www.vivo-book.com
138
yaxtalarda olan adamları bir görəydin! Hamısı qoca
adamlardı, cavan qızlarla əylənən qoca kaftarlar. O cavan
qızların hamısı ayaqlarına çəkmə geyinmiĢdilər, ya
sərxoĢdular, ya da narkotik maddə qəbul etmiĢdilər. Bitkin
bir halda inildəĢirdilər. Bu qoca kaftarların bəzilərinin
yanında gənc oğlanlar da vardı. Amma əsasən, onların
yanlarındakılar gənc qızlardı, bəzilərinin yanında, hətta iki,
və ya üç, yaxud da dörd cavan qız vardı. Hər bir qayıqdan
narkotik, içki və pozğunluq iyi gəlirdi. Bu əla idi.
– Sənin danıĢdıqların qulağıma, həqiqətən də yaxĢı
gəldi. KaĢ sənin maraqlı adamları axtarıb tapmaq bacarığın
məndə olaydı.
– Ġstəyirsən, sabah sən də mənimlə gəl. Bütün günü
cəmi bir dollara qayıqda gəzə bilərik.
– Mən pas.
– Bu gün nəsə yazmılsanmı?
– Hə, bir az.
– YaxĢı alınıbmı?
– Üstündən 18 gün keçməsə bunu bilmək mümkün
deyil.
|