www.vivo-book.com
89
– Əslində, sən zəng vuranda, mən elə indicə “Katti
Sark” ĢüĢəsinin sellofanını qoparırdım. Əla içkidi. Onun
necə gözəl olduğunu görməliydim!
O yenə dəstəyi atdı. Mən özüm üçün bir içki də
qarıĢdırdım. Radioda gözəl bir musiqi çalınırdı. Mən arxaya
söykəndim. Özümü əla hiss edirdim.
Qapım zərblə açıldı və Lidiya qaça-qaça otağa daxil
oldu. O, güclə nəfəs alıb, tövĢüyə-tövĢüyə otağın ortasında
dayanmıĢdı. Ġçki ĢüĢəsi qəhvə masasının üstündəydi. Ġçki
ĢüĢəsini görən kimi, Lidiya cəld bir hərəkətlə onu qamarladı.
Mən isə yerimdən sıçrayaraq Lidiyanı qamarladım. Mən
sərxoĢ, Lidiya isə qəzəbindən ağlınıitirmiĢ vəziyyətdə
olanda, biz demək olar ki, tən gələrdik. Lidiya ĢüĢəni
məndən uzaq tutmaq üçün onu boyu çatdığı qədər yuxarı
qaldırıb ĢüĢə ilə birlikdə qapıdan bayıra çıxmaq istəyirdi.
Mən onun ĢüĢə tutan qolundan yapıĢdım və ĢüĢəni onun
əlindən almağa çalıĢdım.
– SƏNĠ FAHĠġƏ! SƏNĠN BUNA HAQQIN
YOXDUR! O LƏNƏTƏ GƏLMĠġ ġÜġƏNĠ MƏNƏ VER!
|