www.vivo-book.com
85
– Mən bu maĢını məhv edəcəyəm! – deyə o bağırdı. –
Mən bu maĢını məhv edəcəyəm!
O, yumruqları ilə kapotu, damı və ön ĢüĢəni
döyəcləyirdi. Ona xəsarət yetirməmək üçün mən maĢını
astaca irəli verdim. Mənim 62-ci il istehsalı olan “Merküri-
Kometa”m sökülüb dağıldığından bu yaxınlarda 67-ci ilin
folksvagenini almıĢdım. Mən onu həmiĢə təmiz saxlayırdım,
silib parıldadırdım. Saxlanc yerində, hətta lələkli süpürgəm
də vardı. Mən yavaĢ-yavaĢ irəlilədikcə, Lidiya yumruqları
ilə maĢını döyəcləməyə davam edirdi. Ondan bir balaca
aralanan kimi, sürət ötürücüsünü ikinci pilləyə atdım. Arxa
görünüĢ güzgüsünə baxanda, əynində mavi penuar, qısa
tumanda onun ay iĢığında tərpənmədən yapyalnız
dayandığını gördüm. Bütün içim alt-üst oldu. Birdən özümü
xəstə, lazımsız və bədbəxt hiss etdim. Mən ona aĢiq
olmuĢdum.
Dostları ilə paylaş: |