www.vivo-book.com
62
– Onda görüĢənədək. Mən aĢağı mərtəbədəki yataq
otağında olacam.
Mən yerimdən qalxıb ondan uzaqlaĢdım və bir qədəh
də içki içdim. Boyu ən azı 1,95 metr olan bir cavan oğlan
mənə yaxınlaĢdı
– Bura bax, Çinaski, mən sənin xarabalıqda yaĢadığın,
bütün norkotik alverçilərini, sutenyorları, fahiĢələri,
uybalaları, qumarbazları, küçə döyüĢçülərini və əyyaĢları
tanıdığın haqqında söylənən boĢ sözlərə inanmıram.
– Qismən də olsa, söylənilənlər doğrudur.
– BoĢ sözdür, – o dedi və məndən uzaqlaĢdı. Ədəbi
tənqidçi.
Sonra gözünə sağanaqsız eynək taxmıĢ təxminən 19
yaĢında bir sarıĢın qız üzündə xoĢ təbəssümlə mənə
yaxınlaĢdı. Onun üzündən təbəssüm heç əskilmirdi.
– Mən səni qayırmaq istiyirəm, – qız dedi. – Məni
sizdə cəlb edən Ģey üzünüzdür.
– Mənim üzümə nə olub ki?
– O çox vüqarlıdır. Mən onu öz amımla məhv eləmək
istiyirəm.
|