www.vivo-book.com
66
Səhər saat onda qəlyanaltı üçün yuxarı mərtəbəyə
qalxdım. Pit və Selmanın da orada olduğunu gördüm. Selma
Ģahanə görünürdü. Selma kimi gözəlləri, görəsən, bunlar
haradan tapırdılar? Bu dünyanın itlərinə Selma kimilər
qismət olmur. Ġtlərin qismətinə elə özləri kimi itlər düĢür.
Selma bizə səhər yeməyi verdi. O çox gözəl qadın idi və ona
bir nəfər sahiblənmiĢdi, kollec professoru. Bilmirəm nədən,
amma bu mənə heç də ədalətli gəlmədi. Ziyalı bambılılar,
zirək həriflər. Təhsil yeni ilaha, ziyalılar isə istismarçı
torpaq sahiblərinə çevrilmiĢdilər.
– Bu inanılmaz dərəcədə gözəl qəlyanaltı idi, – mən
onlara söylədim. – Çox sağ olun.
– Lilli necə idi? – Pit soruĢdu.
– Lilli möhtəĢəmdi.
– Bu axĢam yenə qiraət eləməlisən, bilirsən. Daha
balaca və daha konservativ kollecdə.
– YaxĢı. Mən diqqətli olaram.
– Nə oxumağa hazırlaĢmısan?
– Yəqin ki, nəsə köhnə Ģeylərdən.
|