www.vivo-book.com
81
Lidiya bir müddət dinməyərək susdu və sonra dedi:
– YaxĢı. Gəl yerinə gir. Gəl iĢıqları söndürək və sakitcə
birlikdə uzanaq.
Ġndi bir müddət mən susdum və sonra dedim:
– YaxĢı, qoy sən deyən olsun.
Mən əynimdəki paltarların hamısını soyunub odeyalın
və mələfənin altına girdim. Mən öz budumu Lidiyanın
buduna sıxdım. Ġkimiz də arxası üstə uzanmıĢdıq. Sisəy
böcəklərinin səsini eĢidirdim. Bu ətraflar çox gözəldir. Bir
neçə dəqiqə keçdi. Sonra Lidiya dedi:
– Mən dahi birisi olacam.
Mən heç nə demədim. Bir neçə dəqiqə də keçdi. Sonra
Lidiya sıçrayaraq yerindən qalxdı. Birdən o əllərini tavana
tərəf qaldırıb havada oynada-oynada ucadan bağırdı:
– MƏN HƏQĠQƏTƏN DAHĠ BĠRĠSĠ OLACAM!
NECƏ BĠR DAHĠ OLACAĞIMI HEÇ KĠM BĠLMĠR!
– YaxĢı, – mən dedim.
Sonra o alçaq səslə əlavə etdi:
– Sən heç nə anlamırsan. Mən dahi olacağam. Mənim
potensialım səninkindən böyükdür!
|