www.vivo-book.com
53
döydüm. Viski zəhrimar da yanımda idi və mən əməlli-baĢlı
yorulmuĢdum. Öz otağımdan sanki saatlar öncə çıxmıĢdım.
Dəhlizlə
irəlilədikcə,
viskidən
də
udumlar almağı
unutmurdum. ĠĢlərim heç düz gətirmirdi.
Mən otağımın harada, hansı mərtəbədə olduğunu da
unutmuĢdum. Ġndi arzuladığım yeganə Ģey öz otağıma
qayıtmaq idi. Mən yenə bütün qapıları döyməyə baĢladım,
amma bu dəfə daha səssiz və öz qısa tumanım və
corablarımdan xəcalət çəkə-çəkə. Yenə də qapını açan
olmadı. “Dahi insanlar həmiĢə yalqız olur”.
Dördüncü mərtəbəyə qalxandan sonra bir qapıya
yaxınlaĢıb onun dəstəyini burdum və qapı açıldı. Budur
mənim içində Ģeirlər olan portfelim... boĢ içki bardaqları,
siqaret kötükləri ilə dolu külqabı... mənim Ģalvarım, mənim
köynəyim, mənim ayaqqabılarım və pencəyim... Çox gözəl
mənzərə idi. Qapını örtdüm, çarpayının kənarına oturdum və
bayaqdan əlimdə gəzdirdiyim viski ĢüĢəsinin dibini
qurutdum.
Oyandım. Artıq gün-günorta idi. Mən iki çarpayılı,
pərdəli, televizorlu və vannalı qəribə təmiz bir yerdə idim.
|