www.vivo-book.com
59
Səhnə arxasında, mənim səhnəyə çıxmağımdan bir az
öncə, Pit su qrafinini vodka və portağal Ģirəsi ilə doldurdu.
– Qiraət gecəsinə qoca bir qadın rəhbərlik edir. Əgər
qiraətdən öncə sənin içdiyindən xəbəri olsaydı, altını
batırardı. O pis qarı deyil, amma hələ də poeziyanın qürub
və göydə süzən göyərçinlər haqqında olduğunu düĢünür.
Mən səhnəyə çıxdım və oxumağa baĢladım. Mənim
naxıĢım hələ də iĢləyirdi. Onların da baĢqa dinləyicilərdən
fərqi yox idi: yaxĢı Ģeirlər eĢidəndə nə edəcəklərini
bilmədikləri kimi, baĢqa Ģeirlərə qulaq asanda da lazım
olmayan yerlərdə gülürdülər. Mən qiraətə davam edir və
qrafindən özümə içki süzürdüm.
– O içdiyin nədir elə?
– Bu, – mən cavab verdim, – həyat gücü ilə
qarıĢdırılmıĢ portağal suyudur.
– Sizin rəfiqəniz varmı?
– Mən bakirəm.
– Siz nə üçün yazar olmaq istədiniz?
– Növbəti suala keçin lütfən.
|