
dedim:
|