www.vivo-book.com
78
unutmurdu. HəmiĢə o, əvvəlcə, mənim üzümdəki sızanaqları
sıxır, sonra isə belimdəkilərə və sinəmdəkilərə keçirdi.
Məni sevirsənmi?
– Hə.
– Ufff, hələ bir buna bax!
Bu, ucunda uzun sarı quyruğu olan sızanaq idi.
– Lap əladır, – mən dedim.
O bütün bədəni ilə üstümə uzanmıĢdı. Lidiya bir anlıq
civzə sıxma iĢinə ara verib mənə baxdı.
– Səni hələ qəbrə də qoyacam, səni piyli dümbələk!
Mən onun bu sözlərinə güldüm. Sonra Lidiya məni
öpdü.
– Mən də səni yenə dəlixanaya salacam, – ona dedim.
– Çevril görüm. Ġmkan ver belinlə də məĢğul olum.
Mən çevrilərək qarnı üstə uzandım. O, boynumun
dalındakı civzələri sıxdı.
– Axxx, burda çox qəĢəng birisi var! Güllə kimi çıxdı!
Düz gözümə dəydi!
– Qoruyucu gözlük geyinməlisən.
|