www.vivo-book.com
96
vermiĢdilər. Lidiya bütün bu nağd pulları necə çəkib
apardığımı görsəydi, altını batırardı. Lidiya mənim cıdırda
pul udmağımı heç cür həzm edə bilmirdi, xüsusilə də özü
uduzanda.
Mən içməyə və yarıĢa pul qoymağa davam edirdim. 9-
cu yarıĢ baĢa çatanda, həm $950 dollar udmuĢdum, həm də
lül-qəmbər olmuĢdum. Mən portmanetimi yan ciblərimin
birinə qoyub ləngər vura-vura maĢınıma tərəf getdim.
MaĢına oturdum və uduzanların maĢın duracağından
çıxmaqlarına tamaĢa etməyə baĢladım. Duracaqdakı maĢın
axını seyrələnə qədər gözlədim. Nəhayət, mühərriki iĢə
saldım. Cıdırın düz yaxınlığında bir supermarket vardı.
Duracağın o biri baĢında iĢığı yanan bir telefon budkası
gördüm, ona yaxınlaĢıb maĢından düĢdüm. Telefon köĢkünə
girdim və Lidiyaya zəng vurdum.
– Qualq as, – mən dedim, – qulaq as, qancıq. Mən at
yarıĢına baxmaq üçün cıdıra getdim və $950 dollar pul
uddum. Mən qalibəm! Mən həmiĢə qalib olacam! Sən mənə
layiq deyilsən, qancıq! Sən mənimlə oyun oynayırdın! Hə,
indi bu oyunlar da bitdi! Daha bəsdir! Cana doydum! Daha
|