www.vivo-book.com
69
– Sənin qayırdığın zibilə qalmıĢ kəllə qapının
önündədir.
Bu kəllə elə beləcə ora-bura gedib gələrdi...
Biz yenə ayrıldıq və mən kəlləni aparıb onun qapısına
qoydum. Ġstədiyim kimi içirdim, çünki artıq azad bir insan
idim. Mənim Bobbi adında cavan bir dostum vardı, kifayət
qədər yumĢaq xasiyyətli, nəzakətli oğlan idi. O, pornoqrafik
kitab dükanında iĢləyirdi, əlavə qazanc üçün isə boĢ
vaxtlarında fotoqraflıq edirdi. Məndən bir neçə məhəllə aralı
yaĢayırdı. Bobbinin həm özü, həm də arvadı Valeri ilə
problemləri vardı. Bir axĢam mənə zəng edib dedi ki, gecə
bizdə qalması üçün Valerini mənim evimə gətirir. Bu xəbər
mənim qulağıma xoĢ gəldi. Valerinin cəmi 22 yaĢı vardı. O
çox sevimli, uzun sarıĢın saçlı, dəlisov mavi gözlü və gözəl
qamətli bir qadın idi. Lidiya kimi o da bir müddət
dəlixanada yatmıĢdı. Çox keçmədən onların maĢınının
mənim həyətimin önündəki çəmənliyə gəldiyini eĢitdim.
Valeri maĢından düĢdü. Birdən Bobbinin Valerini ilk dəfə
öz valideynləri ilə tanıĢ etməsi haqqında mənə danıĢdıqlarını
xatırladım. Bobbinin valideynləri Valerinin paltarını çox
|