www.vivo-book.com
7
idi. Məndən uzaqlaĢdıqca əla dalına tamaĢa edirdim. Cins
Ģalvarın arxası dalını sıx-sıx qucaqlamıĢdı və addımladıqca
gözlərimi onun dalından çəkə bilmirdim.
Qiraətin ikinci hissəsini də bitirdim və səkidə yanından
ötüb keçdiyim bütün qadınlar kimi, Lidiyanı da unutdum.
Pulumu aldım, bir neçə salfetə, bir neçə vərəqə imza atdım
və oranı tərk edərək evimə yollandım.
Mən yenə də hər gecə ilk romanımın üzərində
iĢləyirdim. Heç vaxt axĢam saat 18:18-dək yazmağa
baĢlamırdım. Məhz həmin vaxtda mən poçtamtda öz
terminal bölməmin buraxılıĢ keçidində qeydiyyata
düĢürdüm. Onlar gələndə isə saat 18.00 idi: Piter və Lidiya
Vans. Mən qapını açdım. Piter dedi:
– Bir bax, Henri, bax gör sənə nə gətirmiĢəm!
Lidiya qəhvə masasının üstünə tullandı. Mavi cins
Ģalvarı ona həmiĢəkindən daha sıx otururdu. O, uzun
xurmayı saçlarını ora-bura yellədirdi. Elə bil ağlını itirmiĢdi;
yenə də çox ecazkar görünürdü. Ġlk dəfə olaraq onunla,
həqiqətən, seviĢmək ehtimalı haqqında düĢündüm. O, Ģeir
|