www.vivo-book.com
65
hissələri ilə oynamağa baĢladım. Səhər-səhər içki xumarlığı
zamanı mən həmiĢə istəkli oluram – özü də yemək üçün
yox, seviĢmək üçün. SeviĢmək içki xumarlığına qarĢı əla
əlacdır. Yenə hər tərəfim qıcıqlanmağa baĢladı. Onun
ağzından elə pis iy gəlirdi ki, daha bu gül formalı ağıza
yaxınlaĢmaq istəmirdim. Onun üstünə çıxdım. O astadan
inildədi. Mənə görə, hər Ģey çox yaxĢı idi. Məncə, heç
iyirimi dəfə ora-bura itələməmiĢ qurtardım.
Bir müddət sonra onun yerindən qalxıb hamamxanaya
keçdiyini eĢitdim. O geri qayıdanadək artıq arxamı ona tərəf
çevirmiĢdim və demək olar ki, yuxuya getmiĢdim.
Təxminən 15 dəqiqə sonra o yataqdan qalxıb
geyinməyə baĢladı.
– Nə olub? –mən soruĢdum.
– Mən burdan getməliyəm. UĢaqları məktəbə aparmaq
lazımdır.
Lillian qapını bağladı və pilləkənlər ilə yuxarı qaçdı.
Mən yerimdən qalxdım, hamamxanaya keçdim və bir
müddət güzgüdə öz əksimə baxdım.
|