www.vivo-book.com
60
Mən bir az da oxudum. Mən buraya Kapitan
SərxoĢqafa ilə gəldiyim və “Həftənin Oyunu”na baxdığım
haqqında onlara danıĢdım. Bir də onlara dedim ki, ovqatım
xoĢ olanda, mən bir boĢqab yeməyin hamısını yeyib dərhal
onu yuyuram. Onlara bir neçə Ģeir də oxudum. Qrafinin dibi
quruyana qədər Ģeirlər oxudum. Sonra bədii qiraət
axĢamının baĢa çatdığını elan etdim. Dinləyicilərə bir neçə
avtoqraf verəndən sonra Piterin evində düzənlənmiĢ
qonaqlığa getdik...
Mən öz hindu rəqsimi, göbək rəqsimi və Utanmasan-
Oynamağa-Nə-Var-Ki rəqsini ifa etdim. Rəqs edə-edə içmək
çox çətindir. Və içərkən də rəqs etmək çətindir. Piter nə
etdiyini çox gözəl bilirdi. Rəqs edənləri içki içənlərdən
ayırmaq üçün o, divan və stulları xüsusi formada düzmüĢdü.
Bir baĢqasını narahat etmədən hər kəs öz iĢi ilə məĢğul ola
bilərdi.
Pit mənə yaxınlaĢdı və otaqdakı bütün qadınlara göz
gəzdirdikdən sonra dedi:
– Onlardan hansını istəyirsən?
– Yəni bu belə asandır?
|