www.vivo-book.com
79
– Gəl balaca bir Henri düzəldək! Bir düĢün, balaca
Henri Çinaski.
– Gəl bir az gözləyək.
– Mən uĢağı elə indi istəyirəm!
– Gəl bir az gözləyək.
– Bizim elədiyimiz də elə budur: yatırıq, yeyirik, harda
gəldi sərələnirik və sonra seviĢirik. Lap ilbizlər kimiyik.
Ġlbiz sevgisi, bax mən bunu belə adlandırıram.
– Bu ad xoĢuma gəlir.
– Sən əvvəllər burada da yazardın. Sən bir Ģeylə
məĢğul idin. Sən bura mürəkkəb gətirərdin və Ģəkillər
çəkərdin. Ġndi isə evinə gedirsən və bütün maraqlı Ģeyləri
orada eləyirsən. Burda isə sadəcə, yeyirsən, içirsən, yatırsan
və səhər açılar-açılmaz çıxıb evinə gedirsən. Bu
axmaqlıqdır.
– Bu mənim xoĢuma gəlir.
– Gör neçə aydır ki, səninlə heç bir qonaqlığa getmirik!
Ġnsanlar ilə görüĢmək çox xoĢuma gəlir! Artıq bezmiĢəm!
Elə bezmiĢəm ki, az qalıram ağlımı itirim! Nəsə eləmək
istəyirəm! RƏQS etmək istəyirəm! YaĢamaq istəyirəm!
|