www.vivo-book.com
54
Bura motel otağına bənzəyirdi. Mən yerimdən qalxıb qapını
açdım. Bayırda hər yan qar və buz altında idi. Qapını
bağladım və ətrafa göz gəzdirdim. Bunun heç bir izahı
yoxdu. Harada olduğum haqqında heç bir təsəvvürüm yox
idi. Dünənki içkinin xumarlığı hələ keçməmiĢdi və özümü
çox əzgin hiss edirdim. Mən telefonun dəstəyinə tərəf
uzandım və Los Ancelesə, Lidiyaya Ģəhərlərarası zəng
sifariĢ etdim.
– Əzizim, harada olduğumu bilmirəm!
– Mən elə bilirdim sən Kanzas Sitiyə getmisən?
– Hə, elədir. Lakin indi harada olduğumu bilmirəm,
baĢa düĢürsənmi? Mən qapını açıb baxdım və donmuĢ
yollardan, qardan və buzdan baĢqa heç nə görmədim!
– Səni harada yerləĢdirmiĢdilər?
– Son yadımda qalan Ģey, qadınlar yataqxanasında
mənə bir otaq vermiĢdilər.
– Hə, yəqin sən öz eĢĢəkliyini göstərmisən, onlar da
səni bir motelə köçürüblər. Narahat olma. Yəqin sənin
qayğına qalmaq üçün kimsə gələr.
|