www.vivo-book.com
100
– Sən heç seçici deyilsən. Sənə görə fərqi yoxdur kim
olur, olsun – bircə kiĢi olsun. Mən sənin arxanca poxlarını
yığıĢdıran deyiləm.
– Mən də sənin poxlarını yığıĢdıran deyiləm!– deyə o
bağırdı və qapını çırparaq bağladı.
Mən maĢınıma tərəf getdim, mindim və mühərriki iĢə
saldım. Sürət rıçaqını birinci pilləyə keçirdim. O yerindən
tərpənmədi. Ġkiyə atdım. Yenə tərpənmədi. Sonra yenə birə
atdım. Əyləcin buraxıldığına əmin olmaq üçün bir də
yoxladım. MaĢın yenidən tərpənmidi ki tərpənmirdi. Rıçaqı
arxaya hərəkət pilləsinə atdım. MaĢın arxaya hərəkət edirdi.
Əyləcə basıb onu saxladım və sürət rıçaqını birinci pilləyə
atdım. MaĢın yenə tərpənmədi. Mən hələ də Lidiyaya çox
acıqlı idim. Ona görə də düĢündüm ki, bu lənətə gəlmiĢ
arabada evə qədər dal-dalı gedəcəyəm. Sonra yolda məni
saxlayacaq və nə pox yediyimi soruĢacaq polislər haqqında
düĢündüm. Hə, cənab polislər, baĢa düĢürsünüzmü, mən öz
rəfiqəm ilə dalaĢmıĢam və evə qayıtmağım üçün indi bu
yeganə çıxıĢ yoludur.
|