www.vivo-book.com
93
– Biz tezliklə sizə məqalə haqqında məlumat verəcəyik.
Onu qəbul edəcəyimizə mən əminəm... Lakin siz mənim
təsəvvürümdə canlandırdığım kimi deyilsiniz...
– Bununla nə demək istəyirsiniz?
– Sizin necə mülayim səsiniz var. Siz necə də
yaraĢıqlısınız.
Lidiya güldü. Biz Ģərabımızı bitirəndən sonra oranı tərk
etdik. Biz mənim maĢınıma tərəf addımlayarkən kiminsə
məni arxadan səslədiyini eĢitdim.
– Henk!
Mən dönüb ətrafa baxdım və birdən yeni bir
mersedesin içində Di Di Bronsonun oturduğunu gördüm.
– ĠĢlər necədir, Di Di?
– Pis deyil. “Kapital Rekordz”dan istefa etdim. Ġndi
bax oradakı yerə rəhbərlik edirəm, – deyərək Di Di əli ilə
bizə göstərdi. Bu, daha bir musiqi Ģirkəti idi, həm də çox
məĢhur. BaĢ ofisi də Londonda. Di Di əvvəllər öz oğlanı ilə
mənim evimə tez-tez gələrdi. O zamanlar bizim hər ikimizin
də Los-Ancelesin gizli qəzetlərindən birində köĢələrimiz
vardı.
|