www.vivo-book.com
97
nə sən, nə də sənin lənətə gəlmiĢ axmaq oyunların mənə
lazımsınız! Nə dediyimi anladınmı? Verdiyim ismarıĢı
aldınmı? Yoxsa sənin baĢın topuqlarından da qalındır?
– Henk…
– Nədi?
– Bu Lidiya deyil. Bu Bonnidir. Lidiya evdə
olmadığından uĢaqlarla mən oturmuĢam. Bu gecə o gəzməyə
gedib.
Mən dəstəyi asdım və maĢınıma tərəf addımladım.
15
Səhər tezdən Lidiya mənə zəng etdi.
– Hər dəfə sən içib əyyaĢlıq edəndə, – o dedi, – mən
rəqs etməyə gedəcəyəm. Keçən gecə “Qırmızı Çətir”ə
getmiĢdim və kiĢiləri rəqsə dəvət edirdim. Qadınların buna
haqqı var.
– Sən fahiĢəsən.
– Hə? Əgər fahiĢədən daha pis bir Ģey varsa, o da
darıxmaqdır.
|